İstehsalatda bəDBƏxt hadiSƏ VƏ peşƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix21.10.2017
ölçüsü0,52 Mb.
#6235
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

32

53.



Obyekt üzrə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun 

avtomatik yanğına qarşı tüstü xəbərverici siqnalizasiya sistemi ilə 

quraşdırılması təmin edilibmi?

16

16



54. Obyektin istehsalat sahəsində güclü səs-küy və titrəyiş olan iş 

şəraitində işləyən işçilər müvafiq “Qulaqcıqlarla” təmin edilibmi?

14

18

55.



Obyektin istehsalat sahəsində tozlu iş şəraitində işləyən işçilər toz 

əleyhinə respiratorla, qoruyucu eynəklə müvafiq qaydada təmin 

edilibmi?

15

17



56.

Obyekt və bütün istehsalat sahələrində iş prosesi zamanı 

zərərçəkənə ilk tibbi yardımın vaxtında və keyfiyyətli 

göstərilməsi üçün dərman preparatları və tibbi yardım qutuları ilə 

təmin edilibmi?

15

17



57. Tikinti ərazisində maşın mexanizmlərin hərəkət sürətinə əməl 

edilirmi?

13

19

58. Gecə vaxtı qaynaq işləri aparılırmı?



9

23

59. İsti hava şəraitində ( 40* -dən yuxarı ) işlər aparılırmı?



11

21

60. Tullantılar vaxtında atılırmı?



8

24

2.2. Müşahidələr aparılan müəssisələrin seçim kriteriyaları

Müəssisələr seçilərkən aşağıdakı kriteriyalar əsas götürülmüşdür:

Müəssisələrin mülkiyyət və tabeçilik forması. 



Seçilən müəssisələrdən 50% (16 müəssisə) dövlətin tabeçiliyində olan təsərrüfat 

subyektləri (Dövlət şirkətlərinin, Səhmləri tam dövlətə məxsus açıq və ya qapalı 

səhmdar şirkətlər və s. Strukturlarına aid müəssisələr), 50% (16 müəssisə) isə özəl 

müəssisələr (Holdinqlərə, MMC-lərə aid olan müəssisələr).

Müəssisələrin  yaranma  vaxtları  (yeni  müəssisə,  əvvəllər  (1992-ci  ildən  əvvəl) 



mövcud olub mülkiyyətçisini və ya təşkilati-hüquqi formasını dəyişmiş və s.);

Müəssisənin təyinatı (istehsal, tikinti, xidmət və s.).



2.3. Müşahidələr aparılan müəssisələrdə vəziyyətin öyrənilməsı üçün 

tətbiq olıunan metodlar

İş yerlərində təhlükəsizlik texnikası qaydalarına əməl olunma norma və qaydaları 



üzrə aparılan müşahidələrə dair göstəricilər daxil edilmiş sorğu vərəqində müvafiq 

qeydlərin aparılması;

Müşahidə aparılan müəssisələrdə işləyənlərlə strukturlaşmamış intervülər;



2.4. Dövlət və ictimai nəzarətin effektivliyinin artırılmasına yönələn tədbirlər

Son illərdə iş yerlərində əməyin mühafizəsi və əmək qanunvericiliyinə əməl edilməsinə 

dövlət  nəzarətinin  keyfiyyətinin  artması  müşahidə  olunur.  Yoxlamaların  kəmiyyət 



HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

33

göstəricilərinin  azalması  fonunda  keyfiyyət  göstəriciləri  artmaqdadır.  Bu  ilk  növbədə 



Dövlət əməkMüfəttişliyi Xidmətinin və müfəttişlərinin potensialının artırılmasına yönələn 

tədbirlərin  nəticəsidir.  Monitorinq  dövründə  Dövlət  Əmək  Müfəttişliyi  Xidmətində 

aparılan  intervülər,  baş  verən  dəyişikliklərə  dair  əldə  edilən  məlumatlar  bu  qənaətə 

gəlməyə əsas verir ki, dövlət nəzarəti və ictimai nəzarətin effektivliyinin artırılmasında 

əsas göstərici yoxlamaların intensivliyinin artırılması deyildir. Nəzarəti həyata keçirən 

vəzifəli  şəxslərin  bilik  və  bacarıqlarının  artırılması,  yoxlama  nəzarət  avadanlıqlarının 

müasirləşdirilməsi  effektivliyin  artırılmasında  daha  çox  rol  oynayır.  Dövlət  nəzarətini 

həyata keçirən vəzifəli şəxslərin potensialının artırılması ilə yanaşı həmkarlar ittifaqlarının 

ictimai nəzarəti həyata keçirən əmək müfəttişlərinin də bilik və bacarıqlarının artırılması 

üçün Beynəlxalq Əmək Təşkilatı tərəfindən təlimlərin təşkili müsbət rol oynamışdır.

Bununla belə yoxlamaların həyata keçirilməsində yaranan çətinliklər dövlət nəzarətinin 

effektivliyini  aşağı  salır

Belə  ki,  Azərbaycan  Respublikası  Beynəlxalq  Əmək 



Təşkilatının 81 saylı konvensiyasına tərafdar çıxmasına baxmayaraq əmək müfəttişlərinin 

səlahiyyətlərinə dair müddəalar düzgün tətbiq olunmur. Dövlət Əmək Müfəttişliyi xidməti 

iş yerlərində yoxlamaları digər dövlət orqanlarının iştirakı ilə həyata keçirir (Yoxlama 

barədə Ədliyyə Nazirliyində əvvəlcədən reyestrə daxil edilir ve müfəttişlər iş yerlərinə 

yalnız İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin iştirakı ilə daxil ola bilər).

 

2.5. İstehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəliklərinin dinamikası

Təəssüflə  qeyd  olunmalıdır  ki,  ölkədə  istehsalatda  başverən  bədbəxt  hadisələrin  və  peşə 

xəstəliklərinin dinamikasının sistematik və ardıcıl monitorinqləri həyata keçirilmir. Dinamikanın 

müəyyən edilməsi yalnız bədbəxt hadisələrin rəsmi olaraq qeydə alınması ilə bağlı statistika 

əsasındadır. Peşə xəstəliklərinin dinamikasının müəyyən edilməsində hətta statistikadan istifadə 

etmək  belə  mümkün  deyildir.  Yuxarıda  qeyd  olunduğu  kimi    belə  statistika  ümumiyyətlə 

sistemli şəkildə aparılmır. Mövcud rəqəmlər isə hətta aidiyyatı dövlət orqanlarında yoxdur.

Halbuki  dinamikanın  monitorinqi  həm  rəsmi  statistika,  həm  sorğu  və  müşahidələr 

əsasında aparılmalı, hazırlanan hesabat elmi cəhətdən əsaslandırılmalıdır.

Aşağıda son iki ilin eyni dövrünün rəsmi statistikasını təqdim edirik. Bu məlumat Dövlət 

Əmək Müfəttişliyi Xidməti tərəfindən hazırlanmışdır:



2.6. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhqiqatı aparılmış istehsalatda 

baş vermiş  bədbəxt hadisələrə dair məlumat

Sıra

 N-si

İşin məzmunu

2011-ci ilin

6 ayı

2012-ci ilin

6 ayı

İstehsalatda baş vermiş bədbəxt hadisələr / Tikinti sektorunda

1.

Aparılmış təhqiqat nəticəsində istehsalatla 

əlaqəli sayılmış bədbəxt hadisələrin sayı

128/33

96/31

2.

Qrup halında baş vermiş bədbəxt hadisələr

11/2

7/4

3.

Bədbəxt hadisə nəticəsində :

-ölənlər                                        (nəfər)

53/13

28/13

-xəsarət alanlar                          (nəfər)

98/26

82/26

Müqayisə üçün həmçinin 2010-cu il üzrə göstəriciləri nəzərinizə çatdırırıq.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə