62
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI /
SSENARİNİ YAZMAQ
QAYDASI
Telexəbərin ssenarisini bitirərkən belə onu hər an
dəyişmək zərurəti yarana bilər. Mətn görüntü ilə
uzlaşmırsa, onu elə montaj otağındaca dəyişmək
lazımdır. Ən parlaq mətn də videoxəbəri dağıda bilər.
Telexəbər ssenarisinə örnək
Təbii səslərin (interküyün) və yeri gələrsə, sadəcə,
sükutun – tam səssizliyin unudulması da telexəbərin
məlumatlandırma və təsir gücünü zəiflətməyə qadirdir.
Videosıradan açıq görünən məqamları da reportyor
mətnində təkrar xatırlatmaq yersizdir.
Video (görüntü)
Audio (səs)
K-1 00:10:11
Qayıqlar yüklənir və çaya salınır.
Kadrarxası mətn
...Səhərin gözü açılmamış – saat dörd olar-olmaz,
Mayis oğlu Turalı da götürüb ova yollanır...
00:10:25
Tural motorun üstündəki avarları götürüb
birini atasına verir.
00:10: 50
Ata və bala avar çəkirlər.
...Motoru işə salmaq üçün pul olmadığından əlac
avarlara qalıb...
...Öndə yarımsaatlıq yol var. Motorlu qayıq, uzağı,
10 dəqiqəyə balıqlı yerə çatardı...
00:11:15
Kür çayının axarı və başqa bənzər qayıqlar görünür.
...Buralarda yaşayanlar hər gün bu yolu gedirlər...
Amma hər gün bol balıq olmur...
00:11:40
Balıqlara tor atılır.
Reperaund (ayrıca interküy — ata-oğul arasında
dialoqdan fraqment)
- O tərəfdən torun ipini aç!
- Darıxma, ata, indi!..
00:12:20
Mayis kişi – ata iri planda danışır.
Müsahibə (sinxron)
“Əvvəllər hər dəfə buraya gələndə, yalan olmasın,
30-40 kilo balıq tutardıq. İndi 10-12
kilo tutsaq,
sevinirik”...
00:12:45
Qayığın içində bir neçə balıq görünür.
Reperaund (ayrıca interküy—motor səsi və oğulun
sualı: - ata, bu balıqdan nə qazanacağıq?)
Kadrarxası mətn
...Bu dəfəki ovdan 7 manaq qazanmaq mümkün
oldu.
00:13:15
Ata-oğul balıqları mağazaya aparırlar.
Reperaund (Mayis: - Bu pul 1-2 pivəyə ancaq
yetər!)
00:13:25
Ata mağazadan çıxarkən həmkəndliləri ilə
salamlaşır və nəsə danışır.
Kadrarxası mətn
...Bu kənddə yaşayan 70 ailədən hansının evinə
getsəniz, indi yalnız balıq şorbasına qonaq ola
bilərsiniz...
63
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI /
SSENARİNİ YAZMAQ QAYDASI
Sözügedən telexəbər ssenarisinin şərhi və bəzi
dəqiqləşdirmələr. Bu ssenari örnəyini tam ssenari
saymaq olmaz, çünki:
• konkret videogörüntülərin yalnız başlanğıc zamanı
göstərilib;
• hansı görüntünün
neçə saniyə göstəriləcəyi
ssenaridə əksini tapmayıb;
• adi təbii səslərin – interküyün xarakteri ilə bağlı
qeydlər yoxdur;
• süjetin lap əvvəlində hansı reperaunddan – ayrıca
interküy və görüntüdən , həm də neçə saniyə istifadə
olunacağı bilinmir;
• videoplanların növü qeyd edilməyib (məsələn, iri
plan, orta plan, ümumi plan, ZUM və ya panoramın
olub-olmaması);
• son reperaund bilinmir;
• və s.
Yadda saxlamaq lazımdır ki, tam ssenaridə xəbər
buraxılışı aparıcısı üçün bağlayıcı mətnlər – giriş
sözü və yekun cümlələr də yazılır. Sözügedən ssenari
variantı “Çarəsiz balıqçılar”, “Kəndlər niyə boşalır?”,
“Kənd yerlərində hansı iş yerləri açmaq olar?” və
s. mövzularda telefon və ya videobağlantılarından,
studiya müsahibələrindən və ya adi sorğulardan (vox-
poplardan) yararlanmağa da imkan verir.
00:13:50
Kəndin ümumi görünüşü. Bacalardan tüstü çıxır...
Kənd evinin içərisi... Şorba gətirən qadın
00:14:20
At arabası keçir...Yolun bir qırağında çay axır.
...Həyat 100
il öncə neçəydisə, indi də elədir. Bu
yolda maşın sürmək mümkün deyil. Kənd sakinləri
deyirlər ki, yol da bu çaydır, çörək ağacı da!..
...Gənclərin toplaşdığı tək yer buradır. Hamısı kəndi
tərk etməyə hazırlaşır...
00:14:35
Müsahibə
“Ekoloqlar bu balıqçılığı da bizə çox görür, hər şeyi
yığışdırmaq istəyirlər. Burada başqa nə iş görə
bilərik ki? Çıxıb gedəcəyəm!”..
Kənd çayxanasında və ətrafında yeniyetmələr
görünürlər.
00:14: 55
Kəndli gənc danışır.
Kadrarxası mətn
...Zaman keçir...Bu çay insanları doyurmaqda
acizləşir. Amma insanlar çayı suçlamırlar. Onlara
“balıq oğrusu” kimi baxan, di gəl, durumu dəyişmək
üçün əlini ağdan-qaraya vurmayan qərar sahiblərini
günahkar görürlər...(13)
00:15:30
Günəşin batışı və çay mənzərəsi.
64
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI /
STƏNDAP (STAND-UP) NƏDİR?
STƏNDAP (STAND-UP) NƏDİR?
Stəndap TV jurnalistinin danışan görüntüsüdür və
ingilis dilinin “stand-up” sözündən götürülüb.
Lüğəti
tərcüməsi “dik durmaq”, “ayaqüstə dayanmaq”, “duruş”
mənasına gəlir. Bizi maraqlandıran mənada repor-
tyorun olay yerində görünüb nəyi isə xatırlatması,
seyrçilərdən ötrü dəqiqləşdirməsi, olayla bağlı önəmli
ayrıntıya diqqət çəkməsidir.
Reportyoru da əlavə etsək, ingiliscədən Azərbaycan
türkcəsinə “reportyor duruşu” kimi çevrilə biləcək
stəndap hazırlanan süjetin ən təsirli elementi ola
bilər. Teleekranda reportyoru görən seyrçi çox vaxt
onun verdiyi məlumata daha diqqətlə yanaşır, çünki
hər hansı olaya diqqət çəkməyin ən sadə yolu – in-
san amilindən faydalanmaqdır. Xəbərlədiyiniz olayı
insandan “keçirəndə” məlumat daha çanayaxın olur. Bu
baxımdan reportyor da istisna deyil.
“Ən sadə yol” ifadəsini elə-belə işlətmədik.
Məsələ
orasındadır ki, olaya bir anlıq diqqət yaratmaq asandır,
ancaq kadra çıxan reportyor hıqqana-hıqqana və
mətləbdənuzaq danışırsa, yaxud xəbərlədiyi faciənin
fonunda çox biganə və naqqal adam təsiri bağışlayırsa,
ya sadəcə, özünü gözə soxmaq istəyirsə, diqqət olay-
dan yayınacaq və ya teleekran önünə toplaşanlar nə
baş verdiyini doğru-dürüst anlaya bilməyəcəklər.
Ortaya təbii sual çıxır: Stəndap nə vaxt yararlıdır?
İlk baxışda adama çox bəsit sual təsiri bağışlasa da,
güman ki, bütün hallarda özünü doğruldacaq tərif
tapmaq imkansızdır. Vəziyyətdən ən yaxşı çıxış yolu –
təcrübəyə üz tutmaqdır. Bir qayda olaraq, bu hallarda
jurnalistin – reportyorun kadrda görünüb danışmasına
ehtiyac yaranır:
• məhz olay yerində olduğunu auditoriyaya
göstərmək, baş verənləri
öz gözü ilə gördüyünü və ya
şəxsən olayın izinə düşdüyünü doğrulamaq istəyəndə.
Misal üçün, yanğın, nümayiş və s. zamanı;
• maraqlı və birbaşa olaya aid görüntülər yetərli
olmayanda. Bu halda gələcək üçün dərs çıxarmağa
da ehtiyac yaranır: “Necə oldu ki, filan görüntüləri
çəkilmədi?”, “Daha nələr çəkilə bilərdi?” və s. və i.a.
• reportyor süjetin danılmaz və önəmli elementi
olanda. Məsələn, uçulub dağılan yeni binanı öz gözü ilə
görmək üçün reportyor olay yerinə yollanır və onun bu
addımı süjetin mahiyyəti sayılır;
• reportajın müxtəlif hissələrinə “körpü” atanda. Misal
üçün, “Bakıda vəziyyət belədir, ancaq Gəncədəki
durum tamamilə fərqlidir...”. Unutmaq olmaz ki, “körpü”
təkcə ayrı-ayrı yerləri deyil, müxtəlif arqumentləri də
birləşdirə,
başqa sözlə, 2 ayrıca elementi bir-birinə
bağlaya və eyni reportaj daxilində teleseyrçiyə “olayın
o biri tərəfinə baxmaq” imkanı yarada bilər;
• süjetin önəmli hissəsini, məsələn, baş verən olayın
əvvəlini və sonunu vurğulayanda. Misal üçün, repor-
tyor reportaja başlarkən olay yerini göstərmək və
ya süjeti bitirərkən xəbəri toparlamaq, yaxud olayın
sonrakı inkişafına baş vurmaq istəyəndə;
• haqqında söz açılan məsələyə diqqət çəkmək üçün.
Bu halda reportyor kadra çıxa və hansı problemin
vurğulandığını seyrçilərə şəxsən çatdıra bilər.
Stəndapa ehtiyac yoxsa,
ondan istifadə etməyə
dəyməz. Yersiz stəndaplar, adətən, şöhrətpərəstlik
duyğularından və bir də tənbəllikdən irəli gəlir.
Reportyor kadra çıxarkən, söyləyəcəyi sözləri
diqqətlə götür-qoy etməli, “bizə ümid etmək qalır ki...”,
“əlaqədar təşkilatlar bundan nəticə çıxarmalıdır” və s.
qəlib ifadə və cümlələrdən qaçmalıdır.
Sual: Çəkiliş zamanı kadra çıxmaq istəyən (stəndap
etmək fikrinə düşən) jurnalist necə davranmalıdır?
Cavab: Stəndap etmək istəyən jurnalist ən əvvəl olayın
videogörüntü sırasında yer aldığının fərqində olmalı və
yaddan çıxarmamalıdır ki:
• stəndap üçün uyğun yer seçməli;
• yer seçərkən fonun necəliyinə diqqət yetirməli
(yanlış fon seyrçi diqqətini kadrda deyilən sözlərdən
yayındırdığı kimi, doğru fon söylənilənləri faydalı
məlumatla tamamlaya bilər);
• necə göründüyünü yoxlamaq üçün güzgü yoxdursa,
kameranın obyektivindəki əksinə baxmalı və ya kam-
eramandan necə göründüyünü soruşmalı;
• çıxışa başlarkən və çıxışı
bitirərkən susub ara
verməli;
• birbaşa kameraya baxmalı;
• dəqiq və anlaşıqlı danışmalı;
• diribaş olmalı;
• reportyorun və ya kameranın hərəkəti hesabına
daha canlı kadr almağın mümkünlüyü və bunun
məqsədəuyğunluq dərəcəsi barədə düşünməli;
• kadrda çıxış uzun alınıbsa, onu bir neçə yerə
bölməyin mümkün olub-olmamasını götür-qoy
etməlidir.