A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XIII nömrə
36
Dördüncüsü, “açılış mərasimi”ndə qeyd olunmuşdur ki, ofisdə həmçinin, iki həkim ilə fəaliyyət göstərir.
Yeri gəlmişkən, həkimlərin fəaliyyət göstərmələri üçün (insan sağlamlığı ilə əlaqəli xidmət oldğu üçün)
xüsusi lisenziya tələb olunur ki, bu lisenziya da, həmin qurum tərəfindən alınmamışdır.
Naxçıvan şəhərində qanunsuz fəaliyyət göstərən “SHD şirkətinin Azərbaycan ofisi” qanunsuz fəaliyyəti
ilə insanları aldatmaq və külli miqdarda əsassız qazanc əldə etməklə yanaşı, vətəndaşlarda çaşqınlıq
yaradacaq və Muxtar Respublikada qanunvericiliyə uyğun formada hüquqi yardım göstərən vəkillərə
münasibətdə inamsızlığın yaranmasına da səbəb olacaqdır. Məhz bu məqsədlə tərəfimizdən müvafiq
dövlət qurumlarına və hüquq‐mühafizə orqanlarına müraciət olunmuşdur.
Qeyd olunanlara əsasən, 15.05.2017‐ci il tarixdə NAXÇIVANXƏBƏRLƏRİ.com internet saytında
15.05.2017‐ci il tarixdə yayımlanmış “Naxçıvan şəhərində yeni hüquq firmasının (SHD şirkətinin
Azərbaycan ofisinin) fəaliyyətə başlaması” ilə əlaqədar məlumatla bağlı təkzibin verilməsini, xəbərin
saytdan çıxarılmasını və bu müraciətin yayımlanmasını xahiş edirik.
Vəkillərin töhfəsi və "Hüquq və
Mən" layihəsi yekunlaşdırılmışdır
BMT‐nin 1966‐cı il İqtisadi, sosial və
mədəni
hüquqlar
haqqında
beynəlxalq
Paktının
13‐cü
maddəsinədə qeyd olunur ki, “Təhsil
hamıya azad cəmiyyətin faydalı
iştirakçısı olmaq imkanı verməlidir”.
Bu postulatdan çıxış edərək bu gün
Azərbaycan
Hüquq
İslahatları
Mərkəzi və Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyətinin (GIZ)
təşkilatçılığı, habelə Azərbaycan
Respublikası Təhsil Nazirliyi və
Məhkəmə‐Hüquq Şurasının tərəfdaşlığı ilə respublikamızın 10 orta məktəbində keçirilən “Hüquq
və Mən” layihəsi yekunlaşdırılmışdır. Layihə Bərdə, Şirvan, Şamaxı, Qobustan, Goranboy, Şəmkir,
Göygöl, Abşeronun hər birində bir məktəb, Dəliməmmədli şəhərində isə 2 məktəbi əhatə etmişdir.
Peşəkar vəkillər və hüquqşünaslar tərəfindən və əsasən 10‐11‐ci sinif şagirdləri üçün keçirilən
təcrübi‐nəzəri təlimlər 5 həftə davam etmiş və sonuncu – 6‐cı həftə isə onların məhkəmələrin
fəaliyyəti tanış olmaları, həmçinin açıq məhkəmə iclaslarında iştirak etmələri məqsədilə Yasamal
Rayon Məhkəməsi, Gəncə şəhər Nizami Rayon Məhkəməsi, Bərdə, Şirvan, Qobustan, Şamaxı rayon
məhkəmələrinə ekskursiyalar təşkil edilmişdir.
Layihə çərçivəsində, şagirdlər üçün təlimlərdə istifadə üçün illüstrativ formatda oxu kitabı və işçi
dəftər təqdim olunmuşdur. Məxsusi olaraq vəsaitlər üçün illüstrasiyalar Almaniyanın Potsdam
Universitetinin qrafika‐dizayn fakültəsi tərəfindən hazırlanmışdır.
Qeyd olunduğu kimi bu günlərdə adları çəkilən məhkəmələrdə ekskursiyalar yekunlaşdırılmış.
Məhkəmələrin sədrləri şəxsən şagidləri qəbul edərək onlara gələcək həyatlarında uğurlar arzulamış,
fərqlənin şagirdləri təşəkkürnamələr ilə təltif etmiş və əyani məhkəmə prosesləri ilə tanış olmaları
məqsədilə onlara şərait yaratmışdır.
Yasamal Məhkəmə Kompleksində Abşeron məktəbliləri üçün keçirilən sonuncu ekskursiyada
Yasamal Rayon Məhkəməsinin sədri, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları
İttifaqının sədri Ələddin Cəfərov, Azərbaycan Hüquq İsalahatları Mərkəzinin sədri, Vəkillər
Kollegiyası Rəyasət Heyətinin üzvü Anar Bağırov, GIZ‐in Azərbaycan üzrə rəhbəri Fillip Yahn da
iştirak etmişlər. Görüşdə layihənin rəhbəri Anar Bağırov layihənin indiyə kimi buna oxşar
tədbirlərdən öz unikallığı ilə seçilməsini, şagirdlərin hüquqi biliklərinin artmasında əhəmiyyətini
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XIII nömrə
37
vurğulamış, habelə layihənin gələcəkdə davamlılığının təmin edilməsinin vacibliyini qeyd etmişdir.
Eyni zamanda GIZ‐in təmsilçisi Fillip Yahn layihədən məmnunluğunu ifadə edərək təmsil etdiyi
təşkilatın layihəyə xüsusi əhəmiyyət verdiyini ifadə etmişdir.
Azərbaycanda maraqların toqquşması haqqında qanun layihəsi müzakirə olunmuşdur
Bu gün Bakı şəhərində ‐ Holiday İnn
mehmanxanasında
Avropa
İttifaqı
və
Azərbaycan Respublikası Baş prokuroru
yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsinin birgə təşkilatçılığı ilə prokurorlar
və məhkəmə hakimləri üçün “Maraqların
toqquşmasının
qarşısının
alınması”
mövzusunda
birgünlük
simpozium
keçirilmişdir.
Tədbiri giriş sözü ilə Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinin prokuroru Heydər
Məmmədov
açmışdır.
Simpoziumda
Azərbaycan
Respublikası
Prezidentinin
"Korrupsiyaya qarşı mübarizəyə dair 2012‐2015‐ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdqi
edilməsi haqqında Sərəncamının tələbinə əsasən Dövlət qulluqçularının və dövlət orqanlarının
digər vəzifəli şəxslərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı
qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi vurğulanmışdır.
İnteraktiv şəkildə aparılmış simpoziumda “Moldova Respublikasının təcrübəsində maraqların
toqquşması”, “Albaniyada maraqların toqquşmasının qarşısının alınması haqqında qannunverciliyin
xüsusiyyətləri və bu sahədə təcrübə”, “Azərbaycan Respublikasında maraqların toqquşmasının
qarşısının alınması sahəsində qanunvericiliyin cari vəziyyəti və Vəzifəli şəxslərin fəaliyyətində
maraqlar toqquşmasının qarşısının alınması haqqında qanun layihəsi” mövzularında təqdimatlar
olmuş, tədbir iştirakçıları arasında kazuslar həll olunmuş, tədbirin sonunda isə iştirakçılara
sertifikatlar təqdim olunmuşdur.
Məlumat üçün bildirilməlidir ki, hazırada "Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının
qarşısının alınması haqqında" qanun layihəsi Milli Məclisdədir və qanun layihəsinin mətnin
Korrupsiyaya qarşı Müabrizə üzrə Komissiyanın saytından yükləyə bilərsiniz.
Qeyd olunmalıdır ki, simpozium Avropa İttifaqı tərəfindən maliyyələşdirilməklə “Azərbaycanda
ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların
göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində təşkil olunmuşdur.
Tədbirdə Aİ‐nın beynəlxalq ekspertləri qismində ABŞ və Moldovanın sabiq prokurorluq işçiləri
xanım Pamela Fahey, Stanislav Pavlovski (AİHMnin Moldoviyadan olan sabiq hakimi), Albaniyadan
olan beynəlxalq ekspert xanım Helena Papa, yerli ekspert qismində isə Azərbaycan Hüquq İslahatları
Mərkəzinin nümayəndəsi Fərhad Nəcəfov iştirak etmişdir.