Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə8/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

25
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
IFƏSİL
tez  meşəçilərlə  görüşür,  meşələrin  artırılması  və  bərpası  barədə
onlardan  tövsiyələri  əsasında  fəaliyyət  göstərirlər.  Yaşıllaşdırma
tədbirlərində  məktəbin  bütün  şagirdləri  boyük  həvəslə  iştirak
edirlər.
İsmayıllı rayonu Lahıc qəsəbə
orta  məktəbində  fəaliyyət  gös­
tərən  “Gənc  meşəçilər”  dəstəsi
yaşadıqları  ərazinin  dağ  meşə­
lərində  canlı  təbiətin  moni torin­
qini keçirərək, müşahidələr aparır
və insan fəaliy yətinin təsiri altın­
da deqra dasiya pro ses lərini öyrə­
nir lər. Məktəbyanı sahə də şagird­
lər şitiliyin salın ması üçün xüsusi
qidalı gübrə kompostunu hazırlayırlar. Meşə ağaclarının oduncağı
ilə  qidalanan  həşəratlar,  ağac  qabığının  altında  məskən  salan,
bitkilərin  üzərində  yaşayan  çoxlu  sayda  həşəratların  meşə
ekosistemində rolu tədqiq olunur. Gənc meşəçilər bitkilərin üzərində
yaşayan  müxtəlif  həşəratlar  (ağacovan,  uyzunbığ  böcəklər
(Cerambycidae) və s.), quşlar və digər canlılar arasında mürəkkəb
qida  əlaqələrini  müşahidə  edirlər.  Lahıc  meşələrində  ən  çox  rast
gəlinən  quşlar  sağsağan,  qaratoyuq,  arıquşu,  meşə  sərçəsi,
şanapipik, bülbül, ağacdələn, qartal, tetra, qırqovul, ulardır. Bun­
dan  əlavə  meşənin  dərinliyində  ayı,  canavar,  vaşaq,  tülkü,  tur,
maral, çöl donuzu, çaqqal, dovşan, dələ yaşayır. Gənc meşəçilər
tədqiqat  nəticəsində  aydlınlaşdırmışlar  ki,  meşəyə  antropogen
təsirlərin  artması  nəticəsində  meşəsizləşmiş  sahələrdə  torpaq
sürüşmələri  baş  verir,  meşənin  yol  və  çay  kənarı  hissələrində,
eləcə  də  daxilində  cığırların  sayı  artır.  Ayrıca  otlaq  sahələrinin
olmaması  nəticəsində  yamaclar  mal­qaranın  otlaq  sahəsinə
çevrilib. Yaşayış yerlərinə yaxın sahələrdə ağacların məhv olması
meşənin  seyrəlməsinə  səbəb  olubdur.  Gənc  meşəçilər  təbii  sər­
vətlərin  davamlı  istifadə  edilməsi,  meşə  yanğınlarının  profilak­
tikası,  meşələrin  məişət  tullantıları  ilə  çirkləndirilməsini  qarşısını
almaq məqsədilə əhali arasında ekoloji təbliğat aparırlar.
Lənkəran  rayonunun  İstisu  qəsəbəsi  füsunkar  Talış  dağlarının
ətəyində  yerləşir.  İstisu  qəsəbə  tam  orta  məktəbində  yaradılmış
“Gənc meşəçilər” dəstəsinin üzvləri dərnək məşğələlərində meşələr
haqqında öyrəndikləri zəngin bilikləri təbiətin qoynunda apardıqları
tədqiqatçiliq fəaliyyətində tətbiq edirlər. Gənc meşə çilər bir neçə
qrupda  fəaliyyət  göstərirlər:  “Gənc  botaniklər”  qrupu  meşənin
Şəkil 6. İvanovka kəndinin gənc meşəçiləri


26
I FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
bitkilər  aləmini  öyrənir,  “gənc
zooloqlar” isə meşə faunasına aid
heyvanların həyatını və davranışını
müşahidə  edir.  “Gənc  ekoloqlar”
meşələrə
antropogen
təsiri
qiymətləndirərək,  neqativ  təsirin
azaldılması  və  ekoloji  vəziyyətin
yaxşılaşdırılması  üçün  tədbirlər
görürlər. Gənc meşəçilər məktəb­
yanı sahədə meşə mütə xəs sis ləri­
nin  məsləhəti  ilə  bitkilərin  artırılması  ilə  məşğul  olur  və  təcrübi
nəticələr əldə edirlər. Qəsəbə ətrafı kiçik meşəliklər Talış dağlarının
ətəklərini  əhatə  edir.  Talış  meşələri  şabalıdyarpaq,  daş,  qırmızı
palıd növləri, əzgil, qaragilə, şümşad və s. bitkiləri ilə sıralanaraq
gözəlliyi və qeyri­adiliyi ilə seçilir. Meşənin sakitliyini pozan quşların
ahəngdar nəğmələri sankı bu mənzərəni təbiətin öz dilində notlara
köçürür.  Meşənin  dərinliklərinə  getdikcə  bu  sükuta  dərələrdən
axan  və  bulaqlardan  dərələrə  qovuşan  dum­duru  suların  şırıltısı
adamı heyran edir. Bu mənzərə valehedici təsiri ilə birlikdə insanda
nəinki  təbii  sərvətimiz  olan  meşələrə  məhəbbət  və  qayğı  hissi
oyadır,  həm  də  eyni  zamanda  bu  sərvətin  gələcək  nəsillərə
çatdırılması  barədə  düşüncələrə  səbəb  olur.  Bəzən  qarşıya  çıxan
ağac kötükləri gənc meşəçiləri ürək ağrısı ilə dayanıb daha dərindən
düşünməyə  vadar  edir.  Məktəblilər  insanları  meşə  ehtiyatlarını
qeyri­səmərəli  istifadəsinə,  hətta  qanunsuz  meşə  qırmalarına
məcbur edən səbəbləri diskussiyalar, meşəçilərlə görüşlər zamanı
müzakirə edir və bu problemlərin həlli yollarını arayırlar.
Qax  rayonu  3  və  4  saylı  orta
məktəblərinin  “Gənc  meşəçilər”
dəs tə ləri  İlisu  dövlət  qoruğunun
ərazi sində  ekskursiyalarda  olurlar.
Qoru ğun  14689,9  ha  meşə  sahəsi
var dır (84,51%). Azərbaycan meşə ­
lərin də yayıl mış 107 ağac növü ndən
31­nə  palıd,  və ləs,  fıs tıq,  qovaq,
qarağac, yalan qoz, qoz, şabalıd, və
s.  bitkilərə  Qax  meşə
 
lərin də  təsa­
düf  olunur.  Orta  dağlıq  qurşağın
meşələrində  300  növ  kol  bitkisi  bitir.  Gənc  meşəçilər  ətraf  ərazidə
ekoloji monitorinq keçirirlər. Bir sıra ekoloji tədbirlərə televiziya və
mətbuat  nümayəndələri  dəvət  olunur,  təbliğat  xarakterli  maarif­
Şəkil 7. Lənkəran rayonu İstisu qəsəbə 
tam orta  məktəbinin gənc meşəçiləri
Şəkil 8. Qax r­nu 4 saylı orta məktəb


27
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
IFƏSİL
ləndirmə işləri aparılır. Ekoloji təqvim planı əsasında məktəbyanı
sahədə  təcrübəçilik  işləri  aprılır,  meşə  bitkilərinin  toxumları
tədarük olunur, quşlar üçün suni quş evcikləri hazırlanıb ağaclara
yerləşdirilir.  Məktəblilər  vaxtaşırı  Meşə  Mühafizəsi  və  Bərpası
Müəssisəsinin mütəxəssisləri, İlisu Dövlət Qoruğunun əməkdaşları
ilə  görüşərək  onların  tövsityələrindən  faydalanırlar.  “Bir  kibritin
gücü”  mövzusunda  meşədə  yanğın  təhlükəsizliyi  tədbirlərinə
ictimaiyyətin  diqqətini  artırmaq  məqsədilə  ekoloji  aksiyalar,
təmizlik və yaşıllaşdırma tədbirləri keçirilir.
Təhsil  Nazirliyi  Respublika
Ekoloji Tərbiyə və Təcrübəçilik
Mərkəzinin  gənc  ekoloqları  öz
həmyaşıdları kimi ətraf mühitin
öyrənilməsində  və  qorun ma­
sında, təmizlik və yaşıllaşdırma
tədbirlərində  fəal  iştirak  edir­
lər.  “Ekoloji  patrul”  dəstə sinin
üzvləri dərnək məşğələlərində
ekologiya  elminin  sirlərinə
dərin dən yiyələnirlər. Mərkəzin
təcrübə  sahəsindəki  meşə
florasına aid olan bitkilərdən ibarət zəngin bioloji müxtəlifliyi tədqiq
edir,  canlılara  qayğı  göstərir,  nadir  ağacları,  kolları  toxumla  və
qələmlə artırırlar. Təcrübə sahəsinə səpdikləri toxumlardan cücərən
bitkilərə  qulluq  edib  böyütməklə  və  yaşıllaşdırmaq  məqsədilə
məktəblərə  paylamaqla  şəhərin  başdan­başa  yaşıllıqlara  bürün­
məsinə çalışırlar. Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş və
mərkəzin  təcrübə  sahəsində  artırılan  Lənkəran  akasiyası,  dəmir­
ağacı, Hirkan şümşadı, Hirkan iynəcəsi, Eldar şamı və digər bitkilər
bioloji  müxtəlifliyin  zəngin  kolleksiyasıdır.  Milli  Parklara  təşkil
olunan  ekskursiyalar  zamanı  dərnək  üzvləri  meşələrin  bioloji
müxtəlifliyini tədqiq edirək meşəçiliyin sirlərinə yiyələnirlər. Gənc
ekoloqlar məktəblilər və əhali arasında təbliğat apararaq yaşadı­
ğımız  mühiti  çirk lən dirməməyə,  ekoloji  tələblərə  riayət  etməyə
çağırırlar.  Akademik  Həsən  Əliyevin  “Təbiəi  qorumaq  –  həyatı
qorumaq deməkdir!” sözləri gənc ekoloqların həyat devizidir.
Azərbaycan  gəncliyi  bütün  sahələrdə  olduğu  kimi  təbiətin
və  ətraf  mühitin  qorunmasında  da  ön  sıralarda  olmaqla  əlindən
gələni  əsirgəmir.  Heydər  Əliyev  Fondunun  vise­prezidenti  Leyla
xanım  Əliyevanın  rəhbərliyi  ilə  həyata  keçirilən  İDEA­Ətraf
Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü ölkənin təbii
Şəkil 9. Respublika ETTM­nin təcrübə sahəsi


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə