Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Yaşayış məntəqələrinin planlaşdırılması Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: IV


Планировка сельских населенных мест: Учебн. Пособие / Н.П. Конкачок и др. М.Агропромиздат, 1986



Yüklə 0,59 Mb.
səhifə5/7
tarix30.12.2017
ölçüsü0,59 Mb.
#18850
1   2   3   4   5   6   7

4. Планировка сельских населенных мест: Учебн. Пособие / Н.П. Конкачок и др. М.Агропромиздат, 1986.

5. Сероительные нормы и правила. Часть II нормы проектирования. Глава 60. Планировка и застройка городов, поселков и сельских населенных мест. М., Стройиздат, 1985.
İstehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) zonaları - ətraf mühitə təsiri və normaları müxtəlif olan istehsal təyinatlı sənaye müəssisələrinin və komplekslərinin yerləşdirilməsi üçün nəzərdə tutulur. Ətraf mühitə mənfi təsiri olan elmi-istehsalat obyektləri bu zonada yerləşdirilir.

Sənaye zonaları əsasən istehsalatın xüsusiyyətindən, istehsal prosesində ətraf mühitə və atmosferə zərərli tullantıları buraxmasından və digər amillərindən asılı olaraq küləkli günlərin sayı və küləyin üstünlük təşkil etdiyi istiqaməti nəzərə alınmaqla müəyyənləşdirilir.

Sanitar-mühafizə zonaları müxtəlif olan sənaye müəssisələrinin (xüsusilə yeyinti və yüngül sənaye) eyni ərazidə yerləşdirilməsinə yol verilmir.

İstehsalat zonalarının yaşayış zonaları ilə qarşılıqlı əlaqələri elə qurulmalıdır ki, əhalinin iş yerlərinə çatma vaxtı şərti minimuma ensin. Bu zonalarda, həmçinin müxtəlif növ kommunal və anbar, mənzil-kommunal təsərrüfatı obyektlərinin, topdansatış ticarət bazalarının, su təchizatı və kanalizasiya qurğularının yerləşdirilməsi nəzərdə tutulur. Əhaliyə nəqliyyat xidməti göstərən şəhərdaxili tramvay və avtobus parkları, ictimai nəqliyyatın digər avtomaşın qarajları bu zonalarda yerləşdirilir.

İstehsalat zonası aşağıdakı zonalara bölünür;

1. sənaye

2.elmi-istehsalat

3. kommunal-anbar

Kənd təsərrüfatı ərazisində layihələndirmənin və onun yenidən qurulması aşağıdakı ardıcıllıqla həyata keçirilir:


  1. Müxtəlif istehsalat müəssisəsinin və ya kompleksinin perspektiv tikintisi üçün onun iqtisadi göstəriciləri olmalıdır

  2. İstehsalat komplekslərinin sxemi hazırlanmalıdır.

  3. Ümumi iş planının tərtibi lazımdır

  4. Kənd təsərrüfatı sahələrinin baş planını hazırlamaq üçün texniki tipik parametrlərdən istifadə olunmalıdır

  5. Planlaşdırmanın və yeni tikintilərin texniki-iqtisadi göstəricilərinin analizi, müzakirəsi olmalıdır

Yaşayış məntəqəsi ərazisində yerləşmiş bir-biri ilə vahid texnoloji proseslərlə və enerji nəqliyyat qurğuları əlaqədar olan istehsalat tipi və qurğularının bir tipi istehsalat kompleksini təşkil edir.Öz təyininə görə kənd təsərrüfatı müəssisələrinin istehsalat kompleksi iki yerə bölünür:

1. Kənd təsərrüfatı məhsulları istehsalı kompleksləri

2. Ümumi təsərrüfat əhəmiyyətli komplekslər

Birinci qrupa kənd təsərrüfatı heyvanları və quşlarının saxlanması, istixanalar, kənd təsərrüfatı məhsullarının ilkin emalı qarışıq yem istehsal edən komplekslər qrupu aiddir.

İkinci qrupa isə bütün kənd təsərrüfatı müəssisələrinə xidmət edən kənd təsərrüfatı maşınlarının təmiri və saxlanması, tikinti materiallarının hazırlanması, həmçinin anbar kompleksləri aiddir. Bundan başqa ikinci qrupa həmçinin tarla düşərgələri, mal-qara və quşların saxlanması üçün düşərgələr, zoobaytar obyektləri, mineral və kimyəvi zəhərli anbar olan kənd təsərrüfatı aviasiyaları meydanları daxildir.

Qruplar üzrə yerləşdirilmiş kompleksləri imkan daxilində bir-birinə yaxın yerləşdirmək lazımdır.Bu halda kompleks üçün sahədən tam istifadə olunmalıdır. İstehsalat komplekslərini yerləşdirən zaman aralıq sahələrinin saxlanmasına yol verilməlidir. Bundan başqa istehsalat kompleksləri elə yerləşməlidir ki, onlar arasında sıx nəqliyyat əlaqələri yaradılsın, həmçini şəraitdən maksimum istifadə olunsun. Yaşayış massivlərinin yerləşməsində olduğu kimi istehsalat komplekslərinin yerləşdirilməsi zamanı tikinti zonasının yerləşdirilməsi nəzərə alınmalıdır.

Bundan başqa bu komplekslərin istehsal zonası daxilində yerləşdirilməsi vəziyyəti əsasən əkin massivləri sahəsinə yaxın olmalıdır. Bu şəraitdə maşın texniki istehsalat və yaşayış zonası üzrə hərəkət etmir. Anbar təsərrüfatları,yem anbarları və başqa qurğular bir-biri ilə sıx əlaqədardır ki, bu obyektləri yerləşdirən zaman çalışmaq lazımdır ki, onlar bir-biri ilə yığcam xarakter təşkil etsin.Əsas istehsalat komplekslərindən əlavə istehsalat kənd təsərrüfatı maşınlarını yanacaqla təmin olunması üçün neft bazası qızdırıcı yanğın deposunda yerləşdirilir.Bu halda istehsalat zonası ilə yaşayış zonası arasında texnoloji əlaqələr nəzərə alınır.Yanğın deposunu yaşayış istehsalat və istehsalat zonası üzrə olan yol altında relyefin hündür sahəsində yerləşdirmək lazımdır. Onun qarşısında 10-15 metr olan meydan layihəndirilməlidir.

Ümumi qəsəbəyə xidmət edən qızdırıcı qazanxananın istilik və yaşayış zonasının ortasında yerləşdirmək lazımdır.

Yuxarıda qeyd etdiyimiz müəssisələr meşə zolağının ortasında yerləşdirilir.

Hər bir istehsalat zonası üçün xarakterik olan tikinti kompleksləri yerləşdirilməlidir. Tikinti kompleksində müxtəlif tikinti materiallarının hazırlanmasını təmin etməək üçün müxtəlif detalların hazırlanması, bundan başqa bütöv ağacların saxlanılması, qurudulması və onların doğranması üçün xüsüsi qurğular yerləşdirilir.

Tikinti komplekslərinin tərkibinə aşağıdakı bina və qurğular daxildir:

1 Ağac doğrayan avadanlıq sexi, ağac quruducu sex, dülgər sexi, hazır məhsulların saxlanması üçün anbar , meşədən qırılmış ağacların saxlanması sahəsi və emaldan sonra çıxan tullantı hissələrin tökülmə sahəsi.

2 Ağacın emalı sexi kənarı setka ilə bağlanmış, üstü çardaq olan qapalı sexdir. Onun iri giriş-çıxış qapısı olur ki, yük maşınları asanlıqla girib –çıxa bilsin.Həmin sexdən 5-6 m ərazidə ayrıca sahə ayrılır ki, gələn materiallar ora boşaldırılır.

Əməliyyatların ardıcıllığı tikinti kompleksində texnoloji sxem üzrə həyata keçirilir.

Tam tikinti kompleksinin yerləşmə və texnoloji proseslərin ardıcıllığı

aşağıdakı kimi göstərilir.




Giriş



Ağac doğrayan sex




Ağac quruducu sex




Dülgər sexi



Anbar




Saxlanma sahəsi



Tullantı sahəsi



Çıxış


İstehsal komplekslərinin nümunələri

c:\users\администратор\appdata\local\microsoft\windows\temporary internet files\content.word\scan-130125-0007.jpg

  1. Yaşayış zonası

  2. İstehsalat zonası

  1. Maşın təmiri kompleksi

  2. Tikinti kompleksi

  3. Atçılıq həyəti

  4. Anbar kompleksi

  5. İstixana

  6. Heyvandarlıq kompleksi

  7. Bağ-dirlik sahəsi

  8. Qazanxana

  9. Toxum saxlanan anbar

  10. Neftbaza

  11. Artezian quyusu



MÖVZU 9. Heyvandarlıq komplekslərinin planlaşdırılması
Plan

1. Heyvandarlıq komplekslərinin yerləşdirilməsi

2. İri buynuzlu heyvandarlıq kompleksləri
Ədəbiyyat

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi. Bakı-2006

2. Q. Məmmədov Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı=-2002

3. Планировка сельских населенных мест: Учебн. Пособие / Под. ред. В.М. Богданова. М., Колос ,1980.

4. Планировка сельских населенных мест: Учебн. Пособие / Н.П. Конкачок и др. М.Агропромиздат, 1986.

5. Сероительные нормы и правила. Часть II нормы проектирования. Глава 60. Планировка и застройка городов, поселков и сельских населенных мест. М., Стройиздат, 1985.

Qarşıda duran əsas məsələlərdın biri də əhalinin ət, süd məhsullarına olan tələbatını ödəməkdir.Heyvandarlıq kompekslərinin yerininin seçilməsi zamanı ixtisaslaşmış fəhlə qüvvəsinin daşınmasını, yemin alınması üçün yem sahələrinin yaxınlığını nəzərə almaq lazımdır. Bunun üçün aşağıdakı məsələləri nəzərə almaq lazımdır:

1. Kompleks ərazinin zonaya ayrılması.

2.Heyvanların saxlanması, yemin verilməsi, peyinin çıxarılması üçün səmərəli şəraitin yaradılması və başqa proseslərin həyata keçirilməsi

3. İmkan daxilində mal-qaranı bir binada yerləşdirmək.

Heyvandarlıq kompleksləri aşağıdakı əlaqələrə görə bölünür:

1. Heyvanların növünə görə - iri buynuzlu mal-qara, qoyun və s.

2. Öz təyinatına görə - südçülük, kökəltmə damazlıq və s.

3. İxtisaslaşdırılmasına görə.

Bütün heyvandarlıq kompleksləri özlərinin yerləşmə şəraitinə görə yaşayış zonasından 500-1500 metr məsafədə yerləşdirilməlidir.

Heyvandarlıq komplekslərinin yerləşməsi müvafiq tikinti norma və qaydalarına görə layihələndirilir.

Heyvandarlıq kompleksləri ərazisindəki yollar ,yol ayrıcları və piyadaların istifadə etdikləri keçidlər hərəkət üçün rahat ,çala-çuxursuz olmalıvə kifayət dər işıqlandırılmalıdır. Peyin toplamaq üçün ferma ərazisində nümunəvi layihələr əsasında peyin anbarları düzəldilməlidir.

Heyvandarlıq binaları hasarlanmalı və yaxın yaşayış binalarının sanitar mühafizə zonasından ayrı yerləşdirilməlidir .

Həm yeni, həm də əvvəllər tikilmiş heyvandarlıq komplekslərində dəhlizlər düzəldilməli, həmin binaların qapı və darvazaları asanlıqla bayır tərəfə taybatay açıla bilməlidir. Qapıların astanası ən çoxu 10 sm hündürlüyündə olmalıdır. Heyvandarlıq və istehsalat obyektlərinin təyinatından asılı olaraq tikinti və quruluşların sanitar-mühafizə zonasının eni 25m-dən 2000 m arasında dəyişir.

Belə ki, iri-buynuzlu, qoyunçuluq ferması və yem sexləri üçün 300 m, quşçuluq üçün 1000m, donuzçuluq kopleksləri üçün 2000 m, yem hazırlayan şöbələr üçün 100 m, kimyəvi zəhərlər anbarı, baytar mualicəxanası üçün 300 m, taxıl anbarı, tərəvəz saxlanılan, kömür anbarı üçün 50 m, binaya keçid yolu üçün 25 metrdən az olmamalıdır.
Heyvandarlıq kompleksi

c:\users\администратор\appdata\local\microsoft\windows\temporary internet files\content.word\scan-130125-0012.jpg


  1. İnəklərin saxlandığı yer

б- Süd tökülən blok

B- Siloz saxlanılan yer

Г- Kobud yem talvarı

d- Yem tökülən yer

İri-buynuzlu heyvanlar kompeklsi təyinatına görə iki yerə bölünür;

1. Cinslik

2. Əmtəəlik (tovarnıy)

Cinslik südlük komplekslər şəhər əhalisi təmin etmək üçün şəhər kənarı yerlərdə yerləşdirilir. Süd məhsulu süd zavodlarına aparılır və emaldan keçirilir .

Əmtəəlik heyvanlar kompleksi dağ rayonlarında yerləşdirilir.

İri buynuzlu heyvanlar ixtisaslaşmasına görə üç yerə bölünür:

1. Südlük-ətlik

2. Südlük

3. Ətlik

Naxırda inəklərin sayı 60 % olmalıdır.

Əmtəəlik-südlük komplekslərdə inəklərin xüsusi çəkisi 50 %-ə qədər olmalıdır.

Əmtəəlik-ətlik südlük komplekslərdə isə inəklərin xüsusi çəkisi 40 %-ə qədər olmalıdır. Ətlik komplekslərdə inəklərin xüsusi çəkisi 30 %-dən az olmalıdır.

Südlük istiqamətdə olan komplekslərdə inəklərin sayı 400, 800, 1200, 1600 və 2000 baş götürülür.Ətlik komplekslərdə isə cavan inəklərin sayı 2000, 5000, 10000 və 20000 baş götürülür.

İri buynuzlu heyvanların yerləşgədə saxlanmasının iki üsulu vardır:

1. Bağlı

2. Açıq


Bağlı sistemdə heyvanlar stasionar yerləşgədə və ya açıq bazalarda yemlənir.

Açıq üsulda isə heyvanlar uzun müddətli otlaq dövründə saxlanılır.

İri buynuzlu heyvandarlıq komplekslərində buzovlar saxlanılan bina üç hissədən ibarətdir.

1. Doğum şöbəsi

2. Yeni doğulmuş buzovlar şöbəsi – Yeni doğulmuş buzovlar 15-20 günədək xüsusi çərçivələrdə saxlanılır. Bu vaxtda onlar süd ilə qidalanırlar

3. Altı aylıq buzovlar üçün üçün profilaktoriya yerləşgəsi – Altı aylıq buzovlar saxlanılan bina iki hissəyə bölünür:

I - hissədə üç aya qədər olan buzovlar,

II – hissədə isə altı aya qədər olan buzovlar saxlanılır.

Altı aydan iki yaşa qədər olan buzovlar xüsusi qruplara bölünür. Hər qrupda 50 başdan çox olmayan buzovlar yerləşdirilir.

Qrup qəfəslərində bir baş buzova 1.2-1.5 m2 sahə normalaşdırılır.

Yem qabının uzunluğu hər baş inək üçün 40-50 sm götürülür. Su içilən qab hər inək üçün 50-60 sm götürülür.

İri buynuzlu heyvanlar kompeksinin ərazisi 4 yerə bölünür:

Birinci mərhələdə (115 gün) cavan inəklər üçün üç bina tikilir.Bu binaların ölçüləri 23.4x126 m, ikinci mərhələdə (277 gün) 23.4x84 m ölçülü 11 bina tikilir.


2007-ci ilə qədər perspektiv plan göstəriciləri (heyvandarlıq)

Göstəricilər

Sayı

Qeyd

Cəmi İBM o cümlədən

1860



Yaşlı inək

800




6 aydan böyük buzov

440




6 aydan kiçik buzov

520




Kökəltmə üçün heyvanlar

--




İşci

40





Malların baş hesabı ilə sayı, yemə olan tələbatı, peyin çıxımı

Heyvanların növü



Baş

Ot

Saman

Konsen


Şirəli yem



Peyin çıxımı

Kökü meyvəli


Silos





İnəklər

800

5520

6000

2400

6600

3600

4800

Düyələr

60

540

600

150

480

2400

450

6 aydan böyük

520

4160

4680

1040

3640

1300

3640

6 aydan kiçik

440

2200

2640

660

2200

880

2640

Cəmi

1820

12420

13920

4250

12920

8180

13530



MÖVZU 10. Qoyunçuluq atçılıq və quşçuluq komplekslərinin

planlaşdırılması

Plan

1. Qoyunçuluq komplekslərinin təsnifatı

2. Heyvanların saxlama texnologiyası

3. Qoyunçuluq komplekslərinin planlaşması

4. Atçılıq komplekslərinin növləri

5. Atların yerləşgələrinin tikilməsi üsulları

6. Quşçuluq kompleksləri
Ədəbiyyat

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi. Bakı-2006

2. Q. Məmmədov Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı=-2002

3. Планировка сельских населенных мест: Учебн. Пособие / Под. ред. В.М. Богданова. М., Колос ,1980.

4. Планировка сельских населенных мест: Учебн. Пособие / Н.П. Конкачок и др. М.Агропромиздат, 1986.

5. Сероительные нормы и правила. Часть II нормы проектирования. Глава 60. Планировка и застройка городов, поселков и сельских населенных мест. М., Стройиздат, 1985.

Qoyunçuluq kompleksləri təyinatına, ixtisaslaşdırılmasına və heyvanların saxlanması üsuluna görə təsnifatlandırılır.

Təyinatına görə bu komplekslər cins, adi; ixtisaslaşdırılmasına görə adi fermalar aşağıdakılara bölünür: ət istehsalı, yun və dəri istehsalına.

İxtisaslaşdırmanın aşağıdakı istiqamətləri də ola bilər: yun, xəz, xəz – yun, yun – ət, ət – yun və ət – qaragül.

Bundan başqa ət – yun – süd ixtisaslaşıdırılması ola bilər.

Qoyunçuluq komplekslərində heyvanlar 3 sistemdə saxlanılır:



  1. Otlaq – bağlı. Bu sistemdə uzun müddətli otlaq dövrü üçün istifadə olunur ( 200 gün və daha çox )

  2. Bağlı otlaq saxlama sistemi. Bu sistemin qısa otlaq dövrlü, az otlaq sahəli və sərt qış iqlimli rayonlarda geniş yayılmışdır. Bu sistemdə qışda heyvanlar stasionar yerləşgələrdə saxlayıb yemləyirlər, yayda isə otlaqlara sürürlər

  3. Bağlı sistem. Bu sistem intensiv əkinçilik rayonlarında tətbiq olunur, heyvanlar stasionar yerləşgələrdə və ya açıq bazalarda yemlənir.

Qoyunçuluq komplekslərinin ölçüləri ixtisaslaşdırılmasından asılıdır.

  1. Yun və ət – yun istiqamətli komplekslərdə 2,5 – 5 – 10 min baş heyvan saxlanılır ( minimal ölçü 2-5 min baş )

  2. Xəz istiqamətli komplekslərdə 1,2 – 1,6 -2,4 – 3,6 – 4, 8 min baş heyvan saxlanılır. Bütün ixtisaslaşmada, istiqamətlərdə yemlənən heyvanlar 2,5 – 5 – 7,5 – 15 min ba. Heyvan tutumu olan komlekslərdə yerləşdirilir. Qoyunlar sürü halında saxlanılır.

Yun və yun - ət istiqamətli sürülərdə ana qoyunların sayı 500 – 800 baş, cavan qoyunlar 800 – 1200, erkək qoçlar 300 baş, digərləri 800-1000 baş ola bilər.

Ət –yun istiqamətli sürülərdə 100 baş ana qoyun, 1200 baş cavan, 300 baş qoç və 1200 baş digər qoyunlardan ibarət olur.

Digər istiqamətli sürülərdə 300 baş ana, 700 baş cavan qoyunlardan ibarət olur.

Kompleks bir neçə sürüdən ibarətdir və hər sürü ayrı binada yerləşdirilir.



Heyvanların saxlama texnologiyası
Qoyunçuluq kompleksində aşağıdakı istehsalat prosesləri yerinə yetirilir:

  • Qoyunların balalaması

  • Qoyunların bir yaş qrupundan digər yaş qrupuna keçirilməsi

  • Yemləməm, sulanması, peyinin kənarlaşdırılması, qoyunların qırxılması və çimizdirilməsi

3 – 4 sürülü fermalarda quzular üçün ayrı yerləşgələr təşkil olunur.

Heyvanların yemlənməsi norma əsasında aparılır ( ot, silos, konsentrat )

Qoyunları xüsusi binalarda qırxırlar. Zərif və yarım zərif qoyunlar ildə bir dəfə ( yaz ) digərləri isə ildə iki dəfə ( yaz, payız ) qırxırlar.

Bina və qurğuların tipləri

Qoyunçuluq kompleksləri aşağıdakı ixtisaslaşdırılan bina və kompleks –

lərdən ibarət olur:


  1. Ana qoyunların qışda saxlanması üçün yerləşgə

  2. Ana qoyunların yazda bir və ya iki sürü şəklində saxlandığı yerləşgə

  3. Cins qoçlar üçün yerləşgə

  4. Müxtəlif yaş qruplu qoyunların saxlanıldığı bina

  5. 100 – 150 baş ana qoyun üçün isti yerləşgə

  6. Heyvanların qırxılma məntəqəsi

  7. Baytarlıq məntəqəsi

  8. Heyvanların çimizdirilməsi üçün vanna

  9. Avto tərəzi

10.Heyvanların altına tökülən materiallar və yemi saxlamaq üçün anbar və meydanlar

11. Xidmət personalı üçün yerləşgə




Qoyunçuluq bina və qurğuları
c:\users\администратор\appdata\local\microsoft\windows\temporary internet files\content.word\scan-130125-0016.jpg


  1. Yerləşgənin binası

б- Yerləşgənin örtüyü

b, г, d- ayrı – ayrı formalı yerləşgənin planı

e- Tikinti sahəsi

ж- Qoyunları çimizdirmək üçün vanna



Qoyunçuluq kompekslərinin planlaşdırılması
İri qoyunçuluq təsərrüfatları bir neçə briqadadan ibarət təşkil edilir və ümumi ərazinin mərkəzində yerləşdirilir. Briqada kompleksləri tamamlanmış, dövrəli, istehsallı və ya ixtisaslaşdırılmış istehsallı ola bilər.

Qoyunçuluq komplekslərinin təşkili müxtəlif sxem üzrə ola bilər


c:\users\администратор\appdata\local\microsoft\windows\temporary internet files\content.word\scan-130125-0022.jpg

2400 baş üçün qoyunçuluq kompleksi


Atçılıq fermalarının planlaşdırılması
Atçılıq ferma və kompleksləri atlardan istifadəyə görə 3 yerə bölünür:

  1. Cins heyvanlar kompleksi

  2. İşci heyvanlar kompleksi

  3. Adi heyvanlar kompleksi

Adi komplekslər ətlik, kumıs, kumıs - ətli istiqamətlərdə olur.

Atların saxlanması iki sistemli olur:



  1. Bağlı sistemli ( yerləşgədə )

  2. İlxı sistemli.

İlxı sistemi özü iki formalı olur:

  1. Mədəni ilxı formalı – bu sistemdə yaşlı və cavan atlar üçün yerləşgə, digər atlar üçün sadə yerləşgələr ( talvar ) qurulur

  2. Yaxşılaşdırılmış ilxı sistemi – atlar otlaqlarda ilxı şəklində saxlanılır ( bütün il boyu )

Atların yerləşgələrinin tutumu belə qəbul olunur:

  1. Erkək atlar üçün 5 -10 baş

  2. Dişi atlar üçün 40 – 60 – 80 baş

  3. Yaşlı və cavan atlar üçün 80 baş qəbul olunur

Bütün atçılıq komplekslərində süni mayalanma məntəqələri olur.

Kumıs istiqamətli komplekslərdə kumıs hazırlanma şöbəsi nəzərdə tutulur.

Köməkçi bina və qurğulara aşağıdakılar aiddir: avto tərəzi, manej, su təchizatı qurğusu, atları mindirmək üçün rampa.

Dəri məmulatı emalatxanası kompleksin əsas zonasında olur.

Atların yerləşgələri cərgə üsulu ilə tikilir. Binaları bloklu da nəzərdə tutmaq olar. Manej 22 metr diametrli hasarlanmış meydança və ya 20 x 60 metr ölçüdə meydançadır.

Atlar üçün qaçış yolunun uzunluğu 1000 – 1600 metr, sürətli atlar üçün 1600 – 2000 metr və ümumiyyətlə 2800 metr qəbul olunur. Yolun eni 15 metr götürülür. Bəzi təsərrüfatlarda yarış üçün 75x40 metr ölçülü sahə nəzərdə tutulur.

Atların yemləri saxlanılan yerləşgədə 5 günlük konsentratlı yem və bir sutkalıq kobud yem nəzərdə tululur. Atların saxlanıldığı yerləşgələr 20 at üçün uzunluğu 33 metr olan və 40 at üçün uzunluğu 56 metr olan uzunsov düzbucaqlı formada tikilir. Heyvanları açıq və bağlı formada saxlayır lar. Yerləşgənin ortasında 2,5 metr enində yem və peyin daşımaq üçün keçid yerləşir.
c:\users\администратор\documents\scan-130125-0030.jpg


  1. 40 at üçün yerləşgə

  2. Atlar üçün işlək həyətin planı


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə