İstehsalatda bəDBƏxt hadiSƏ VƏ peşƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə17/20
tarix21.10.2017
ölçüsü0,52 Mb.
#6235
1   ...   12   13   14   15   16   17   18   19   20

HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

40

Ümumiyyətlə  həmin  müəssisələrin  bir  çoxunda  belə  təlimatları  verə  biləcək  müvafiq 



vəzifəli şəxs yoxdur  və bu da əməyin mühafizəsinə dair tələblərin pozulmasıdır.

2.8. İstehsalatda bədbəxt hadisə və peşə xəstəliklərinə şərait yaradan əsas səbəblər

İst  ehsalatın qeyri-qən  aət  bəxş  təş  kili;



Texnoloji proseslə  rin pozul  ması;

İş  çi  lə  rin əmə  yin müha  fi  zəsi tə  ləb  lə  rini yerinə yetir  mək üçün hazırl  anmaması və ya 



qeyri-qənaətbəxş hazırl  anması;

İş  çi  lə  rin is  tifa  də etdik  ləri əmək vasi  tə  ləri ilə düz  gün dav ran  maq vər  diş  lə  ri  nin və 



bi  lik  lə  ri  nin olmaması;

İş  çi  lə  rin texniki təh  lü  kə  siz  lik qaydalarına əməl etmə  məsi, əmək in  tiza  mını pozması;



İş icr  açıla  rı  nın, sex rəis  lə  ri  nin, briq  adir  lə  rin və s. ist  ehsalat prosesin  də iş  çi  lərə bila -

vasitə rəhbərlik edən  lə  rin səh  lənk  arlığı və  təc  rü  bə  siz  liyi;

Ölkədə Əməyin mühafizəsinin təşkili üzrə kommersiya yönlü xidmət sahələrinin 



təşəkkül tapmaması;

Sahələr üzrə norma və qaydaların tətbiqinə əməl edilməməsi;



Hə  min dövr ər  zin  də  baş vermiş peşə xəs  tə  lik  lə  rini doğuran sə  bə  blər aşağıda  kıla  r 

olmuşdur:

İş yerlə  rin  də zəru  ri sanita  r gigie  nik şər  ai  tin olmaması;



İş  çi  lə  rin tib  bi yoxlanışd  an ke çi   ril  mə  məsi (zəru  ri iş yerlə  rin  də);

Hava axı  nınd  an müha  fi  zə  nin olmaması;



İş  çi  lə  rin zəru  ri qoruyucu vasi  tə  lər  lə təc  hiz edil  mə  məsi;

İş  çi  lə  rin soyuq və isti havа şərai  tin  də xüsu  si geyim vasi  tə  ləri ilə təc  hiz edil  mə  məsi;



İs  tif  adə olunan avadan lıq  ların texniki standartlara cavab vermə  məsi və s.

Peşə xəstəliklərinin ucotu və profilaktikası sahəsində səhiyyə orqanlarının yarıtmaz 



fəaliyyəti.


HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

41

2.9.Tövsiyələr



2.9.1. İstehsalatda bədbəxt hadisə və pesə xəstəliklərinin qaşısının alınması və 

profilaktikası üzrə vahid nəzarət sisteminin təşkili ilə bağlı dövlət siyasətinə dair

İstehsalatda  bədbəxt  hadisələrin  uçotu,  profilaktikası  sahəsində  müvafiq  fəaliyyətlərin 

fonunda peşə xəstəliklərinin uçotu, profilaktikası sahəsində ciddi problemlər qalmaqdadır. 

Səhiyyə Nazirliyi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunundan irəli gələn 

vəzifələri yerinə yetirmir və bu baxımdan istehsalatda peşə xəstəliklərinin profilaktikasına 

yönələn ciddi tədbirlər həyata keçirilmir.

Səhiyyə Nazirliyinin özü də daxil olmaqla heç bir qurumda peşə xəstəliklərinə dair dəqiq 

statistika yoxdur. “

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 

yanında  Dövlət  Əmək  Müfəttişliyi  Xidməti  haqqında  Əsasnamə”də  bu  xidmətin  vəzifələri 

sırasında peşə xəstəliklərinin qeydə alınması və uçotu barədə müddəalar yoxdur.

Bu  baxımdan  istehsalatda  bədbəxt  hadisə  və  peşə  xəstəliklərinin  qeydə  alınması,  uçotu, 

profilaktikası  sahəsində  siyasətin  formalaşması  və  fəaliyyətlərin  həyata  keçirilməsi  sahəsində 

vahid idarəçilik yoxdur. 

Peşə  xəstəliklərinin  müəyyən  olunması,  profilaktikası  və  onun  uçotunun  aparılması  sahəsində 

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolu artırılmalıdır.



2.9.2. Qanunvericiliklə bağlı

İş yerlərində ədalətli və əlverişlı əmək şəraitinin yaradılması, o cümlədən işçilərin əmək 

hüquqlarının  təmin  edilməsi,  əməyin  mühafizəsi  sahəsində  siyasəti  müəyyən  edən  və 

dövlət nəzarətini həyata keçirən vahid dövlət orqanı olmalıdır. Hazırda fəaliyyət göstərən 

Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  yanında  Dövlət  Əmək  Müfəttişliyi 

Xidmətinin fəaliyyət prinsipləri və sferaları, səlahiyyət və vəzifələri Əmək Məcəlləsində 

əks olunmalıdır. 

Əmək  Məcəlləsinə  “Əmək  qanunvericiliyinə  əməl  edilməsinə  dövlət  nəzarəti  həyata 

keçirilməsi”  adlı    fəsil  daxil  edilməli  və  Dövlət  Əmək  Müfəttişliyinin  səlahiyyətləri, 

vəzifələri və fəaliyyət dairəsinə dair müddəalar daxil edilməlidir.

Peşə  xəstəliklərinin  müəyyən  edilməsi  və  profilaktikası  ilə  bağlı  məsələlər  də  Dövlət 

Əmək  Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli 

qərarı ilə təsdiq olunmuş“İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota 



alınması” Qaydalarının 1.2. bəndində “İşçilərin səhhətinin pozulmasının hansı hallarda 

təhqiq olunması əks olunur. Həmin maddədə göstərilən hallardan biri də (həmin maddənin 

ikinci bəndi) “müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar 

təşkilatlardan  verilmiş  nəqliyyatda  işə  gedərkən,  yaxud  işdən  qayıdarkən”  sağlamlığa 

dəyən zərərin (o cümlədən ölüm halları) təhqiqi həyata keçirilir.

Belə olan halda işçi işə ictimai nəqliyyatla, öz avtomobili ilə, piyada və s. yolla gedərkən 

bədbəxt hadisə baş verərsə bu siğorta hadisəsi sayılmır (praktikada belədir ki, müvafiq 

orqan, işəgötürənlər və siğorta şirkətləri bu halda təhqiqat aparmır və kompensasiyalar 

ödənmir).



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə