İstehsalatda bəDBƏxt hadiSƏ VƏ peşƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix21.10.2017
ölçüsü0,52 Mb.
#6235
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

26

1.13. Tövsiyələr



Qanunvericiliyə dair 

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə 

əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 

Qanunun

Mövcud vəziyyət

Analiz  

3.1.1. hüquqi şəxslə və ya hüquqi 

şəxs yaratmadan sahibkarlıq 

fəaliyyəti ilə məşğul olan fiziki 

şəxslə qanunvericiliyə uyğun olaraq 

bağlanılmış əmək müqaviləsi və ya 

mülki-hüquqi müqavilə əsasında 

əmək funksiyalarını yerinə yetirən 

şəxslər, dövlət orqanında çalışan 

dövlət qulluqçuları və digər işçilər 

(hərbi və ya xüsusi rütbəsi olan 

şəxslər istisna olmaqla);

Qanunun 3-cü maddəsində sığorta olunanlar 

sırasında “mülki-hüquqi müqavilə əsasında 

işləyənlər” də vardır. Əslində mülki-hüquqi 

müqavilə əsasında işləyənlərlə münasibətlər 

Əmək Məcəlləsi əsasında deyil Mülki Məcəllə 

ilə tənzim olunur. Bu baxımdan bu cür 

münasibətlərdə işəgötürən və işçi münasibətləri, 

yəni əmək münasibətləri yoxdur. Qanun 

dəqiq göstərmir ki, mülki hüquqi müqavilə 

ilə işləyənləri kim sığorta etməlidir. Amma 

mahiyyətdən belə alınır ki, sifarişçi tərəf bu 

sığorta öhdəliyini daşıyır. Bu hal praktikada 

qüsurlara gətirir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı 

ilə təsdiq edilmiş “Xeyrinə istehsalatda bədbəxt 



hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək 

qabiliyyətinin itirilməsi hallarından icbari sığorta 

müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik 

əmək haqqı fondunun hesablanması” Qaydasının 

2.1. bəndində göstərilir ki, “Sığorta haqqının müəyyən 

edilməsi üçün tətbiq edilən xeyrinə icbari sığorta 

müqaviləsi bağlanan şəxsin bir illik əmək haqqı fondu 

onun əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək 

haqqının (mülki hüquqi müqavilədə nəzərdə tutulan 

əmək funksiyasının yerinə yetirilməsinə görə muzdun 

bir aya düşən hissəsinin) on iki mislinə bərabərdir”.

Mülki hüquqi müqavilə müddəti bir aydan az da ola 

bilər. Ümumiyyətlə mülki hüquqi müqavilələrdə 

vergilər və sosial ödəmələr bir qayda olaraq ödəmə 

mənbəyindən həyata keçirilmir. 



Tövsiyə

Mülki hüquqi müqavilə yalnız o zaman bağlanıla bilər ki, görülən işin və ya göstərilən 

xidmətin xarakteri muzdlu əməyə uyğun deyildir və birdəfəlikdir. Bu baxımdan mülki 

hüquqi müqavilələr üzrə icbari sığorta icraçının özü tərəfindən həyata keçirilməlidir. 

Bu müddəa müvafiq qanunda imperativ şəkildə göstərilməlidir.Belə sığorta olmadıqda 

məsuliyyət icraçının üzərinə düşməlidir.


HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

27

Mövcud vəziyyət



Analiz

14.1. Sığorta haqqı bu Qanuna 

uyğun olaraq xeyrinə icbari sığorta 

müqaviləsi bağlanılmalı olan 

şəxslərin müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən olunmuş 

qaydada hesablanan bir illik əmək 

haqqı fondunun sığorta tarifinə hasili 

əsasında müəyyən edilir.

Bu müddəanın tətbiqi ilə bağlı  Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin 2010-cu il 

29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq 

olunmuş 

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri 

nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi 

hallarından icbari sığorta üzrə aylıq sığorta 

ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri 

üçün orta aylıq əmək haqqı miqdarının 

hesablanması Qaydası” praktikada problemlər 

yaradır. Belə ki, sığorta şirkətləri icbari sığorta üçün 

12 aylıq əmək  haqqının müvafiq risk qrupu üzrə 

faizi miqdarında vəsaitin ödənilməsini tələb edirlər. 

Əgər işçi ilə əmək müqaviləsi bir neçə ay üçün 

bağlanmışdırsa belə halda da ödəniş illik əmək haqqı 

fonduna müvafiq həyat keçirilir.

Tövsiyə 

Müddətin az olması həmçinin sığorta hadisəsi riskinin azalması deməkdir və bu baxımdan 

sığorta tarifləri müddətlərə uyğun hesablanması məqsədəuyğundur.

Mövcud vəziyyət

Analiz

13.2. Sığorta tarifləri hər təqvim ili 

üçün müəyyən olunur.

13.3. Növbəti təqvim ili üçün sığorta 

tarifləri cari ilin dekabr ayının 1-dək 

müəyyən olunmalıdır.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri 

nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi 

hallarından icbari sığorta tariflərinin müəyyən 

edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 5 noyabr 2010-cu il tarixli 200 saylı 

qərarı qəbul olunmuşdur.

Bu tariflər 2011-ci il ücün müəyyən edilmişdir.

Sonrakı il üçün belə qərarın qəbul olunmaması 

praktikada problemlər yaradır.

 

Tövsiyə 



Qanunun 13.2. və 13.3. maddələrinə dəyişiklik edilməlidir. Tariflər hər il üçün deyil 

müddətsiz müəyyən olunmalıdır. Tariflərin dəyişdiriləməsi yalnız zərurət yarandıqda 

həyata keçirilməlidir.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə