Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə25/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

İlk günahın zədələri ilə doğulduqlarına görə onların 
zülmət padşahlığından azad olmağa və Allah övladlarının
azadlıq Padşahlığına köçürülməyə ehtiyacları olur.
259. Vəftiz olunan şəxsdən nə tələb olunur?
1253-1255
Vəftiz olunan hər bir şəxsdən iman etirafını söyləməsi 
tələb olunur. Yaşda yetkin insan şəxsən özü, uşaqlar 
vəftiz olunanda isə valideynlər və Kilsə iman etirafını 
söyləməlidir. Vəftiz valideynlər (şahidlər) və bütün Kilsə 
cəmiyyəti Vəftizə hazırlığa (katekumenat, xəbərvermə) 
görə və həmçinin vəftiz olunan şəxsdə vəftiz imanının və 
lütfün inkişafına görə məsuliyyət daşıyır.
260. Kim vəftiz edə bilər?
1256
1284
Vəftiz ayinini həyata keçirən adi məbəd xidmətçisi 
yepiskop yaxud keşişdir, Latın Kilsəsində isə həmçinin 
dyakondur. Lazım gəldikdə isə Kilsənin icra etdiyini 
həyata keçirmək istəyən hər bir insan vəftiz edə bilər. 
Ayin xidmətçisi vəftiz olunan şəxsin başına su tökür və 
trinitar vəftiz ifadəsini təkrarlayır: «Səni Ata, Oğul və 
Müqəddəs Ruh naminə vəftiz edirəm».
261. Xilas üçün vəftiz vacibdirmi?
1257
Xilas üçün vəftiz Müjdəni eşidənlər və bu ayinin icrasını 
xahiş etmə imkanı olanlar üçün vacibdir.
262. Vəftizsiz xilas olmaq mümkündürmü?
1258-1261
1281-1283
Məsih hamı üçün öldüyünə görə Vəftizsiz yalnız imana 
görə ölənlər (Qan Vəftizi), katexumenlər (elan olunanlar) 
və həmçinin Məsihi və Kilsəni tanımadan səmimi olaraq 
122


Allahı axtaran və Onun iradəsini yerinə yetirməyə çalışan
(Arzu Vəftizi) bütün lütf altında olanlar xilas ola bilərlər. 
Vəftiz olunmamış uşaqları isə Kilsə liturgiya vasitəsilə 
Allahın mərhəmətinə tapşırır.
263. Vəftizin səmərələri nədir?
1262-1274
1279-1280
Vəftiz insanı ilkin günahdan, şəxsi günahlardan 
təmizləyir və günahlara görə cəzalardan azad edir; 
təqdis edən lütf vasitəsilə insanı Üçlüyün İlahi həyatının 
iştirakçısı edir; Məsihlə birləşdirən və Onun Kilsəsinə 
qovuşduran bəraət qazandıran lütfü verir; Məsihin 
kahinliyində iştirak etdirir və bütün məsihçilərlə 
ünsiyyətə təməl qoyur; ilahiyyat xeyirxahlığı və 
Müqəddəs Ruhun ənamlarını verir. Vəftiz olunan şəxs 
həmişəlik Məsihə məxsus olur, çünki Məsihin pozulmaz 
möhürü (xasiyyəti) ilə qeyd olunur.
264. Vəftiz zamanı verilən məsihçi adının mənası 
nədir?
2156-2159
2167
Ad çox vacibdir, çünki Allah hər bir insanı adı ilə, yəni 
onu öz nadirliyində tanıyır. Vəftiz zamanı məsihçi Kilsədə 
ad alır, yaxşı olar bu ad müqəddəs şəxsin adı olsun və 
həmin müqəddəs şəxs onun üçün müqəddəslik nümunəsi
olur və Allah qarşısında onun üçün vəsatətçilik edir.
Miro yağı ilə məshetmə sirri (Konfirmasiya)
Miro yağı ilə məshetmə = Konfirmasiya = müqəddəs yağla məshetmə
265. Miro yağı ilə məshetmə sirri İlahi xilas 
planında hansı yeri tutur?
123


1285-1288
1315
Əhdi-Ətiqdə peyğəmbərlər xəbər veriblər ki, Rəbbin 
Ruhu gələcək, Məsihin və bütün məsihçi xalqın üzərində 
olacaq. Məsihin bütün həyatı və missiyası Müqəddəs 
Ruhla tam birlikdə keçir. Həvarilər Pentekost günü 
Müqəddəs Ruhu alırlar və «Allahın əzəmətli işlərindən 
danışırlar» (Həv 2:11). Onlar yenicə vəftiz olunmuş 
şəxslərə əlqoyulma vasitəsilə Müqəddəs Ruhun ənamını 
verirlər. Əsrlər boyu Kilsə Ruh vasitəsilə yaşamaqda və 
Onu övladlarına ötürməkdə davam edir. 
266. Nə üçün bu ayin Miro yağı ilə məshetmə sirri,
Müqəddəs yağla
 
  məshetmə 
 
  yaxud Konfirmasiya 
adlanır?
1289
Məshetmə və yağçəkmədən ibarət olan əsas ayin 
olduğuna görə Yağla məshetmə (Şərq Kilsələrində 
müqəddəs yağla məshetmə) adlanır. Vəftiz lütfünü təsdiq
edərək möhkəmlətdiyinə görə Konfirmasiya adlanır. 
267. 
 
 Miro yağı ilə məshetmə sirr
 
 inin mahiyyəti 
nədir?
1290-1301
1318
1320-1321
Miro yağı ilə məshetmə sirrinin mahiyyəti xidmətçinin 
əlqoyulmasi ilə bərabər, mərasimdən asılı olaraq ayinin 
ifadəsini söyləyərək müqəddəs yağla (balzamla 
qarışdırılmış və yepiskop tərəfindən təqdis edilmiş 
zeytun yağı ilə) məshetmədən ibarətdir. Qərbdə vəftiz 
olunan şəxsin alnı yağla məsh edilir və bu sözlər deyilir: 
«Müqəddəs Ruhun əlamətinin ənamını qəbul et». 
Vizantiya ayinli Şərq Kilsələrində məshetmə həmçinin 
124


bədənin digər hissələrində də keçirilir və bu sözlər 
deyilir: «Müqəddəs Ruhun ənamının möhürü».
268. 
 
 Miro yağı ilə məshetmə sirr
 
 inin nəticəsi 
nədir?
1302-1305
1316-1317
Miro yağı ilə məshetmə sirrinin nəticəsi – Pentekost 
günündə olduğu kimi Müqəddəs Ruhun xüsusi enməsidir.
Bu enmə insana unudulmaz möhür qoyur və vəftiz 
lütfünü böyüdür; insan İlahi övladlıqda daha da dərin kök
salır, Məsihlə və Onun Kilsəsi ilə daha da möhkəmlənir; 
Müqəddəs Ruhun ənamlarını çoxaldır; xüsusi qüvvət verir
ki, insan məsihçi imanı barədə şəhadət edə bilsin.
269. Bu sirri  kim qəbul edə bilər?
1306-1311
1319
Hər bir vəftiz olunmuş və hələ yağla məshedilməmiş 
şəxs yalnız bir dəfə yağla məshedilmə ayinini qəbul edə 
bilər və etməlidir də. Ayinin çox təsirli olması üçün həmin
insan lütf vəziyyətində olmalıdır.
270. Miro yağı ilə məshetmə ayininin xidmətçisi 
kimdir?
1312-1314
İlkin xidmətçi yepiskopdur. Ayin vasitəsilə yağla 
məshedilənin həvari ölçüsündə Kilsə ilə əlaqəsi göstərilir.
Bu ayin xüsusi hallarda yepiskopun həmkarı olan keşiş 
tərəfindən təqdim ediləndə yepiskopun təqdis etdiyi 
müqəddəs yağ vasitəsilə yepiskop və kilsə ilə əlaqəni 
ifadə edir.
Evxaristiya sirri
125


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə