Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Yaşayış məntəqələrinin planlaşdırılması Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: IV



Yüklə 0,59 Mb.
səhifə4/7
tarix30.12.2017
ölçüsü0,59 Mb.
#18850
1   2   3   4   5   6   7

Seksiyalı evlərdə mənzil yanında malikanəyanı sahə nəzərdə tutulmur və burada tikinti digər tələblərə uyğun aparılır

Seksiyalı evlərin məhəllələrinin tikintisinin əsas üsulları bunlardır :



  1. Perimetral 2) Cərgəli 3) Qruplu

k:\kend.jpg

1) Perimetral tikintili-seksiyal ev 2) Cərgə tikintil seksiyalı ev

Həyətyanı sahənin planlaşdırılması sxemi

scan-130125-0013


  1. Yaşayış binası və zirzəmi

  2. Təsərrüfat sahəsi

  3. Bağ

  4. Dirrik

Şəxsi məqsəd üçün köməkçi təsərrüfat yaşayış evlərinin tipindən asılı olaraq yaşayış zonasında müxtəlif cür yerləşdirilə bilər.
İctimai binaların sahələrinin planlaşdırılması

Kənd yaşayış məntəqələrində ictimai təyinatlı binaların sahəsi binalar yanı ərazidən və kütləvi istirahət , idman və tamaşa sahələrindən təşkil olunur. İctimai binalarda mədəni-məişət , kommunal və inzibati təyinatlı müəssisələr və idarələr yerləşir.Bu binalar aşağıdakı qruplara bölünürlər:



  • Məktəbəqədər uşaq müəssisəsi

  • Ümumtəhsil məktəbləri və internatlar

  • Ticarət , ictimai iaişə və kommunal xidmət müəssisələri

  • Müalicə-profilaktika idarələri

  • Mədəni-maarif idarələri

  • Bədən tərbiyəsi -idman qurğuları

  • İnzibati –təsərrüfat idarələri

Bu idarə və müəssisələrin yerləşməsi üçün xüsusi tip ictimai binalar tətbiq edilir və bunlar həm təyinatına , həm də tituluna görə fərqlənirlər.

Son zamanlar kooperativ tipli binalar geniş yayılmışdır. Bu binalarda müxtəlif təyinatlı idarə və müəssisələr yerləşir ki, nəticədə binanın tikilməsinə və istismarına çəkilən xərclər iqtisadi cəhətdən daha əlverişli olur.

İctimai binalar üçün ayrılmış sahənin ölçüsü və forması binanın təyinatından asılıdır və hesabı normaya əsaslanır. Ən çox yığcam , kvadrata yaxın düzbucaqlı forma istifadə edilir.

Hər bir ictimai idarənin sahəsində aşağıdakılar yerləşir :



  • Əsas bina , köməkçi təyinatlı tikili və qurğular, idarınin xüsusiyyətinə uyğun xüsusi meydançalar, təsərrüfat həyəti , yaşıllaşdırma , əraziyə giriş və çıxış, kiçik bağça

Bu elementlərin toplusundan planlaşdırmanın təşkili yaranır.İctimai binalar yanı sahələr hər bir idarənin təyinatına uyğun sahədən məqsədyönlü istifadə etmək şərti ilə planlaşdırılır və tikilir.İctimai binalar seliteb zonanın tikintisinin memarlıq –məkan təşkilində xüsusi yer tutmalıdır

Məktəbəqədər təhsil müəssisələrinin tikintisi, yenidən qurulması və əsaslı təmiri zamanı müvafiq sanitar-epidemioloji rəyə malik olan inşaat materiallarından istifadə edilməlidir.

Məktəbəqədər təhsil müəssisələri yaşayış məntəqələrinin ərazisində və xüsusi ayrılmış torpaq sahələrində magistral yollardan, kommunal və sənaye obyektlərindən, avtomobil nəqliyyatı müəssisələrindən kənar sahələrdə yerləşdirilməlidir. Məktəbəqədər təhsil müəssisəsinin ərazisindən şəhər (kənd) təyinatlı magistral mühəndis kommunikasiyaları (su təchizatı, kanalizasiya, istilik təchizatı, hava və yeraltı elektrik xətləri) keçməməlidir.   

Ayrıca binası olan yeni tikilən məktəbəqədər təhsil müəssisəsi üçün torpaq sahəsinin ölçüsü 100 yerlik məktəbəqədər təhsil müəssisəsi üçün 1 yerə    35 m2, başqa təyinatlı tikilinin tərkibində təşkil edilmiş və 100 yerə qədər tutumu olan məktəbəqədər təhsil müəssisəsi üçün 1 yerə 29 m2 sahə hesabı ilə qəbul olunmalıdır. Tikililərin yüksək sıxlıq şəraiti olan iri şəhərlərdə binaların yenidən qurulması və mürəkkəb relyefli ərazidə sahənin təşkili zamanı onun ölçülərinin azaldılmasına sanitar-epidemioloji rəy olduqda yol verilir. 

Torpaq sahəsi aşağıdakı funksional zonalara ayrılır:

1. tikinti zonası;

2. oyun zonası;

3. təsərrüfat zonası.

Tikinti zonasının tərkibinə ərazinin sərhədləri çərçivəsində yerləşdirilən məktəbəqədər təhsil müəssisəsinin əsas binası daxildir. Həmin ərazidə bu təhsil müəssisəsi ilə funksional əlaqəsi olmayan başqa təyinatlı idarələrin, tikililərin və müəssisələrin yerləşdirilməsinə yol verilmir.

Məktəbəqədər təhsil müəssisəsinin binaları bir-birindən ayrılıqda layihələndirilir. Şəhərlərdə, çoxmərtəbəli tikililərin sıx yerləşdiyi ərazilərdə, eləcə də yeni salınan şəhərlərdə 140 yerdən artıq tutumu olmayan məktəbəqədər təhsil müəssisəsinin sərbəst giriş-çıxışa malik hasarlanmış ərazisi olmaq şərtilə, binalara bitişik tikilməsinə yol verilir. Məktəbəqədər təhsil müəssisəsinin binası yaşayış binasından əsaslı divarla ayrılmalıdır.

Məktəbəqədər təhsil müəssisəsinin yaşıllıq ərazisinin sahəsi ümumi sahənin 50 faizindən az olmamalıdır. Sahənin perimetri boyunca eni 1,5 m, küçə tərəfdən isə 6 m olan ağac və kollardan ibarət yaşıllıq mühafizə zolağı yaradılır. Ağaclar məktəbəqədər təhsil müəssisəsinin binasından – 15 m, kollar isə – 5 m məsafədə əkilir.  Sahənin yaşıllaşdırılması üçün il ərzində yaşıl olan bitkilərdən istifadə edilir. Zəhərli məhsulları və tikanı olan ağac və kolların əkilməsinə yol verilmir. Hər il yaz mövsümündə kolların dekorativ budanması aparılır, alçaq və quru budaqlarla yanaşı, cavan zoğlar da kəsilir.

Təbii işıqlanması olmayan və kifayət qədər insolyasiya ilə təmin edilməyən məktəbəqədər təhsil müəssisəsinin ərazisində oyun meydançalarının binadan və ya ərazidən 50 m-dən artıq olmayan məsafədə yerləşdirilməsinə yol verilir. Oyun zonasının tərkibinə aşağıdakılar daxildir:

Məktəbəqədər təhsil müəssisələrinin binaları 2 mərtəbədən artıq olmamalıdır. İri şəhərlərdə tikililərin sıxlığını və torpaq sahələrinin çatışmazlığını nəzərə alaraq, ərazi gigiyena və epidemiologiya mərkəzi ilə razılaşdırıldığı təqdirdə, məktəbəqədər təhsil müəssisələri binalarının 3 mərtəbə hündürlüyündə tikintisinə yol verilir. 3-cü mərtəbədə yalnız orta və böyük qrupların, zalların və uşaqlarla məşğələlərin aparılması üçün digər ixtisaslaşdırılmış otaqların, inzibati-məişət və rekreasiya sahələrinin yerləşdirilməsinə yol verilir. Körpələr qrupu 1-ci mərtəbədə, digər qruplar isə 2-ci mərtəbədə yerləşdirilir.

Məktəbəqədər təhsil müəssisəsinin əsas otaqları yerüstü mərtəbələrdə yerləşdirilir. Zirzəmi və kürsü mərtəbələrində uşaqların qalması üçün otaqların və tibb kabinetinin yerləşdirilməsinə yol verilmir. Binaların zirzəmi və kürsü mərtəbələrinin istifadəsi müvafiq tikinti normalarının tələblərinə uyğun olaraq, eləcə də qrunt sularının səviyyəsi nəzərə alınmaqla həyata keçirilməlidir. 

Binalar yer tutumundan asılı olaraq, yığcam, blokşəkilli və ya pavilyon strukturlu ola bilər. Həmin binalar bir neçə pavilyon korpusundan ibarət olub, bir-birindən ayrı və ya isidilən keçidlə birləşə bilər. İsidilməyən keçidlərə və qalereyalara yalnız isti iqlimi olan rayonlarda yol verilir. Məktəbəqədər təhsil müəssisəsinin əsas otaqlarının döşəmədən tavana qədər hündürlüyü 3 m olmalıdır.

Binalara giriş iki tamburlu, isti iqlimli rayonlarda isə bir tamburlu qəbul edilməlidir. Tamburun dərinliyi 1,6 m-dən az olmamalıdır. Qismən şüşələnmiş daxili qapılar uşağın boyu səviyyəsində hər iki tərəfdən taxta reyka ilə haşiyələnir. Pilləkən məhəccərinin (üç və daha artıq pilləli) hündürlüyü 0,8 m təşkil edir. Körpələr qrupu otaqlarının girişi qarşısında uşaq arabalarının saxlanması üçün panduslar təşkil olunur. Məktəbəqədər təhsil müəssisələri binalarının planlaşdırılma quruluşunda qrupların təcrid olunması prinsipinə riayət edilməlidir. Körpə yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qruplar sahədən müstəqil girişə malik olmalıdır. 2-ci mərtəbədə yerləşən qrupların uşaqları üçün və məktəbəqədər təhsil müəssisəsinin binasında yerləşməsindən asılı olmayaraq, tərkibi 4 qrupdan artıq olmayan məktəbəqədər yaşlı uşaqlar üçün ümumi girişin nəzərdə tutulmasına yol verilir.

Kənd yaşayış məntəqələrində layihələndirilən ümumi təhsil müəssisələrinin torpaq sahələri kiçikqabaritli kənd təsərrüfatı texnikasının, bağ və bostan ləvazimatlarının saxlanılması üçün nəzərdə tutulan otaqların, istixanaların və oranjereyaların hesabına genişləndirilə bilər.

Binalara olan tələblər

Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər və sahəsi 36-42 m2 olmaqla təşkil edilir. Ümumi təhsil müəssisələrinin binalarının hündürlüyü əsasən 3 mərtəbədən artıq nəzərdə tutulmur. Lakin şəhərdə binaların sıxlıq təşkil etdiyi zonalarda 4 mərtəbəli ümumi təhsil müəssisələri yerləşdirilə bilər.

Ümumi təhsil müəssisəsi uyğunlaşdırılmış binada yerləşdiyi zaman otaqların tərkibi və sahələri müəyyən edilərkən, hər bir konkret halda, ümumi təhsil müəssisəsinin növü, şagirdlərin sayı və yaş həddi, siniflərin sayı və digər amillər nəzərə alınır. Otaqların tərkibi  və sahəsi milli və regional xüsusiyyətlər nəzərə alınmaqla, əsas dərs fənlərinin dərindən tədrisi üçün lazımi şərait yaradılmasını əks etdirir. Tədris prosesi aparılan sinif otaqlarının səs-küylü yerlərdən və pis qoxulu laboratoriyalardan uzaq məsafədə yerləşdirilməsi nəzərdə tutulur. 180, 220, 360, 480 və 640 şagird yerlik ümumi təhsil müəssisələrində hər birinin sahəsi 54 m2 olmaqla, 1 kimya, 1 fizika və 1 biologiya laboratoriya otaqları nəzərdə tutulur. Ümumi təhsil müəssisələrində şagird yerlərinin sayından asılı olmayaraq, sahəsi 18 m2  olan bir texniki otaq nəzərdə tutulur.

   Məktəb direktorunun otağı sahəsi qəbul otağı ilə birlikdə 54 m2, direktor müavinlərinin (2 müavin) otaqları isə sahəsi 18 m2 olmaqla nəzərdə tutulur. Ümumtəhsil məktəbində müəllimlər otağının sahəsi isə məktəbin neçə şagird yerlik olmasından asılı olaraq, 36-60 m2 arasında dəyişir. Sinif otaqları dəhlizə nisbətdə sol tərəfdə birtərəfli yerləşdirilir. Dəhlizin eni 3,6 m, uzunluğu isə layihəyə uyğun olaraq planlaşdırılır.Bəzi dağ rayonlarının kənd ümumtəhsil məktəblərində torpaq sahəsinin relyefindən asılı olaraq, zirzəmi planlaşdırıla bilər.Tədris otaqları layihələndirilərkən işçi zona, müəllimin iş zonası, əyani-tədris və texniki-tədris  vasitələri yerləşdirilən əlavə sahə, şagirdlərin fərdi məşğələləri və aktiv fəaliyyəti zonaları nəzərdə tutulur. Dərslər üzbəüz siniflərdə keçirilən zaman otaqların sahəsi bir şagirdə 2,0-2,5 m2, qrup formasında  və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 3,5 m2 sahə ilə hesablanır.



Uşaq bağçasının planlaşdırılması

scan-130125-0028


      1. Əsas bina

      2. Su quyusu

      3. Buzlaq

      4. Zibilxana

      5. Təsərrüfat sahəsi ( anbar )

      6. Ayaqyolu

      7. Uşaq meydançası

      8. Təsərrüfat həyəti

Məktəb ərazisinin planlaşdırılması binadan kənar tədris , tərbiyəvi işlərin aparılması nəzərdə tutulmaqla yerinə yetirilir. Məktəbin binası sahənin mərkəz hissəsində yerləşir. Sinif otaqlarının pəncərələri cənub, cənub-şərq və ya şərq istiqamətinə yönəlməlidir.

Ümumi təhsil müəssisələrinin tikintisi üçün torpaq sahəsi müəssisənin binasından qırmızı xəttə qədər məsafə 25 m-dən  az olmayaraq nəzərdə tutulur.Torpaq sahəsinin ölçüləri ümumi təhsil müəssisəsinin şagird tutumundan asılı olaraq, kənd və şəhər məntəqələrinin planlaşdırılmasına və tikintisinə dair normaların tələblərinə uyğun olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

- 40-dan 400-dək hər bir şagird üçün 50 m²;

- 400-dən 500-dək hər bir şagird üçün 60 m²;

- 500-dən 600-dək hər bir şagird üçün 50 m²;

- 600-dən 800-dək hər bir şagird üçün 40 m²;

- 800-dən 1100-dək hər bir şagird üçün 33 m²;

- 1100-dən 1500-dək hər bir şagird üçün 21 m²;

- 1500-dən 2000-dək hər bir şagird üçün 17 m²;

- 2000-dən çox hər bir şagird üçün 16 m².

Ayrılmış sahənin ən azı 50 faizi yaşıllıq sahə kimi nəzərdə tutulur.

Ümumi təhsil müəssisəsi üçün ayrılmış torpaq sahəsi tədris-təcrübə, bədən tərbiyəsi və idman, istirahət və təsərrüfat zonalarına ayrılır.Tədris-təcrübə zonası ümumi sahənin 25 faizindən artıq olmayan ərazisini təşkil edir. Layihədə nəzərdə tutulmuş ümumi təhsil müəssisəsində şagirdlərin sayından asılı olaraq biologiya, kimya və fizika fənləri üzrə laboratoriyalar  planlaşdırılarsa, tədris-təcrübə zonasının sahəsi azaldıla bilər.Bədən tərbiyəsi və idman zonasının meydançaları  binadan ən azı 25 m məsafədə yaşıllıq zolağının arxasında yerləşdirilir.İstirahət zonası təsərrüfat zonasından ayrı, bağların və yaşıllıqların əhatəsində yerləşdirilir. Bu zona hərəkətli oyunlar və sakit istirahət üçün nəzərdə tutulan meydançalardan ibarət olur.Təsərrüfat zonasına küçədən sərbəst giriş nəzərdə tutulur. Kənd yaşayış məntəqələrində layihələndirilən ümumi təhsil müəssisələrinin torpaq sahələri kiçikqabaritli kənd təsərrüfatı texnikasının, bağ və bostan ləvazimatlarının saxlanılması üçün nəzərdə tutulan otaqların, istixanaların və oranjereyaların hesabına genişləndirilə bilər.

Binalara olan tələblər

Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər və sahəsi 36-42 m2 olmaqla təşkil edilir.Ümumi təhsil müəssisələrinin binalarının hündürlüyü əsasən 3 mərtəbədən artıq nəzərdə tutulmur. Lakin şəhərdə binaların sıxlıq təşkil etdiyi zonalarda 4 mərtəbəli ümumi təhsil müəssisələri yerləşdirilə bilər.

Ümumi təhsil müəssisəsi uyğunlaşdırılmış binada yerləşdiyi zaman otaqların tərkibi və sahələri müəyyən edilərkən, hər bir konkret halda, ümumi təhsil müəssisəsinin növü, şagirdlərin sayı və yaş həddi, siniflərin sayı və digər amillər nəzərə alınır.Otaqların tərkibi  və sahəsi milli və regional xüsusiyyətlər nəzərə alınmaqla, əsas dərs fənlərinin dərindən tədrisi üçün lazımi şərait yaradılmasını əks etdirir. Tədris prosesi aparılan sinif otaqlarının səs-küylü yerlərdən və pis qoxulu laboratoriyalardan uzaq məsafədə yerləşdirilməsi nəzərdə tutulur.

180, 220, 360, 480 və 640 şagird yerlik ümumi təhsil müəssisələrində hər birinin sahəsi 54 m2 olmaqla, 1 kimya, 1 fizika və 1 biologiya laboratoriya otaqları nəzərdə tutulur.Şagird yerlərinin sayı 640-dan artıq olan ümumi təhsil müəssisələrində hər birinin sahəsi 54 m2 olmaqla, 2 kimya, 2 fizika və 2 biologiya laboratoriya otaqları nəzərdə tutulur.Ümumi təhsil müəssisələrində şagird yerlərinin sayından asılı olmayaraq, sahəsi 18 m2  olan bir texniki otaq nəzərdə tutulur.Məktəb direktorunun otağı sahəsi qəbul otağı ilə birlikdə 54 m2, direktor müavinlərinin (2 müavin) otaqları isə sahəsi 18 m2 olmaqla nəzərdə tutulur. Ümumtəhsil məktəbində müəllimlər otağının sahəsi isə məktəbin neçə şagird yerlik olmasından asılı olaraq, 36-60 m2 arasında dəyişir.Sinif otaqları dəhlizə nisbətdə sol tərəfdə birtərəfli yerləşdirilir. Dəhlizin eni 3,6 m, uzunluğu isə layihəyə uyğun olaraq planlaşdırılır.Bəzi dağ rayonlarının kənd ümumtəhsil məktəblərində torpaq sahəsinin relyefindən asılı olaraq, zirzəmi planlaşdırıla bilər.Tədris otaqları layihələndirilərkən işçi zona, müəllimin iş zonası, əyani-tədris və texniki-tədris  vasitələri yerləşdirilən əlavə sahə, şagirdlərin fərdi məşğələləri və aktiv fəaliyyəti zonaları nəzərdə tutulur. Dərslər üzbəüz siniflərdə keçirilən zaman otaqların sahəsi bir şagirdə 2,0-2,5 m2, qrup formasında  və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 3,5 m2 sahə ilə hesablanır.Ayrı-ayrı fənlərin daha dərindən öyrənilməsinə yönəldilmiş ümumi təhsil müəssisələrinin (gimnaziyalar, liseylər və s.) layihələndirilməsi zamanı şagirdlərin şəxsiyyətinin hərtərəfli inkişafı üçün otaqların 12 m x 12 m ölçüdə studiyalar (universal zallar) kimi, eləcə də bu tipli təhsil müəssisəsinin təyinatından asılı olaraq, yardımçı otaqların estetik tərbiyə və təsviri incəsənət otağı kimi, poliekranlı estetika kabinetinin və təsviri incəsənət və xoreoqrafiya üzrə dərnək otaqlarının isə oxu və musiqi otaqları (70-108 m2)  kimi istifadəsi nəzərdə tutulur.



Məktəb sahəsinin planlaşdırılması

k:\scan-140104-0001zdscdsaska545.jpg

Klub – klub yanı sahədə kiçik idman meydançası , istirahət və gəzinti üçün yaşıl əkil, xiyaban və yollar, həmçinin ayrıca girişi olan təsərrüfat həyəti nəzərdə tutulmalıdır.

Klublar 200, 400, 600 nəfərlik yeməkxanalar isə 25 nəfərlikdən az olmayaraq tikilir.

Bu işlərin planlaşdırılması zamanı onun hansı təyinatlı olmasından, yerinə yetirəcəyi funksiyadan asılı olaraq onun su, qaz, enerji ilə təminatı nəzərə alınmalıdır.

Bulvar və skver (şəhər bağçası) - gigiyenik , nəqliyyat, meliorasiya, sosial və dekorativ təyinatlı olur.

Kənd yaşayış məntəqələrində ictimai və dekorativ təyinat birinci məna daşıyır.

Bulvar baş küçələrin elementi kimi əsasən ictimai mərkəzlərin meydançalarına yaxınlaşma kimi layihələndirilirvə bulvarın orta zolağında hündür qurğular olmalıdır ki, meydançaya açılan görünüşün qabağına mane törətməsin.Bu zolaqda istirahət üçün oturacaqlar olan baş xiyaban layihələndirilir.

Skver- kiçik yaşıllıq sahəsi olaraq meydançaların , fasadların ,ictimai binaların , küçə kəsişmələrinin , qısa müddətli istirahət yerlərinin və s . tərtibat elrmenti rolunu oynayır. Skverin olçüləri 0.05- 0.5 ha arasında dəyişir və müxtəlif formalı olur

Klub sahəsinin planlaşdırılması

k:\scan-140104-0001zdscdsaska.jpg

MÖVZU 7. Memarlıq-planlaşdırılması kompozisiyası

Plan

1. Memarlıq kompozisiyasının əsas vasitələri

2. Kənd yaşayış ərazisində memarlıq kompozisiyasının əsas elementləri

3. Küçə şəbəkəsi kompozisiyasının planlaşdırılması

4. İstehsalat komplekslərinin arxitektor-planlaşma kompozisiyasının xüsusiyyətləri

5. Tikililərin estetik keyfiyyəti
Ədəbiyyat

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi. Bakı-2006

2. Q. Məmmədov Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı=-2002

3. Планировка сельских населенных мест: Учебн. Пособие / Под. ред. В.М. Богданова. М., Колос ,1980.

4. Планировка сельских населенных мест: Учебн. Пособие / Н.П. Конкачок и др. М.Агропромиздат, 1986.

5. Сероительные нормы и правила. Часть II нормы проектирования. Глава 60. Планировка и застройка городов, поселков и сельских населенных мест. М., Стройиздат, 1985.

Kompozisiya latın sözü olub tərcümədə tərtib etmək, birləşdirmək və əlaqələndirmək mənasını verir. Kompozisiyasının əsas vasitələri bunlardır:



  • Vəhdətliyi

  • Miqyaslığı

  • Ritmiliyi

  • Mütənasibliyi

  • Tabeliyi

Arxitektur vahid kompozisiya dedikdə - onun forma və mündəricat tərkibinin vahidliyidir.

Miqyaslıq dedikdə - tikintilərin arxitektur cəhətdən dəqiq bir ölçüyə malik olmasıdır.

Ritmilik dedikdə - arxitektur qanunauyğunluqların müəyyən ardıcıllıqla artımı nəzərdə tutulur.

Mütənasiblik dedikdə - kompozisiya elementlərinin ölçüləri arasındakı qanunauyğunluq və mütənasiblik qanunlarının ödənilməsi başa düşülür.

Tabelik dedikdə - bu mürəkkəb vahidlik olub ayrı-ayrı insanların ( iş adamlarının ) onların tabe olduğu adamlar arasındakı münasibətlərin hansısa qanuna tabe olmasıdır.

Praktikada iki cür periodikliyə, yəni ritmiliyə rast gəlinir.



  • Metrik təkrarlıq

  • Ritmik təkrarlıq

Planlaşdırmanın arxitektur kompozisiyası rəssamlıq və heykəltaraşlıq işlərinin birgə vəhdətidir. Yaşayış sahəsi və ya ərazisi – şəhər, qəsəbə, kənd məntəqələri - maddi mühit təşkil edir, hansı ki, bu mühitdə əmək, məişət və istirahət kimi proseslərin baş verməsi müşahidə edilir. Bu proseslərin normal həyata keçirilməsi üçün onun normal təşkili vacib şərtdir. Məsələn: əmək proseslərinin normal təşkili üçün əməyin düzgün, növbələşmiş təşkili olmalıdır və əmək mühafizəsi qaydalarına, əmək intizamına və əməyin düzgün qiymətləndirməsinə xüsusi fikir verilməlidir. Bu planlaşmada önəmli yer tutur. Planlaşmanın əsas cəhətlərindən biri də binaların, qəsəbələrin, küçələrin düzgün salınmasıdır. Məsələn: küçələrin salınmasında: küçə geniş olmalı, işıqlanma sistemi ilə təzchiz olunmalı, təmiz və səliqəli saxlanmalı, kənarlarında ağaclar əkilməli, lazımi yerlərdə zibil qabları qoyulmalı, işıqfor sistemləri quraşdırılmalı, kəsişmələrin, döngələrin az olması, asfalt təbəqəsinin normal vurulması, çirkab və yağış sularının durmadan axıb getməsi və s kimi vacib şərtlərə cavab verməlidir.

Kənd yaşayış ərazisində kompozisiyanın əsas elementləri bunlardır: küçə, meydan, ictimai və yaşayış binaları, yaşıllaşdırma ərazisi, su, qaz, enerji məntəqələri, istehsal kompleksləri, relyef və s.

Küçə şəbəkəsi kompozisiyasının planı yaşayış yerlərində əsas yer tutur. Hər bir küçə düzgün işıqlanmalı, asfalt örtüyü və təmizliyə riayyət olunmalıdır. Hal – hazırda küçə və prospektlərə dəqiq nəzarət üçün xüsusi kameralar quraşdırılır ki, bu da orada baş verən hadisələrin izlənməsinə kömək edir. Yaşayış yerlərində tikilən binalar, yaşayış yerlərinin düzgün salınmasına təsir edir. Kənd yaşayış məntəqələrinin, hətta şəhər, qəsəbə yaşayış məntəqələrinin düzgün planlaşdırılması zamanı ərazinin təbii şəraiti də nəzərə alınmalıdır. Buna çayların axması, göllərin yaradılmas, dağların, yüksəkliklərin, meşə zolaqlarının olması da vacib şərtlərdəndir. Bunların hamısı planlaşdırmanın arxitektur kompozisiyasına daxil olunmalıdır. Bu da əhalinin rifah halının yüksəlməsinə xidmət edir. Bunlardan başqa iri ictimai binaların tikilməsi də yaşayış yerlərinin gözəlləşməsinin əsas şərtlərinə daxil edilir. Buna misal olaraq, idarəetmə orqanlarının binaları, klub, kinoteatr, ticarət mərkəzləri aid edilir. Bunlar əsasən yaşayış yerlərinin mərkəzində tikilməlidir. Hətda iri məktəb binasının, uşaq baxçalarının salınması da xüsusi əhəmiyyət kəsb edir.

İnsanların istirahətinin düzgün təşkilinin əsasını istirahət parkları, yaşıllaşmış ərazilər, meşə zolaqları təşkil edir. Bu da yaşayış məntəqəsinə xüsusi gözəllik verir. Bunların yaradılması əhalinin sağlamlığını qorumaq məqsədilə həyata keçirilir. Düzgün arxitekturlu binaların tikilişi, meşə və park massivlərinin salınması, meydan və küçələrin, parkların salınması, təbii şəraitin seçilməsi birlikdə vəhdət təşkil edir.

Yaşayış tikililəri seliteb ( tikinti olan hissə ) ərazinin böyük hissəsini əhatə etdiyindən funksional və memarlıq – planlaşdırma cəhətdən iri və dəqiq təşkil olunmuş yaşayış kvartalları sistemində birləşdirilməlidir. Yaşayış kvartalları sistemi və yaşayış evləri kvartalları, xidmət idarələri və abadlaşdırma qurğuları ilə birlikdə yaşayış məntəqəsi vahid memarlıq simasını təşkil edir.

Yaşayış məntəqəsinin əsas struktur elementi kimi yaşayış kvartalı memarlıq ansamblına keyfiyyətinə malik olmalıdır. Kənd yaşayış yerlərinin memarlıq bədii görünüşünün formalaşmasında ayrı – ayrı yaşayış evləri qrupları böyük əhəmiyyət kəsb edir. Yaşayış evləri yerləşdirəndə yalnız utilitar və normativ tələblərə deyil, həm də estetik tələblərə əməl olunmalı, yaşayış küçələrinin kompozisiyasında ritmometrik üsuldan geniş istifadə olunmalıdır



MÖVZU 8. İstehsal zonasının planlaşdırılması və tikintisi

Plan

1. İstehsalat komplekslərinin yerləşməsi

2. İstehsalat komplekslərinin planlaşdırılması

3. İstehsalat komplekslərinin növləri

4. Tikinti kompleksi
Ədəbiyyat

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi. Bakı-2006

2. Q. Məmmədov Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı=-2002

3. Планировка сельских населенных мест: Учебн. Пособие / Под. ред. В.М. Богданова. М., Колос ,1980.

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə