İxtisasın adı və şifri: 060403 “Maliyyə” İxtisaslaşma: “Maliyyə Menecmenti” Elmi rəhbər: Prof. Bədəlov Ş.Ş. Magistr proqramının



Yüklə 338,01 Kb.
səhifə2/4
tarix14.09.2018
ölçüsü338,01 Kb.
1   2   3   4

Dövlət borcu mahiyyət etibarilə aktiv və passiv borclar olmaqla iki yerə ayrılır. Aktiv dövlət borcları elə bir hissəni təşkil edir ki, həmin hissədə büdcə vasitəsilə dövlət borclarının hər hansı müəyyən edilmiş sosialiqtisadi proqramların reallaşdırılmasına, infrastruktur layihələrin maliyyələşdirilməsinə yönəldilir. Passiv borclar isə elə borc qrupudur ki, bu borclar büdcədən maliyyələşənməkdə olan mövcud xərclərin azaldılmasına yönəldilir. Hamıya bəllidir ki, hökumətimizin götürdüyü borcların hamısı aktiv borclardır. Bu amili dəqiqləşdirmək üçün üçün büdcə vasitəsilə maliyyələşən proqramlara və layihələrə diqqət yetirmək kifayətdir. Mətbuat səhifələrində bəzi ekspertlər yazır ki, dövlətimizin cəlb etdiyi kreditlərin əksəriyyəti yeni infrastruktur layihələrinin yaradılmasına yönəldilir və məlum olduğu kimi bu layihələrhər hansı əlavə dəyər yaratmaq iqtidarında deyil. Onlar bir məsələyə diqqət etməlidirlər ki, büdcəyə cəlb edilən bu vəsaitlər hesabına reallaşan infrastruktur layihələri ölkəmizin iqtisadiyyatında yaradılmaqda olan əlavə dəyərin əldə olunmasına birbaşa yox, dolayı yolla köməklik edirlər. Unudulmamalıdır ki, normal iqtisadi fəaliyyət üçün normal infrastrukturun olması ən vacib şərtlərdən biridir. Yaranma səbəsindən asılı olaraq, dövlət borcları müxtəliflik təşkil edir. Belə ki, bu borclar məqsədli fəaliyyətinin nəticəsi kimi meydana gəlməklə yanaşı, digər gözlənilməz səbəblər üzündən yaranan öhdəliklər kimi də formalaşa bilər. Beləliklə, yaranma səbəsinə görə dövlət borclarını 2 qrupa ayıra bilərik


1. Məqsədli dövlət borcları;

2. Məqsədsiz dövlət borcları.

Ümumilikdə dövlət borclarını qeyd etdiyimiz cəhətə görə təsnifləşdirmək olduqca vacibdir. Hamımıza məlumdur ki, dövlət borcu maliyyə sisteminin bir hissəsi olmaqla bərabər, onun digər həlqələrindən əsaslı surətdə fərqlənir. Bu fərq onun problem xarakterli olmasından irəli gəlir. Məhz bu xüsusiyyətinə görə də dövlət borcu ölkənin ümumiiqtisadi siyasəti daxilində mühüm yer tutur. Belə ki, dövlət borcunun idarə edilməsi hər bir ölkədə dövlət maliyyəsinin əsas məsələlərindən biri kimi çıxış edir.

Məqsədli dövlət borclarının mahiyyəti ondan ibarətdir ki, bu borclar hökumətin məqsədli şəkildə üzərinə götürdüyü öhdəliklərindən yaranmış olur. Belə ki, hər bir iqtisadi subyekt kimi dövlət də bu və ya digər şəraitdə sərbəst vəsait qıtlığı ilə qarşılaşa bilir. Bu zaman o digər subyektlərin sərəncamında olan vəsaitləri müvəqqəti olaraq cəlb edir və həmin vəsaitlərin sonradan qaytarılması üçün öhdəliklər götürür.

Bundan fərqli olaraq, məqsədsiz dövlət borcları isə öncədən planlaşdırılmamış, yəni gözlənilməz borc öhdəliklərinin məcmusu kimi çıxış edir. Məqsədsiz dövlət borcları heç bir xüsusiyyəti baxımından üstünlüklərə malik deyildir. Bu borcların yaranma səbəbi dövlətin digər problemləri ilə birbaşa bağlılığa malikdir. Çünki məqsədsiz borclari məhz həmin problemlər və yaxud boşluqlardır yaradan. Məqsədsiz dövlət borcları proqram xarakterli olmadığından onun idarə olunması, yəni qaytarılması nisbətən ağır çətinliklərlə müşahidə olunur. Məqsədsiz dövlət borcları digər problemlər müxtəlifliyi ilə sıx bağlıdır. Məqsədsiz dövlət borcları üzrə yaranan öhdəliklərin icrası onu doğuran problemlərin həllindən asılıdır.

Məqsədli dövlət borcları proqram xarakterli olduğuna görə onların idarə edilməsi hələ borc öhdəlikləri yaranmasından başlanır. Təbii ki, bu zaman dövlət öhdəliyin həcmini özü müəyyənləşdirir, eləcə də borc münasibətinin mərhələləri üzrə müddətlət öncədən məlum olur. Bu baxımdan, məqsədli dövlət borcları üzrə münasibətlərə „hazır“ olan dövlət üçün bu öhdəliklərin idarə olunması daha asan başa gəlir.

Hər bir dövlət borcunun ödənilməsi üçün istifadə olunan maliyyə mənbəyi həmin borcun yaranma məqsədindən, yaxud istiqamətindən irəli gəlir. Yəni, borcun şansı mənbə hesabına qaytarılmasını müəyyənləşdirmək üçün onun xüsusiyyətləri ilə tanış olmaq lazımdır. Məlumdur ki, dövlət borclarının böyük əsəriyyətini təşkil edən məqsədli borclar ölkə iqtisadiyyatının inkişafına, o cümlədən maliyyə sisteminin norman fəaliyyətinə xidmət edir. Bu baxımdan ümumi dövlət borclarını tam olaraq qəbul etmək, eyni zamanda onları vahid ödəniş fondu üzrə idarə etmək vacib görünsə də bir qədər qeyrisəmərəli xarakter daşıyır.

Bildiyimiz kimi müasir dövrdə dövlət borcları çoxşaxəli münasibətləri əhatə edir. Həm yaranma səbəbləri, həm idarəetmə formaları, həm də digər xüsusiyyətlərinə görə borc münasibətləri gündən-günə dəyişir və inkişaf edir. Bu şəraitdə borc münasibətlərini vahid ödəniş fondunda birləşdirmək, eyni zamanda bu fonda mərkəzləşdirilmiş gəlirlər təyin etmək bir sıra digər problemlərə yol aça bilər. Bu baxımdan müasir dövrdə dövlət borcları özünəməxsus, eləcə də fərqli ödənilmə mənbələrinə malikdir.



Müddətinə görə dövlət borcları:

  • qısamüddətli (5 ilə qədər olan) dövlət borcları – ən çox xəzinənin ehtiyacını ödəmək üçün alınır. Bunun üçün xəzinə vekselləri (qısamüddətli borc sənədləri, istiqrazlar ) buraxılır.

  • uzunmüddətli (5 ildən çox) dövlət borcları – investisiyanın maliyyələşdirilməsi üçün kapital və kredit bazarlarından götürülən borclardır.

Ümumiyyətlə, mənbəyinə görə dövlət borclarının ödənişini 2 böyük qrupa ayırmaq olar.

  1. Borc vəsaitlərinin istifadə olunduğu mənbə hesabına ödənilməsi;

  2. Borcların başqa mənbə hesabına ödənilməsi.

Qeyd etdiyimiz ikinci ödəniş qrupu da öz növbəsində müxtəlif maliyyəmənbələrindən təşkil olunur. Bu haqda daha ətraflı aşağıdakı sxemdə təsvir olunmuşdur.

Sxem 1. 1

Dövlətin ümumi borc öhdəliyinin növləri

FƏSİL 2. AZƏRBAYCANIN DAXILI VƏ XARICI DÖVLƏT

BORCLARININ MÜASİR VƏZIYYƏTI

    1. Daxili dövlət borcunun formalaşması və inkişafı.

Dövlət borcunun iqtisadi sistemin inkişafına təsiri ilə əlaqədar olaraq iqtisadi təcrübədə və ya iqtisadçıların düşüncələrində birmənalı mövqe mövcud deyil. Bununla birlikdə borc kateqoriyası ilə iqtisadi inkişafın arasında müəyyənləşmiş əlaqənin özünün də kifayət qədər mürəkkəb olduğunu demək olar.

Bununla əlaqədar olaraq, ilk öncə bəzi tarixi faktlara müraciət edək. Dövlət borcunun mahiyyəti barəsində ilk dəfə XVI əsrdə merkantilistlər fikir yürütmüşlər. Onlar pula zənginliyin, sərvətin mütləq forması olaraq baxmaqla, pulun ölkənin iqtisadi sisteminə cəlb edilməsini, dövriyyəsini zəruri tələbat olaraq qəbul etmişlər. Başqa bir tərəfdən onlar pulu dövlətin iqtisadi sisteminin idarə edilməsində, iqtisadi inkişafın tənzimlənməsində bir vasitə, mexanizm kimi qiymətləndirmiş, öz xərclərini maliyyələşdirmək cəhətindən dövlətin xarici borcu ölkəyə cəlb etməsini onun öz hüququ olmasını qəbul etmişlər.

Sələflərindən fərqli olaraq, fıziokratlar bu məsələyə istehsal amili baxımından yanaşmağa çalışmışlar. Onlar belə hesab edirdilər ki, yeni məhsul və ya yeni dəyər istehsal prosesi zamanı yaranır və dövlət borclanaraq adıçəkilən resursları istehsal sferasından sıxışdırıb çıxardır.

Bu məsələyə yanaşmada istər klassik, istərsə də müasir iqtisad məktəblərinin baxışları, mövqeləri özünəməxsus formada olmuşdur. Belə ki, klassik məktəb nümayəndələrinin fikirlərinə əsasən dövlət borcu tənzimləyici vasitə kimi yox, birbaşa maliyyə funksiyasını öz öhdəsinə götürməlidir və borc resurslarının cəlb olunması yolu vasitəsilə dövlət xərclərinin maliyyələşdirilməsini ölkənin milli sərvətinin, vətəndaşların gəlirlərinin azalmasına səbəbolan, kapital yığımına şərait yaratmayan və vergi yükünü artıran bir kateqoriya kimi qiymətləndirmişdir. Dövlət borcunun artması amili əlverişsiz iqtisadi mühit formalaşdırmaqla bərabər iqtisadi sistemin səmərəliliyini azaldır, iqtisadiyyat barəsində düzgün və tam məlumat əldə etmə imkanları məhdudlaşır.

Klassik məktəb nümayəndəsi olan A.Vaqner XIX əsrin sonunda dövlət xərclərinin kreditlər vasitəsilə maliyyələşdirilməsi məsələsinin əsas ilkin prinsiplərini irəli sürmüşdür. Vaqnerə görə, dövlətin daimi xərclərinin ödənilmə mənbəyi vergilər, fövqəladə vəziyyətlərlə əlaqədar yaranan xərclərin mənbəyi isə əsasən dövlət borcları olaraq müəyyənləşdirilməlidir.

C.M.Keynsin nəzəriyyəsində kateqoriya olaraq dövlət borcu milli iqtisadi sistemin fəaliyyətinə təsir vasitəsi olaraq araşdırılır. Keynsçilərin fıkrincə, büdcədə yaranan kəsir ölkə iqtisadiyyatı üçün heç də ağır nəticə olaraq qəbul edilməməli, əksinə iqtisadi sistemin fəaliyyətinin stimullaşdırılmasını təmin edən bir vasitə olaraq görülməlidir. Kreditlərin alınması yolu ilə maliyyələşdirilmə məcmuu tələbin səviyyəsinin saxlanılmasına və onun artırılmasına şərait yaradır ki, bu da öz növbəsində iqtisadi artımın daimilik xüsusiyyəti qazanmasına köməklik göstərir. Belə olan halda dövlət borcu vergilərdən büdcəyə daxil olan gəlirlərin (vergi gəlirlərini) əvəzləyicisi kimi çıxış etməklə öz funksiyasını yerini yetirir. Belə vəziyyətdə isə iqtisadi artım stimullaşır, zəruri hallarda isə vergilərin azaldılmasını şərait yaranır. Deməli, dövlət borcu iqtisadi sistemin inkişafına yuxarıda qeyd olunduğu kimi, müsbət təsir göstərməlidir.

Keynsçilərdən fərqli bir yol seçən monetarist məktəbinin nümayəndələri yaranmış dövlət borcuna iqtisadi stabilləşməni və iqtisadi artımı təmin edən vasitə kimi yanaşmanın tam əleyhinə çıxmışlar. Monetaristlərin fıkrincə, dövlət borcunun dövlətin iqtisadi siyasətində bir sabitləşdirici vasitə kimi tətbiqindən irəli gələn uzunmüddətli və ya qısamüddətli təsirdən söhbət gedə bilməz.

Respublikamızın müstəqillik qazanması, eləcə də yeni iqtisadi-maliyyə münasibətlərinin təşəkkül tapması maliyyə planlaşdırılmasının, o cümlədən dövlət borcu planlaşdırılmasının mövcudluğunu zəruri etmişdir. Artıq müstəqillikqazandığı andanetibarənrespublikamızdaçoxformalımaliyyəplanlarıkimi dövlət borcu planları da tərtib olunmağa başlanılmışdır. Mətbuat səhifələrində Azərbaycanın dövlət borcunun vəziyyəti"təhlil" edilərkən bəzi "ekspertlər" bir qədər də qabağa gedərək, Azərbaycan dövlət borcunun üzərinə Dövlət Neft Şirkətinin borclarını da gələrək ölkədə adam başına düşən borca dair göstəricini iki dəfə böyüdülmüş şəkildə cəmiyyətə göstərirlər. Bu, sadəcə qeyri-peşəkarlıqdırvə bu adamlar qəbul etmək istəmirlər ki, bu borclar Neft Şirkətinin mövcud aktivlərindən dəfələrlə azdır vəbu borcları dövlət yox, Neft Şirkəti özü qaytarır.

Azərbaycan Prezidenti də son zamanlarda keçirilən Nazirlər Kabinetinin toplantısında dövlətin borclanma miqyasındakı kursunu açıq şəkildə ifadə edib: "Xarici dövlət borcumuz minimum səviyyədə olmalıdır. Hazırda təqribən 1011 faiz civarındadır. Biz onu daha da aşağı salmalıyıq. Biz borc götürə bilərik. Ancaq bu, bizə lazım deyil. Sabah bu, bizə problem yarada bilər".

Ölkəmizdə borcların idarə edilməsi “Dövlət borcu haqqında qanunda” öz əksini tapmışdır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi qaydaları müəyyən edilir. Dövlətin daxili borclanmasının iqtisadi cəhətdən qiymətləndirilməsi keçid iqtisadiyyatı şəraitində mühüm əhəmiyyət göstərir. Daxili borcların xarici borclarla müqayisədə bir sıra üstünlükləri və çatışmazlıqları var. Daxili borcların üstünlüyü ondan ibarətdir ki, xarici borclara nisbətən onu almaq daha asan və daha tez başa gəlir. Belə ki, dövlət müəyyən Beynəlxalq Maliyyə Qurumlarından (BMQ) və ya xarici dövlətlərdənbəzi tələblərə cavab verən öhdəlikləri üstlənməklə borc ala bilir. Yəni BMQ borc istəyən hər bir dövlətə borc vermir, borc verdikləri ölkələrin iqtisadi göstəriciləri ilə tanış olur və həmin dövlətin borcu qaytarmaq üzrə tarixçəsini araşdırır və onun borcu qaytara biləcək durumda olub-olmamasını müəyyənləşdirməklə öhdəliklərin həyata keçirilməsini təyin edirlər. Ancaq daxili borcların alınmasında belə çətinliklər mövcud deyil. Çünki ölkənin rezidentinin verdiyi borcun ən böyük qarantı elə həmin dövlətdir. Ona görə də daxili bazarlarda dövlətin borc alətləri üçün daima müştəri tapmaq olar.

Bildiyimiz kimi, əgər ölkə iqtisadiyyatı sabit inkişaf yolundadırsa, daxili barcların götürülməsi dövlət üçün daha düzgün addım kimi qəbul olunur. Daxili dövlət borcu, məlum olduğu kimi, hər bir dövlətin öz rezidentləri qarşısında yaranmış olan borc öhdəliklərinin ümumi məcmusunu ifadə etməkdədir. Dövlət borcunun ən mühüm hissələrindən biri də daxili borclardır. Belə ki, dövlət qısamüddətli vəsaitlərə olan ehtiyacını, demək olar ki, əksər vaxtlar daxili borcların yaradılması yolu ilə ödəyir. Dövlətin ümumi daxili borcu əvvəlki illərin borclarından və cari dövrdə yaranan borclardan ibarət olaraq tarixi xarakter daşıyır. Daxili borclar, əsasən, ölkənin milli valyutası ilə verilir. Dövlət vəsait cəlb etmək üçün ölkənin milli fond bazarı daxilində tələbatı ödəyə biləcək qiymətli kağızlar buraxır. Dövlət həmçinin investorları həvəsləndirmək uğrunda fərqli vergi güzəştlərinə getmək siyasətindən istifadə edir.

Dövlət borcları iki hissəyə ayrılır:
1. Dövlətin daxili borcu: Daxili borc əsasən, dövlət qiymətli kağızlarının emissiya edilməsi və satışı vasitəsilə müəssisələrin, firmaların və əhalinin pul resurslarının dövlət proqramlarının həyata keçirilməsi üçün müvəqqəti cəlb edilməsindən yaranmış və ölkənin öz milli valyutasında meydana gələn öhdəlikdir.

2. Dövlətin xarici borcu: Dövlət xarici borcudövlətin maliyyə öhdəliklərinin mövcudluğu ilə əmələ gələn, xarici resurs mənbələrindən (xarici hökumətlərdən, xarici dövlətlərin hüquqi şəxslərindən və beynəlxalq maliyyə təşkilatlarından) hökumətin adından və yaxud onun zəmanəti vasitəsi ilə cəlb olunan borclardır.

Daxili dövlət borcuna aid olan xidmət xərcləri, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsinə çəkilən xərclər, dövlət və özəl müəssisələrə ayrılan kreditlər, infrastruktur obyektlərin yaradılması və təkmilləşdirilməsi xərcləri büdcə tənzimlənməsinin dəyişkən məqsədinə xidmət edir. Belə xərclərin ümumi həcmi investisiya qoyuluşlarının səviyyəsinə ciddi şəkildə öz təsirini göstərir. Adətən inflyasiya və tənəzzül dövründə təsərrüfat məqsədi ilə dövlət xərclərinin ümumi həcmi əsasən artır, iqtisadiyyatda dirçəliş meyilləri gücləndikcə isə tam əksinə olaraq azalır.

Daxili borc dövlət proqramlarının və sifarişlərinin həyata keçirilməsi zamanı əhalidən və müəssisələrdən vəsaitlərin cəlb olunması ilə əlaqədar yaranır. Daxili borc əvvəlki illərin borclarını və yenidən yaranmış borcları əhatə edir. Daxili borc qiymətli kağızların buraxılması vasitəsilə həyata keçirilən dövlət istiqrazları, kreditlər və hökumət tərəfindən zəmanət verilən digər borc öhdəlikləri şəklində ola bilər.

Dövlətin daxili borcları aşağıdakı məqsədlər həyata keçirmək üçün istifadə edilir:


  1. Dövlət büdcəsində yaranan kəsirin ödənilməsi və tədiyə balansında yaranmış fərqlərin aradan qaldırılması.

  2. İnvestisiya layihələrinin maliyyələşdirilməsi.

  3. Əvvəllər bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq daxili dövlət borclarına xidmət edilməsi.

  4. Dövlətin iqtisadi təhlükəsizliyini təmin edən zəruri mal və xidmətlər üzrə idxalın maliyyələşdirilməsi.

Halhazırda ölkənin daxili dövlət borcunu aşağıdakı komponentlər təşkil edir:

  • Dövlət qısamüddətli istiqraz vərəqələri

  • Dövlət daxili uduşlu istiqraz vərəqələri

  • Mərkəzləşdirilmiş kredit resursları üzrə Mərkəzi Bankın silinmiş əsas borcunu bağlamaq məqsədilə dövlət qiymətli kağızları

  • SSRİ dövründən qaytarılmamış əhali əmanətləri

Ümumiyyətlə, dünya təcrübəsində xarici borcun ölkə üçün təhlükə yarada biləcək səviyyəsi ilə bağlı müxtəlif göstəricilər tətbiq edilir. Lakin qəbul edilmiş belə təhlükəli hədd göstəriciləri vardır. Əgər xarici borcun həcmi MDM-un 50%-ni ötüb keçərsə, borcun ümumi məbləğinin qaytarılması da daxil olmaqla xarici borca xidmət üzrə öhdəliklərin həcmi ixracın 30%-dən çox olarsa, faiz ödəmələri ixracın 20%-ni ötüb keçərsə, bu, borclu ölkə üçün təhlükəli vəziyyət kimi qiymətləndirilir. Belə vəziyyət ölkənin milli iqtisadi sistemi üçün təhlükə yaratmaqla yanaşı, həm də həmin ölkənin, xüsusilə də inkişaf etməkdə olan ölkənin kredit reytinqinin aşağı düşməsinə, borc kapitalı bazarında onun imici ilə bağlı mənfı rəyin yaranmasma gətirib çıxarır.

2. 2. Xarici dövlət borcunun zəruriliyi və rolu

Xarici maliyyə mənbələrindən vəsaitlərin cəlb edilməsi nəticəsində yaranan borc öhdəliklərinin tənzimlənməsi problemi qlobal iqtisadi əhəmiyyət kəsb edir. Bu prosesin problem xarakteri alması borclu ölkələrin xarici kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilməmələri nəticəsində yaranan lokal borc böhranınm getdikcə genişlənərək onun nəticə və səbəblərinin daha geniş miqyasda iqtisadi inkişaf perspektivlərini şərtləndirməsindən irəli gəlmişdir.

Xarici borcla bağlı yaranan lokal böhranlar 1956-cı ildən başlamışdır. 1980-ci illərin başlanğıcından etibarən bu proses (tədiyyə qabiliyyətində yaranan böhran prosesi) bir çox inkişaf etməkdə olan ölkələri əhatə etməklə beynəlxalq borc böhranı səviyyəsinə çatdı. Böhran bu səviyyədə 80-ci illərin sonunadək bir neçə mərhələdə inkişaf edərək 90-cı illərin əvvəllərindən etibarən keçid iqtisadiyyatı ölkələrini də əhatə etməyə başladı. Dünya borc böhranının ilk illərində Latın Amerikasmın iri borclu ölkələri və Amerikanm transmilli bankları böhranm mərkəzində dururdular. Latın Amerikası ölkələrində borc böhranma səbəb olan amillər sırasında onların xarici şəraitə uyğun olmayan inkişaf strategiyası, həmin ölkələrdə makroiqtisadi qeyri-sabitliklə müşayiət olunan iqtisadi vəziyyət önəmli rol oynamışdır. Büdcə kəsiri, yuksək pul emissiyası, yüksək inflyasiya, cari hesablaşmalar üzrə mənfi saldo, milli valyuta kursunun sürətlə aşağı düşməsi, maliyyə resurslarmın kəskin şəkildə çatışmazlığı Latın Amerikası ölkələrində xarici mənbələrdən borc vəsaitlərinin cəlb edilməsinə və bu prosesin daha da dərinləşməsinə şərait yaratmışdır. Bu bankların verdikləri kreditlər onların şəxsi kapitalından çox olduğu üçün onların müflisləşməsi təhlükəsi yaranmışdır. Borclu ölkələrin müflisləşməsi məsələsi elə bir həddə çatmışdır ki, onlarm tədiyyə qabiliyyəti demək olar ki, tam şəkildə dövrü olaraq xarici borc vəsaitlərinin cəlb edilməsindən asılı vəziyyətə çatmışdır.

01 yanvar 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6, 894. 3 milyon ABŞ dolları (10, 751. 0 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19. 8 faiz təşkil etmişdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir.

Borc vəsaitlərinin 58. 6 faizi hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 32. 9 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 8. 5 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

01 yanvar 2016-cı il tarixi vəziyyətinə xarici dövlət borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olmuşdur: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 8. 8 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 66. 3 faiz, avro – 20. 4 faiz, yapon yeni – 2. 5 faiz, BƏƏ dirhəmi – 0. 8 faiz, İslam dinarı – 0. 6 faiz, Səudiyyə rialı – 0. 4 faiz, Küveyt dinarı – 0. 2 faiz.


Əsasən Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilmişdir.

Cədvəl 2. 1.

2010-2016-cı illərdə respublikamızın xarici borcu (mln. ABŞ dolları ilə)

Mənbə: Maliyyə Nazirliyinin rəsmi internet saytı

80-ci illərin ikinci yarısından etibarən borc böhranı istehsal və istehlak fazalarına öz mənfi təsirlərini göstərməklə ağır sosial nəticələrə gətirib çıxarırdı.

Dünya borc böhranmm getdikcə kəskin xarakter alması və miqyasının ğenişlənməsi bu problemin həllində beynəlxalq əməkdaşlığın təşkilinə zəmin yaratdı. liiı İstiqamətdə atılan mühüm addımlardan biri BVF-nun yaranmış dünya borc löhranmın tənzimlənməsi proseslərində birbaşa iştirakmm təmin edilməsi oldu. BVF ilünya borc böhranmm tənzimlənməsində və yenidən maliyyələşdirmə proseslərində koordinator və təşkilatçı kimi iştirak edirdi. Paris və London klubu da daxil olmaqla konsorsiumlar və transmilli banklar və digər kreditorlar BVF-nun razılığı, icazəsi olmadan borc alan (borclu) ölkə ilə kredit müqaviləsi imzalaya bilməzdi. Yalnız BVF-nun iştirakı ilə makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə borclu Ölkələrə müəyyən yardımlar göstərilə bilər və qısa müddətli ehtiyat kreditlər verilə bilərdi. Eyni zamanda kreditorların BVF-nun rəyinə əsasən borclu ölkələrə cari faizlərin ödənilməsini təmin etmək üçün yeni kreditlərin də verilməsi təşkil edildi.

Beləliklə, 1984-cü ildən başlayaraq borclu ölkələrlə kreditorlar arasında borcların yenidən maliyyələşdirilməsi, onun strukturunda dəyişikliklərin edilməsi, borcun ödənilmə müddətinin uzadılması, amortizasiya ödəmələrinin şərtlərinə və borcla bağlı digər məsələlərə yenidən baxılması ətrafında müntəzəm danışıqlar prosesi başlandı. BVF debitor ölkələrin həyata keçirdikləri fəaliyyətə, siyasətə nəzarət etsə də, gələcəkdə iqtisadi sistemin qurulmasına birbaşa cavabdehlik daşımırdı.

İnkişaf etməkdə olan ölkələrdə qərb banklarının həyata keçirdiyi əməliyyatlar azalır və borc vəsaitlərinin verilməsi şərtləri sərtləşdirilirdi. Çünki, 1980-ci illərdə Argentina, Braziliya və Meksikaya ABŞ-ın 10 iri bankı tərəfindən verilən xarici kreditlərin ümumi həcmi onların şəxsi kapitallarının həcmindən çox idi. Onların aldıqları borc vəsaitlərini ödəyə bilməmələri həmin bankların müflisləşməsi ilə nəticələndi. Lakin debitor ölkələrin borcla bağlı ödəmələrini tam dayandırmaq təhlükəsi kreditorların onlara təcili əlavə maliyyə yardımı göstərmələri zərurətini reallaşdırdı. Nəticədə Braziliyaya əlavə olaraq 7. 8 mlrd. dollar, Argentinaya 2. 5 mlrd. dollar, Meksikaya 5. 75 mlrd. dollar kredit ayrıldı.

Onu da qeyd edək ki, yaranmış borc böhranının tənzimlənməsi istiqamətində beynəlxalq mexanizmin yaradılmasmda mərkəzi, aparıcı qüvvə rolunu oynayan BVF borclu ölkələrlə razılaşmalar imzalayaraq proqramlar qəbul edirdi. Bu proqramlarda həmin ölkələrdə müxtəlif tədbirlər kompleksi nəzərdə tutulurdu.



  • büdcə və tədiyə kəsirinin azaldılması;

  • dövlətin iqtisadi sektorda rolunun məhdudlaşdırılması;

  • dövlət sektorunun xüsusi çəkisinin azaldılması və sosial xərclərin minimuma endirilməsi;

  • ixracın genişləndirilməsi və idxal məhsullarına, xarici malların alışının artırılması məqsədilə daxili istehlakın məhdudlaşdırılması;

  • aktiv ticarət balansının saxlanılması;

  • əmtəələrin xarici rəqabətqabiliyyətinin yüksəldilməsi məqsədilə milli valyutanın devalvasiyasının həyata keçirilməsi;

  • faiz stavkalarının artırılması;

  • ölkədə xarici kapital üçün əlverişli şəraitin təmin edilməsi.

Lakin həyata keçirilən bu siyasət Latın Amerikası ölkələrində iqtisadiyyatın dövlətsizləşməsi, şəxsi sektorun inkişafma şərait yaratsa da, iqtisadiyyatda qeyri- mərkəzləşməyə yol açırdı.

Xarici borcla bağlı tənzimləmə məsələlərində atılan ilk addımlar, eləcə də, bu problemə yanaşmanın özündə fıkrimizcə, müəyyən çatışmazlıqlar var idi. Çünki, yaranmış bu problemə debitor ölkələrdə likvidlik böhranı kimi yanaşılırdı. Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemi vaxtı keçmiş borcların qaytarılması və iri kredit banklarını müflisləşmək təhlükəsindən qorumaq məqsədi daşıyırdı. Əslində isə bu kifayət qədər ciddi bir problem idi və həmin ölkələrə verilən kreditlər borc ödəmələrinin həyata keçirilməsinə təyinatlı idi.

Xarici borc öhdəlikləri probleminin tənzimlənməsində atılan növbəti mühüm addım tarixdə Beykerin adı ilə bağlı olan “Beyker Planı”nın qəbul edilməsi oldu. “Üç illik davamlı inkişaf proqramı” olan bu plan borclu ölkələrə onların davamlı iqtisadi inkişafmı və köhnə borclarının qaytarılmasını təmin edə bilmək üçün böyük həcmdə yeni kreditlərin ayrılmasını nəzərdə tuturdu. Planda həmçinin böhranla üzləşən ölkələrdə ticarətin liberallaşması zərurəti əsaslandırılır, dövlət xərclərinin azaldılması, kapital idxalının tənzimlənməsinin zəiflədilməsi, iqtisadi artımın təmin edilməsı təklif edilirdi. Beyker planı borclu ölkələrin borc probleminin tənzimlənməsində, yenidən maliyyələşdirmə məsələlərində BVF və Dünya Bankının rolunu daha da artırdı.

Beyker planının əsas müsbət cəhətlərindən biri o idi ki, o, inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın artımını, inkişafını, köklü iqtisadi islahatların həyata keçirilməsini ön plana çəkirdi.

Lakin bu istiqamətdə borclu ölkələrin borc yükünü əsaslı maneə kimi qiymətləndirərək, onun azaldılması üçün inkişaf etmiş ölkələrin, beynəlxalq kredit təşkilatlarının fəaliyyətini önəmli hesab edirdi.

Lakin Beyker planı xarici borc öhdəliklərinin tənzimlənməsində o qədər də təsirli bir mexanizm ola bilmədi. Bu ondan irəli gəlirdi ki, bu plan inkişaf etmiş Qərb ölkələrinin debitor ölkələrdə iqtisadi islahatların keçirilməsində güclərini səfərbər edə bilmədi, həmin ölkələr bu proseslərə tam şəkildə cəlb edilmədi. Və plan borcların radikal şəkildə azaldılmasını nəzərdə tutmurdu. Kənardan göstərilən, o qədər də güclü olmayan maliyyə dəstəyi debitor ölkələrdə tədiyyə qabiliyyətini yüksəldə bilmədi. Çünki BVF-nin bu ölkələrlə bağlı siyasəti onların tədiyyə balansında aktivliyin borc öhdəliklərilə bağlı ödəmələrə xidmətə yönəldilməsini nəzərdə tuturdu.

Lakin borclu ölkələrin onların borc yükünün azalmasını təmin edə biləcək istiqamətində irəli sürdükləri təkliflər, proqramlar müəyyən mənada oxşarlıq təşkil edirdi. Bu proqramlar, planlarda aşağıdakılar nəzərdə tutulurdu:


  • iqtisadi artımın sabitləşməsi;

  • kənd təsərrüfatı məhsullarının istehsalının artırılması;

  • daxili bazarın genişləndirilməsi, ixracın genişləndirilməsi, özəl sektorda kreditlərin artırılması, iri dövlət müəssisələrinin özəlləşdirilməsi, borclar üzrə faiz dərəcələrinin azaldılması, qısamüddətli borcların uzunmüddətli borclarla əvəz edilməsi, ödənməmiş ümumi borc məbləğinin dondurulması, ixrac mənfəətindən asılı olaraq borc öhdəlikləri üzrə ödəmələrin məhdudlaşdırılması, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrdən (borclu ölkələrdən) ixrac məhsullarmı satın almaları, borclu ölkələrdə idxal proteksionizminin aradan qaldırılması, yoxsul ölkələrin borclarının silinməsi, borcların bir hissəsinin milli valyuta ilə qaytarılması, borca görə ödəmələrin vaxtının uzadılması, borcun bir hissəsinin investisiyaya çevrilməsi (dəyişdirilməsi), inkişaf etmiş ölkələrə resurs axınının artırılması, böyük qərb dövlətlərinin özəl banklar qarşısında inkişaf etməkdə olan ölkələrin ümumi borclarmm ödənişi ilə bağlı öhdəliyi öz üzərlərinə götürmələri.

Borclu ölkələrin qəbul etdikləri proqramlarda irəli sürdükləri bu məsələlər inkişaf etmiş ölkələrin beynəlxalq miqyasda həyata keçirdikləri iqtisadi siyasətin optimal əlaqələndirilməsini zəruri edirdi. Məhz bu istiqamətdə 1988-ci ildə Toronto şəhərində “Böyük yeddiliyə” daxil olan ölkələrin bir araya gəlməsi atılan ilk addımlardan biri oldu. Burada qəbul edilən “Toronto müqaviləsi” dünya borc bazarında kreditorların fəaliyyətinin tənzimlənməsinin əsas cəhətlərini özündə birləşdirirdi. Bu müqavilə borc böhranının tənzimlənməsində, borclu ölkələrin problemlərinin həllində praktik fəaliyyət üçün şərait yaratdı. Beləliklə də, “Böyük yeddiliyə” daxil olan dövlətlər borc probleminin beynəlxalq miqyasda tənzimlənməsində aparıcı rol oynayaraq, bu istiqamətdə fəaliyyətin institusional əsasmı formalaşdırdılar. BVF, Dünya Bankı, Paris və London klubuna daxil olan ölkələr beynəlxalq tənzimləmədə “Böyük yeddiliklə” birgə bir kompleks təşkil etdilər.

Yuxarıda qeyd etdiyimiz təşkilatlarla yanaşı BMT, BTT-də borc probleminin tənzimlənməsində iştirak prosesinə cəlb edilirdilər.

Beynəlxalq borc bazarında, eləcə də beynəlxalq kredit münasibətlərində aparıcı yer tutan, belə demək mümkünsə, beynəlxalq borc probleminin tənzimlənməsində Paris və London klubu və kluba daxil olan kreditorlar fəal iştirak edirlər.

Bu klublar inkişaf etməkdə olan ölkələrin xarici borcla bağlı yaranmış problemlərinin həll edilməsində, bir növ yumşaldılmasında, borc yükünün yüngülləşdirilməsində onlara kömək edirlər. Lakin bu klublardan heç biri beynəlxalq təşkilat hesab olunmur. Hər iki kluba daxil olan kreditorların strukturu, yəni klubların üzvlük strukturu qeyri-stabildir, onlar hər hansı bir rəsmi mandata malik deyillər.





Dostları ilə paylaş:
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə