İstehsalatda bəDBƏxt hadiSƏ VƏ peşƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix21.10.2017
ölçüsü0,52 Mb.
#6235
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

22



Birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta 

ödənişi  məbləğlərinin  cəm  halda  birdəfəlik  ödənilməsidir.  Birdəfəlik  sığorta 

ödənişi aşağıdakı hallarda verilir:

- sığorta hadisəsi nəticəsində zərərçəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti 

göstərilmədən təyin edildikdə;

sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda.



Əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərərçəkmişin sığorta olunan 

müalicəsinə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının 

qulluğuna,  sanatoriya-kurort  müalicəsinə,  xüsusi  nəqliyyat  vasitələri  əldə 

edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə 

görə verilən pul təzminatıdır.

Belə ödənişlər sığorta hadisəsi müəyyən edildikdən və qanunvericilikdən nəzərdə tutulan  

müvafiq  hərəkətlər həyata keçirildikdən sonra verilir.

Bu qanunun tətbiqinin üstün cəhətlərindən biri də odur ki, iş yerlərində əməyin mühafizəsi 

qaydalarına  riayət  olunmasında  maraqlı  olan  daha  bir  tərəf  –  sığortaçı,  yəni  həyat 

sığortasını həyata keçirən təsisat da vardır.

Qanunun tətbiqindən keçən 1,5 il ərzində istehsalatda baş verən bədbəxt hadisə və ya 

peşə xəstəlikləri üzrə sığorta ödənişləri həyata keçirilməkdədir. Ödənişlər yalnız qanunun 

tətbiq olunduğu dövrdən sonra baş verən bədbəxt hadisə və ya peşə xəstəliklərinə görə 

həyata keçirilir. Qanunun tətbiqindən əvvəl baş vermiş belə hallara görə müəyyən edilən 

ödənişləri işəgötürən və ya qanunvericiliyin müəyyən etdiyi orqanlar həyata keçirir.

Ötən dövr ərzində  2011-ci il üzrə verilmiş sığorta haqları 

267 384,77 manat

 və 2012-ci ilin 

6 ayı ərzində  

212 148,35 manat təşkil etmişdir.



1.9. Qeyri Formal əmək sektoru üzrə vəziyyətin ümumi təhlili

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 

itirilməsi  hallarından  icbari  sığorta  haqqında  Qanunun  3.1.1.  maddəsinə  əsasən  icbari 

sığorta olunanlar “hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti 



ilə  məşğul  olan  fiziki  şəxslə  qanunvericiliyə  uyğun  olaraq  bağlanılmış  əmək 

müqaviləsi  və  ya  mülki-hüquqi  müqavilə  əsasında  əmək  funksiyalarını  yerinə 

yetirən şəxslər” dir. Bu da o deməkdir ki, qeyri formal əmək sektorunun iştirakçılarının 

hamısı  istehsalatda  bədbəxt  hadisə  və  peşə  xəstəliklərindən  sığortalanmırlar. Yuxarıda 




HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

23

göstərilən rəqəmlərə nəzər salsaq onda icbari sığorta olunmadan kənarda qalan və faktiki 



əmək fəaliyyəti həyata keçirən işçilərin sayının çox böyük olmasını müəyyən etmək olar.

Biz  yuxarıda  formal  əmək  sektorunda  sığorta  olunanların  göstəriciləri  ilə  tanış  olduq. 

Burada illər üzrə artım tendensiyası olsa da  əhatəlilik  təmin olunmamışdır.

Qeyri  formal  əmək  sektorunda  isə  vəziyyət  daha  mürəkkəbdir.  Əmək  münasibətlərinin 

rəsmiləşdirilmədiyi  halda  işçinin  icbari  sığorta  olunması  mümkün  deyildir.  Bununla  belə 

işəgötürənin işçini icbari sığortaya cəlb etməməyi (icbari sığorta etməməyi) onu məsuliyyətdən 

azad etmir. Yuxarıda göstərildiyi kimi işəgötürən hətta faktiki əmək münasibətində olduğu işçi 

qarşısında onun sağlamlığına vurduğu zərərə görə tam maddi məsuliyyət daşıyır.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 

itirilməsi  hallarından  icbari  sığorta  haqqında  Qanununun  7.3.  maddəsinə  görə    “Bu 

Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə 

və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə 

sığorta  olunanın  vəziyyətini  pisləşdirən  şərtlərlə  bağladıqda,  sığorta  hadisəsinin  baş 

verdiyi  halda  bu  Qanuna  uyğun  olaraq  xeyrinə  sığorta  müqaviləsi  bağlanmalı  şəxslər 

qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır”. 

Lakin,  əmək  müqaviləsi  bağlanmadan  muzdlu  işə  cəlb  edilən,  həmçinin  qeyri-rəsmi 

qaydada əmək haqqı alan şəxslə bağlı bədbəxt hadisə və ya peşə xəstəliyi halı baş verdikdə 

bir neçə ciddi problem ortaya çıxır. Bunlar:

● Belə hal mövcuddursa deməli işçi icbari sığorta olunmamışdır və maddi məsuliyyət 

işəgötürənin üzərinə düşür;

●  rəsmi əmək münasibətləri olmadığı üçün işəgötürənlər işçi ilə əmək münasibətində 

olmadıqlarını  bildirir  və  könüllü  olaraq  hər  hansı  maddi  ödənişlər  həyata  keçirmək 

istəmirlər;

● Məhkəməyə müraciət edərkən sağlamlığına zərər dəyən şəxs (və ya onun vərəsələri) 

bir neçə halı sübut etməlidir. Əvvəla o həmin müəssisədə işləməsini, yəni faktiki olaraq 

əmək münasibətlərində olmasını, daha sonra əmək haqqının miqdarını və ümumiyyətlə 

hadisənin və ya xəstəliyin həmin iş yeri ilə bağlı olmasını.

Göründüyü kimi  kifayət qədər mürəkkəb proseslərdən keçmək tələb olunur. Məhkəmə 

praktikasına nəzər saldıqda nadir hallarda məsələ sağlamlığına zərər dəyən şəxsin və ya 

onun vərəsələrinin xeyrinə həll olunur.

Hətta bu prosesləri uğurla başa çatdırdıqda, yəni məhkəmə zərərin əvəzinin ödənilməsi 

ilə bağlı işəgötürən üzərində vəzifə qoyduqda belə bir çox hallarda zərərçəkən şəxs və 

ya onun vərəsələri bu vəsaiti ala bilmirlər. Bunun da əsas səbəbi  belə müəssisələrin bir 

qayda olaraq müvəqqəti  (Məsələn, bir bina tikmək üçün yaradılmış MMC) yaradılması, 

iflas və ya süni iflas vəziyyətdə olması zərərin əvəzinin ödənilməsinə imkan vermir.

1.10. İkili (qara) mühasibat sistemi və işçilərin icbari sığortası  ilə bağlı olan problem

Sığorta hadisəsi baş verdikdə sığorta olunana və ya digər faydalananlara verilən aylıq, 

birdəfəlik kompensasiyalar işçinin aldığı orta aylıq əmək haqqına uyğun olaraq onun itirdiyi 

peşə əmək qabiliyyətinə mütənasib olaraq verilir. Peşə əmək qabiliyyəti tam itirildikdə 

ödəniş orta aylıq əmək haqqına  mütənasib olur. Bu baxımdan əmək haqqı bədbəxt hadisə 

və ya peşə xəstəlikləri hallarından sığorta edilən işçi üçün əsas göstəricilərdəndir. 

İcbari  sığorta  sisteminə  keçiddən  əvvəlki  dövrdə  praktikada  mövcud  olan  ən  ciddi 

problemlərdən  biri    sağlamlığına  zərər  dəymiş  işçi  ilə  əmək  münasibətlərinin 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə