İxtisasın adı: Kənd təsərrüfatı Modulun adı: Torpaqşünaslıq Modulun nömrəsi


TƏLIM NƏTICƏLƏRININ QIYMƏTLƏNDIRILMƏSI



Yüklə 0,58 Mb.
səhifə11/19
tarix27.04.2018
ölçüsü0,58 Mb.
#40278
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

TƏLIM NƏTICƏLƏRININ QIYMƏTLƏNDIRILMƏSI

  1. Nəzəri biliklərin qiymətləndirilməsi


Aşağıda verilən suallara cavab verərək mövzü üzrə biliklərinizi qiymətləndirin:

1) Torpağın mikroorqanizmlər qrupuna aid deyil

A) Həşəratlar B) Bakteriyalar C) Aktinomisetlər D)Avtotroflar
2) Bunlar torpaq faunasına aid deyillər

A) Həşəratlar B) İbtidailər C) Gəmiricilər D)Onurğalı heyvanlar


3) Bu torpağın istilik xassəsinə aid deyil.

A) Radiasiyanın əks olunması ( albedo) B) İstilik mübadiləsi

C) Radiasiyanın udulması D)İstiliyi udma qabiliyyəti
4) Mikroorqanizmlərin torpaqda yaşayışı üçün optimal temperatura və nəmlik nə qədər olmalıdır?

A) 30-35ºC-65% B) 20-25ºC-45% C) 15-20ºC-55 D) 25-35ºC-60%


5) Torpaqəmələgətirən süxurların belə çöküntüsü yoxdur.

A) Tarla B) Çöl C) Buzlaq D)Eol


6) Süxurların mineraloji, kimyəvi və qranulometrik tərkibi buna təsir göstərmir.

A) Qleyləşməyə B) Humus toplanmasına C) Eroziyaya D)Şorlaşmaya


7) Mineral hissə torpağın neçə faizini təşkil edir.

A) 80-90 % B) 20-30 % C) 50-60 % D)70-80 %


8) Torpağın belə su xassəsi yoxdur

A) Sukeçirmə B) Susaxlama C) Sudoldurma D)Suqaldırma


9) Torpağın tənəffüsü nədir.

A) Karbon qazının torpaqdan atmosferin yerə yaxın qatına daxil olması

B) Oksigenin torpaqdan atmosferin yerə yaxın qatına daxil olması

C) Oksigenin torpaqdan yerə daxil olması

D)Karbon qazının parçalanması
10) Torpaqda istiliyin əsas mənbəyi nədir.

A) Üzvi maddələr B) Su C) Hava D) Günəş radiasiyası,




  1. Praktiki bacarıqların qiymətləndirilməsi


Bu hissədə mövzu üzrə praktiki bacarıqlarınızı yoxlamaq üçün tapşırığın icrasının nəticəsilə bağlı sualları cavablandırın.
Qiymətləndirmə

Qiymətləndirmə kriteryaları

Bəli

Xeyr

Qeyd edilən yerdən torpaq nümunəsi götürdünüzmü?







Torpaqdakı boşluqları müşahidə edə bildinizmi?







Torpaqda hər hansl bir canlı varlıq gördünüzmü?







Tədqiqat apardığınız torpaqlar arasında fərqlərin nə üçün olduğunu izah edə bildinizmi?








  1. TƏLIMIN NƏTICƏSI IV.


Tədrisin nəticəsinin təsviri: Torpağın becərilməsinin məqsəd və əsaslarini bilir, düzgün qaydada həyata keçirə bilir.
Sərbəst iş üçün tapşırıqlar

  • Regionda olan müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilmə texnologiyası ilə bagli məlumatlar toplayın və dostlarınızla bölüşün;

  • Yaxında olan fermer təsərrüfatına gedin və onların alaqların idarəedilməsi təcrübələri haqqında məlumat xarakterli hesabat tərtib edin;

  • Münbit torpaqla bitki məhsuldarlığı arasında əlagə haqqında bir neçə cümlədən ibarət əsaslandırma yazın.

6.1 Torpağın münbitliyi


Münbitlik - torpağın bitkinin normal inkişafı və böyüməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə və əlverişli fiziki-kimyəvi mühitlə təmin etmək qabiliyyətidir. Münbitlik - torpağı dağ süxurundan fərqləndirən əhəmiyyətli keyfiyyət xassəsidir(Şəkil 4.20).

Münbitliyin aşağıdakı növləri fərqləndirilir: təbii; süni; effektiv və ya iqtisadi.



  • Təbii münbitlik təbii torpaqəmələgəlmə proseslərinin inkişafı ilə şərtlənmiş və insan tərəfindən pozulmamış torpaq xassə və rejimlərinin mürəkkəb qarşılıqlı təsiri ilə müəyyən olunur. Təmiz formada təbii münbitlik xam torpaqlara məxsusdur və torpaq üzərində yetişən senozların məhsuldarlığı ilə səciyyələnir.

  • İnsanın təsiri nəticəsində torpağın xassə və rejimlərində yaranmış kəmiyyət və keyfiyyət dəyişiklikləri onları süni münbitlik kimi səciyyələndirir. Süni münbitlik təmiz formada istixana, parnik və digər örtülü sahələrdə subsratların hazırlanması zamanı yaranır.

  • Torpaqlardan kənd təsərrüfatı istifadəsi zamanı süni münbitlik təbii münbitliklə birlikdə effektiv və ya iqtisadi münbitlik formasında özünü göstərir. O, kənd təsərrüfatı bitkilərinin məhsulu vasitəsilə realizə olunur.



Şəkil 4.20. Torpaq münbitliyinə təsir edən amillər

6.2 Əkin qatının dərinləşdirilməsi


ŞUM, ŞUMLAMA – torpağın laydırlı kotanla becərilməsinə əsas tədbirlərdən biri. Şum zamanı torpağın üst qatı alta, alt qatı isə üstə çevrilir.

ŞUM QATI – torpağın sistematik olaraq becərilən qatı. Adətən bitkinin boy və inkişafı üçün lazım olan bütün qida maddələri torpağın şum qatında yerləşir. Yumşaldılmış şum qatı nəmliyi asanlıqla özünə hopdurub aşağı qatlara keçirir.



  • Şumun dəriniyi, torpağın münbit qatının qahnlığına, bitkilərin və onların becərilmə aqrotexnikasmın tələbinə, tarlanın alaq otları ilə zibillənmə dərəcəsinə, torpaq-iqlim şəraitinə və s. görə müəyyən edilir.

  • Torpağın əkin qatı nə qədər qalın olarsa, onun münbitliyi də bir o qədər yüksək olur. Yəni şum qatı dərin olduqda torpaqda nəmlik və qida maddələri daha çox toplandığına görə, bitkilər normal inkişaf edərək yüksək məhsul verir. Ona görə də, əkin qatının dərinləşdirilməsi zəruri aqrotexniki tədbir hesab olunur.

  • Əkin qatının qalınlığının artırılması, torpaqda nəmliyin kifayət qədər toplanmasına, havanın dərin qatlara asan keçməsinə və mikrobioloji proseslərin fəallaşmasına imkan verir. Belə torpaqlarda kök sistemi güclü inkişaf etdiyinə görə, bitkilərin yerüstü hissəsi çox toplanır və onların yerə yatmağa qarşı davamlılığı artır.

  • Dərin şum aparılan zaman alaq bitkiləri asan məhv edilir. Çünki bu zaman alaq otlarının kökləri tamamilə kəsilir və dərin basdırılmış alaq toxumları isə cücərərək torpaq səthinə çıxa bilmir.

  • Bir çox xəstəlik və zərərvericilər bitki qalıqlarında məskən salır. Şumlamanı dərin apardıqda bitki qalıqlan ilə birlikdə torpağın altma çevrilən xəstəlik və zərərvericilərin mənbələri də məhv edilir.

  • Dərin şum zamanı torpağın kapillyar və ümumi məsaməliyi artır, su və hava torpağa asan daxil olur, aerob mikroorqanizmlərin fəaliyyəti güciənir və bitkilər tərəfındən asan mənimsənilən qida maddələrinin miqdarı çoxalır.

  • Dərin şum aparılan sahəiərdə payız-qış və yaz dövrlərirıdə düşən atmosfer çöküntüləri torpağın alt qatlanna gedə bilir ki, bu da torpaqda nəmlik ehtiyatını artırır və bitki köklərinin dərin qatlara asan keçməsinə imkan verir.

  • Dayaz və hər il ardıcıl olaraq eyni dərinlikdə şum aparıldıqda, şum qatı ilə alt qat arasında bərkimiş kotanaltı təbəqə yaranır. Həmin təbəqə suyun, havanın və bitki köklərinin aşağıya doğru hərəkətini çətiniəşdirir. Ona görə də, bərkimiş kotanaltı qatı dağıtmaq üçün 3-4 ildən bir dərin şum və yaxud yumşaltma aparılmalıdır.

  • Əkin qatının dərinləşdirilməsi bütün hallarda eyni dərəcədə səmərəli olmur. Məsələn, qalın münbit qata malik olan torpaqlarda səmərəli hesab edilən dərin şum, münbit qatı nazik oian torpaqlarda zərərii ola bilər. Çünki bu halda az münbit olan şumaltı qat torpaq səthinə çıxarıldıqda əkin qatının münbitliyi azalır, başqa halda isə dərin şumun aparılmasına sərf olunan əlavə xərc ödənilmir.

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə