İstehsalatda bəDBƏxt hadiSƏ VƏ peşƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix21.10.2017
ölçüsü0,52 Mb.
#6235
1   2   3   4   5   6   7   8   9   10   ...   20

HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

18

Bu rəqəmin ölkə üzrə məşğul əhalinin ümumi sayına nisbəti (2010-cu ilin göstəricilərinə 



əsasən ümumi məşğul əhalinin sayı 4 329 100 nəfər) 19,46 %, muzdlu işə cəlb olunan 

işçilərin  ümumi sayına (2010-cu il üzrə göstəricilərə əsasən 1382900 nəfər  ) nisbəti isə 

60,9 % təşkil edir.

2012-ci ilin 6 ayı ərzində sığorta olunanların göstəricilərində artım tendensiyası olsa da 

bu rəqəm də formal əmək sektorunu tam əhatə edə bilmir. Xidmətin məlumatına görə 

2012-ci  ilin 6 ayı üzrə göstəricilər aşağıdakı kimi olmşdur.



Dövrlər

Sığorta olunanların sayı

Ümumi

Sığorta olunan 

qulluqçu heyətinin sayı

Sığorta olunan 

fəhlə heyətinin sayı

2012-ci il

6 aylıq

909 554


505 877

403 679



HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

19

Bu  rəqəmin  ölkə  üzrə  məşğul  əhalinin  ümumi  sayına  nisbəti  (ötən  il  ərzində  50 000 



nəfərlik yeni iş yerlərinin yaradılması da nəzərə alınmaqla ümumi məşğul əhalinin sayı 

4 379 100 nəfər) 20, 77%, muzdlu işə cəlb olunan işçilərin  ümumi sayına (1 432 900) 

nisbəti isə 63, 3 % təşkil edir.

İcbari sığortaya cəlb olunanların iqtisadi fəaliyyət növləri və risk qrupları üzrə paylanma 

göstəriciləri də maraqlıdır. Aşağıda əsas iqtisadi fəaliyyət növlərinin bir qrupu üzrə 2011-

ci il üçün və 2012-ci ilin 6 ayı  üçün göstəriciləri  təqdim edirik.

Cədvəllərdə  nümunə  kimi  göstərilən  bəzi    iqtisadi  fəaliyyət  sahələri  üzrə  göstəriciləri  

Dövlət Statistika Komitəsinin rəsmi məlumatları ilə müqayisə etdikdə belə  fərqlər aşkar 

şəkildə görünür. Məsələn,  2011-ci ilin göstəriciləri üzrə  binaların tikintisində çalışan 

3540 nəfər qulluqçu vəzifələri üzrə, 11 746 nəfər isə fəhlə peşələrində çalışan şəxslər 

icbari  sığortaya  cəlb  olunmuşdur  (cəmi  15 286  nəfər).  Dövlət  Statistika  Komitəsinin 

2010-cu  ilin  yekunları  üzrə  məlumatında  tikinti  sahəsində  79 600  nəfərin  çalışdığı 

göstərilir. Tikintinin yalnız bina tikintisindən ibarət olmadığını nəzərə alsaq belə digər 

tikinti sahələrində çalışanların sayının bina (yaşayış və qeyri yaşayış sahələrinin tikintisi) 



Cədvəl 1

2011-ci il üzrə


HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

20

Cədvəl 2



2012-ci ilin 6 ayı üzrə

Cədvəl 3

Sosial təminat sferası

tikintisində çalışanlara nisbətdə dəfələrlə az olduğu 

məlumdur.

Digər  bir  göstərici  kimi  təhsil  sahəsini  göstərmək 

olar. 2011-ci ilin göstəricilərinə görə təhsil sferasında 

190 427 qulluqçu, 29 941 nəfər isə fəhlə peşələri üzrə 

icbari sığortaya cəlb edilib (cəmi 220 368). Amma 

Dövlət Statistika Komitəsinin 2010-cu ilin yekunları 

üzrə məlumatına görə təhsil sahəsində 345 300 nəfər 

çalışmışdır.  Beləliklə,  2011-ci  ildə  ən  azı  124 932 

nəfər təhsil işçisi icbari sığortaya cəlb olunmamışdır. 

2012-ci  ilin  6  ay  üzrə  göstəriciləri  ilə  müqayisədə 

bu  rəqəm  (əgər  təhsil  işçilərinin  sayını  2010-cu  il 

səviyyəsində götürsək) 107 421 nəfər edəcəkdir.

Dövlət  idarəetməsi  və  müdafiə;  sosial  təminat  

sferasında  çalışanların  ümumi  sayı  2010-cu  ilin 

göstəriciləri  üzrə  52 400  nəfər  təşkil  etdiyi  halda 

2011-ci  il  üzrə  icbari  sığortaya  cəlb  olunma 

göstəriciləri  41 345 nəfər, 2012-ci ilin 6 ayı üzrə isə 

44 631 nəfər təşkil etmişdir. 

Dövlət  Statistika  Komitəsinin  2010-cu  il  üzrə 

hazırladığı  “İqtisadi  fəaliyyət  növləri  üzrə  muzdla 

işləyən işçilərin sayı”na dair məlumatda göstərilir ki, 

ticarət    sektorunda  işləyənlərin  sayı  286 800  nəfər 




HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

21

təşkil edir. 2012-ci ilin 6 ayının göstəriciləri üzrə bu sektor üzrə icbari sığorta olunan 



qulluqçu və fəhlə heyətinin ümumi sayı 15686 nəfər təşkil edir. 

Belə müqayisələri davam etmək mümkündür. Lakin demək olar ki, bütün iqtisadi fəaliyyət 

sahələri üzrə vəziyyət oxşardır. Yalnız büdcədən maliyyələşən təşkilatlarda, o cümlədən 

dövlət orqanlarında işçilərin icbari sığortası üzrə göstəricilər nisbətən yüksəkdir. 



1.8.Ödənişlər üzrə göstəricilər

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 

itirilməsi  hallarından  icbari  sığorta  haqqında”  Qanunun  16-cı  maddəsinə  əsasən 

istehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini tam 

və ya qismən itirən şəxslər və ya onların bu səbəbdən vəfat etdiyi halda digər faydalanan 

şəxslərə aşağıdakı növ sığorta ödənişləri həyata keçirilir:

Aylıq sığorta ödənişi;



Birdəfəlik sığorta ödənişi;

Əlavə sığorta ödənişi.



Sığorta hadisəsi baş verdikdə ödənişlər aşağıdakı qaydada ödənilir:



Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək 

qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan 

şəxsə verilən pul təzminatıdır.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə