Kafedra: Mehmanxana və Restoran biznesi


Müəssisənin fəaliyyət mexanizmi



Yüklə 278,61 Kb.
səhifə8/21
tarix21.04.2022
ölçüsü278,61 Kb.
#85767
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
Hacılı Rahul

1.2 Müəssisənin fəaliyyət mexanizmi

İnkişaf etmiş dünya ölkələrinin tarixi təcrübəsi göstərir ki, bazar münasibətləri şəraitində müəssisənin sosial-iqtisadi rolu əhəmiyyətli dərəcədə dəyişir. Bu dəyişikliklər bir sıra istiqamətlər üzrə həyata keçirilir:

- əsas tələb müəssisənin bazara doğru istiqamətləndirilməsi ilə bağlıdır. Bu prosesin mahiyyəti bilavasitə onunla şərtlənir ki, fəaliyyətin nəticəsi təkcə məhsul buraxılışı və xidmətlər göstərilməsindən deyil, həm də məhsul buraxılışı mənfəət əldə edilməsini təmin etsin. Bundan əlavə gəlir həmişə xərcləri və msarif edilən resurslardan üstün olmalıdır. Bütövlükdə isə bu artım nə qədər yüksək olarsa, deməli müəssisə də bir o qədər mənfəətlə işləyir;

- böyük həcmli məhsul buraxılışına olan tələb, məhsul qıtlığı şəraitində assortimentlər üzrə təmin olunması. Lakin əsas problem təkcə məhsul istehsalı ilə bitmir. Bazar münasibətləri şəraitində aktuallıq kəsb edən problemlərdən biri də istehsal edilən məhsulun satışı, onun bu və ya digər formada reallaşdırılmasından ibarətdir;

- bazar münasibətləri şəraitində müəssisənin sosial-iqtisadi rolunu xarakterizə edən ən mühüm cəhətlərdən biri də yuxarı orqanlar tərəfindən müəssisənin fəaliyyətinə mövcud məhdudiyyətlərin aradan qaldırılmasıdır. Yeni iqtisadi münasibətlər şəraitində müəssisələr öz fəaliyyətində əksər məsələlər üzrə sərbəstlik və müstəqillik əldə edirlər. Problemin aktuallığı onunla şərtlənir ki, müəssisə iqtisadi sferada necə göstərir.

Müəssisələr bazar münasibtləri şəraitində bəzən sərbəst fəaliyyət göstərə bilmədiyindən həmin mühiti tərh etməyə məcbur olurlar.

Bazar münasibətləri şəraitində müəssisənin fəaliyyəti istər məzmun və istərsə də forma baxımından köklü dəyişikliklərə məruz qalır. Bu dəyişikliklər isə bilavasitə müəssisənin fəaliyyətinin əksər məsələlərini əhatə edir.

Təşkilat-hüquqi, mülkiyyət formasından, sahə mənsubiyyətindən, buraxılan məhsulun və göstərilən xidmətin tipindən asılı olmayaraq bütün müəssisələr açıq iqtisadi sistem şəraitində fəaliyyət göstərir. Onların sxematik təsviri aşağıdakı şəkildə göstərilmişdir.




1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə