60
SSENARİ TEXNİKASI
SSENARİNİ YAZMAQ
QAYDASI
TV üçün ssenari yazan həvəskar adam sözə önəm
verəcək, amma peşəkar görüntüyə. Nədən? Çünki
TV hər şeydən öncə görüntü deməkdir və sözsüz TV
ola bilər, görüntüsüz TV yox! Demək, TV yazarı olayı
vizuallaşdırmağı bacarmalı və söz seçərkən bu məqamı
gözdən qaçırmamalıdır.
Ssenarilərin çoxu 2 paralel sütunda yazılır. Sol sü-
tun ekranda görəcəklərimizi – görüntünü, sağ sütun
Örnək (televeriliş ssenarisindən bir fraqment)
eşidəcəklərimizi – səs və nitqi əks etdirir. Paralel sü-
tunlar təcrübədə, uyğun olaraq, videosıra və audiosıra
da adlandırılır.
Təbii ki, proqramın formatı (biçimi), xronometrajı
(sürəklilik müddəti), ayrı-ayrı elementləri (avtonom
hissələri və ya əvvəli, ortası, sonluğu), yayımlanma
şəkli (canlı, yoxsa videoyazı olması), temporitmi
(proqram axarının sürəti) də düşünülməlidir. Danışıq
dilinə yaxın üslubu, yığcamlığı gözardı etmək
olmaz. Uzun-uzadılıq
təkcə reklam menecerini
əsəbiləşdirmir, seyrçiləri usandırır və onların diqqətini
korşaldır. Bütövlükdə telemətn saniyədə 2 söz
olmaqla səsləndirilir, yəni bir dəqiqədə 120 söz
eşitmək orta temporitmə uyğun gəlir.
Teleekranda söylənəcək sözləri ucadan oxumaq yolu
ilə bu suallara cavab tapa bilərsiniz:
• Asan oxunur, yoxsa çətin?
• Yetərincə anlaşıqlıdırmı?
• Hansı sözü ilk dəfədən anlamaq çətindir?
DİQQƏT!
Telessenarist mətni işlərkən:
a. görüntüləri;
b. söylənən sözləri;
c. interküyü -- dinlənən təbii və yapma səsləri bir araya
gətirməyi bacarmalıdır.
DİQQƏT!
Az söz işlətmək və bacardıqca sadə yazmaq ssenaristli-
yin qızıl qaydası sayıla bilər.
IV BÖLÜM
Görüntü (gördüklərimiz)
1. Yeddi yaşlarında,
əynində mayka olan oğlan
uşağı üzünə ətir vura-vura güzgüyə baxır. Onun
qondarma bığı var!
2. Altı yaşlarında bir qız çıxaraq əlindəki köynəyi
stuldan asır. Gözünün altında “fənər” var –
döyülməkdən qaralıb. Qızın üzgün və xoflu sifəti
diqqəti cəlb edir. Bu qız köynəyi stula asandan
sonra otaqdan çıxır.
Səs (eşitdiklərimiz)
...Ara-sıra eşidilən və gərginlik ovqatı yaradan
səs effektləri (sanki nəfəslə çalınan musiqi
alətinin gah peyda olub, gah da itən səsi)
...(Kadr arxasından qızın səsi)
Daha bu qədər
olmaz!.. Paltarını vaxtında yuyub-ütüləyirəm,
yeməyini bişirib-verirəm, hər cür nazını çəkirəm...
Sağolu da bu – gözümün göyü!.. Gözünə
görünmədən çıxsam, yaxşıdır. Allah bilir yenə
ağlından nə keçir...
TELEXƏBƏRİN HAZIRLANMASI
SSENARİ TEXNİKASI / SSENARİNİ YAZMAQ QAYDASI
61
Sssenari fraqmentində görüntülər sıralanıb. Hər
rəqəm çəkiləcək bir və ya bir neçə yeni epizodu
bildirir. Bənzər sıralanma çəkiliş aparılarkən çox
önəmlidir. Rejissor hansı görüntünün çəkiləcəyini
və həmin görüntünü hansı səs (musiqi) və ya yazının
(titr və ya subtitrin) izləyəcəyini dəqiqləşdirir. Misal
üçün, yuxarıdakı fraqmentdə 2 saylı görüntü gözünün
altı döyülməkdən qaralmış qızcığazla onun öz-özünə
danışığının (kadr arxasından söylədiklərinin) çəkilib-
yazılmasıdır. Bitmiş
proqramda diqqətə yetirilən
epizod ailəiçi söz-söhbətin uşaq tərbiyəsinə ziyanını,
uşaqları məişət zorakılığına alışdırdığını üzə çıxaracaq.
Görüntü və sözlərin ssenaridə yazılma ardıcıllığı.
Bu, vərdişdən asılıdır. Yəni öncə görüntünü bildi-
rib sonra sözləri də yazmaq olar və ya öncə sözləri
yazıb, sonra o sözlərə uyğun görüntüləri düşünmək
də mümkündür. Düzdür, daha yaxşı yol – video
və audiosıranın eyni zamanda yazılmasıdır. Bunun
niyəsini aydınlaşdıraq:
1. Hər görüntü dilimində nə görüb, nə eşitdiyinizi
daha dəqiq təsəvvür edə bilərsiniz;
2. Hər görüntü diliminin necə qavranması və özəlliklə
təsir gücü
barədə fikriniz dəqiqləşər;
3. Görüntü və səsin sinxronluğu – eynizamandalığı
cansıxıcı və seyrçiləri bilgiləndirməkdən çox
yönləndirən bir proqram hazırlanması riskini də
azaldar.
Kadrarxası mətni yazarkən də başlıca çətinlik bu
sözlərin hansı görüntünü izləyəcəyini hesablamaqdır.
Görüntü azdırsa, təbii ki, söz də az olmalıdır.
Ümumiyyətlə isə, ssenarinin necə yazılmasına
hazırlanan proqramın sırf jurnalist proqramı, yəni
xəbərə və ya xəbərdəntörəmə olaya dayanan proqram
olub-olmaması önəmli təsir göstərir. Belə proqram-
larda görüntü və səs həyat gerçəklərinə,
real insanlara,
sənədə sadiq qalmalı və ssenarist heç bir halda xəyal
gücünün əsirinə çevrilməməlidir.
Telexəbərin önəmli elementləri bunlardır:
• həyatdan götürülən gerçək insan (“qəhrəman”) üz
tutulan tarixçənin (olayın, əhvalatın) çıxış nöqtəsidir;
• ekspert (problemin bilicisi, açıq-aşkar siyasi və iqti-
sadi, yaxud hər cür korporativ maraqlardan uzaq adam)
problemin ön tarixçəsini açıqlayır;
• vəzifəli şəxs sözügedən problemin indiyədək niyə
çözülmədiyinə aydınlıq gətirir;
• sorğu və müsahibələr problemlə bağlı hansı
baxışların olduğunu, olaydan kimlərin ziyan çəkdiyini
və kimlərin faydalandığını göstərir;
• gerçək insan üz tutulan olayın
həm də son
nöqtəsidir (problemin “qəhrəmandan” keçirilməsi onun
açıqlanmasını da asanlaşdırır )
Ssenarini yazarkən hər konkret məqamda nə
göstərildiyini düşünmək çox önəmlidir. Telexəbərin
kadrarxası mətnini dəqiqləşdirmək üçün öncə ssenari-
ni başdan-başa oxumaqda, ayrıca hər fakt və rəqəmə
yenidən diqqət yetirməkdə fayda var. Hər bir faktı
təkrar-təkrar yoxlamaq lazımdır. İlk baxışda nə qədər
maraqlı gəlsə də, gümanlara qapılmaq, öz xəyalındakını
gerçək kimi qəbul etmək heç bir peşəkara yaraşmaz.
Hamının bildiyini də xəbərləməyə dəyməz.
Reportyora yaddaş:
• hər fakt yoxlanılmalı;
• hər bir fikir qaynağa söykənməli;
• reportyorun fikri kadrarxası mətndə və ya hər hansı
şərhdə yer almamalı;
• müsahiblərin kimliyi və vəzifəsi
dəqiq göstərilməli;
• mübahisəli məqamlar barədə hüquqşünas məsləhəti
alınmalıdır
DİQQƏT!
Ssenari yazarkən bunları unutma:
• Gerçəkləri araşdır, sitat və rəqəmləri yoxla;
• Hər şeyi görüntünün özü deyirsə, sən söyləmə;
• Görüntüdən bilinməyənləri sözlə açıqla;
• Xəbər və xəbərdəntörəmə proqramlarda sifətlərdən
istifadə etmə (tutalım, sənə ucaboy kimi görünən bir
adam bir başqasına adi və ya bəstəboy təsiri bağışlaya
bilər);
• Mətnin danışıq dilində olmasına ayrıca diqqət yetir
(məsələn, “fəqət” və ya “lakin” yerinə “amma” və ya
“ancaq” yaz);
•
Sadə yaz;
• Kadrarxası mətnin qısa və aydın olmasına çalış.
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI /
SSENARİNİ YAZMAQ QAYDASI.