İstehsalatda bəDBƏxt hadiSƏ VƏ peşƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix21.10.2017
ölçüsü0,52 Mb.
#6235
1   2   3   4   5   6   7   8   9   ...   20

HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

15

14-cü risk dərəcəsi 

Daş kömür və liqnit hasilatı B 05 Xam neft və təbii qaz hasilatı 

B 06 


Metal filizlərinin hasilatı 

V 07 


Mədənçıxarma sənayesinin digər sahələri 

B 08 


Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi 

B 09 


Aqrokimyəvi məhsulların istehsalı 

C 202 


Beton, gips və sementdən məmulatların istehsalı 

C 236 


Dekorativ və tikinti daşlarının kəsilməsi, emalı və naxışlanması 

C 237 


Çuqun və poladın sair ilkin emalı 

C 243 


Metaldan tikinti konstruksiyaları və məmulatlarının istehsalı 

C 251 


Metal sisternlərin, radiatorların və çənlərin istehsalı 

C 252 


Batareyaların və akkumlyatorların istehsalı 

C 272 


Kosmik aparatlar da daxil olmaqla, uçan aparatların istehsalı 

C 303 


Binaların tikintisi 

F 41 


Mülkü təyinatlı inşaat işləri

F 42


2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 

itirilməsi  hallarından  icbari  sığorta  tarifləri  peşə  riskinin  dərəcəsindən  və  sığorta 

olunanların  kateqoriyalarından  asılı  olaraq  fərqləndirilməklə  aşağıdakı  kimi  müəyyən 

edilsin: 

Peşə riskinin dərəcəsi

Sığorta olunanların kateqoriyaları üzrə sığorta tarifi (faizlə)

qulluqçular

fəhlələr 

1

0,2


0,4

2

0,2



0,5

3

0,2



0,6

4

0,2



0,8

5

0,2



0,9

6

0,3



1,0

7

0,3



1,2

8

0,3



1,4

9

0,4



1,5

10

0,4



1,6

11

0,4



1,7

12

0,5



1,8

13

0,5



1,9

14

0,5



2,0


HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

16

1.6.Məşğulluğa dair ölkə üzrə göstəricilər

Azərbaycanda  əhalinin məşğulluğu 2011-ci ilin aprelindən 2012-ci ilin eyni dövrünədək 

50 min nəfər artaraq 4 milyon 282 min 600 nəfərə çatıb

1



2011-ci ilin 1 yanvar tarixinə ölkədə iqtisadi fəal əhalinin sayı 1995-ci illə müqayisədə 



25,9 faiz, 2006-cı illə müqayisədə isə 6,7 faiz artaraq 4587,4 min nəfər, məşğul əhalinin 

sayı müvafiq olaraq 19,8 faiz və 8 faiz artaraq 4329,1 min nəfər təşkil etmişdir

2

.

Lakin  Dövlət  Statistika  Komitəsinin  rəsmi  məlumatına  görə  İqtisadi  fəaliyyət  növləri  üzrə 



muzdla işləyən işçilərin sayı 2010-cu ilin göstəricilərinə görə 1382900 nəfər  təşkil etmişdir. 

Statistika  Komitəsinin  məlumatına  görə  2011-ci  ilin  aprelindən  2012-ci  ilin  aprelinə  qədər 

işçilərin sayı daha 50 000 nəfər artmışdır.

Beləliklə rəqəmləri müqayisə etməklə müəyyən etmək mümkündür ki, ölkədə formal əmək 

sektorunda çalışan işçilərin sayı ümumi məşğul əhalinin göstəricilərindən əhəmiyyətli 

dərəcədə fərqlənir. Rəsmi əmək sektorunda işləyənlərin sayını 1432900 nəfər qəbul etsək, 

onda arada olan fərq  2896200 nəfər təşkil edəcəkdir.

Bu şəxslərin bir qismi fərdi sahibkarlıqla məşğul olanlar, mülki-hüquqi müqavilə əsasında 

işləyənlər və qeyri formal əmək bazarının iştirakçılarıdır.

 

 



 

 

1



Mənbə: http://vergiler.az/art-view/527/

 

 



2

Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı.

Mənbə:http://www.mlspp.gov.az/?id=5&sub_id=30&lang=1&dpid=68



HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

17

1.7.Formal Əmək Sektoru üzrə göstəricilər

İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri  hallarından   icbari sığorta sisteminin 

tətbiqi özlüyündə işçilərin sağlam əmək şəraitində işləmək hüququnun təmin olunmasına 

yönələn  müsbət  bir  prosesdir.  Bu  qanunun  tətbiqinə  qədər  olan  vəziyyətin  təhlili  onu 

göstərir ki, işəgötürənlərin işçinin sağlamlığına dəyən zərərin əvəzini ödəməsi  ilə bağlı 

çoxsaylı problemlər mövcud idi. Bu problemlər əsasən aşağıdakılardan ibarət idi:

1.  İşəgötürənlər işçinin sağlamlığına dəyən zərərin əvəzini ödəməkdə maraqlı deyildi 

və bu baxımdan müxtəlif vasitə və üsullardan istifadə etməkdə belə ödənişləri 

həyata keçirməkdən yayınırdı;

2.  Bir  çox  hallarda  işçinin  zədə  aldığı  və  ya  peşə  xəstəliyinə  tutulduğu  müəssisə 

sonradan ləğv olunurdu, təşkilati hüquqi formasını və ya mülkiyyətçisini dəyişirdi. 

Belə olan halda istehsalat zədəsi və ya peşə xəstəliyi nəticəsində sağlamlığını və 

peşə əmək qabiliyyətinin tam və ya qismən itirən işçi və ya həmin işçi yuxarıdakı 

səbəblərdən vəfat etmişdirsə onun vərəsələri  təyin olunmuş kompensasiyaları ya 

ümumiyyətlə ala bilmirdi, tam ala bilmirdi və ya olduqca çətinliklə alırdı;

3.  Bir  çox  iş  yerlərində  istehsalat  zədələnməsi  və  peşə  xəstəlikləri  nəticəsində 

kompensasiya alan işçilərin sayı həddən artıq çox olduğu üçün həmin müəssisə 

hətta gəlirlə işləsə belə işçilərə kompensasiyaları verməkdə çətinlik çəkirdi. Bu 

səbəbdən həmin müəssisələrin yerinə yetirdikləri işlər və ya göstərdikləri xidmət 

üçün daha çox vəsait tələb edirdi ki, bu da bu müəssisələrin rəqabət qabiliyyətini 

aşağı salırdı;

4.  İşəgötürən tərəfdən kompensasiyaların ödənilməsi onun  gəlirlərinə  mənfi təsir 

göstərirdi və bu da dolayısı ilə orada çalışan işçilərin əmək haqlarının və sosial 

güzəştlərin artırılmasına imkan vermirdi. və s.

İstehsalat zədələnməsi və peşə xəstəlikləri hallarından icbari sığorta sisteminin tətbiqi isə 

yuxarıda göstərilən bütün problemləri həll etmiş olur. 

Bununla belə qanunun tətbiq olunmasından keçən 1,5 ilə ərzində formal əmək  sektoru 

üzrə işçilərin icbari sığortaya cəlb edilmə göstəriciləri istənilən səviyyədə deyildir. İcbari 

sığortanı sığorta şirkətləri həyata keçirir.

İcbari sığorta müqaviləsi yalnız həyat sığortası üçün lisenziyası olan və bu qanunla əhatə 

olunan icbari sığorta növü üzrə fəaliyyətin həyata keçirilməsinə sığorta nəzarəti orqanının 

verdiyi icazəyə malik olan sığortaçı tərəfindən bağlanıla bilər.

Ölkə  üzrə  sığortaya  cəlb  olunan  işçilərin  kəmiyyət  göstəriciləri  hər  rüb  üzrə  Maliyyə 

Nazirliyinin  Dövlət  Sığorta  Nəzarəti  Xidməti  tərəfindən    ümumiləşdirilir  və  iqtisadi 

fəaliyyət növləri üzrə qruplaşdırılır.

Xidmətin  hazırladığı  statistik  məlumatlara  görə  icbari  sığorta  sisteminin  tətbiqinin  ilk 

ilində (2011-ci il) formal əmək sektoru üzrə ümumi göstəricilər aşağıdakı kimi olmuşdur:



Ümumi göstəricilər

Dövrlər

Sığorta olunanların sayı

Ümumi

Sığorta olunan qulluqçu 

heyətinin sayı

Sığorta olunan fəhlə 

heyətinin sayı

2011-ci il

842 599


468 645

373 949



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə