74
yığılmış qarğı qırıqlarına oxşar çiy makaronlar gəmini titrədən
mühərriklərin çırpıntısından uçunurdu.
– A..a..a, xoş gördük, gəlmisən? – Aliyə Qəzənfəri
Əmirdən tez gördü.
– Səfərdən niyə qalmışdın? Evinizdə nə var, nə yox,
salamatlıqdırmı? Anan xəstələnmişdi? Aliyə hazır cavab tapıb
Qəzənfərə verməsəydi, o yəqin ki, qızı təəssüfləndirəcək bir
uydurma söyləyə bilməyəcəkdi. Aliyə makaronları qazana
dolduraraq öz-özünə danışırmış kimi: – Deyirəm axı, o hər
şeydən ötrü səfərdən qalmazdı – dedi. – Xəstəliyi nədir? –
Soyuqdəymə. – Bekara şeydir. Acsanmı? Acsansa kotlet verim
ye.
– Evdən ac gələrlər? Əmirin dodaqları büzüldü, qaşları
sallandı. Sanki uşaq atasının haqsız tənbehindən incimişdi. Aliyə
Əmirin üzündəki bir ifadələri görmədi. Qəzənfərin diqqəti isə
Aliyədə olduğundan Əmirin üzünə baxmamışdı. Əmir əllərini
yuyub sildi, xələti soyunub asılqandan asdı, Qəzənfərlə görüşdü.
– Xala doğrudan xəstələnmişdi? Qəzənfər kinayə ilə:
– Yox, yalandan, – dedi. Onlar həmişə təsirli bir
səmimiyyətlə görüşərdilər, sorğu-sual, cavab xəbər ürəkdən
gələrdi, təəssüf, təlaş sinədən qopardı, səsdəki həyəcan,
gözlərdəki qayğı, ehtiram məmnuniyyət doğurardı. Amma indi
çox soyuq görüşdülər. Elə bil birinin əli tikan olub digərininkinə
sancılıcaqdı. Aliyənin yanında olmasaydılar şübhəsiz ki,
görüşməzdilər, onların özləri də nəyin, yaxud kimin xatirəsinə
əl-ələ verdiklərini anlayırdılar. Qəzənfərin Əmirə baxan kinli
gözlərinə bunlar yazılmışdı: «Nəyinə lazımdır? Sən kimsən!
Tutalım anam ağır vəziyyətdədir, sən nə eləyəcəksən!? Əlindən
bir iş gələn adam kimi də yekə-yekə xəbər alırsan: Xala
doğrudan xəstələnmişdi?» – Qızdırması vardı? Qəzənfər çiynini
divara dayayıb, Əmirə yanını çevirdi. Mənası «Zəhləmi tökmə!»
olan bir hərəkətlə başını tərpətdi. – ıhı. Qəzənfərin münasibəti
Əmiri təəccübləndirmədi. O küləyin hansı tərəfdən əsdiyini çox
yaxşı bilirdi. Axı, bu fırtına Əmirin özünü də Qəzənfər kimi
75
təlatümə gətirmişdi. İki ruhun eyni ehtirasa malik hakim olma
meyllərinin qarşılaşması onlardan bunu tələb edirdi. – Aliyə
mən gedə bilərəmmi, daha b aşqa əmrin yoxdur ki? Aliyə güldü:
– Əmirə başqa əmrim yoxdur, azaddır. Əmir gözlərilə Qəzənfəri
göyərtəyə çağırdı. Qəzənfər baxışları ilə soruşdu: «Nə var, nə
deyirsən?» Əmir əl elədi: «Bura gəl söz deyirəm.» Qəzənfər
əlinin əsəbi hərəkətilə: «Əl çək!» dedi. Əmir şəhadət barmağını
dik tutdu: «Bircə dəqiqəliyə gəl.» Qəzənfər boğazını uzadıb
başını irəli atdı: «Rədd ol!» Onların lal danışıqlarını Aliyə
görürdü. Aliyə ucadan güləndə Əmir qızardı. Qəzənfər isə
əllərini ciblərinə soxub lovğa bir yerişlə Əmirə doğru getdi: –
Nə deyirsən? – Xala evdə yatır, ya xəstəxanada?
– Nəyinə lazımdır? – Axı mən sizə getmişəm. O mənim
qabağıma çay-çörək qoyub, məni sənin dostun kimi tanıyıb.
Qəzənfər həqarətlə güldü: – Yanına getmək istəyirsən? Əmir
qolundakı saata baxdı: – Saat yarım vaxtımız var, çataram. – Biz
dostuq? Qəzənfərin kinayəsi Əmiri açıq danışmaq məcburiyyəti
qarşısında qoydu. Bu sualla müzakirə açmaq olardı. Bu sorğu
Əmirdən etiraf tələb edirdi. Əmir haqqı öz tərəfində görürdü. O
mübahisəyə başlasalar Qəzənfəri borclu çıxaracağına, onu
susduracağına əmin idi. Lakin açıq danışmaqdan çəkinirdi. Axı,
nisyə söhbətdən nə çıxardı! Aliyə hələlik hər ikisinə də eyni
gözlə
baxırdı.
Onunla
danışmamışdan,
onun
fikrini
öyrənməmişdən Əmir hansı əsasla Qəzənfəri təqsirləndirə
bilərdi? Aliyə kimin olacaq? O kimin tərəfindədir? Qız kimə
daha çox meyl göstərir? Bunlar aşiqlərə məlum deyildi. Onlar
gümanlar, fərziyyələr ummanında çapalayırdılar, bunlardan da
əsas olmazdı. Əmir, Aliyənin ona qarşı olan ongünlük
münasibətlərini xəyalından keçirtdi. Bu xəyal lövhələrinin heç
birinə əli ilişmədi. Onlar elə sürətlə ötdülər ki, elə bil onun
gözləri qarşısından keçənlər tez unudulan yekrəng röyalar
silsiləsi idi.
– Gəl kayuta gedək. Qəzənfər Əmirə tərs-tərs baxıb
göyərtəyə gəzinməyə başladı:
76
– Kayutda nə var?! – Söz deyəcəm. Qəzənfər geri
çevrilmədən: – Saxla, özünə lazım olar. Sənin mənə nə sözün!?
Əmir onun dalınca getdi. Qəzənfər dala dönəndə üz-üzə
dayandılar. Qəzənfərin gözləri soruşdu: «Nə deyəcəksən, de!»
Əmirin nəzərlərində cavab görünmədi. O dodaqlarını gəmirdi.
Qəzənfərin də yumruqlanmış əlləri içəridən onun ciblərini
dombaltdı. – Ə, yaz çolpaları kimi niyə xoruzlanırsınız? Təyyar
vaxtında gəldi. Vəziyyət onların yaxşı söz danışmayacaqlarını
göstərirdi. Təyyar bilərəkdən ikinci dəfə soruşdu: – Bu
zarafatdır, ya gerçək? Əlbəttə zarafat olar. Köhnə dostlardan elə
şeylər gözləmək olmaz. Bəri gəlin görək Aliyə bacım adama
bircə stakan kompot verərmi. Acından qarnım əldən gedir,
ölürəm. Onlar dal-dala düzülüb kambuza getdilər. Ortada
yeriyən Əmir idi. Qəzənfər onun ayaqqabısının dabanını qəsdən
basdı. Əmir ayağından çıxan ayaqqabısının sol tayını
geyinənədək Qəzənfər ondan qabağa keçdi. Guya Əmirin
müşayiətçi kimi Qəzənfərin arxasınca gəlməsi ona şəhanəlik
verəcəkdi. 10. Gəmi açıq dənizdə idi. Günəş qüruba əyilirdi.
Üfüqdən qalxan buludlar günəşin qarşısında sıralanmağa can
atırdı. Dənizin üzü çopurlaşırdı. Elə bil sulara bir az bundan
qabaq saysız-hesabsız qırmalar yığdırılmışdı. Görünür fırtına
olacaqdı. Hamı qırmızı guşəyə toplaşmışdı. Orada gəmiçilik
idarəsinin son günlərdə vermiş olduğu əmrləri oxunurdu. Əmrlər
məzmunca müxtəlif idi. Lakin onların çoxu əmək
intizamsızlıqlarına dair verilmişdi. Əmrlərdə gəmiyə sərxoş
gələnlərin, səfərdən qalanların adları çəkilir, intizamsızlıq
eləyənlərə verilən cəzalar göstərilirdi. Kimi işdən qovulmuş,
kimi tapşırıq, töhmət almış, kimi də kiçik gəmilərə alçaq
vəzifəyə göndərilmişdi. Əmrin birində bir müstəsna hadisə
bütün təfsilatı ilə şərh edilmişdi. «Səfərdən qaldı» ilə pərdələnən
cinayətin üstü belə açılmışdı. Elektrik mexaniki ilə gəzməyə
gedirdilər. Küçələrdə, bağlarda bir xeyli gəzib dolanandan sonra
acdıqları üçün restorana girirlər. Kefləri istəyəndən sifariş verib
gətirdir, yeyib içirlər. Kefləri kökəlir. Xidmətçi qadını dilə
Dostları ilə paylaş: |