Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Yaşayış məntəqələrinin planlaşdırılması Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: IV



Yüklə 0,59 Mb.
səhifə3/7
tarix30.12.2017
ölçüsü0,59 Mb.
#18850
1   2   3   4   5   6   7

1. Yaşayış zonası

2. İstehsalat zonası

Yaşayış zonası üçün təyin olunmuş (zonasında) ərazidə yaşayış, ictimai bina və qurğuların yerləşməsi həmçinin əhalinin tələbatını ödəyən bütün amillər daxil edilir. Təsərrüfatın təşkili işləri elə aparılmalıdır ki, tikinti sahəsi imkan daxilində torpaqdan istifadə sxeminin mərkəzi hissəsində yerləşsin. Bu da kənd təsərrüfatı uqodiyalarına, xüsusi əkin sahələrinə əlverişli nəqliyyat əlaqələri təşkil edir. Seçilmiş ərazinin relyefi ən azı qrunt sularından 2 metr yuxarıda olmalıdır.

İstehsalat zonasında zərərli tullantılardan olan müəssisələri 1-1,5 km-ə qədər aralı yerləşdırmək, həmçinin yaşayış zonası elə yerləşdirilməlidir ki, hakim küləklər yaşayış zonasından istehsalat zonasına doğru hərəkət etsin, çünki zərərli qazlar istehsalat zonasında yaşayış zonasına gətirilməsin.

Sanitar-mühafizizə şəraiti insanların istirahəti, məişəti və əməyin sağlamlığını təmin edir. Bu, ərazidə zibilin təmizlənməsi ,havada isə iydən ,zərərli qazlardan və tozlardan təmizlənməsi ilə həyata keçirilir. Ərazilər istehsalat tozundan , küyündən və su hövzələri isə çirklənmədən mühafizə edilməlidir. Gigiyena şəraiti yerin və ərazinin relyefindən ,küləyin istiqamətindən , həmin ərazidəki çay və göllərin , dənizlərin yerləşməsindən asılıdır. İlin isti fəsillərində havanın iy və qazlarla çirklənməsi daha çox özünü büruzə verir.Zibil tökülən yerlər elə seçilməlidir ki, zibilin iyi külək əsən istiqamətlə əks istiqamətdə və ya boş əraziyə yayılsın.

Sanitar –mühafizə xidməti zamanı 394 müxtəlif zərərli təsirlər qeyd olunmuşdur. İstehsalat obyektlərindən yaşayış məntəqələri arası məsafə artdıqca zərərli maddələrin konsentrasiyası azalir.Layihələndirmə zamanı bu məsafəni düz seçmək zəruridir. Bu məqsəd üçün xüsusi cədvəl işlənmişdir. Cədvəldə 7 zərərlilik sinfi göstərilmiş və hər sinif üçün yaşayış ərazisi arası məsafə düzgün göstərilmişdir :



Parklar və bir yaşayış məntəqəsinin mütləq elementinin həmin ərazidə planlaşdırılır və layihələndirilir. Park kənd yaşayış məntəqələrində əhalinin kütləvi istirahət məqsədilə layihələndirillir. Parklar özünün planlaşdırılması və üslubuna görə klubun idman kompleksi yolları ilə əlaqəli şəkildə planlaşdırılır. Buna görə də parkların kənd yaşayış məntəqələrində yerləşdirilməsi böyük şərti əhəmiyyəti var. Burada əhalinin istirahət və tərbiyəsinə müsbət təsir göstərir. Kənd yaşayış məntəqəsində parkların ölçüsü planlaşdırılmış norma və qaydalara uyğun layihələndirilir. Kənd yaşayış mənətəqəsinin ən kiçik ölçüsü 2 ha qədər olur. K/t dövriyyəsinə yaxın olmayan sahədə parkı daha iri ölçqdə layihələndirmək olar. Park ərazisində müxtəlif qurğuların klub, rəqs və s. ictimai obyektlər yerləşir. Kənd yaşayış binalarının növləri onların planlaşdırma həcmi üzrə fərqlənir. Bu əlamətlərə görə kənd yaşayış binaları 2 qrupa bölünür. 1-ci qrup fərdi istifadə olan həyətyanı sahəsi olan evlər daxildir. Belə ki,bu cür evlər 1 mərtəbəli 1 mənzilli, 2 mərtəbəli 4 mənzilli evlər aiddir. 2-ci qrupa həyətyanı sahəsi olmayan evlər daxildir. Bu cür evlərin hər birində mənzillər arası imkan var.

Parklar – yaşayış məntəqəsinin vacib komponentidir, ən kiçik ölçüləri 2 ha –a yaxın götürülür.Parkda idman qurğuları olarsa parkın ərazisi 3.5 ha təşkil etməlidir. Parkın ərazisi əsas 2 hissədən ibarət olur: aktiv istirahət və sakit istirahət.

İri ölçülü parklarda başqa formalı funksional struktur tətbiq edilir. Yaşıl əkillər park ərazisinin 60 % -dən yuxarı hissəsini təşkil etməlidir. Parkların zonalara bölünməsi onun təyinatı, yerləşmə qaydasını təyin edir.

Parkların layihələndirilməsində 3 əsas stil qəbul olunur.

I – requlyar II – Peyzaj(azad, sərbəst) III – Qarışıq



Requlyar (klassik) stildə əsasən ciddi həndəsi fiqurlar yer tutur ( məs, ücbucaq, dördbucaq və s)

Cərbəst stildə ciddi həndəsi fiqurlar olmayır, konturlar əsasən əyri xətli formaya yaxınlaşır.

Qarışıq stildə requlyar və sərbəst stil eyni vaxtda tətbiq olunur.

Bağ yaxud parkın layihəsi – gələcək bağ dizaynının perspektivli şəkli. Landşaft layihəsi evinizin gələcəkdə bağ və ya parkla hansı səviyyədə uyğunluq təşkil etməsini əyani surətdə göstərmək üçün lazımdır. Bağ sahəsinin düzgün seçilmiş layihəsi həm də bağ və parkın müfəssəl planıdır. Landşaft layihəsinin reallaşdırılası zamanı sahədə torpaq işlərinin aparılması zərurəti yaranır, hansılar ki, bağın düzgün planlaşdırılması olmadan aparılmamalıdır. 
Bağ və parkın layihələndirilməsi nədən başlayır?
Bağın layihələndirilməsinə başlamadan öncə, dizaynerimiz yerində sahə ilə tanış olmalı, və müəyyən etməlidir ki, siz evinizi və bağın landşaft dizaynını necə görmək istərdiniz. Bağın üslubunun seçilməsində köməklik üçün, dizayner özü ilə bir çox vizual nümunələr gətirir: bitki kataloqları, bağların fotoşəkilləri və videosu

MÖVZU 5. Kənd yaşayış zonasının planlaşdırılması və tikintisi

Plan

1. Yaşayış zonasının planlaşdırılması strukturu

2. Yol və küçələrin təsnifatı

3. İctimai mərkəz və binalar

4. Yaşayış tikililəri
Ədəbiyyat

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi. Bakı-2006

2. Q. Məmmədov Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı=-2002

3. Планировка сельских населенных мест: Учебн. Пособие / Под. ред. В.М. Богданова. М., Колос ,1980.

4. Планировка сельских населенных мест: Учебн. Пособие / Н.П. Конкачок и др. М.Агропромиздат, 1986.

5. Сероительные нормы и правила. Часть II нормы проектирования. Глава 60. Планировка и застройка городов, поселков и сельских населенных мест. М., Стройиздат, 1985.

Yaşayış zonasının planlaşdırılma strukturu dedikdə ictima mərkəzi meydanın, küçə şəbəkələri sisteminin, istehsalat zonası, istirahət zonası və yaşayış məntəqələri ilə bütünlükdə əlaqəsi başa düşülür. Bundan başqa yaşayış zonasının planlaşdırılmasında ictimai bina və qurğuların yerləşməsi, inzibati, mədəni-məişət, uşaq müəssisələri, səhiyyə müəssisələri, kommunal bina və qurğuların yerləşdirilməsi də nəzərə alınmalıdır.

Yaşayış zonasının tərkibinə yaşayış və ictimai, mədəni məişət, inzibati binalar ətrafında və ya onların nəzdində bağlar, xiyabanlar və parklar daxil edilir. İri yaşayış rayonlarına mikrorayonlar daxildir. Yaşayış məntəqələrinin ictimai binaları məsələn, uşaq bağçası, məktəb, park, klub, mehmanxana yerləşir ki, təyin olunmuş xidmət evlərinə əməl olunmuşdur. Arxitektur planlaşdırılması məsələsi isə meydanları, küçələri, qadın salonlarını təşkil edir.Həmçinin planlaşdırma zamanı layihənin təbii şəraiti ilə ərazinin planlarını əlaqələndirməyə çalışmaq lazımdır. Yaşayış məntəqəsi- ərazinin planlaşdırılmasının təşkili, bütövlükdə onda küçələri, meydanları, kvartalları, həyətyanı sahələri yaradan və ictimai blokları, yaşıl əkmələri və başqa abadlaşdırma qrupunun, həmşinin müxtəlif mühəndis qurğularının yerləşdirilməsi ilə təsvir olunur. İctimai meydanlar əsasən yaşayış məntəqəsinin mərkəz hissəsində yerləşir. Bir növ onun mülayim hissəsi təşkil edilir. Bu tip meydanlar ictimai meydanlar ictimai meydanlar nümayiş və bu kimi yığıncaqlar üçün təyin olunur. Lahiyə prosesində meydanın forması bu və ya başqa həndəsi formada layihələndirilir. Kənd yaşayış məntəqəsində ictimai meydanlar 2:3 və 1:3 nisbətində düzbucaqlı formasında layihə daha əlverişlidir.

Küçələr yaşayış yerlərinin funksional strukturunda vacib rol oynayır, qırmızı xəttlər arasındakı ərazidə yerləşir,piyadaların və nəqliyyatın bütün növləri üçün xidmət edir. Küçələr hərəkət hissəsindən,səkilərdən,yaşıl zolaqdan və s. təşkil olunur.Küçələr həm də kvartallardan toplanan suyu ərazidən kənarlaşdırır, küçələrdə mühəndis qurğuları yerləşdirilir. Ümumulikdə küçələr yaşayış yerlərinin texniki əsasını təşkil edir, ərazini kvartallara və mikrorayonlara bölürməklə yanaşı onları bir tamda birləşdirir.
Formasına görə küçə şəbəkəsi requlyar, sərbəst qarışıq üsulla layihələndirilə bilər.Əsas sxemləri düzbucaqlı, düzbucaqlı-diaqonal, radial, radial-dairəvi,kombinə, sərbəst və qarışıq olur. Küçə şəbəkəsi ərazinin 12-20%-ni və abadlaşdırma işlərinin xərclərinin 20%-ni təşkil edir.

Küçə şəbəkəsi sistemləri

k:\skayner aygul.jpg


  1. düzbucaqli

  2. düzbucaqli-diaqanal

v- radial

q- radial-dairəvi



  1. kombinə

  2. sərbəst

  1. qarışıq

Küçələr və yollar təyinatına görə belə təsnifatlandırılır:

1) Sürətli yollar - hesabi sürət 120km/saat

2) Magistral küçə və yollar – 80 km/saat

3) Yerli əhəmiyyətli küçə və yollar – 60 km/saat

Yerli əhəmiyyətli küçə və yollar kənd yaşayış məntəqələrində aşağıdakı siniflərə bölünürlər:

-yaşayış küçələri,mikrorayonları magistral küçələrlə birləşdirir(60km/saat);

-qəsəbə küçələri,seliteb zonanı ictimai mərkəz və xidmət müəssisələri ilə əlaqələndirir(60km/);

-qəsəbə yolları,seliteb,istehsalat və digər zonalar arasında(60km/saat);

-piyada küçə və yolları;

-keçid yolları,mikrorayonun daxilində(30km/saat).

Magistral küçənin eni 60-75 m, rayon əhəmiyyətli magistral küçənin eni isə 35 m olmalıdır. Baş küçələrin eni 20-25m, digərlərinin eni 10-15m qəbul olunur.Küçələrdə piyadaların hərəkəti üçün səkilər qurulur.

Magistrallar arası məsafə 800-1000 m, yaşayış küçələri arası məsafə 200-300 m, məhəllələrin ərazisi 8-12 ha qəbul edilir. Küçə, meydan və yol kəsişmələrinin memarlıq tərtibatı ətraf sahələrinmemarlıq ansamblına uyğun olmalıdır. Kiçik yaşayış məntəqələri və qəsəbələrdə hərəkətin şiddətliyinin azlığından asılı olaraq küçələrin eninə və gediş hissəsinin tipinə qoyulan tələblər bir qədər azaldılır. Küçələrin gediş hissəsinin kənarı qırmızı xətdən 25 m aralı olmalıdır. Dalan yolları radius 10 m olan dairəvi hissə və ya 12x12 ölçülü meydança ilə bitməlidir. Səkinin minimal eni 1.5 m, yalnız fərdi evlər rayonunda 1.0 m qəbul olunur. Küçənin gözəlliyi və sanitar-gigiyenik şəraiti üçün yaşıl əkillərin əhəmiyyəti çox böyükdür.Yaşıl əkillərin tipindən asılı olaraq yaşıl zolağın eni 0.8-6.0 m götürülür.

Küçə şəbəkəsi yaşayış və istehsalat zonalarının ictimai binaların, həm də kənd ətrafı yolların qovuşmalarının yerləşməsi ilə təyin olunur.

Plan və profildə küçələri, yanaşma küçə və meydanları nəzərə almaqla layihələndirilir.Küçənin planı onun istiqaməti və qırmızı xətlə təyin olunur.Bu zaman axtarış işlərinin məlumatlarına əsaslanırlar.Yanaşma küçələrini R=20 m əyrilərlə birləşdirirlər.

İctimai mərkəzlər meydan, bulvarla birləşdirilmiş iki meydan, baş küçənin və ona birləşən ətraf məkanın genişləndirilməsi formasında ola bilər. Meydanın forması və ölçülərini yaşayış yerinin məkan strukturu və təbii xüsusiyyətləri təyin edir. İctimai mərkəzlərdə əsasən iri memarlıq ansambılları qururlar.İctimai mərkəzi seliteb zonanın ortasında elə yerləşdirmək lazımdır ki,onun bütün rayonlarının xidmət radiusu eyni olsun.

İctimai mərkəzlər seliteb zonanın elə bir sahəsidir ki, burada əsas ictimai binalar–inzibati, mədəni-maarif, ticarət, ictimai iaşə və s. cəmlənmişdir. Bu binalar əsasən meydanın perimetri boyu və ya baş küçədə yerləşdirilir. İctimai mərkəz funksional təyinatdan əlavə seliteb zonanın memarlıq-kompozisiya mərkəzi rolunu da oynayır. İctimai mərkəzlər su nohurları ətrafında, yaşayış tikililərinin ortasında, yaşayış məntəqəsinə girişdə yerləşdirilə bilər.Bütün hallarda ictimai mərkəzlər aparıcı memarlıq ansamblı rolunu oynamalı, bir çox nöqtələrdən yaxşı görünməlidir; baş bina özünün həcmi və xarici görünüşü ilə ətraf tikililərdən fərqlənməlidir.



İctimai binalarda mədəni-məişət, kommunal və inzibati idarə və müəssisələr yerləşir.Onlar aşağıdakı əsas qruplara bölünür:

Məktəbə qədər uşaq müəssisəsi,ümumi təhsil məktəb və məktəb- internatlar,ticarət,ictimai –iaşə və kommunal xidməti, müalicə-profilaktik və mədəni-maarif müəssisələr, bədən tərbiyəsi-idman qurğuları,inzibati-təsərrüfat idarələri. Yerləşmə və xidmət radiusuna görə bu idarə və müəssisələr aşağıdakı kimi qruplaşdırılır:


İctimai binaların hesabatı

Sıra

-si



Müəssisələrin adları

Layihə göstəricisi 2000 adam

Turizm

Sahə

1

Kulub

180

0,6

2

Məktəb

400

2.0

3

Uşaq bağçası

300

1,20

4

İnzibati binalar

1

0,3

5

Əmanət kassası

1

0,3

6

Ticarət mərkəzi

1

0,5

7

PKT-camaşırxanası

40kq

0,2

8

Hamam

10kq

0,2

9

Çörək sexi

0,5km

0,2

10

Yanıq geposu

1

0,3

11

Fel məntəqəsi

1

0,3

12

Aptek

1

0,1

13

Rabitə şöbəsi

1

0,3

14

İdman konpıeksi

1

1,8

15

Park

1

2,4

İdarə və müəssisələrin ölçüləri onların funksional təyinatından asılıdır, formaları isə planlaşdırma layihəsinin ümumi kompozisiyasından asılı olur.

Hər bir ictimai müəssisənin ərazisində əsas bina, köməkçi binalar,xüsusi meydançalar,təsərrüfat sahəsi,yaşıllaşdırma zonası, yollar,bağçalar yerləşdirilir. Bunların qarşılıqlı yerləşdirilməsindən ərazinin planlaşdırma təşkili yaranır.İctimai binalar seliteb zonanın memarlıq-məkan təşkilində xüsusi yer tutmalıdır.

Yaşayış tikililəri seliteb ərazinin böyük sahəsini əhatə edir.Yaşayış kvartalı məntəqənin əsas struktur elementi kimi memarlıq ansamblının keyfiyyətlərinə malik olmalıdır.Burada müxtəlif mərtəbəli və tipli evlərdən formalaşan yaşayış evlərinin ayrı-ayrı qrupları böyük əhəmiyyət daşıyır. Evləri yerləşdirəndə həm utilitar və normativ tələblər, həm də estetik tələblər nəzərə alınmalıdır,kompozisiyanın ritmometrik üsulu tətbiq edilməlidir. Yaşayış zonası təbii elementlərlə(çay, göl,dağ və s.) hissələrə bölünə bilər.

Yaşayış məntəqələrinin memarlıq ifadəliyi həmçinin açıq və qapalı məkanların təşkilindən, ətraf landşartdan, siluetindən asılıdır.

Kənd yaşayış məntəqələrinin planlaşdırılmasında istehsalat zonasının memarlıq-planlaşdırma kompozisiyasının məsələlərinin həlli böyük əhəmiyyət daşıyır. İstehsalat zonasının memarlıq ansamblı yaşayış məntəqəsinin ümumi kompozisiyasına tabe olmalıdır.İstehsalat zonasının və onun istehsal komplekslərinin planlaşdırılması və tikintisi zamanı funksional,texniki-iqtisadi, sanitar-gigiyenik, zooveterinar və yanğına qarşı tələblər nəzərə alınmalıdır

Yaşayış zonasında yaşayış evləri, ictimai binalar, təsərrüfat tikililəri yerləşir.Zonanın eyni funksional təyinatlı, müstəqil hissələrə bölünməsinə planlaşdırma strukturudeyilir. Struktur-planlaşdırma vahidi zonanın elə bir hissəsinə deyilir ki,orada əhalinin praktiki tələbatları(yaşayış, məişət, mədəni-məişət xidmətinin rahatlığı) əsas götürülür. Bir neçə yaşayış kompleksi və ya yaşayış evlərinin qrupları birləşib mikrorayon, mikrorayonlar – inzibati rayonlar, inzibati rayonlar - yaşayış rayonu və yaşayış rayonları da birləşərək yaşayış məntəqəsinin ərazisini təşkil edirlər.

Əsas planlaşdırrma elementi kvartal(məhəllə) hesab olunur. Kvartal tikili və ya tikilisiz(bağ) ola bilər, uzunluğu 300-500m qəbul edilir.



Yanğına qarşı ara məsafələri. Yanğına münasibətinə görə binalar 3 qrupa bölünür: yanmayan, çətin yanan və yanan.Qruplardan asılı olaraq evlər arasında yanğına qarşı ara məsafələri normalaşdırılır(6-15m).

Sanitar ara məsafələri.İnsanlar yaşayan bina və ərazilər 22 mart-22 sentyabr dövründə şimal en dairəsindən 500 cənuba tərəf rayonlarda və 22 aprel-22 avqust dövründə 500 şimala tərəf rayonlarda müntəzəm olaraq ən azı 3 saat gönəş şüasını qəbul etməlidir. Buna evlərin istiqamətləndirilməsi ilə nail olurlar və bu zaman evlər arasında ara məsafəsi saxlayırlar ki, bir–birinin üzərinə kölgə salmasınlar.

MÖVZU 6. Kənd yaşayış evləri. İctimai təyinatlı ərazilər

PLAN

  1. Kənd yaşayış məskənlərinin yaşayış tikililəri

  2. Evləryanı ərazinin təşkili

  3. İctimai binaların sahələrinin planlaşdırılması

  4. İctimai müəssisələrin təsnifatı


Ədəbiyyat

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi. Bakı-2006

2. Q. Məmmədov Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı=-2002

3. Планировка сельских населенных мест: Учебн. Пособие / Под. ред. В.М. Богданова. М., Колос ,1980.

4. Планировка сельских населенных мест: Учебн. Пособие / Н.П. Конкачок и др. М.Агропромиздат, 1986.

5. Сероительные нормы и правила. Часть II нормы проектирования. Глава 60. Планировка и застройка городов, поселков и сельских населенных мест. М., Стройиздат, 1985.

Evlərin tipindən asılı olaraq yaşayış məhəllələri malikanə tikintili, bloklu-evli və seksiyalı tikintili ola bilər. Belə məhəllələrin əsas və ilkin elementi şəxsi məqsədlər üçün ayrılan kiçik torpaq sahəsi , yəni evləryanı sahələr hesab edilir. Bu torpaq sahəsi yaşayış evinin və şəxsi təsərrüfatın yerləşməsi üçün istifadə olunur. Yaşayış evinin ətrafındakı malikanəyanı sahə ümumi malikanəyanı torpaq sahəsinin bir hissəsidir. Malikanəyanı torpağın bir nəfərə düşən ümumi norması 0.25-0.5 ha- qəbul edilir.Kompakt tikili zamanı evlərin yanında 0.1 ha-dan az olmamaq şərti ilə malikanəyanı sahələr nəzərdə tutulur.Qalan torpaq sahələri yaşayış məntəqələrinin yaşayış zonasının kənarında paylanır və belə malikanəyanı sahələrdən malikanı tikintili yaşayış məhəllələri təşkil edilir.(komponovka) Hər bir malikanəyanı sahə dəqiq həndəsi formaya malik olmalıdır Bu formaların əsası düzbucaqlı şəklində olmalıdır.Düzbucaqlı formalı sahələrin aşağıdakı üstünlükləri vardır :

1)Ərazidən tikintini , bağı, bostanı və s. yerləşdirmək üçün məqsədəuyğun istifadə edilir.

2)Sahənin əlverişli , səliqəli daxili planlaşdırılmasının təminatı

3)Məhəllələrdə sahələrin rasional yerləşməsi ,sahələrin hesablanması, xətti ölçmələr məhəllələrin planlaşdırılması və naturaya köçürülməsi üçün şəraitin olması

Lakin bu üstünlüklərə baxmayaraq bu formanı hər yerdə məsləhət görmək düzgün deyil. Çünki təbii şərait (ərazinin topoqrafiyası) abadlaşdırma tikintisi , planlaşdırma işləri və digər səbəblər başqa həndəsi formaları tələb edə bilər.

Vacib məsələlərdən birincisi məhəlləyanı sahənin uzunluğunun və eninin təyin olunmasıdır. Sahənin eni çox olmamalıdır ki, yaşayış küçəsinin uzunluğu çox böyük alınmasın və onun abadlaşdırılmasına əlavə xərclər sərf edilməsin.Həmçinin belə halda yaşayış evlərinin küçə boyu yerləşməsində seyrəklik əmələ gəlir ki, bu da xarici memarlıq simasına mənfi təsir edir. Çox ensiz sahələrdə məsləhət deyil. Sahənin buraxıla bilən ən kiçik eni yaşayış evlərinin oda davamlılıq dərəcəsinə görə və binalararası yanğına qarşı məsafələrə görə təyin olunur. Məsələn , uzunluğu 10 m olan bir mənzilli evin malikanəyanı sahəsinin buraxıla bilən qiyməti belə qəbul olunur:

I-II dərəcəli oda davamlılıq olarsa - 16 m (10+6)

III dərəcəli oda davamlılıq olarsa - 18 m (10+8)

IV –V dərəcəli oda davamlılıq olarsa - 20 m (10+10)

V dərəcəli oda davamlılıq olarsa - 25 m (10+15)

Bu hesabatlara əsaslanıb deyə bilərik ki, sahədən məqsədəuyğun istifadə edilməsini nəzərə alaraq onun optimal enini 20 m hesab etmək olar. Onda 0.1 ha-lıq sahənin uzunluğu 50 m alınar.

Malikanəyanı sahənin planlaşdırılması və tikilməsi aşağıdakı şərtləri təmin etməlidir :


  1. İnsanların məişətinin və köməkçi təsərrüfat aparılmasının rahatlığını təmin etmək.

  2. Yaxşı sanitar-gigiyenik və yanğına qarşı təhlükəsizlik şəraitini

  3. Sahənin torpaq ərazisindən məqsədyönlü istifadə

  4. Küçə tərəfdən sahənin cəlbedici görünüşü

Bu məqsədlə sahədə bütün vacib elementlər düzgün edilməli , sanitar və yanğına qarşı tələblərə əməl olunmalı , qonşu istifadəçilərin maraqları nəzərə alınmalı və ümumilikdə məhəllənin planlaşdırılma təşkili ilə uzlaşdırılmalıdır.

Qeyd edək ki, binaların küçəyə tərəf olan hissələri yaşayış məntəqəsinin memarlığına təsir edir.

Hər bir malikanəyanı sahə planlaşdırma cəhətdən aşağıdakı əsas hissələrdən ibarətdir .

I – tikinti hissəsi II - bostan III - bağ

Tikinti sahəsi ətrafında kiçik bağça olan yaşayış evindən və təsərrüfat həyətindən ibarətdir.

Ərazinin konkret planlaşdırılması və tikilməsininə aşağıdakı şərtlət təsir edir :



  • Tikililərin tip və qabariti

  • Odadavamlılıq dərəcəsi

  • Yerli şərait

  • Sahənin məhəllə daxilində yeri

  • Məhəllə və küçənin tikintisinin memarlıq həlli

  • Sahənin sahibinin istəyi

Məsələn , 0.1ha-lıq malikanəyanı sahədə elementlərin yerləşməsi aşağıdakı kimi ola bilər : yaşayış evi - 8% ; təsərrüfat tikilisi - 1.2% ; kiçik bağça - 6% ; təsərrüfat həyəti - 14.8% ; bağ - 18% ; bostan 40% ; yollar - 12% ;Cəmi - 100%

Bloklu evlər məhəlləsinin malikanəyanı torpaq sahəsi bir ailə üçün bina yanında 150-600 m2 , qalanı yaşayış zonasından kənarda ayrılır.

Bloklu –evli məhəllələrdə malikanəyanı sahənin elementlərə bölünməsi aşağıdakı kimi ola bilər : ev - 16 % ; bağça – 12% ; bostan və bağ - 72 % ; Cəmi - 100%



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə