"Kafi" kitabından seçmələr بسم الله الرحمن الرحيم


Bəda (yeni fikir) haqqında



Yüklə 437,02 Kb.
səhifə3/4
tarix03.10.2017
ölçüsü437,02 Kb.
#3037
1   2   3   4
Bəda (yeni fikir) haqqında
Kuleyni özünün "Kafi" əsərində "Yeni fikir" adlı müstəqil bir fəsil vermiş və orada, özünün dediyi kimi, "məsum" imamlar haqqında bir neçə rəvayyət söyləmişdir.Onlardan bəzilərini nəzərdən keçirək.

Kuleyni Cəfərin belə dediyini rəvayyət edir: "Bu ümmətdən tək Əbdulmüttəlib diriləcək.O, dirilərkən hökmdarların cəlalına və peyğəmbərlərin simasına malik olacaq. Çünki, o Allahın yeni fikrə düşməsini deyən birinci adamdır." (“Kafi usul”c.1,səh 283; Hindistan)


Rəyyan ibn Səltin dilindən deyilir: "Mən Rzanın belə dediyini eşitmişəm: “Şərabı haram etmək lazım gəlməsəydi, Allah yeni qərar vermək fikrinə düşsəydi belə, heç bir peyğəmbər göndərməzdi." (“Kafi usul” “Yeni fikir” fəsli c.1,səh 147; Tehran)
Kuleyninin Əbu Haşim Cəfərdən nəql etdiyi bir rəvayyətdə deyilir: "Bir dəfə mən Əbulhəsən əleyhissəlamın oğlu Əbu Cəfər öləndən sonra onun yanında idim. Öz-özümə fikirləşirdim ki, ona deyim ki, elə bil onlar hər ikisi, - mən Əbu Cəfəri və Əbu Muhəmmədi nəzərdə tuturam, — Əbulhəsən Musa və Ismayıl ibn Cəfər ibn Muhəmməd kimidirlər. Onların həyatları da bir-birinə bənzəyir.Belə ki, Əbu Muhəmməd Əbu Cəfərdən sonra mərciə idi... Əbulhəsən məni qabaqlayıb ağzımı açmağa qoymadı və dedi: “Düzdür, ey Əbu Haşim! Əbu Cəfər öləndən sonra Allaha Əbu Muhəmməd haqqında Əbu Cəfər haqqında bilmədikləri aydın oldu, eləcə də Ismayıl öləndən sonra Allaha Musa haqqında onun indiki vəziyyəti haqqında öyrəndikləri aydın olmuşdur. Bu, yalançılar tərəfindən ikrahla qarşılansa da, sənin danışdığın kimidir. Əbu Muhəmməd mənim özümdən sonra xələfim olacaq oğlumdur. O, lazım olan hər şeyi bilir: onun əlində imamlıq aləti var." ("Kafi", "Kitab əl-hüccət",c.1,səh 327)





Kafi”də 13 imam
(1/153) Kuleyni Əbu Cəfərdən rəvayyət edir: “Muhəmməd (s.a.s)-in əhlindən 12 imam olacaqdır və onların hamısı ilə mələklər danışacaqdır.Onlar Peyğəmbər (s.a.s)-in və Əli ibn Əbu Talibin nəslindən olacaqlar və Allah rəsulu və Əli onların əcdadlarıdır.”

Kafi” də sünnilərə münasibət
Kuleyni imam Əbu Abdullahdan qəvayyət edir: “Əgər sizlərdən birinizin qardaşı ilə münaqişəsi olsa,şiə qardaşlarınızdan birini bu məsələni həll etmək üçün hakim təyin etsin.Bu məsələni onların (sünnilər) hüzuruna aparmasın.Yoxsa,o Allahın haqqında belə buyurduğu kimsələr kimi olar: “Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur.“ (“Kafi”c.7,səh 411)

Məclisi və Behbudi rəvayyətin səhih olduğunu qeyd etmişlər.

Əli (r.a) Salman Farisiyə dedi: “Heç bilirsən Əbu Bəkrə Peyğəmbər (s.a.s)-in minbərində birinci kim beyət edib?” Salman dedi:”Yox, mən örtüyün altında ənsarlarla düşmənçilik etdiyi vaxt bəni Səidəni gördüm. Birinci ona beyət edən Bəşir ibn Sa`d, Əbu Ubeydə ibn Cərrah, sonra Ömər idi, sonra Səlim. (Əli) dedi:”Mən səndən bunu soruşmuram. Heç bilirsən Əbu Bəkr Peyğəmbər (s.a.s)-in minbərində çıxdığı vaxt ona birinci kim beyət edib?” (Salman):”Yox, ancaq mən bir yaşlı adam gördüm. Əsaya söykənirdi. Qarşısında bərk bükülmüş xalça var idi. O, Əbu Bəkrin yanına qalxan birinci adam idi, ağlayıb deyirdi: “Əlhəmdulillah, ölmədim səni bu yerdə gördüm. Əlini uzat” Əlini uzatdı və beyət etdi. Sonra düşdü və məsciddən çıxdı” Əli dedi: “Hec bilirsən o kimdir?” (Salman):”Yox, amma onun sözləri xoşuma qəlmədi. Sanki, o Peyğəmbəri (s.a.s) söyürdü” (“Kafi” c.8,səh 284)
Burada Əli guya həmin qocanın İblis olduğunu qəsd edir.
Kuleyni imam Əbu Cəfərdən rəvayyət edir ki,o demişdir: “Həqiqətən şeyxeyn Əbu Bəkr və Ömər bu dünyadan tövbə etmədən və möminlərin əmiri ilə necə davrandıqlarını söyləmədən köçdülər.Onların üzərinə Allahın,mələklərin və bütün insanların lənəti olsun.” (“Rəvdətul Kafi” c.8,səh 246)
Kuleyni “Kafi ər rəvda” (səh 186, №301) kitabında imamdan rəvayyət nəql edir: “Bir adam Əbu Abdullahın yanına gəlib,sənə fəda olum dedi və soruşdu: “Bu Adəmin qübbəsidir?”

İmam dedi: “Bəli.Vallahi Allahın bir çox qübbəsi vardır.Diqqət et! Sizin bu qərb tərəfin arxasında yer üzünə aid Allahın nuru ilə aydınlandırdığı və ona asi olmayan insanların yaşadığı filan və filankəsdən uzaq olan 39 qərb vardır.”

Məclisi bu rəvayyətin şərhində yazır: “Rəvayyət səhihdir.Filan və filankəsdən məqsəd Əbu Bəkr və Ömərdir.” (“Miratul uqul” 26/167)

Kuleyni “Kafi”-də imam Musa Kazımdan rəvayyət etdiyi hədisdə yazır: “…Bildiyiniz şeylər sizə çatanda onu deyin,bilmədikləriniz olanda isə,əli ilə ağzına işarə edərək “Allah dedi,Əli dedi,mən dedim və səhabə dedi deyən Əbu Hənifəyə lənət olsun.” (“Kafi” 1/58)


Xalid Qalamsidən: “Əbu Abdullaha dedim: “Bir zimmi ilə rastlaşıb əl ilə görüşsəm nə edim?” Dedi: “Torpaq və divara sil”. “Bəs nəsibi ilə?”. Dedi:”Yu”. Həmçinin, Əbu Abdullahdan rəvayyət edirlər ki o, vələduzinanın, yahudinin, nəsraninin, müşrikin, İslama müxalif olanların hamısının yemək qalığına nifrət edərdi. Onların arasında ən nifrət etdiyi nəsibinin qalığıdır” (“Kafi” c.3,səh 11)
Əbu Abdullah dedi: “Hamamın suyu axan quyudan yuyunma. Çunki,orada vələduzinanın su qalığı var o 7 nəslə təmizlənir. Orada Nasibinin su qalığı var, o ən pisidir. Allah itdən pis məxluq yaratmayıb. (Onlar) Allah qatında ondanda pisdirlər” (“Kafi”c. 3,səh 14)

Kafi”də Allah elçisi (s.a.s) və onun əhlinə hörmətsizlik
Kuleyni Əbu Abdullahdan rəvayyət edir: ”Peyğəmbər (s.a.s) doğulanda bir neçə gün südsüz qalmışdı.Əbu Talib ona öz döşünü verdi.Allah ona (döşə) süd verdi. Həlimə Səddiyyəni tapana qədər (Əbu Talib onu) bir neçə gün əmizdirdi” (“Kafi” c.1,səh 791)
Kuleyni nəql edir: “Əbu Abdullahdan dedi: “Peyğəmbər (s.a.s)-in yanına bir kişi gəlib dedi: “Ey Allahın elçisi! Məndə kişilərdə olanın çox böyüyü var məndə olan dişi eşşək və ya dəvə ilə yaxınlıq edim? Məndə olana qadınlar dözə bilmirlər”. Allahın elçisi (s.a.s) dedi: “Allah Təbərəkə və Taalə sənə dözə bilən məxluq yaratmadan (səni) yaratmazdı”. Kişi getdi, bir müddət keçmədi ki Peyğəmbərin (s.a.s) yanına qayıtdı. Ona əvvəlki sözləri dedi. Elçi (s.a.s) ona dedi: “Sən anatnata qarasına niyə baxmırsan?”. Kişi getdi, bir müddət keçmədi ki yenə qayıdıb dedi: “Şəhadət verirəm ki, sən Allahın doğrudanda elçisisən, sən dediyini mən etdim. Məndə olana dözəni tapdım...” (“Kafi” c.5,səh 336)
Peyğəmbər (s.a.s)-dən rəvayyət edilib ki, o qadın ilə evlənmək istədikdə, ona baxacaq bir qadın göndərirdi və ona deyərdi: “Onun “litini” (yəni boğazını) iylə, iyi yaxşı olsa, onun bütün iyi yaxşı olacaq. Sonra topuğuna bax, əgər topuğu duşubsə “kəsubu” böyükdür” (“Kafi” c.5,səh 335)
Məclisi Kuleyninin Muhəmməd Baqirin belə dediyini rəvayət edir: "Əli (r.a) demişdir: “Bəni Haşimdən iki fərli adam qalmışdısa, onlar da Cəfər və Həmzə idilər, onlar getdilər, onlardan sonra bu qəbilədə iki zəif, iki zəlil kişi — Islamı yenicə qəbul etmiş Abbas və Əqil qaldılar." (“Həyatul qulub” c.2,səh 756; Hindistan)


Kafi”də 12-ci imamın qeybətinin müddəti
Kuleyni “Kafi” (səh 578)-də imam Əlidən belə rəvayyət edir: “Onun (Mehdi) qeybi 6 gün,6 ay və ya 6 il olacaqdır.”

Şiələr deyirlər ki,12-ci imam qeybə hicri 260-ci ildə çəkilmişdir.İndi isə 1431-ci ildir.


Kafi”də xalq təbabəti
Kuleyni yazır: “Əbu Abdullah dostunun qara ayaqqabı geydiyini gördü və dedi: “Sən niyə qara ayaqqabı geymisən? Sən bilmirsənmi ki o, gözə ziyan verir, cinsi orqanı zəiflədir, özüdə o başqalarından daha bahadır, onu yalnız ədalanan şəxs geyinər”( “Kafi” c.6,səh 465)

Umm Gülsümün Ömərlə evliliyi
Muhamməd bin Yaqub əl-Kuleyni bu evliliyi "əl-Kafi” kitabında qeyd etmişdir. Bu barədə dörd hədis gətirmişdir, bunlardan ikisini "Umm Gülsümün evliliyi” babında zikr etmişdir.
Kuleyni Muaviyyə ibn Əmmardan Əbu Abdullahın belə dediyini nəql edir: “Mən ondan əri ölmüş arvadın öz evində, yoxsa harada istəsə qalmalı olduğunu soruşdum, o dedi: “Əlbəttə, harada istəsə. Əli Ömər öləndən sonra Umm Gülsümün təlağını alıb onu öz evinə gətirdi” (“Kafi furu”c.2,səh 311; Hindistan)

Əli ibn İbrahim öz atasından, o da İbn Əbi Umeyrdən, o isə Hişam bin Səlimdən, o da Hamməddən, o isə Zurarədən, o isə Əbu Abdullahdan Umm Gülsümün evliliyi barədə rəvayyət edir. Əbu Abdullah dedi: "Bu, verdiyimiz bir fərcdir." (“Kafi”c.5, səh 346)


Başqa rəvayyətdə: “O qızı istəyəndə, (Əli) ona dedi: “O hələ gəncdir”. O (Ömər) Abbasla rastlaşdı və ona dedi: “Mənə nə olub, mənə nəsə var?” (Abbas dedi): ”Nə məsələdir?”.(Ömər): ”Mən qardaşın oğlundan qızını istədim, imtina etdi. Allah and olsun ki, zəmzəmi körlayaram, sizin bütün hörmətinizi yox edərəm, ona (yəni Əliyə) qarşı iki şahid qətirərəm ki, o oğurluq edib və sağ əlini kəsərəm”. Abbas onu (Əlinin) yanina apardı. Ona xəbər verdi və haiş etdi ki, istədiyi kimi etsin, oda etdi” (“Kafi” c.5, səh 346)


Kafi” kitabına görə Qurana etiqad
Kuleyni imam Əbu Cəfərin belə dediyini rəvayyət edir: "Yalnız yalançı bütün Quranı nazil olduğu kimi topladığını iddia edə bilər.Onu nazil olduğu kimi Əli ibn Əbu Talib və ondan sonrakı imamlardan başqa heç kəs toplamamış və hifz etməmişdir"("Kafi", "Kitab əl-hüccət", "Imamlardan başqa heç kəs bütün Quranı toplamamışdır" fəsli, c.1,səh 376, №603)

Kuleyni Əbu Bəsirdən rəvayyət edir: “Mən imam Əbu Abdullaha dedim: “Qüdrət və Cəlal sahibi Allah demişdir: "Bu Bizim sizə həqiqəti danışan Kitabımızdır” O dedi: “Kitab heç vaxt danışmayıb, danışmayacaq da.Lakin, bu kitabın dili ilə danışan Rəsulullah (s.a.s)-dir. Adı təsvirə gəlməyən Allah elə yox, belə demişdir: “Bu Bizim sizə həqiqət danışılan Kitabımızdır." Mən dedim: “Sənə fəda olum, biz bu ayəni belə oxuyuruq. O dedi: “Allaha and olsun ki, onu Cəbrayıl dediyim kimi gətirib, sonralar Allahın Kitabı təhrif olunub." (“Kafi ər rovzə” c.8,səh 50; Tehran)

Kuleyni “Kafi” kitabında imamdan nəql edir ki,Cəbrayıl tərəfindən Muhəmməd (s.a.s)-ə nazil olmuş Quranda 17 000 ayə var idi.Bu hədisi şərh edərkən Məclisi yazır:
" لا يخفى أن كثيراً من الأخبار الصحيحة صريحة في نقص القرآن وتغييره، وعندي أن الأخبار في هذا الباب متواترة معنى، وطرح جميعها يوجب رفع الاعتماد عليها رأساً. بل ظني أن الأخبار في هذا الباب لا يقصر عن أخبار الإمامة فكيف يثبتونها بالخبر " . مرآة العقول 12/ 525.
"Sarih, səhih olaraq gələn xəbərlərin çoxundan gizli deyildir ki, Quranda naqislik və dəyişiklik vardır. Mənim nəzdimdə bu babda (fəsildə) olan xəbərlər mənaca mütəvatir səviyyəsindədir və onların hamısı, başdan sona qədər ona (Qurana) etimadın qaldırılmasını vacib edir. Belə ki, mənim zənnimə görə bu babda (fəsildə) olan xəbərlər, heç də imamət barədə gələn xəbərlərdən az deyildir. Bəs, elə isə, xəbərin sabit olması necə təsbit edilir?" ("Miratul-uqul" 12/ 525; Tehran)

http://www.dhr12.com/?a=116&w=115

Nümunə olaraq,bir neçə şiə versiyası olan ayələr haqqında bəhs edən hədislər nəql ediləcək, haşiyədə isə əsl ayələr qeyd olunacaqdır.
(1/ 417): Cəbrayıl Muhəmməd (s.a.s)-ə bu ayə ilə nazil olmuşdu: “Əgər bəndəmizə Əli haqqında nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və doğru danışanlarsınızsa Allahdan savayı bütün şahidlərinizi gətirin.”

Əsl ayə belədir : “Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!” (Baqara 23)


(1/416) Abdullah ibn Sinan Əbu Abdullahdan rəvayyət edir: ”Bu ayə belə nazil olmuşdu. “Biz bundan əvvəl Adəmlə Muhəmmədi, Əlini, Fatiməni, Həsəni, Hüseyni və onların nəslini (unutmamağı) tövsiyyə etmişdik.Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.” Sonra imam dedi: “Allaha and olsun ki, Muhəmməd (s.a.s)-ə ayə belə nazil olmuşdur.”

Əsı ayə belədir: “Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.” (Taha 115)


(1/417) Əbu Cəfərdən: “Cəbrayil Muhəmməd (s.a.s)-ə bu ayəni belə nazil etmişdi: Öz lütfündən bəxş etməsinə həSədd aparmaq və Onun Əli haqqında nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir!”

Əsl ayə belədir: “Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həSədd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər kafirlərə alçaldıcı bir əzab vardır.” (Bəqara 90)


(1/417) Əbu Abdullah dedi: “Cəbrayıl Muhəmməd (s.a.s)-ə bu ayələri nazil etdi: “Ey Kitab verilmişlər! Bizim Əli barasində nazil etdiyimizə iman gətirin.”

Əsı ayə belədir: “Ey Kitab verilmişlər! Üzləri sıyırıb dümdüz edərək arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir.” (Nisa 47)


(1/420-421) İmam dedi: “Allaha and olsun ki,bu ayə onlar ikisi və onların davamçıları haqqında nazil olmuşdu.Cəbrayılın gətirdiyi bu ayə belə idi: “Bu ona görədir ki, onlar Allahın Əli barasində nazil etdiyinə nifrət edənlərə: "Biz bəzi işlərdə sizə itaət edəcəyik!"– dedilər. Allah onların sirlərini bilir.”

Əsl ayə belədir: “Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edənlərə: "Biz bəzi işlərdə sizə itaət edəcəyik!"– dedilər. Allah onların sirlərini bilir.” (Muhəmməd 26)


(1/424) Əbu Cəfər dedi: “Bu ayə belə nazil olmuşdu: “Əgər onlar özlərinə verilən Əli haqqında öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.”

Əsl ayə belədir: “Əgər Biz onlara: "Özünüzü (aranızdakı günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!"– deyə buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.” (Nisa 66)


Əbu Cəfər dedi: “Cəbrayıl bu ayəni Muhəmməd (s.a.s)-ə nazil etdi: “Muhəmmədin ailəsinin haqqına zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Biz də Muhəmmədin ailəsinin haqqına zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik.”(“Kafi” c.1 səh 423-424)

Ayənin əsli belədir: “Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik.” (Bəqara 59)

"Səlim ibn Sələmə demişdir: "Bir dəfə bir nəfərin Əbu Abdullaha Qurandan başqalarının oxuduğuna bənzəməyən bəzi şeylər oxuduğunu eşitdim. Əbu Abdullah dedi: "Müdafiəçimiz zühur edənədək bu qiraətdən imtina edib sən də camaat oxuyan kimi oxu. Qiyamətdən sonra isə Qüdrət və Cəlal sahibi Allahın Kitabı Onun Özünün istədiyi kimi oxunacaq". Sonra O, Əlinin yazdığı müshəfi çıxardı və dedi: "Əli (r.a) onu yazıb qurtarandan sonra adamlara göstərib demişdir: "Bu, Qüdrət və Cəlal sahibi Allahın Muhəmməd (s.a.s)-ə nazil etdiyi Kitabıdır. Mən onu iki lövhədən toplamışam". Camaat demişdir: "Budur, bizdə Quranın toplandığı müshəf var, bizim ona ehtiyyacımız yoxdur". O demişdir: "Onda siz onu bu gündən sonra heç vaxt görməyəcəksiniz. Mənim borcum onu toplayandan sonra sizə göstərmək idi ki, oxuyasınız"(“Kafi” c.2, səh 633, Tehran)

“Kafi”də Kuleyninin "bir neçə dostumuzun Səhl ibn Zeyddən, onun Muhəmməd ibn Suleymandan, onun özünün bəzi dostlarından, onların da imam Əbulhəsən isnadı ilə rəvayyət etdiyi bir hədis misal gətirilir. Ravi deyir ki, mən ona dedim: "Sənə fəda olum, biz Qurandan elə ayələr eşidirik ki, bizdə olan kimi deyil, biz də onları sizdən eşitdiyimiz kimi oxumağı bacarmırıq. Olmaya, biz günah işlədirik?" O dedi: "Yox, siz onları öyrəndiyiniz kimi oxuyun. Vaxt gələr, sizi öyrədəcək şəxs özü gəlib çıxar" ("Kafi" “Quran nazil edildiyi kimi göyə qaldırıla da bilər" fəsli, c.2,səh 619,Tehran)


Kuleyni “Kafi”də Əbu Həmzədən imam Əbu Cəfərin bu sözlərini rəvayyət etmişdir: "Cəbrayıl bu ayəni Muhəmməd (s.a.s)-ə belə nazil etmişdir: "Muhəmməd ailəsinin haqqını mənimsəyənlər onların haqqında deyilmiş yaxşı sözü başqası ilə əvəz etdilər, biz də Muhəmməd ailəsinin haqqını mənimsəyənlərə doğru yoldan kənara çıxdıqlarına görə səmadan bir əzab nazil etdik". (“Kafi” "Kitab əl-hüccə" hissəsi,c.1, səh 424;Tehran)

Allah isə deyib (Bəqara 59): “Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik”.


"Cəbrayıl bu ayəni Muhəmməd (s.a.s)-ə belə nazil etmişdi: "Ey Kitab göndərilmiş kəslər, bizim (Əli haqqında bir nur kimi) açıq-aşkar göndərdiyimizə inanın" (“Kafi” "Kitab əl-hüccət" hissəsi, c.1,səh 417, Tehran)
"İmam Əbulhəsən Musa həbsdə olan Əli ibn Suveydə yazmışdır: “Öz şiələrindən olmayanların dinini qəbul etmə və sevmə, onlar Allaha, Onun Rəsuluna və onların əmanətlərinə xəyanət etmişlər" — dedikdə nəyi nəzərdə tuturam? Allahın Kitabı onlara əmanət qoyulmuşdur, onlar isə onu təhrif və təbdil etmişlər" (“Kafi”, "Kitab ər-rovzə" fəsli, c.8,səh 125,Tehran)
Əbu Ubeydədən: ”Bəzi dostlarımız Əbu Abdullaha Fatimə Quranı haqqında sual etdilər.O,uzun bir müddət susdu və dedi: ”Sizlər istədiklərinizi və istəmədiklərinizi axtarırsınız.Fatimə Peyğəmbər (s.a.s)-dən sonra yetmiş beş gün yaşadı.Atasının vəfatı ilə əlaqədar olaraq O çox hüznlü idi.O vaxtlar Cəbrayıl ona gəlirdi və kədərini azaldırdı,ona təskinlik verirdi.Ona atasından və onun məkanından xəbər verirdi.Özündən sonra zürriyyətinə nələr olacağını xəbər verirdi.Bütün bunları da Əli (r.a) bir yerə yazırdı.Fatimənin Quranı məhz budur.”( “Kafi” c.1,səh 240)
“Cabirdən: “Bu ayə belə nazil olub: “Əgər onlar özlərinə Əli haqqında verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.” (“Kafi”c.1, səh 424)

Cəbrayıl bu ayəni Muhəmməd (s.a.s)-ə belə nazil etmişdir: "Onların (ədalətsizlik edib) Allahın (Əli haqqında) nazil etdiyini inkar etməklə öz vicdanlarını satmaları necə də pisdir!". (“Kafi” "Kitab əl-hüccət" hissəsi, c.1,səh 417, Tehran)


“Kafi”də Muhəmməd ibn Fəzldən,o da Əbu Həsəndən bu ayənin təfsirini soruşur: “Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər.Halbuki, kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.” (Saff 8)

O dedi: “Onlar ağızları ilə Möminlərin əmiri Əli (r.a)-nin vilayətini söndürmək istəyirlər.Sonra dedim ki, “Allah nurunu tamamlayacaqdır?” O,da dedi: “Allah İmaməti tamamlayacaqdır.Yenə digər bir ayədə buyrulduğu kimi “Onlar Allaha və Rəsuluna və endirdiyimiz nura iman edərlər.” Burada nur İmamdır.

Sonra bu ayəni oxudum. “Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.” (Səff 9)

İmam dedi: “Rəsuluna vilayəti əmr edən odur.O,haqq din: Vilayətdir və “dinini bütün dinlərdən üstün edən” ayəsini oxudum.O da dedi: “Mehdinin qiyamı ilə birlikdə dinini digər dinlərdən üstün etməsidir.Sonra dedi: “Kafirlər Əlinin vilayətini xoş görməsələrdə Allah nurunu tamamlayacaqdır.” Mən dedim: “Bu ayə belə nazil olmuşdu? Dedi: “Son oxuduğum şəkildə enmiş ayədir.Ondan öncəkilər isə təvildir.” Mən dedim: “Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular.” (Munafiqun 3) ayəsini oxudum.

İmam dedi: “Həqiqətən Allah vilayətdə Elçisinə tabe olmayanları “münafiqlər” olaraq adlandırmışdır.Vilayət məqamını inkar edənləri də Elçisi Muhəmməd (s.a.s)-i inkar edənlər kimi qəbul etmişdir.Bunu Quran olaraq nazil etdi və dedi: “Münafiqlər sənin yanına vəsiyyətinin vilayəti ilə gəldikləri zaman: "Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!"– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər Əlinin vilayətini inkar edənlərdir.”

Sonra bu ayəni soruşdum: “Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz.” (Cinn 13)

İmam dedi: “Hidayət vilayətdir və davam edərək dedi: “Biz rəhbərimizə iman gətirdik.Vəlisinin vilayətinə iman gətirən, nə savabının azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz.”dedi. Mən soruşdum: “Bu ayə belə nazil olmuşdu?”

İmam: “Xeyr,bu təvildir.

Mən dedim: “Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş.Məni, ayələrimi yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.” (Muzəmmil 10-11)

İmam dedi: “Yəni, sən səbr et və onlardan xoşluqla uzaqlaş və ey Muhəmməd! Sənin İmamət vəsiyyətini yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.”

Dedim ki,ayə bu şəkildə endirilmişdi? İmam: “Bəli,ayə bu şəkildə nazil olmuşdu.”(“Kafi” c.1,səh 432)




Fatimə müshəfi

Kuleyni imam Cəfərdən rəvayyət edir ki,Əbu Bəsir ondan soruşmuşdur: “...Yaxşı, Fatimə Müshəfi nə olan şeydir? O dedi: Bu elə bir müshəfdir ki, sizin bu Quranınızın üç mislinə bərabədir, Allaha and olsun ki, onda Qurandan bir hərf də yoxdur" ( “Kafi”c.1, səh.239)


Bu rəvayyətin tam versiyası belədir: "Əbu Bəsir demişdir: "Əbu Abdullahın yanına girdim və dedim: Sənə fəda olum! Mən səndən bir şey soruşmaq istəyirəm. Burada sözümü eşidəcək kənar bir adam yoxdur ki?” Əbu Abdullah özü ilə başqa bir otaq arasındakı pərdəni qaldırdı, diqqətlə ora baxdı, sonra dedi: “Soruşmaq istədiyini soruş.” Mən dedim: “Sənin şiələrin danışırlar ki, Rəsulullah (s.a.s) Əliyə bir qapı tanıdıb ondan min qapı açılır. O dedi: “Rəsulullah (s.a.s) Əliyə min qapı tanıdıb, onların hərəsindən min qapı açılır. Mən dedim: “Allaha and olsun ki, bu elmdir.” O bir qədər susdu, sonra dedi: “Doğrudur, bu, elmdir, ancaq o elmdən deyil. Sonra sözünə davam etdi: “Ey Əbu Muhəmməd, bizdə Camiə var, onlar isə bilmirlər ki, Camiə nədir? Mən dedim: “Sənə fəda olum, Camiə nə olan şeydir?” O dedi: “Camiə uzunluğu Rəsulullah (s.a.s)-ın dirsəyi ilə yetmiş dirsək olan bir lövhədir. Orada yazılanlar Peyğəmbər (s.a.s)-in dilindən çıxan sözlərdir. Əli onun sağ tərəfində bütün halal və haram olan şeyləri, insanların möhtac olduqları hər şeyi yazıb göstərmişdir. Sonra o, əli ilə mənə toxunub dedi: Ey Əbu Muhəmməd, izn verirsən? Dedim: “Sənə fəda olum, mən sənin ixtiyarındayam, istədiyini elə. O, əli ilə mənə yüngülvari toxunub dedi: “Elə götürək bu ərəşi. O, bunu deyəndə qəzəblənmiş kimi görünürdü. Mən dedim: “Allaha and olsun ki, bu elmdir.” O, dedi: “Bu, doğrudan da, elmdir, amma o elmdən deyil.” Sonra bir qədər sakit oturduqdan sonra dedi: “Bizim Cifrimiz var, onlar isə bilmirlər ki, Cifr nədir?” Mən soruşdum: “Yaxşı, Cifr nədir? O, dedi: “Bu elə bir dəri lövhədir ki, onda Peyğəmbərlərin və onların vəliəhdlərinin, Bəni Israildən olan keçmiş alimlərin elmləri var.” Mən dedim: “Elm buna deyərlər.” O dedi: “Düzdür, bu elmdir, lakin o elmdən deyil.” Sonra yenə bir az susduqdan sonra dedi: “Bizdə Fatimənin müshəfi var, onlar isə bilmirlər ki, Fatimə müshəfi nə olan şeydir? Mən soruşdum: “Yaxşı, Fatimə müshəfi nə olan şeydir?” O, dedi: “Bu elə bir müshəfdir ki, sizin bu Quranınızın üç mislinə bərabədir, Allaha and olsun ki, onda Qurandan bir hərf də yoxdur"

Kuleyni yazır: ”Həmmad ibn Osman dedi ki,Əbu Abdullah buyurdu: ”Şübhəsiz ki,mən Fatimənin Quranına baxtım və gördüm ki,yüz iyirmi səkkiz illərində zındıqlar peyda olacaqlar.Mən soruşdum: ”Fatimənin Quranı nə olan kitabdır?”O,dedi: ”Şübhəsiz Allah Peyğəmbər (s.a.s)-in ruhunu aldıqdan sonra Fatiməni Allahdan başqasının bilmədiyi bir hüzn bürüdü.Allah Fatiməni təsəlli etmək və onunla danışması üçün bir mələk göndərdi.Sonra Fatimə bu hadisəni Möminlərin əmiri Əliyə danışdı.Əli dedi:”Əgər bunu hiss etsən və bir şeylər eşitsən bunu mənə xəbər et.”Sonra Fatimə bunu Əliyə xəbər verdi və bütün eşitdiklərini Əliyə çatdırdı.Bu qayda ilə bir Quran əmələ gəldi.O Quranda halallardan və haramlardan bir şeylər yoxdur.Lakin,içərisində gələcəkdə olacaq hadisələrdən bəhs olunan bir elm vardır. ”(“Kafi” c.1 səh 240)


Əbul Əla İmam Əbu Abdullahının belə dediyini rəvayyət etmişdir: “Məndə ağ müshəf vardır.Soruşdum: “Orada nə yazılıb?” İmam: “Orada Davud (ə)-un Zəburu,Musa (ə)nın Tövratı,İsa (ə)-ın İncili,İbrahim (ə)-ın səhifələri və halal və haramlar yazılıbdır.

Məndə qırmızı müshəf vardır.Mən soruşdum: “Orada nə yazılıbdır?” İmam: “Silah.O,qan töküləndə açılır.Onu öldürmək üçün əlində qılınc tutan açacaqdır.”

Abdullah ibn Əbul Yəfur imama dedi: “Allah səni izzətləndirsin.Bunu Bəni Həsən bilirmi?”

İmam dedi: “Allaha and olsun ki,onlar bunu gecənin gecə,gündüzün də gündüz olmasını bildikləri kimi bilirlər.Fəqət,qısqanclıq və bu dünyaya hərislik onları bunu inkar etməyə sövq etdi.” (“Usuli Kafi” c.1,səh 24)

“Kafi”də yazılan başqa bir hədisdə Əbu Ubeydədən rəvayyət olunur: ”Bəzi dostlarımız Əbu Abdullaha Fatimə Quranı haqqında sual etdilər.O,uzun bir müddət susdu,sonra dedi: ”Sizlər istədiklərinizi və istəmədiklərinizi axtarırsınız.Fatimə (r.a) Peyğəmbər (s.a.s)-dən sonra yetmiş beş gün yaşadı.Atasının vəfatı ilə əlaqədar olaraq O çox hüznlü idi.O vaxtlar Cəbrayıl ona gəlirdi və kədərini azaldırdı,ona təskinlik verirdi.Ona atasından və onun məkanından xəbər verirdi.Özündən sonra zürriyyətinə nələr olacağını xəbər verirdi.Bütün bunları da Əli (r.a) bir yerə yazırdı.Fatimə (r.a)-ın Quranı məhz budur.”(“Kafi” c.1,səh 241)
Məclisi bu hədisi səhih hesab etmişdir. Digər rəvayyətdə isə imam demişdir: “Bu dünyada hökm sürəcək elə bir hakim yoxdur ki,onun və atalarının adı bu müshəfdə yazılmasın.” (“Kafi” c.1,səh 242)


Yüklə 437,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə