Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Yaşayış məntəqələrinin planlaşdırılması Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: IV



Yüklə 0,59 Mb.
səhifə6/7
tarix30.12.2017
ölçüsü0,59 Mb.
#18850
1   2   3   4   5   6   7

Quşçuluq kompleksləri
Quşçuluq komplekslərində əsas sənaye nöqteyi-nəzərindən toyuqlar, qazlar,ördək və hinduşkalar yetişdirilir.

Bu komplekslər cins və adi təyinatlı ola bilər.

Adi komplekslərdə əsas məhsul yumurta və ət hesab edilir. Həmçinin bu komplekslərdə quş tükü, lələyi və əsas istehsalın tullantıları da alınır.

Quşları döşəmədə və ya qəfəsda saxlayırlar.Hər bir kompleksdəki quşlar təyinatına görə aşağıdakılara bölünür;



  1. Cins quşlar

  2. Anaş quşlar

  3. Cavan quşlar

  4. Sənaye təyinatlı quşlar

Bu qrupları xüsusi zonalarda yerləşdirillər və zonalar arası məsafə 300 metrdən az olmamalıdır. Hər bir zona alt zonalara bölünür və bunların aralıq məsafəsi 60 metrdən az götürülmür.

Əlverişli sanitar – gigiyenik və zoobaytarlıq şəraitini təmin etmək üçün inzibati təsərrüfat və digər köməkçi bina və qurğuları sənaye zonasından ən azı 60 metr aralı yerləşdirmək tələb olunur.

Toyuqlar 5 tipə bölünür:


  1. Yumurtlayan

  2. Ətlik

  3. Ümumi istifadəli

  4. Döyüşkən

  5. Dekorativ

Yumurtlayan toyuqlar kompleksinin minimal tutumu 10 – 100 min toyuq- dan ibarətdir. 200 min quşdan yuxarı kompleksə fabrik deyilir.

Cücə - broyler yetişdirilən kompleksdə 1 milyona qədər quş saxlanıla bilər, broylerlərdə 6 milyon quş yetişdirmək olar.

İnkubator binası yumurtanın çeşidlənməsi və saxlanılması yerləşgəsin- dən, inkubasiya zalından, cücələrin çeşidlənməsi və qutulaşdırılmasın-dan ibarət olur. Yumurtalar inkubatorda 40 – 42 - də sistematik olaraq döndərilir. Süni inkubasiya dövrü, təbii inkubasiya dövrü qədər, yəni 21 gün təşkil edir.

Quşçuluq komplekslərinin əsas təyinatlı binaları batareya üsulu ilə bir neçə cərgədə yerləşdirilir. Kompekslərin tikilməsi pavilion sistemi üzrə aparılır. Son zamanlar pavilion sistemini bloklaşdırılmış sistem kimi əvəz edirlər.



Quşçuluq kompleksinin binası
c:\users\администратор\documents\scan-130125-0032.jpg



  1. İnqubator

б- Qızdırıcı sex

  1. Cücələr üçün sex

г- Anaş qişlar üçün yer

d-Quşlar üçün ikitərəfli yer

e-Quşlar üçün qəfəslər

MÖVZU 11. Neft bazasının, istixana və anbar kompleksinin yerləşdirilməsi
Plan


  1. Neft bazası tikintisində normalar

  2. İstixanaların yerləşdirilməsi

  3. Anbar kompleksinin yerləşdirilməsi


Ədəbiyyat

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi. Bakı-2006

2. Q. Məmmədov Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı=-2002

3. Планировка сельских населенных мест: Учебн. Пособие / Под. ред. В.М. Богданова. М., Колос ,1980.

4. Планировка сельских населенных мест: Учебн. Пособие / Н.П. Конкачок и др. М.Агропромиздат, 1986.

5. Сероительные нормы и правила. Часть II нормы проектирования. Глава 60. Планировка и застройка городов, поселков и сельских населенных мест. М., Стройиздат, 1985.

Neftbaza

Yanacacaq və sürtgü materiallarının istehsalat ərazisində saxlamaq üçün xüsusi anbarlardan istifadə olunur.Onları tikən zaman yanğın əleyhinə, yanğına davamlı olması üçün xüsusi normalara riayət olunmalıdır.

Neft məhsulları açıq sahədə və ya çənlərdə xüsusi anbarlarda saxlanmalıdır.

Tez alovlanan mayelər üçün tikilən anbarların sahəsi 2000 m3 həcmində olmalıdır.

Qaynar mayelər üçün tikintinin hıcmi 10.000- 50.000 m3 –dən çox olmamalıdır.

Anbarlar yerüstü və yeraltı tikilə bilər.

Neftbazanın strukturu belədir:

1-yanacaq boşaldılan yer

2-sisternalar

3-yanacaq doldurulan yer

Neftbaza yaxınlığında yanğın söndürmə məntəqəsi də tikilməlidər. Onun optimal ölçüləri 6.3 x 2.5 m olmalıdır. Hündürlüyü 2.0m, neftbazadan məsafəsisı 15-25 m məsafədə olmalıdır.

İstixana təsərrüfatı

Bu sahə elə bir yerdə yerləşməlidir ki ,ona günəş şüası birbaşa düşsün.Sahə şimal küləyindən qorunmalıdır.Onun ətrafında 12-15 m məsafədə eni 25 m olan meşə zolağı salınmalıdır ki, şimal küləyindən qorunsun. İstixananın sulanması üçün çay, dəniz sularından istifadə etmək olar. Əgər artezian suyu normal tərkibli olarsa suvarma məqsədi ilə onu da istifadə etmək olar.

İstixana –təsnifatına gəldikdə çox müxtəlif olurlar: istifadə müddətinə görə, tərəvəzlərin becərilmə üsuluna görə,daxili avadanlığına görə və konstruktiv quruluşuna görə.

İstifadə müddətinə -qışlıq və il boyu kimi 2 qrupa ayrılır .Yazləq isə mart-aprel aylarından oktyabr-noyabr aylarında qurtarır.

Daxili avadanlığına görə istixanalar -qruntovoy tərəvəz yetişdirmək üçün və stelajnaya ayrılır.

Konstruksiyasına görə 1 seksiyalı, 2 seksiyalı və çox seksıyalı istixanalara bölünür.

Konstruksiyasına görə istixanalar yerüstü və dərinlikdə olmaqla 2 qrupa ayrılır.Ən geniş yayılan isə dərinləkdə olanıdır.Buna bəzən rus istixanası deyilir.Bunlar konstruktiv ölçüsünə görə eni 21.2 m, uzunu 58 molan xüsusi ayrılmış ərazi nəzər-də tutulur.Onları lək şəklində eyni ölçülü 20-yə qədər yan-yana yerləşdirilir. Ara məsafələri isə 15m-dən kiçik olmamalıdır . Onların ən çox yayılmış ölçüləri 21.2x1.6 m olan istixanalardır.

Ara məsafəni 10-15 m arasında dəyişmək olar.

Onun konstruktiv forması aşağıdakı kimidir
Neft baza sahəsinin planlaşdırılması

c:\users\администратор\documents\scan-130125-0044.jpg


  1. Yanacaq sürtgü materialları üçün estakada

  2. Üfüqi və şaquli vəziyyətdə çənlər

  3. Avto doldurucu


İstixana kompleksi
c:\users\администратор\documents\scan-130125-0046.jpg


  1. İstixananın planı

б- İstixananın kəsiyi

  1. Parnik hissələri

г- İstixana kompleksinin planlaşdırılması

  1. İstixana

  2. Parnik

  3. Açıq qurunt

  4. Əlavə xidmətlər

İstixanaların isidilməsi üçün əsasən qaynar sudan və isti hava axınından istifadə edilir. Bu istixanalarda sabit temperatur rejimi gözlənilməlidir. İstixanalar kvartal-larda yerləşdirilir.Ən çox yayılmış kvartalda 25 istixana yerləşir. Onun eni 21.2m uzunu 58 m və ara məsafəsi 75 sm götürülür .

İstixana kompleksinin avadanlığı sahənin əsas hissəsini tutur. Bu komplekslərə aşağıdakı tələblər qoyulur.

-İstixana kompleksin şimal hissəsində yerləşir.

-kvartallar çərçivədə yığcam şəkildə yerləşir.

-ləklər arası məsafə 5 m-dən çox ola bilməz.

-komplekslər yanğına qarşı vasitələrlə təmin olunmalı və texnoloji normalar gözlənilməlidir.


Anbar kompleksinin yerləşdirilməsi
Hər bir kənd yaşayış məntəqəsinin planlaşdırılması zamanı müxtəlif təyinatlı kənd təsərrüfatı məhsullarının saxlanması üçün istehsalat zonası ərazisində anbar kompleksi yerləşdirilməsi zəruridir. Anbar kompleksi 2 qrupa bölünür.

1.Ərzaq məqsədi üçün qurğuların yerləşdirilməsi.

2.Toxum üçün nəzərdə tutulan qurğuların yerləşdirilməsi.

Anbar kompleksində müxtəlif məqsədli işlərin ardıcıllığı aşağıdakı kimidir.

1.Dənli bitkilərin təmizlənməsi üçün qurğu.

2.Dənli bitkilərin növə ayrılması, qurudulması üçün bina və qurğular.

3.Taxılın qurudulması üçün açıq meydan.

4.Toxum və ya ərzaq üçün nəzərdə tutulmuş kartof anbarı.

5.Müxtəlif növ tərəvəz anbarı.

6.Maddi texniki təchizatın saxlanması və çəki növləri.

Anbar komplekslərində məhsul açıq və ya bağlı şəkildə saxlanılır. Açıq anbar üsulu ilə saxlanılan məhsul müxtəlif texniki əməliyyatların ardıcıllığından ibarətdir.

Mineral gübrə və zəhərli maddələr xüsusi anbarlarda istehsalat zinasından 300-400m,yaşayış zonasından 600-700m məsafədə yerləşdirilir.

Gübrələrin daşınması yolu istehsalat zonası yaxınlığından , xüsüsən heyvandarlıq kompleksinə yaxın zonadan keçməlidir.

K, P, N gübrələrin saxlanması anbar daxilində ayrılıqda yerinə yetirilir.1000 t gübrə üçün 9x9 m ölçüdə divarları kərpicdən, döşəməsi asfaltdan , örtüyü şiferdən təşkil olunmuş bina nəzərdə tutulur.


Anbar kompleksinin binası


c:\users\администратор\documents\scan-130125-0051.jpg



  1. Buğda ilə dolu anbar

б- Buğda və toxum saxlanan anbar

  1. Dənli bitki saxlanılan bunker

г- Dənli bitkilərin təmizlənməsi üçün istehsalat sexi

d – Kartof saxlanılan anbar




MÖVZU 12. Kənd yaşayış məskənlərinin yenidənqurulması

Plan
1. Kənd yaşayış yerlərində yenidənqurulmanın istiqamətləri

2.Yenidənqurulmanın plan və tərtibinin metodikası

3.Yenidənqurulma işlərinin növbəliyi və mərhələləri

4. İstehsal komplekslərinin yenidənqurulmasının mahiyyəti

5. İstehsal komplekslərinin yenidənqurulmasının növləri

6. Yenidənqurmada həll oiunan məsələlər
Ədəbiyyat

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi. Bakı-2006

2. Q. Məmmədov Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı=-2002

3. Планировка сельских населенных мест: Учебн. Пособие / Под. ред. В.М. Богданова. М., Колос ,1980.

4. Планировка сельских населенных мест: Учебн. Пособие / Н.П. Конкачок и др. М.Агропромиздат, 1986.

5. Сероительные нормы и правила. Часть II нормы проектирования. Глава 60. Планировка и застройка городов, поселков и сельских населенных мест. М., Стройиздат, 1985.

Kənd yaşayış yerlərində yenidənqurma məsələsi
Kənd yaşayış yerlərində yenidənqurma dedeikdə əhalinin yaşayış səviyyəsinin, şəraitinin yaxşılaşdırılması məqsədilə aparılan inkişaf, yeniləşmə, yeni arxitektur –planlı struktur dəyişikliyi və yenidənqurma kimi gedən proseslər başa düşülür.Yenidənqurma prosesi hissə-hissə və ya tam şəkildə qısa müddətdə və mərhələli şəkildə uzun müddətli olaraq həyata keçirilir.

Əgər yenidənqurma binalar,evlər üzərində aparılırsa bunun üşün qısa müddətli proses aparılır. Əgər hansısa qəsəbənin yenidənqurulmasından söhbət gedirsə buna bir ildən çox olmayaraq vaxt sərf olunur. Bütün proseslər kənd məntəqələrində sosial –iqtisadi və elmi-texniki tərəqqi ilə müşahidə olunur. Yenidənqurmanın kənd yaşayış yerlərində əsas aşağıdakı istiqamətlərdə həyata keçirilir:

_Sanitar -gigiyenik vəziyyətinin yaxşılaşdırılması istiqaməti (əhalinin istifadə etdiyi su, ətraf mühit sahələrində gigiyena normalarına uyğun yenidənqurma işləri ,yaşıllaşma və ətraf mühitin zərərli maddələrdən təmizlənməsi və s.)

_Arxitektur –planlı strukturun yaxşılaşdırılması ( küçə şəbəkələrinin yenidən –qurulması, küçələrin öz tətbiqi sahəsinə görə diferensiallanması, kəndlər arası gediş-gəliş məqsədilə yolların təkmilləşməsi ,yaşayış kvartal ərazisindən gigiyeniq qaydalarının tətbiqi, ictimai məskənlərin yaradılması və onların normal fəaliyyət göstərməsinin təmin etmək və s)

_Yaşayış şəraitinin və mədəni –məişət xidmət sahələrinin yaxşılaşdırılması (yeni tikintilərdə yenidənqurmanın aparılması, daha əlverişli layihələrin işlənməsii, tikintinin daha təhlükəsiz tikilməsi, qəza vəziyyətindən insanların azad edilməsi kimi məsələləri nəzərə alınmaqla yeni konstruktiv-planların hazırlanması və s)

_Xarici görünüşün yaxşılaşdırılması (arxitektur ansamblının yaradılması, yeni arxitektur, tarixi abidələrin qoyulması, yeni layihəli park və istirahət yerlərinin təşkili və s)

Kənd yerlərinin başqa əraziyə köçürülməsi də həyata keçirilə bilər.Bu o vaxt ola bilər ki, həmin yaşayış ərazisi tam yararsız olsun, ərazidə su hövzələri əmələ gəlsin, torpaqda olan bitkilərin xəstəlliyi yuyulsun, bu da eyni zamanda insanların səh-hətinə, sağlamlığına bir başa təsir edən amillər olduğuna görə kənd digər əraziyə köçürülməsi və yenidənqurulması üçün layihənin tərtib edilməsi kimi işlər görülə bilər. Bu işlərin yerinə yetirilməsi zamanı əhalinin gələcək artım tempini də nəzərə alınması əsas şəkillərdən biridir .

Yenidənqurma planı və tərtibinin metodikası

Yenidənqurma əsasən köhnə ərazilərdə aparılır, lakin bəzən yeni tikililəri boş ərazilərdə yerləşdirirlər. Belə qərar torpaqdan qənaətlə istifadə etməyə cavab verməyir.

Bu layihənin hazırlanması zamanı əsasən birinci maddi fond nəzərə alınmalı və ona uyğun görüləsi işlərin yenidənqurmanın, mühəndis –kommunikasiyası işlərinin həcmi nəzərə alınmalıdır. Bu maddi fond xüsusi çertyoj üzərində öz əksini tapmalıdır. Bu plana dayaq planı deyilir. Çertyoj 1:2000 miqyasında topoqrafik şəkillə çəkilir.

_ Yaşayış şəraitinin yaxşılaşdırılması və mədəni-məişət xidmətinin yüksəldilməsi (daha yaxşı şəraitli yeni arxitekturlu yaşayış evlərinin tikilməsi, ictimai müəssisələrin yerləşməsinin düzgün yerləşdirilməsi, hərəkətin təhlükəsizliyini təmin etmək üçün yeni yolların salınması və s.)

_ Xarici görünüşün yaxşılaşdırılması ( tarixi abidələrin yeni arxitekturlu binaların, muzeylərin tikilməsi)

Kənd yaşayış yerlərində fermerlərin yaşayış fondu olmalıdır. Bu fonddan istifadə etməklə uzun müddətli yenidenqurma işlərinin planı hazırlanır. Bu layihə işlərinin topoqrafik planı 1:2000 miqyasında çəkilir. Bu iki miqyaslı layihə işləri 25-30 illlik müddətə və qisa müddətli olaraq 5-7 il müddətinə hesablanır. Taxta evlərin yararlıq müddəti 50-60 il, daş evlər üçün 100 il, daş kapital binalar üçün 150 il qəbul edilir. Orta illik sıradan çıxma Horta s ç = düsturu ilə hesablanır. Ayrılmış müddət əsasən üç yerə ayrılır. Bu aşağıdakı cədvəldə aydın görünür.

Cr- binaların hesabi xidmət dövrüdür.


İznos (yeyilmə)


I period

II period

III period

  1. Orta illik

1, 11%

1,61 %

2,23 %

  1. Orta illik period ərzində

1,11

1,67

2,23



Əhalinin hesabatının əsasları

Yenidənqurma işlərinin layihələndirilməsi zamanı əhalinin faktiki və perspektiv sayı, onun artım tempi nəzərə alınmaqla həyata keçirilməlidir. Bu vaxt əsas sual belə qoyulur: Əhali sayının necə dəyişməsi həmin ayrılmış müddətdə necə baş verəcək və ona görüləcək yenidənqurma işləri necə təsir edəcək.



Yeni tikinti fondunun hesabı: Yeni tikinti fonduna tələbat o vaxt yaranır ki, əhali sayı sürətlə artsın və nəticədə onların yaşayış yeri kifayət etmir ki, normal yaşansın. Bu vaxt köhnəlmiş, müddətini bitirmiş binaların yenisi ilə əvəz olunmasını da fikirləşmək lazımdır.

Yeni rayonların perspektiv inkişafı: Praktikada yeni tikintilərin yerləşdirilməsinin yeni metodlarına rast gəlinir. Bu həm yaşayış məntəqələrinin daxilində, həm də kənarında aparılır.Bu zaman məntəqə ərazisi böyüyür və nəticədə yeni rayonların salınmasına gətirib çıxarır. Bu bəzən mürəkkəb relyefdən qurtarmaq üçün və əhalinin daha sıx yerlərinin seyrəldilməsi hallarında da həyata keçirilir.

Küçə tənzimləmə sistemləri: Tarixi cəmlənmiş iri küçələrin salınması zamanı inkişafla əlaqədar olaraq bir çox çatışmayan cəhətlərə rast gəlinir. Bunların ən xarakterikləri bunlardır: Tətbiqinə görə diferensiallanmanın olmaması, küçənin mürəkkəbliyindən azma halları, kəsilməz formalı kiçik kvartalların yaranması, bir küçənin yolunun enininin müxtəlif ölçüdə olması, yolun əyri xətli olması,yaşayış zonasında ağır maşınların və heyvan sürüsünün aparılması.

Ən böyük çatışmamazlıq küçə şəbəkələrinin ( böyük yaşayış yerində ) müxtəlif məqsədlər üçün istifadə olunması. Yaşayış məntəqəsinin içərisindən böyük magistral hərəkətli yolları salmaq olmaz. Bu həm təhlükə yaradır, həm də əhalinin yaşayış şəraitinə təsir göstərir ( səs-küy, narahatçılıq )



Yeni tikintilərin yerləşdirilməsi: Yeni tikintilərin düzgün yerləşdirilmə məsələsi mərhələ-mərhələ həyata keçirilərək yenidənqurma işlərinin əsasını təşkil edir. Bu da sakinlərin həyat şəraitinin yüksəldilməsinə, əmək və istirahətinin düzgün təşkilinə gətirib çıxardır. Bu da eyni zamanda böyük praktiki əhəmiyyətə malikdir.

İctimai məskənlərin təşkili: Əksər kənd yaşayəş massivlərində ictimai mərkəzlər olmayıb. Hazırda yenidənqurma işlərinin aparılması zamanı diqqət mərkəzində duran əsas məsələlərdən biri də ictimai mərkəzlərin layihələndirilməsidir. İctimai mərkəzlər struktur cəhətdən çox müxtəlif ola bilər.Lakin bu bütövlükdə böyük bir kompleks təşkil edir. Bu işlərin həyata keçirilməsində əsas məsələlərdən biri də mərkəzin hansı ərazidə tikintisidir. Onun təşkili zamanı əsas şərtlərdən biri onun arxitektur – planlaşma ilə struktur cəhətdən sıx əlaqədə olmasıdır və gediş- gəliş cəhətdən piyadalar üçün əlverişli ərazidə düzgün yerləşdirilməsidir. Onun ölçüləri və forması ərazidə yerləşən sakinlərin sayından asılıdır.

Yenidənqurma işlərinin növbəliyi və mərhələləri: Yenidənqurma işlərinin yerinə yetirilməsi zamanı işlərin növbəliyi böyük iqtisadi əhəmiyyətə malikdir. Bunun təşkili zamanı əsas onun tikintisi zamanı ehtiyat ərazidən istifadə etməkdir.

Bunun üçün daxili və xarici ehtiyat ərazilərdən istifadə etmək olar. Xarici ehtiyat ərazi kəndin qonşu kəndlə sərhədlərində yerləşən torpaqlarda olur.

Daxili ehtiyat ərazi dedikdə onun sərhədə qədər ərazidə yerləşən torpaqlar nəzərdə tutulur. Bu işlərin təşkili onun növbəli işinin təşkilindən birbaşa asılıdır. Bu da pul vəsaitindən, maddi imkandan, baza tikinti işlərindən asıldır. Bu vəsait həm dövlət tərəfindən, həm də yaşayan əhalinin vəsaitindən təşkil olunur. Burada birinci və ikinci növbəli işlər nəzərdə tutulur. Birinci növbəli iş - iki mərhələdə həyata keçirilir. Bu mərhələ 5-7 il müddətdə nəzərdə tutulur.İkinci mərhələ - növbəti 10-15 il nəzərdə tutulur. Bu zaman tikinti binalarından sonra əsas küçə və əlavə küçələrin salınması işləri bu mərhələnin əsasıdır.

İkinci növbədə yaşayış sahəsinin mühəndis –avadanlığı, həyat üçün vacib olan xidmət xətlərinin ( su, qaz, işıq xətlərin ) düzgün layihələndirilməsidir.

İstehsal komplekslərinin yenidənqurulması (rekonstruksiya) –kompleksin və onun ayrı-ayrı obyektlərinin tam və ya müəyyən qərəcədə dəyişilməsi və bu zaman onun təyinatının saxlanması və ya dəyişilməsi deməkdir. Bu zaman yeni və əsas xidməti binaların tikilməsi və mövcud binaların genişləndirilməsi nəzərdə tutula bilər. Yenidənqurma zamanı fiziki və mənəvi köhnəlmiş avadanlıqlar dəyişilir, istehsal kompleksləri mexanikləşdirilir, mütərəqqi texnologiyalar tətbiq edilir, mühəndis avadanlıqlarının səviyyəsi yüksəldilir, yaxşı sanitar və zoobaytar şərait yaradılır, texnoloji manqa və köməkçi xidmətlərdəki qeyri - mütənasiblik (disproporsiya ) aradan qaldırılır.

Yenidənqurmanın (rekonstruksiya) 3 növündən istifadə oiunur.



-Kiçik (müəyyən qədər) - əsas fondların yeniləşmə əmsalı 0.2-yə qədər

Bu halda əsasən fiziki və mənəvi köhnəlmiş avadanlıqlar, mexanikləşdirmə vasitə-ləri yeniləri ilə əvəz edilir, mövcud binalarda dəyişiliklər aparılır. -Orta - əsas fondların yeniləşdirmə əmsalı 0.2 – 0.4. Bu zaman istehsalat texniki cəhətdən tam dəyişilir, yararsız tikili və qurğular yeniləri ilə əvəz olunur.



-Tam yenidənqurma ( kompleks ) yeniləşdirmə əmsalı K > 0.4

Tam yenidənqurmada çoxlu sayda bina və qurğular tikilir, möcud binalarda sonrakı istismar üçün nəzərdə tutulmuş avadanlıqlar yenisi ilə əvəz olunur. Tam rekonstruksiyanı o vaxt aparırlar ki, ona sərf olunan xərc yeni kompleksin tikilməsinə sərf olunan xərcin 90 faizindən çox olmasın.



İstehsalın yenidənqurulması və genişləndirilməsi zamanı aşağıdakı kompleks məsələlər həll olunur;

  1. İqtisadi məsələlərin həlli – bunlar məhsulun istehsalının artırılmasına, əməyin məhsuldarlığının yüksəldilməsinə, istehsal ixtisasının dərinləşləşdirilməsinə, əməyin elmi təşkilinin tətbiqinə, məhsulun maya dəyərinin aşağı salınmasına və s, yönəldilir.

  2. Texniki məsələlərin həlli - bu məsələlər yeni texnikanın tətbiqi, texnoloji xətlərin tikilməsi, istehsalat proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması zamanı həllini tələb edir.

  3. Sosial məsələlərin həlli. Bura aşağıdakılar aiddir:

  • Əmək və istehsal mədəniyyətinin yüksəldilməsi

  • İstehsal məişət mərkəzlərinin tikilməsi ( Paltar dəyişmə, yuyunma kabinələri, qida qəbul etmə və istirahət otaqları )

  • İstehsal kompleksinin bütün məişət şəraitli tam mühəndisi abadlaşdırılması ( Kanalizasiya xətti,isti və soyuq su təchizatı,istilik, telefon, qaz və s )

  • Memarlıq planlaşdırma məsələləri – müxtəlif istehsal komplekslərinin və onların sahələrinin, baş planlarının təkmilləşməsi, müxtəlif binaların memarlıq ifadəliliyinin yüksəldilməsi, bina qurğuların konfiquriyasasının sadələşdirilməsi və tikintidəki çatışmamazlıqların ləğvi.


MÖVZU 13. Ərazinin mühəndis hazırlığı

Plan


  1. Ərazinin tikintisi və yaxşılardırılması üçün mühəndis tədbirləri

  2. Yeraltı sularının səviyyəsinin endirilməsi

  3. Şaquli planlaşdırma sxemi

  4. Abadlaşdırma tədbirləri


Ədəbiyyat

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi. Bakı-2006

2. Q. Məmmədov Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı=-2002

3. Планировка сельских населенных мест: Учебн. Пособие / Под. ред. В.М. Богданова. М., Колос ,1980.

4. Планировка сельских населенных мест: Учебн. Пособие / Н.П. Конкачок и др. М.Агропромиздат, 1986.

5. Сероительные нормы и правила. Часть II нормы проектирования. Глава 60. Планировка и застройка городов, поселков и сельских населенных мест. М., Стройиздат, 1985
İnsanların yaşayış səviyyəsinin yaxşılaşdırılması tədbirləri üç əsas qrupa ayrılır:

  • Mühəndis hazırlıqları ərazi üzrə tikinti və təmir işlərinin yaşayış yerləri

  • Ərazinin mühəndisi yaxşılaşıdırılması

  • Təbii şəraitin, mikro-iqlim şəraitin və rəssam estetik gözəlliklərin, həyatın, məişətin və əmək şəraitinin yaxşılaşdırılması

Yaşayış yerlərinin mühəndis hazırlığı – kompleks tədbirlər olub, mühəndislər tərəfindən planlı şəkildə həyata keçirilir. Bu tədbirlər sakinlərin rifah halının və yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə nəticələnir. Bu tədbirlərdə sanitar-gigiyenik və mikro-iqlimin yaxşılaşdırılması da nəzərdə tutulur. Bu tədbirlərin qarşısında duran əsas məsələlər aşağıdakılardır:

  • Həmin ərazidə sakinlərin istidən və soyuqdan qorunmasi üçün normal şəraitin yaxşılaşdırılması

  • Ərazinin yenidən tikintisi üçün tədbirlər planının hazırlanması

  • Çay, göl, dəmir yol ətrafı ərazinin sanitar şəraitinin, təmizliyinin normal saxlanması üçün tədbirlər planının salınması

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə