65
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI /
STƏNDAP (STAND-UP) NƏDİR?
Stəndap nə zaman yararlı olmur?
Öncə yada
salmağa dəyər ki, redaksiyaiçi “Rəhbər qay-
dalar” xəbər reportyorunun kadra çıxışını normalaşdıra
və yalnız ayrıca bildirilən hallarda stəndapdan
istifadəyə yaşıl işıq yandıra bilər. Bu səbəbdən sanki
kadrda çıxışın yersiz sayılacağı halları sadalamağa
ehtiyac qalmır. Digər yandan “Rəhbər qaydalar”ın bəlli
ümumi normalara söykənməsi danılmazdırsa, deməli,
indi açıqlayacağımız şərtlərdə stəndapdan istifadəyə
yol verilməsi reportyorların əslində qeyri-peşəkar qay-
dalarla çalışmasına yol açardı. Bir sözlə, stəndapdan
yararlanmanın özünü doğrultmadığı halları
öncədən
bilməmək peşəkar reportyora heç vaxt yaraşmaz.
Beləliklə, “stəndap nə zaman yararlı olmur?” sualını
cavablamağa çalışaq.
Sual: Reportyorun kadrda çıxışı – stəndap nə zaman
yararlı olmaz?
Cavab: Ən azı, bu halları yadda saxlamağa dəyər:
• hər hansı səbəbdən olayı “redaktə etmək” lazım
gələndə;
• reportyor, sadəcə, öz sifətini teleekranda görmək
istəyəndə;
• məhz montaj otağında çox vaxt keçirməmək üçün
stəndapdan yararlananda;
• olay yerində çəkilmiş videogörüntülərin “zaman
açarları”na (taym-kodlara) baş qoşmayanda;
• olayı xəbərləyən yaxşı videogörüntüləri axtarmaq
əvəzinə kadrda çıxışdan istifadə edəndə.
Stəndapdan yararlanmanın qaçılmaz
şərtləri
Bütün bunlardan sonra hazırladığınız telexəbərdə
stəndapdan istifadəyə yenə önəm verirsinizsə, mütləq
yadda saxlayın ki:
• arxa plan (fon) haqqında bəhs etdiyiniz məsələ ilə
uzlaşmalıdır;
• fon çox gözə girməməli və diqqəti söylənən
sözlərdən yayındırmamalıdır;
• bütün incəlikləri kameramanla götür-qoy edin
və
gərək bilirsinizsə, onunla yerinizi dəyişib
videoarayıcıda sözügedən kadrı gözdən keçirin;
• üz-gözünüzün, üst-başınızın qaydasında
olub-olmamasını yoxlayın. Lazım gəlsə, kamera
obyektivindəki əksinizə və ya özünüzlə götürdüyünüz
güzgüyə baxın. Kameramana üz tutub “necə
görünürəm?” – deyə soruşmaqla yetərlənməyin. Yadda
saxlayın ki, görünüşünüzdə nə əyər-əskik varsa, seyr-
çinin
diqqəti məhz oraya yönələcək;
• stəndapınızı təkrar çəkdirin və 2-3 dubl etməkdən
çəkinməyin (bu, seçiminizi genişlədir və hər hansı
gözlənilməz xətanın öhdəsindən gəlməyə imkan açır);
• montajda əziyyət çəkməmək üçün danışığınızın
önündə və sonunda susub ara verin;
• sözə başlarkən özünüzə güvənin, məlumatı dəqiq
söyləyin, ağır-batman görünməyə çalışın;
• istər özünüzün, istərsə kameranın yerini dəyişmək
imkanları (və qaçılmazlığı) barədə düşünün;
• kadrda çıxışın qısa, sadə və anlaşıqlı olmasına can
atın;
• sadəcə, “danışan baş” kimi görünməkdən çəkinin.
XƏBƏR REPORTYORLARINA YADDAŞ
Reportyor duruşundan bu hallarda yararlanmaq olar:
• Reportajı toparlayıb yekunlaşdıranda;
• Kadrda nəyi isə göstərib vurğulayanda;
• Mücərrəd (abstrakt) məlumatı və ya olayın
mahiyyətini diqqətə yetirəndə;
• Olay yerində olduğunuzu göstərib-doğrulayanda;
• Reportajın ayrı-ayrı hissələrini bir-birinə bağlayanda;
• Dramatik effekt yaratmaq, ilgi çəkən nəyi isə
göstərmək lazım gələndə;
• Reportyora inamı artırmağa
ehtiyac duyanda;
• Heç və ya yetərincə görüntü olmayanda;
• Sözlərinizə sanbal vermək istəyəndə.
66
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI /
QRAFİK
QRAFİK
Telexəbərdə qrafik elementlərdən istifadə ehtiyacı,
adətən, videogörüntü olmayan hallarda yaranır. Bu
halda müxtəlif sxem və diaqramlardan, xəritə və
rəsmlərdən yararlanmaqla olayın məzmun və miqyasını
az, ya çox dərəcədə “canlandırmaq” mümkündür.
Sual: Qrafiklər telexəbər buraxılışına nə qazandırır?
Cavab: Xəbər qrafikləri videogörüntüsüz məlumatı
daha təsirli edir:
• olay sanki canlanır;
• maraqla baxılır;
• süjet vizual rəngarənglik qazanır.
Tutaq ki, etibarlı qaynaq indicə filan yerdə yanğın baş
verdiyini xəbərləyir. Bu barədə süjet hazırlamaq üçün
videogörüntü tapmalısınız. Çəkiliş qrupunu olay yerinə
yollamaq imkanınız yoxdur. Bu imkan olsa belə, təbii
ki, sözügedən olay barədə məlumatı rəqib TV-lərdən
öncə bildirmək istəyirsiniz. Nə etmək lazımdır? Birdən
ağlınıza gəlir ki, yaşadığınız yerin xəritəsindən fayda-
lana və həmin xəritədə yanan binanın təxmini ünvanını
göstərə bilərsiniz. Belə sadə qrafikdən istifadə yanğının
yeri və miqyası barədə təsəvvür yaratmaq imkanı verir.
Bu üsulun, heç olmasa, o üstünlüyü var ki, seyrçiləriniz
uzun müddət eyni adamın – telexəbər aparıcısının üzünü
görməkdən yorulmurlar.
Sual: Xəbər qrafiklərindən nə vaxt istifadə olunur?
Cavab:
• mürəkkəb mövzulara aydınlıq gətirmək istəyəndə;
• uzun sitatların (söz alıntılarının) qısa məzmununu
verəndə;
• olayın
başqa görüntüsü olmayanda;
• “danışan baş”dan boyun qaçıranda;
• seyrçilərə olay yerini təsəvvür etmək imkanı
yaradanda;
• vizual müqayisə aparanda;
• bəlli zaman boyunca baş verən dəyişikliyi
göstərəndə
(daha geniş bilgi üçün bax: 9, səh.57-81).
Musiqi deyərkən bəlli hallar nəzərdə tutulmalıdır, çünki
telexəbər buraxılışında, yeri gəldi-gəlmədi, musiqidən
faydalanmaq olmaz. Olaylı xəbərdə musiqidən
istifadə seyrçinin məlumatlandırılmasına deyil, onun
yönləndirilməsinə, deməli, nəyə isə təşviq olunmasına
xidmət edə bilər.
Sual: Telexəbər buraxılışında musiqidən nə vaxt
istifadə olunur?
Cavab:
• olayın
özündə musiqi səslənəndə;
• görüntünün xarakteri bunu tələb edəndə (portret
səciyyəli süjetlərdə);
• buraxılışın “açar planı”nda (“çağırtı”da, yəni proqram
başlarkən);
• buraxılışın “qıfıl planı”nda (proqram bitərkən);
• hər mövzu blokuna başlarkən (rubrikalarda);
• “promo”larda, yəni buraxılışın “tanıtma çarxları”nda;
• anons və “iştahlandırma”larda;
• “reklam ara”sının əvvəlində və sonunda.