İstehsalatda bəDBƏxt hadiSƏ VƏ peşƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə18/20
tarix21.10.2017
ölçüsü0,52 Mb.
#6235
1   ...   12   13   14   15   16   17   18   19   20

HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

42

Normativ sənədə sonradan bu müddəanın daxil edilməsi çoxsaylı mənfi nəticələrə gətirir. 



Hər il işə gedən (və ya işdən qayıdan) müəyyən sayda insanın məhz yolda sağlamlığına 

zərər dəyir.

Normativ sənəddə bu müddəanın dəyişdirilməsi zəruridir. Təhqiqat nəticəsində işçinin işə 

getməsi və işdən qayıtması halında sağlamlığına zərər dəyməsi müəyyən edildikdə, bu da 

sığorta hadisəsi kimi qeyd olunmalı və şəxsə (o bədbəxt hadisə nəticəsində vəfat etdikdə 

qanuni vərəsələrinə) kompensasiyalar verilməlidir.



2.9.3. Əməyin muhafizəsi və istehsalat risklərinin azaldılması sahəsində dövlət 

siyasətinə dair tövsiyələr

İstehsalatda risklərin monitorinqinin keçirilməsi sahəsində

Dövlət  Əmək  Müfəttişliyi  Xidməti,  Həmkarlar  İttifaqları,  işəgötürən  birlikləri, 

həyat  sığortasını  həyata  keçirən  sığorta  şirkətləri,  ixtisaslaşmış  QHT  nümayəndələri, 

ekspertlərdən ibarət daimi monitorinq qrupunun yaradılması məqsədəuyğundur. Xüsusi 

normativ-hüquqi aktla səlahiyyət dairəsi və vəzifələri müəyyən olunan bu daimi orqan 

il ərzində istehsalat risklərinin dinamikasının monitorinqini keçirməli və tövsiyələri də 

özündə əks etdirən illik hesabat hazırlamalıdır.

Hesabatın  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi,  Azərbaycan  Həmkarlar 

İttifaqları  Konfederasiyası,  İşəgötürənlər  (sahibkarlar)  Konfederasiyasının  təmsil 

olunduğu  sosial  şuraya  təqdim  olunması  və  monitorinq  prosesində  müəyyən  olunmuş 

risklərin azaldılması üçün strategiya müəyyənləşməsi  üçün prosedurlar və qaydaların 

hazırlanması məqsədəuyğundur;



Əməyin Mühafizəsi sahəsində xidmət sferasının təşkili sahəsində

İstehsalat  sahələrində  və  digər  iş  yerlərində  təhlükəsiz  və  sağlam  əmək  şəraitinin 

yaradılması üçün kommersiya fəaliyyəti əsasında xidmət sahələrinin yaradılması zərurəti 

vardır. Belə xidmətin təşkili özəl strukturlar tərəfindən həyata keçirilə bilər. Lakin belə 

xidmət  sferasının  formalaşmasında  Dövlət  nəzarətini  həyata  keçirən  orqanın  iştirakı 

təmin olunmalıdır. Bu baxımdan belə xidmət sahələri ilk növbədə dövlət nəzarətini həyata 

keçirən orqanın nəzdində yaradıla bilər. Xidmətin əsas fəaliyyəti iş yerləri üçün əməyin 

mühafizəsinə  dair  sənədlərin  hazırlanması,  texniki  təhlükəsizlik  qaydalarının  tətbiqi 

(yanğın, elektrik xətləri və avadanlıqlarının təhlükəsizliyinin təmin olunması və s.), işçi 

heyətin təlimatlandırılması, əyani vasitələrin hazırlanması və yerləşdirilməsi, iş yerlərində 

əməyin mühafizəsi üzrə  xidmətin təşkili üçün məsləhətlərin verilməsi və personalın bilik 

və bacarıqlarının artırılması və s.olmalıdır. Hazırda belə ixtisaslaşmış xidmət sahələrinin 

olmaması  kiçik  və  orta  sahibkarlıq  subyektlərində  əməyin  mühafizəsinin  təşkili,  o 

cümlədən  istehsalat  risklərinin  azaldılması  istiqamətində  fəaliyyətlərin  qurulmasını 

problemli edir;



HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

43

2.9.3. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair 



standart təlimatların hazırlanması sahəsində

İqtisadi inkişaf və texniki tərəqqı istehsalatda əməyin mühafizəsinin təmin olunmasına 

yönələn  tədbirlərin  xarakterinin  və  məzmununun  dəyişməsini  tələb  edir.  Əməyin 

mühafizəsinə dair sahələr arası standart təlimatların yeni redaksiyada işlənilməsi zərurəti 

vardır. Bu təlimatlar:

-Əməyin Mühafizəsinə dair ümumi tələblər;

-İş başlanmazdan əvvəl əməyin mühafizəsinə dair tələblər;

-İş vaxtı ərzində əməyin mühafizəsinə dair tələblər;

-Qəza hallarında əməyin mühafizəsinə dair tələblər və s. ümumi təlimatlar ola bilər.

Belə təlimatların iş yerlərində mütləq qaydada yerləşdirilməsi müvafiq normalarda əks 

olunmalıdır.

İşçilər və iş növləri üzrə təlimatların təkmilləşdirilməsi və yeni təlimatların hazırlanması 

istiqamətində  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  strategiya  hazırlanmalı  və 

sistemli şəkildə həyata keçirilməlidir.




HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

44

3. ƏLAVƏLƏR



Əlavə 1

Anlayışlar

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək 

qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



ÇIXARIŞ

Maddə 2. Əsas anlayışlar

 

2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:



2.0.1.  istehsalatda  bədbəxt  hadisələr  və  peşə  xəstəlikləri  nəticəsində  peşə  əmək 

qabiliyyətinin  itirilməsi  hallarından  icbari  sığorta  (bundan  sonra-  icbari  sığorta) 

-istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 

itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində 

onların  peşə  əmək  qabiliyyətinin  itirilməsi  və  ya  ölümü  ilə  bağlı  sığorta  ödənişinin 

verilməsini nəzərdə tutan sığorta sinfidir;

2.0.2.  istehsalatda  bədbəxt  hadisələr  və  peşə  xəstəlikləri  nəticəsində  peşə  əmək 

qabiliyyətinin  itirilməsi  hallarından  icbari  sığorta  müqaviləsi  (bundan  sonra-  icbari 

sığorta müqaviləsi) -icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta 

haqqı  ödəməsi  müqabilində  sığorta  hadisəsi  nəticəsində  sığortaçının  sığorta  ödənişini 

həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşma;

2.0.3. sığorta olunan- xeyrinə icbari sığorta müqaviləsi bağlanılan və bu Qanunla 

müəyyən  olunmuş  hallarda  sığorta  ödənişi  almaq  hüququ  olan  bu  Qanunun  3-cü 

maddəsində göstərilən şəxslər;

2.0.4.  sığortalı-  sığorta  olunanın  xeyrinə  icbari  sığorta  müqaviləsi  bağlayan 

Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanları;

2.0.5.  sığortaçı- Azərbaycan  Respublikasında  həyat  sığortası  sahəsi  üzrə  sığorta 

fəaliyyətini  həyata  keçirmək  üçün  lisenziyaya  malik  olan  və  istehsalatda  bədbəxt 

hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından 

icbari sığorta növünü aparmağa, həmçinin qanunvericiliklə müəyyən olunmuş hallarda 

annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxs;

2.0.6. faydalanan şəxs- bu Qanuna uyğun olaraq sığorta müqaviləsindən faydalanan 

(sığorta ödənişi almaq hüququ olan) şəxs;

2.0.7.  annuitet  müqaviləsi-  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  müvafiq 

icazə almış sığortaçı və faydalanan şəxs arasında bağlanılan, həmin faydalanan şəxsin 

xeyrinə dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta müqaviləsi;

2.0.8. müqavilə ili- icbari sığorta müqaviləsinin qüvvədə olduğu birinci il və həmin 

müqavilənin qüvvədə olduğu bütün dövr ərzində tamam olan hər növbəti il;

2.0.9. istehsalat- fiziki şəxsin işləri, xidmətləri (bundan sonra- əmək funksiyalarını) 

haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri;

2.0.10. istehsalatda bədbəxt hadisə-əmək funksiyalarını yerinə yetirərkən xeyrinə 

icbari  sığorta  müqaviləsi  bağlanılmalı  olan  şəxsin  bədən  üzvlərinin,  toxumalarının 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə