İstehsalatda bəDBƏxt hadiSƏ VƏ peşƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix21.10.2017
ölçüsü0,52 Mb.
#6235
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

24

rəsmiləşdirilməməyi,  digəri  isə  işçinin  rəsmi  əmək  haqqı  ilə  faktiki  əmək  haqqının 



arasında fərqlərin olması idi. 

Təəssüflə  qeyd  olunmalıdır  ki,  icbari  sığorta  sisteminin  tətbiqi  bu  problemlərin  heç 

birinin qarşısını ala bilmədi. Hazırda  icbari sığorta əmək müqaviləsi (və ya mülki-hüquqi 

müqaviləsi) olmayan heç bir  işçini əhatə etmir. İkili (qara) mühasibatlığın mövcud olduğu 

iş  yerlərində  vəziyyət  bir  qədər  fərqlidir.  Belə  ki,  faktiki  əmək  haqqı  ilə  rəsmi  əmək 

haqqı  arasında  dəfələrlə  fərq  olan  iş  yerlərində  işçilərin  sığorta  olunması  rəsmi  əmək 

haqqına uyğun həyata keçirilir. Təbii ki, sosial sığorta hadisəsi baş verdikdə bütün sığorta 

ödənişləri də həmin rəsmi əmək haqqına müvafiq həyata keçirilir. Məsələn, bir işçinin 

rəsmi əmək haqqı 100 manat, faktiki əmək haqqı isə 500 manatdırsa, sığorta hadisəsi baş 

verdikdə işçiyə ödənişlər onun itirdiyi peşə əmək qabiliyyətinə mütənasib olaraq rəsmi 

əmək haqqı üzrə hesablanacaqdır.

Bu  halın  mövcudluğu  icbari  sığorta  sisteminin  tətbiq  olunmasında  ən  ciddi  problemlərdən 

biridir. İcbari sığorta sisteminin tətbiq olunmadığı  vaxtlarda işçinin məhkəmə vasitəsi ilə faktiki 

əmək haqqını müəyyən etmək üçün imkanları vardır. Düzdür praktikada bunu etmək o qədər 

də asan olmurdu. Amma hər halda bu hüquq vardır və ondan istifadə edən işçilər olmuşdur. 

Hazırda isə məhkəməyə müraciətin hər hansı perspektivi ümumiyyətlə yoxdur. Çünki sığorta 

şirkəti işçiyə ikili mühasibatlıq üzrə əmək haqqı verilməsinə görə hər hansı məsuliyyət daşımır.

1.11. İcbari sığortaya cəlb olunmayan  əsas qruplar

Qanunvericilikdə  olan  boşluqlar  və  qanunun  tətbiqi  praktikasında  olan  qüsurlar  əmək 

fəaliyyəti ilə məşğul olan xeyli işçinin bədbəxt hadisə və  ya peşə xəstəlikləri hallarından 

icbari sığortadan kənarda qalmasına gətirir.  Bu işçi qrupları əsasən aşağıdakılardır:

Formal əmək sferasında çalışmalarına baxmayaraq işəgötürənlərin məsuliyyətsizliyi 



və  səhlənkarlığı  səbəbindən  icbari  sığortaya  cəlb  olunmayan  işçilər.  Yuxarıda 

göstərilən rəqəmlərə nəzər saldıqda aydın görünür ki, əslində hüquqi baxımdan 

hər hansı problem olmadığı halda  işəgötürənlər məsuliyyətsizlik edərək işçiləri 

icbari sığortaya cəlb etməmişdir. Bu hal hətta büdcə təşkilatlarında, o cümlədən 

dövlət orqanlarında əhəmiyyətli göstəriciyə malikdir;

●  Qeyri-formal əmək sektorunda çalışan bütün işçilər. Buraya əsasən aşağıdakı kateqoriya 

işçilər aiddir:

-  Ev  qulluğu  işlərində  çalışanlar  (dayələr,  aşbazlar,  şəxsi  sürücülər,  bağbanlar, 

cangüdənlər və s. ev qulluğu  işlərinə cəlb edilənlər);

-  İctimai iaşə sferasında (restoranlar, şadlıq evləri, çayxanalar, klublar və s.);

-  Ticarət sektorunda çalışanlar;

●   Kəndli fermer təsərrüfatlarında çalışanlar;

●  Mülkiyyətində torpaq sahələri olan və bu səbəbdən “Məşğulluq haqqında” Qanuna 

əsasən məşğul hesab olunan əmək qabiliyyətli şəxslər;

●  Qanunla icbari sığortaya cəlb olunması nəzərdə tutulmayan şəxslər.



HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

25

1.12. İcbari sığorta üzrə Qanunvericiliyin tətbiqinə mane olan səbəblər  

Qeyri formal əmək sektorunun mövcudluğu



Qeyri formal əmək sektorunun mövcudluğu on minlərlə faktiki olaraq muzdlu işdə çalışan 

insanların bədbəxt hadisə və peşə xəstəlikləri hallarından icbari sığorta olunmasına imkan 

vermir. Praktika göstərir ki, istehsalatda baş verən bədbəxt hadisələrin nəticəsində zərər 

çəkənlərin əksəriyyəti də əmək müqaviləsi  olmadan işləyən şəxslərdir.

İkili mühasibatlıq



Yuxarıda  qeyd  olunduğu  kimi  ikili  mühasibatlığın  tətbiq  olunduğu  iş  yerlərində 

işçilər  rəsmi olaraq aldıqları əmək haqqına müvafiq olaraq sığorta olunurlar. Belə 

olan halda sığorta hadisəsi zamanı işçi və ya digər faydalananlar real kompensasiya 

ala bilmirlər.

İşəgötürənlərin işçilər qarşısında korporativ sosial məsuliyyətinin kifayət qədər 



olmamağı;

Ölkədə işəgötürənlərin cəmiyyət və işçi heyəti qarşısında korporativ sosial məsuliyyəti 

olduqca aşağıdır. Bu baxımdan bir çox işəgötürənlər nəzarətdən yayınaraq işçilərini 

bədbəxt hadisə və ya peşə xəstəlikləri hallarından sığorta etmirlər.  İşəgötürənlərin 

müvafiq  iş  yerlərində  əməyin  mühafizəsi,  o  cümlədən  təhlükəsizlik  texnikası 

qaydalarının  təmin  olunması  üçün  zəruri  tədbirləri  görməməyi,  həmçinin  işçiləri 

icbari sığorta etməməyi  Qanunun tətbiqini ciddi əngəlləyən amillərdəndir.

Qanunun icrası üzərində nəzarətin təmin olunması ilə bağlı problemlər;



Qanunun icrasına nəzarəti tam təmin etmək  çox çətindir. Hazırda müəssisələrdə nəzarət 

orqanlarının  yoxlama  sistemi  vahid  reyestr  əsasında  həyata  keçirilir.  Dövlət  Əmək 

Müfəttişliyi  Xidməti  də  müəssisələrdə  yoxlamaları  yalnız  əvvəlcədən  reyestrdə  qeydə 

aldırdıqdan sonra həyata keçirir. Bu baxımdan işəgötürənlər icbari sığortanın tətbiqindən 

tam və ya qismən yayına bilirlər. Bu hal xüsusən işçilərin əksəriyyəti ilə əmək müqaviləsi 

olmayan iş yerlərində baş verir. Belə iş yerlərində işəgötürən yoxlama olacağı vaxtlarda 

əmək müqaviləsi bağlamadan muzdlu əməyə cəlb etdiyi işçiləri iş yerinə buraxmır və 

beləliklə yoxlayan orqan yalnız əmək müqaviləsi olan işçiləri qeydə ala bilir. Bu işçilərin 

də əksəriyyəti icbari sığortaya cəlb olunmuş olurlar.

Maarifləndirmə işinin aşağı səviyyədə olması



İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri hallarından icbari sığorta ilə bağlı məlumatlılıq 

olduqca aşağıdır. Bu tədqiqat çərçivəsində kiçik və orta sahibkarlıq subyekti olan 35 müəssisə 

rəhbəri ilə  strukturlaşdırılmamış intervülər aparılmışdır. Onlardan cəmi 5 nəfəri icbari sığorta 

ilə bağlı tam məlumatlı olmuşdur. Daha 11 nəfər ümumi məlumata malik olduqlarını bildirmiş. 

Qalanlar isə bu sığortanı icbari dövlət sosial sığortası ilə qarışdırmışdır.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə