Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Yaşayış məntəqələrinin planlaşdırılması Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: IV


Yeraltı suların səviyyəsinin endirilməsi



Yüklə 0,59 Mb.
səhifə7/7
tarix30.12.2017
ölçüsü0,59 Mb.
#18850
1   2   3   4   5   6   7

Yeraltı suların səviyyəsinin endirilməsi

Əsas su mənbələrinin hamısl atmosfer çirklənməsinə məruz qalır.Ona görə də həmin sularin qida kimi istifadə edilməsi üçün onu birinci növbədə süzgəcdən keçirmək lazım gəlir.

Yeraltı sular əsas 3 qrupa ayrılır:

-Yuxarı qatdan çıxarılan sular

-orta qatdan çıxarılan sular

-laylar arası axıb gələn sular.

Bu tip sularin içməli olması üçün mühəndisi yaxşılaşdırılma işlərinin aparıl-ması vacibdir.

Su quyularınin minimal dərinliyi aşağıdakılardır: yaşayış sahələrində 1.5 metr, avtomobil yollarının yaxınlığında 2.0 metr, qəbiristanlıq ətrafı 2.5 metr, meyvə-tərəvəz saxlanılan ərazilərdə 4.5 metr, stadionda 1.8 metr, günəbaxan yetişdirilən ərazilərdə 2.0 metr, binaların zirzəmilərində 1.2 metrdən az olamayaraq su çıxarıla bilər.

Konstruksiyasından asılı olaraq su qəbuledici qurğular drenajın yerləşmə xarakterindən asılı olaraq iki yerə ayrılır:

Üfuqi və şaquli dreanajlar

Drenajlar öz növbəsində 4 növ olur:


  • Sahil kənarı

  • Sistematik

  • Başlıca

  • Dairəvi

Yeraltı suların tərkibində tez həll olan dağ suxurları mövcud olur. Buna misal kalium duzları, dolomit qrupuna daxil olan maddələr, gips məhsulları və s.

Ona görə bu maddələrdən suyun təmizlənməsi və onun istifadəyə yararlı olması üçün mühəndis tədbirləri görülür.

Suyun tırkibində müxtəlif duz selləri də mövcud olur.Ona görə də bu suların əksəriyyəti cod sular olur. Bunlar əsasən Orta Asiya,Krım və Qafqazda çıxır.Tərkibinə görə bu sular 3 qrupa ayrılır.

-daşlı sular

-duzlu çirkli sular

-çirkli – daşlı sular

Su axını zamanı bu daşların axım sürəti 2.5- 6 m/s arasında dəyişir. Bu onun həndəsi ölçülərindən, kütləsindən asılı olaraq bu sürət dəyişir. Onların təmizlənməsi və saflaşdrıması üçün hidrotexniki qurğulardan istifadə olunur.

Yaşayış sahələrinin layihələndirilməsi və onun ayrı-ayrı ərazilərinin layihələndirilməsi zamanı əsas problemlərdən biri də əhalinin normal su ilə təchizatıdır. Yəni əhalini zərərsiz və daimi su ilə təmin etməkdir. Bu problemin həllində relyef mühüm rol oynayır. Relyefi nəzərə alınmaqla aparılan layihələndirmə şaquli planlaşma adlanır. Bu məsələnin əsas şərtlərindən biri yaşayış ərazisində küçə boyu atmosfer sularının ( yağış suları ) maili olaraq çıxıb getməsidir. Bu da həm əhalinin normal yaşamasına həm də nəqliyyat vasitələrinin normal hərəkətinə gətirib çıxarır.

Bu layihələndirmə iki mərhələdə həyata keçirilir.


  • Relyefin düzgün öyrənilməsi və analizi

  • Şaquli planlaşmanın sxeminin çəkilməsi

Relyefin analizi plan sxemdə qırmızı xətlə topoqrafik xəritədə 1:2000 və ya 1:5000 miqyasında aparılır. Suyun maillik axımında əsas hesablama düsturu

i = kimi yazılır.

Burada D - dayaq nöqtələri arası məsafə

h – dayaq nöqtələrində normadan yuxarı qalxma məsafəsidir.

i – maillik

Sxemə görə deyə bilərik ki, 2, 5 və 10 yaşayış küçələrində relyef analiz olunub. Bu küçələrdə maillik bucağı təqribən 0,05 qəbul edilir. Bu da oxlar vasitəsi ilə qırmızı rəngdə göstərilir. Əgər həmin maillik problem yaradırsa onda layihəyə yenidən baxılır və h = i x D düsturu ilə hesablamalar aparılır.

Sonra bu bucaqla da yoxlama aparılır. Son layihə tərtib olunur. Suyun axın istiqaməti sxemdə qırmızı istiqamətlənmiş oxla göstərilir.

Bundan sonra yekun planlaşma haqqında sənədləşmə aparılır. Sxemdə suyun axım istiqamətindən başqa bütün yazılar qara qələm ilə aparılır.



c:\users\администратор\documents\scan-130125-0039.jpg

MÖVZU 14.Yaşayış yerlərinin mühəndis hazırlığı
Plan

1. Yaşayış məntəqələrində yolların formaları

2. Mühəndis avadanlıqlarının növləri

Ədəbiyyat

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi. Bakı-2006

2. Q. Məmmədov Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı=-2002

3. Планировка сельских населенных мест: Учебн. Пособие / Под. ред. В.М. Богданова. М., Колос ,1980.

4. Планировка сельских населенных мест: Учебн. Пособие / Н.П. Конкачок и др. М.Агропромиздат, 1986.

5. Сероительные нормы и правила. Часть II нормы проектирования. Глава 60. Планировка и застройка городов, поселков и сельских населенных мест. М., Стройиздат, 1985.

Ən böyük qiymətli yaşayış yerlərinin görünüşlərini küçə , yol tikintisi və yol avadanlığı təşkil edir.Yolun dəyəri onun üst qatından və onun konstruksiyasından aslıdır. Hansi ki, bu hissə hərəkət üçün əsas hissəni təşkil edir.Yolun keyfiyyətinə əsas yolun üst qatı və onun xarici görünüşü təsir edir.

Müasir zamanda yaşayış məntəqələrində yolun üst qatı kimi əsasən 3 əsas formadan istifadə olunur: Təkmilləşmiş kapital, təkmilləşmiş yaxşılaşmış və keçid yolları.

Təkmilləşmiş kapital yolları - əsasən sement- beton, asfalt – beton təbəqədən ibarət olur.

Təkmilləşmiş yaxşılaşdırılmış yollar - əsasən şebenli və bitium döşənmiş yollar daxildir.

Keçid yolları- əsasən asfalt beton qatdan ibarət olan yollar daxildir.

Bütün yolların tikintisi zamanı onun dərinliyi 35-40 sm olan bir və ya iki təbəqəli asfalt-beton təbəqə , hər təbəqənin qalınlıği 3-4 sm –dən kiçik olmamalıdır. Piyada gedişi üçün nəzərdə tutulan yollar da qalınlığı 3 sm olan asfalt və ya 4 sm qalınlıqlı piltələr döşənmiş sahələr aid edilir. Bu yolun alt təbə-qəsi də 10-12sm qalınlığında şeben alt qatı təşkil etməlidir.

Mühəndis avadanlıqlarına əsas aşağıdakılar aid edilir;

-Su təchızatı sistemi

-kanalizasiya sistemı

-İstilik təchizatı sistemi

-Qaz təzhizatı sistemi

-Elektrik enerji təchizatı sistemi

-Telefonlaşma və radiofikasiya təchizatı

-Yaşıllaşdırma zonaları

İndi bunların hər birinə ayrılıqda baxaq.



Su təchizatı-yaşayış yerlərində sanitar-texniki vənormal yaşayışın əsas amillərin-dən hesab edilir. Bu sistemin 3 əsas növündən istifadə edilir.

-yerli su təchizatı

-qruplaşmış su təchizatı

-mərkəzləşdirilmiş su təchizatı sistemi

Bu sistemlərin struktur sxemi aşağıda göstərilmişdir.
c:\users\администратор\documents\scan-130125-0042.jpg

1-yaşayış məntəqəsi

2-çərçivə (reşetka)

3-Nasos stansiyası

4-Horizontal baş su ötürücü

5-Paylayıcı quyu

6- İki tərəfli dayaq

7,8- Su yığıcı sahə

9- Latok

10-Filtrasiya sahəsi

11-Suvarma sahəsi
Yerli su təchizatına şaxta quyusundan və açarların köməyi ilə çıxarılan sulardır. Onlarda arteizan suları və açıq mənbə (çay, göl və s) sularına ayrılır. Su çıxarılan ərazilər müdafiə məqsədilə hasarlanır. Həmin ərazilər sanitar normalarına uyğun təmiz və səliqəli saxlanılmalıdır. Eyni zamanda həmin sularla çirkli məişət və istehsalatdan ayrılan sular qatışmamalıdır. Bəzi tıhlükəli zonalarında su hövzələrində imühafizə sistemləri də növbə ilə qorunmalıdır. Açıq su mənbələri su təchizatı ərazilərində sanitar mühafizə də olmalıdır ki, bu da sanitar-topoqrafik və hidroloji şəraitdən asılı olur.

Təzyiq ədədi Hb tikilişin hündürlüyündən asılı olur və bu düsturla hesablanır.

Hb= Hsərbəst + ∑ h+ (H 1 -H2)

Hsərb -sərbəst təzyiqin hündürlüyü

∑h –boruda su axini zamanı itirilən poroqun hündürlükləri cəmi

İki mərtəbəli bihaların hündürlüyü 12 m,bundan ,çox olan binalar üçün 12m-nin üzərinə hər mərtəbə üçün 4m əlavə etməklə hesablanır.

∑h-əsasən borunun diametrindən asılıdır.İlkin hesablamalarda bu kəmiyyət 2 m qəbul edilir.

Çirkab suları (kanalizasiya sistemi). Kənd yaşayış ərazisinin relyefi əlverişli düzən sahəyə malikdirsə, onda kanalizasiya sistemi öz-özünə axım vasitəsilə olur.

Çirkab suları kənd yaşayış yerlərində 3 yerə bölünür:



  1. Təsərrüfat-fekal

  2. İstehsalat axımlı

  3. Atmosfer axımlı

Çirkab suları (kanalizasiya) olmayan yerlərdə əhalinin bir nəfərinə sutkada düşən su 25 litr normalaşdırılır.

Çirkab suları üç sistemdə tərtib olunur:



  1. Tam axımlı sistem – çirkab suları iki yeraltı boru ilə axıdılır.

  2. Natamam axımlı sistem – kanalizasiya atmosfer axımlarından başqa açıq lotok və kanallara axıdılır.

  3. Ümumi axımlı sistem – bütün kanalizasiya xətləri təmizləyici qurğulara verilir.

Çirkab suları aşağıdakı üsullarla təmizlənir:

  1. Mexaniki üsul

  2. Bioloji üsul

Mexaniki üsulla çirkab suları öz-özünə təmizlənir.

Bioloji üsulda təmizlənmə iki cür olur: təbii və süni təmizləmə

Təbii təmizlənmə suvarma tarlalarının filtirasiya sahələrində olur.

Süni təmizlənmə isə xüsusi təmizləyici qurğular vasitəsilə həyata keçirilir.

Suvarma tarlaları iki yerə bölünür:


  1. Kommunal sahələr. Kommunal sahələrdə 1000 nəfərə düşən sahə 10-15 ha və hər hektara düşən çirkab su 10-90 m3 götürülür.

  2. Əkinçilik sahələri. Əkinçilik sahələrində 1000 nəfərə düşən sahə 35-70 ha hər hektara düşən çirkab su 5-20 m3 götürülür.

Suvarma sahələrində faydalı sahə aşağıdakı düsturla hesablanır:

Ff.s=

Q- sutkalık çirkab suyunun sərfi, m3

q- suvarma norması, bir ha sahə üçün m3/ha
İstilik təchizatı. Mərkəzləşdirilmiş istilik təchizatı sistemləri kənd yaşayış yerlərində lahiyələndirilməsi məsələsi seksiyalı və qapalı yaşayış evlərində olmaqla ictimai və istehsalat binalarının təchizatı ilə həyata keçirilir. İstilik ümumi qəsəbə və yerli qazanxanalar da alınır. Bunlar əsasən yaşayış sahəsindən kənarda tikilir.Bu tikinti elə aparılır ki, bütün əraziyə iqtisadi cəhətdən əlverişli olur. Quru və maye istilik sistemləri mövcuddur. Quru istilik sahəsi 0,5 ha sahəni, maye istilik sistemi isə 0,25 ha sahəni əhatə etməlidir. Yaşayış binalarından ən azı 35 metr aralı, maye istilik sistemi isə 25 metrdən aralı tikilməlidir. Qaz qızdırıcı sistemləri isə ən azı 15 metr məsafədə yerləşdirilməlidir.

Bütün yeraltı kommunikasiyalar müxtəlif səviyyədə yerləşdirilir ki, onların kəsişmələrini asanlaşdırsın. Ona görə də istilik şəbəkəsi 1.3-2.0 m dərinlikdə qoyulmalıdır. Ən mükəmməl üsul yeraltı kommunikasiyaların kollektorda yerləşdirilməsidir. Kollektorlar yığma beton konstruksiyalarından qurulur. Kollektorların içərisində bütün yeraltı kommunikasiyalar müəyyən qaydada yerləşdirilir. Kollektorun üstün cəhətlərindən birisi də odur ki, kommunikasiyaların təmiri zamanı küçəni qazmaq lazım gəlməyir.



Qaz təchizatı. Qaz təchizatı əhali üçün magistral qaz xəttindən təbii qazla təmin edilir.Təbii qaz, qaz boruları ilə qaz paylayıcı stansiyalarından və qaz tənzimləyici məntəqələrdən keçməklə verilir. Bu qurğularda əsasən qazın normal təzyiqi tənzimlənir. Bu stansiyalar və məntəqələr yaşayış ərazisindən kənarda qurlaşdırılır və ya tikilir. Bəzi yaşayış sahələrindən qaz – balon sistemli təchizatdan istifadə edilir. Ehtiyat qaz sıxılmış halda yeraltı məntəqələrdə saxlanılır.

Elektrik təchizatı. Əhalinin yaşayış sahələrində enerji təminatı dövlət –yüksək gərginlik xətləri ilə təmin edilir. Bu hala imkan olmadıqda enerji təminatı yerli elektrostansiyalar vasitəsilə həyata keçirilir. Hava xətləri enerji ötürmək məqsədi ilə istifadə olunan avadanlıqlar yaşayış sahəsindən kənarda olmalıdır. Bu əsasən 35 KV və ondan yuxarı gərginliklər nəzərdə tutulur. 10 KV gərginliklərə qədər yaşayış ərazisində yarımstansiyalar quraşdırmaq olar. Onun binası yanğına davamlı materialdan tikilir: birinci və ikinci kateqoriyalı oda davamlı bina 70-10 m üçüncü kateqoriya 9-12 m, dördüncü və beşinci kateqoriyalılar isə 10-16m yaşayış binalarından aralı olması normativə uyğunluğu nəzərdə tutulur. Əhali məntəqələri ərazisində bu xətlər əsasən kabellər vasitəsilə işlənilir.

Yeraltı kabel 0.6-0.8 m dərinlikdə yerləşdirilməlidir.



Telefonlaşma və radiofikasiya . Kənd yerlərində əhalinin telefonlaşma və radiofikasiya kənd ATS-ləri və radio tellərdən istifadə etməklə xidmət edilir. Bu rabitə xətləri xususi dirəklərlə və bəzən elektrik dairələri vasitəsilə verilir. Bu işləri muasir zamanda yeraltı kabel xətləri vasitəsilə işlənilir. Bu xətlər 0,8-1,3m dərinlikdə azbes borulardan keçirilməklə piyada yolu ilə aparılır.

Yaşıllaşdırma. Bu ərazilər 3 qrupa ayrılır.

-ümümi istifadəli yaşıllaşdırılmış sahə.

-məhdud istifadəli yaşıllaşdırılmış sahə.

-xüsusi istifadəli yaşıllaşdırılmış sahə.

Birinci sahəyə istirahət parkları, idman sahələri, dənizkənarı parklar, yaşayış kompleksləri və mikrorayon ərazilərində salına bilər.

İkinci sahə məktəblərdə, uşaq baxçalarında ,xəstəxanaların həyətlərində ola bilər.

Üçüncü qrupa isə sanitar – mühafizə zonalarında, su muhafizə sahəsində, yanğın muhafizə ərazisində, şosse və dəmiryolu kənarı yollarda və qəbirstanlıqlarda salınmış yaşıllaşma sahələrini əhatə edir.

Bu işlərin yerinə yetirilməsinə ayrılan vəsaitin təqribi qiymətləri bu cədvəldə göstərilmişdir.




Adları

Dəyəri 1 ha min manat

Parklar

Bağlar


Bulvar

Yaşayış rayonun ərazisi



10 – 12 ( bəzi halda 60 )

5,7 – 30


12 – 66

3 – 35

Layihələrin işlənməsində bu adları çəkilən sahələr üzrə ayrı-ayrılıqda smeta dəyərləri hesablanır. Onların cəmi isə ümumi mühəndis layihəsinə daxil olur və onun dəyəri hesablanır. Bunlar hamısı əhalinin kənd yaşayış məntəqələrində yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilir.

MÖVZU 15. Planlaşdırma layihəsinin texniki-iqtisadi qiymətləndirilməsi və onun reallaşdırma planı
Plan
1. Planlaşma layihəsinin obyektiv qiymətləndirilməsi.

2. Texniki–iqtisadi göstəricilərin növləri.

3. Planlaşdırmanın layihələndirməsi və növbəliliyi.

4. Layihənin naturaya köçürülməsi

5. Obyektlərin tikintisinin titul siyahısı

Ədəbiyyat

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi. Bakı-2006

2. Q. Məmmədov Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı=-2002

3. Планировка сельских населенных мест: Учебн. Пособие / Под. ред. В.М. Богданова. М., Колос ,1980.

4. Планировка сельских населенных мест: Учебн. Пособие / Н.П. Конкачок и др. М.Агропромиздат, 1986.

5. Сероительные нормы и правила. Часть II нормы проектирования. Глава 60. Планировка и застройка городов, поселков и сельских населенных мест. М., Стройиздат, 1985.

Planlaşmış layihəni tərtib edərkən və kənd əhalisinin yenidən məntəqələrə yerləşdirilməsi zamanı bir neçə qaydalara, normalara və tələblərə əməl etmək lazımdır ki, bu da onların əmək şəraitinin, məişət və istirahət yerlərinin yaxşılaşdırılmasına yönəlmiş olur. Bunlar o tələblərə və maraqlara cavab verməlidir ki,onların yığcamlığı və dəqiq tikintisi arxitektura cəhətdən təmin edilmiş olsun. Göstərilən cəhətlər layihənin işlənib hazırlanması zamanı öz əksini tapmalıdır. İşlənmiş layihənin qiymətləndirməsi mərhələ-mərhələ yoxlanmalıdir.


Texniki -iqtisadi göstəricilərin növləri

Layihəni qiymətləndirmək üçün texniki –iqtisadi göstəricilər 2 əsas növə ayrılır: nisbi və mütləq göstəricilər.

Mütləq göstərici bu və ya digər dəqiq kəmiyyətin ədədi göstəricisidir. Mütləq göstəricilər konkret qiymətləri ifadə edir. Məsələn, 1ha,1m2 ,1km –də yerləşən əhali sayı. Bunlar verilmiş layihəni xarakterizə edir.

Nisbi göstəricilər dəqiq kəmiyyətlərin yerinə qoyulması ilə əldə edilən göstəricilərdir. Məsələn, küçə sahəsinin ümümi ərazi sahəsinə nisbətinin faizlə ifadəsi, bir nəfərə düşən ümumi yaşıllıq sahəsi. Bu göstəricilərə görə layihənin müxtəlif variantlarını müqayisə edirlər.

Nisbi və mütləq göstəricilər natural və dəyər göstəriciləri ola bilər.Texniki iqtisadi göstəricilər yalnız müəyyən ərazi sahəsindəki yaşayış məntəqəsini xarakterizə edə bilər. Bəzi hallarda ərazi sahəsinin müəyyən hissəsinə də aid edilə bilər.

Planlaşmış layihənin yaşayış zonasındakı qiymətləndirməsinin sistem göstəriciləri.

İndi yaşayış ərazisinə aid edilən əsas texniki-iqtisadi göstəricilərə baxaq.

1.Yaşayış fondunun sıxlığının brutto–bu ümümi yaşayış evlərinin sahəsi-nin bütün yaşayış ərazisinin sahəsinə olan nisbəti ilə təyin edilir.

P çəki = Pyaş.evi / Pümümi yaş əraz

burada Pçəki - yaşayış fondu çəkisini sıxlığı, m 2 / ha

Pyaş - yaşayış evinin ümümi sahəsi ,m 2

P1 – yaşayış ərazisinin ümümi sahəsi , ha

Yaşayış fondunun kütlə sıxlığı netto – yaşayış evlərinin ümümi sahəsinin P yaş - yaşayış ərazisinin sahəsinə olan nisbəti ilə təyin olunur

Pkütlə=

p2 – yaşayış ərazisinin sahəsi olub , hansi ki,orada yaşayış evləri tikilib

Ha -ilə ölçülür.

Yaşayış fondunun sıxlığı brutto-evlərin tipindən, həyətyanı sahənin və kvartalın ölçüsündən, küçə və yolların (keçidlərin), ümumi istifadəli yaşıllıqların, tikintiyə yararsız ərazilərin sahələrindən asılıdır.

Yaşayış fondunun sıxlığı netto- yalnız evlərin tipləri və yaşayış ərazisinin sahəsi təsir edir .

Əhalinin sıxlığı -1 ha yaşayış zonasındakı əhalinin sayıdır.

Tikintinin sıxlığı binaların birbaşa oturduqları sahənin onların yerləşdiyi əraziyə nisbəti kimi hesablanır .

Vacib texniki-iqtisadi göstəricilərdən biri də ərazi balansıdır. Ərazi balansı ərazidəki bütün növ tikinti sahəsinin və onların hansı hesablanmış müddətə tikildiyini göstərir.



Ərazi balansı üçün aşağıdakı cədvəl mövcuddur


Ərazi


Müasir vəziyyət

Hesaba görə

Baş plana görə

ha

%

1m2 düşən

ha

%

1m2 hes düşən

ha

%

1 m2

düş


A- yaşayış zonası




























Cəmi




100







100







100




B- istehsalat zonası

Sanitar müdafiə zonası






























Cəmi




100







100







100




Planlaşmanın və yenidən tikilmənin istehsalat zonasının qiymətləndirmə göstəriciləri

İstehsalat zonasında istehsalatın qiymətlədirilməsi ayrıca prosesdir.

Yekunda layihə son mərhələ ilə qiymətləndirilir. İstehsalat zonasında istehsal proseslərinin müxtəlif etapları müşahidə olunur. Ona görə iqtisadi göstəricilərin qiymətləndirilməsi zamanı istehsalat zonasının bütün şəraiti analiz olunmalı və ərazidəki texnoloji proseslərin düzgün təşkili aparılmalıdır.Bundan sonra texniki-iqtisadi göstəricilər hesablanır.Bunlara ərazi balansı, istehsalat komplekslərinin sıxlığı , ərazidən istifadə əmsalı ,tikintinin qiyməti və şəraiti vacibdir.

Ərazidən istifadə əmsalı—sahə nisbəti olub ,faydalı ərazi sahəsinin , ümumi istehsalat komplekslərinin sahəsinə olan nisbətidir.Bu əmsal 1-ə yaxınlaşdıqca daha səmərəli ərazi hesab oiunur.

İqtisadi qiymətləndirmə üçün əsaslı xərclərin təxmini qiymətlərinin təyini böyük əhəmiyyət kəsb edir. Tikintini mərhələlərlə aparırlar , bu da pul və material vasitələrinin rasional və bərabər istifadəsinə imkan verir .

Hazir layihəni naturaya aşağıdakı ardıcıllıqla köçürürlər: layihənin baş nöqtələri (küçə oxlarının kəsişmələri); kvartalların təpə nöqtələri; kvartallarda sahələrin sərhədləri; binaların yerləri; planlaşdırma və abadlaşdırma detalları.

Layihənin naturaya köçürülməsinin əsas qaydası ümumidən xüsusiyə, əsas elementdən ikinci dərəcəyə, böyükdən kiçiyə prinsipi ilə aparılmasıdır.

Əgər planlaşdırma layihəsinin naturaya köçürülməsi tam deyilsə işi ümumi qaydada olduğu kimi saxlamaq, məntəqələrin baş nöqtələrinin həndəsi strukturlarını göstərmək lazımdır.


Planlaşmanın layihələndirilməsi və növbəliyi

Kənd məntəqəsinin tikintisi etapla həyata keçirilir. Bu da həmin məqsədlə ayrılmış vəsaitin, materialların bərabər və rasional şəkildə paylanmasına imkan verir. Planın işlənməsi zamanı tikintinin etibarlı, yararlılıq müddəti hesablanaraq həyata keçirilir. Onun əsasında rayon tikintisinə və daha çox inkişafı gözlənilən obyektlərin tikintisinə diqqət yetirilir. İlkin sənəd olaraq tikintinin növbəliyi məqsədilə perspektiv və beşillik tikinti planı həyata keçirilir. Ona görə də ilkin kapital qoyuluşu tikintinin bütün növləri üzrə düzgün paylanmalıdır.Hər yaşayış məntəqəsi üzrə həcmin hesablanması zamanı əhali sayının artımı və perspektivli iqtisadi inkişaf da nəzərə alınmalıdır.

Bu paylanmalar titul siyahısı ilə həyata keçirilir. Bunlar aşağıdakı cədvəldə göstərilmişdir.

Obyektlərin tikintisinin titul siyahısı


N

Tikintinin görünüşü və yaşay.səviyyəsi

Ölçü vahidi

Obyek-sayı

Smeta dəy.1 obyekt min m

Smeta d.bütün obyekt min m

Maliyələşmə mənbəyi min man.

Ümumi planda obyektinyerləş-məsi

1

2

1



1

2

1





İstehsalat tikintisi

200baş inək üçün

3000 baş qoyunçuluq

Mədəni-məişət

tikintisi

uşaq baxçası

25 yerlik

Yaşayış məqsədli tikinti

Fərdi tikinti (2mənzil-li)

Seksiyalı (2 mərtəbəli 3 otaqlı ev)

İstirahət yönümlü

Parkların yaşıllaşdı-rılması




Obyekt

-

Obyekt



ha

1

1

1



20

5


20

15

16



2.6

20

15

16



13.0

Fermer hesab.

Fermer hesab.

Bələdiyyə hes (6) dövlət krediti (10) hesabına

Dövlət vəs.hesabına


8

9



3

21-40


41-43

5

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə