Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   2   3   4   5   6   7   8   9   ...   41

16
I FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
ağaclardan  asırlar.  Oxşar  maraqlar  ətrafında  birləşən  şagirdlər
kiçik  bölmələr  təşkil  edirlər.  Məs;  “Fauna”  bölməsi  heyvanların
həyat  tərzini,  “Meşəbəyi”  bölməsi  meşə  bitkilərinin  toxumlarla
artırılmasını və yeni meşə zolaqlarının salınması qaydasını öyrənir,
“Floristika” bölməsi bitki nümunələrindən və toxumlardan müxtəlif
yaradıcılıq işləri hazırlayır.
“Meşə”  bölməsinin  fəaliyyəti  bilavasitə  meşələrə  qulluq  və
meşəsalma işləri ilə əlaqədardır. “Məktəb meşəçiliyi” üçün xüsusi
sahə  ayrılır.  Bu  sahə  meşəbəyi  və  ya  meşəçi  mütəxəssislər
tərəfindən seçilib təyin edilir. Məktəblilərin meşədəki fəaliyyətinə
meşəbəyi  yaxından  köməklik  göstərir.  Gənc  meşəçilər  qış
mövsümündə  quşları  və  heyvanları  yemləyir,  süni  quş  yuvaları
hazırlayıb  ağaclardan  asır,  ağac  və  kol  bitkiləri  əkir,  meşəni
tullantılardan  təmizləyirlər.  Məktəbyanı  tədris­təcrübə  sahəsində
meşə bitkilərini toxum və qələmlə artırır, meşəçilik müəssisələrinin
tingliklərində  çalışırlar.  Brakonyerlərlə  mübarizə  bölməsi  yuxarı
sinif  şagirdlərindən  təşkil  olunur  və  müvafiq  təşkilatlarla  əlaqə
saxlayır.  “Balıqları  xilas  edək”,  “Yaz  çiçəkləri”,  “Göbələk”  və
digər  əməliyyatlar  təşkil  olunur.  Bu  əməliyyatlar  zamanı  nadir
çiçəkli  bitkilərin  kütləvi  toplanmasının,  qanunsuz  balıq  ovunun,
təbii  ehtiyatların  qeyri­səmərəli  istifadəsinin  qarşısı  alınır.  Bu
bölmənin əsas vəzifəsi günahkarların cəzalanması olmayıb, ekoloji
pozuntuların  qarşısının  alınması,  meşəçilik  müəssisələrinin  və
təbiəti mühafizə orqanlarının xəbərdar edilməsi, təbiətdə düzgün
davranış qaydaları barədə əhali arasında təbliğatın aparılmasıdır.
Gənc  meşəçilər  meşə  bitkilərinin  və  heyvanların  həyat  tərzini
öyrənərək  onlara  qulluq  göstərirlər.  Bəzən  sözünü  silmək  yaralı
heyvanları  və  himayəsiz  qalmış  balaları  xüsusi  qayğı  ilə  əhatə
edərək  onları  xilas  edirlər.  Müalicə  olunmuş  heyvanlar  yenidən
meşəyə  qaytarılır.  Bəzən  xilas  edilmiş  heyvanlar  öz  xilaskarına
minnətdar olaraq çox da uzağa getmir. Belə heyvanları təcavüzkar
insanlardan xüsusilə qorumaq lazımdır. Meşədəki qarışqa yuvaları
qeydiyyata alınır və xüsusi hasarla əhatə olunur. Yaz mövsümündə
körpə balıqların xilas edilməsi əməliyyatı aparılır.
Quba rayonunun Vladimirovka kənd tam orta məktəbinin X­XI 
sinif şagirdlərindən ibarət “Gənc meşəçilər” qrupu hər il meşələrin 
bərpası ilə əlaqədar olaraq kəndin iki kilometirliyində yerləşən Quba 
rayonu  Meşə  Tingçilik  Təsərrüfatında  əməli  fəaliyyət  göstərirlər. 
Tinglərin  əkilməsində,  onlara  qulluq  işlərində,  yetişdirilməsində 
Quba  rayonu  Meşələrin  Mühafizəsi  və  Bərpası  Müəssisəsinin 
işçilərinə yaxından köməklik edirlər. Təsərrüfatda artırılmış tinglərin 


17
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
IFƏSİL
bir  hissəsi  məktəbyanı  ərazidə  yaşıllaşdırma  işlərində  istifadə 
olunur. Vladimirovka inzibati ərazi dairəsinə daxil olan Dövlət Meşə 
Fondun (DMF) torpaqlarında meşənin ekoloji vəziyyətini öyrənmək 
məqsədi  ilə  ekskursiyalar  təşkil  olunur.  Şagirdlər  meşənin 
biomüxtəlifliyini  öyrənmək  məqsədilə  müşahidələr  aparır,  bitki 
və  heyvanat  aləminin  genofondunu  öyrənmək  məqsədilə  ekoloji 
tədqiqatlar  aparırlar.  Tədqiqatların  nəticələri  birlikdə  müzakirə 
olunaraq təhlil edilir.
Şəkil 3. Quba rayonunda gənc meşəçilərin fəaliyyəti
Məktəb  meşəçiliyinin  ekoloji  maarifləndirmə  bölməsində
yuxarı  sinif  şagirdləri  aşağı  siniflərdə  ekoloji  məşğələlər  aparır,
uşaq  bağçalarında  ekoloji  oyunlar  təşkil  edirlər.  Gənc  meşəçilər
valideynlər  və  müəllimlərlə  görüşlər  keçirir,  yaşadıqları  ərazidə
təbiəti  mühafizə  aksiyalarını  həyata  keçirir,  kütləvi  informasiya
vasitələrində çıxış edirlər. Bədii yaradıcılıq istedadı olan şagirdlər
ekoloji  teatr  təşkil  edə  bilərlər.  Uşaqlar  təbiətin  qorunmasına
aid  müxtəlif  səhnəciklərin  ssenarilərini  hazırlayıb  səhnələşdirir
və  meşənin  əsas  ekoloji  problemlərini  rollu  oyunlar  vasitəsilə
tamaşaçılara nümayiş etdirirlər.
Gənc meşəçilər üçün Kilçik Meşə Akademiyası təşkil edilə bilər.
Kiçik Meşə Akademiyasında şagirdlər geobotaniki, ekoloji, hidrobioloji
tədqiqat  üsullarına  yiyələnir,  meşələrdə,  yaşayış  məntəqələrinin


18
I FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
ətrafında, çayların sahilində ekoloji vəziyyəti öyrənirlər. Belə tədqiqat
işlərini elmi­tədqiqat institutları, meşə təsərrüfatları və digər təbiəti
mühafizə təşkilatları ilə birgə təşkil etmək olar.
Məktəb meşəçiliyinin nümunəvi iş planı
Tədbirlər
Keçirilmə müddəti İşin məzmunu
Məşğələlər
İl boyu
Tədqiqat işləri, referatların,
layihələrin hazırlanması
“Quşlar üçün
yeməkxana”
Noyabr­mart
Quşların yemləndirilməsi, onların
davranışı üzərində müşahidələr
“Quşları qoruyaq”
Noyabr­mart
Gənc meşəçilər dəstəsinin
reydləri, məktəblilər arasında
təbliğat
“Toxum əməliyyatı”
Noyabr­mart
Meşə bitkilərinin toxumlarının
toplanması
“Quş yuvaları”
əməliyyatı
Yanvar­mart
Süni quş yuvalarının
hazırlanması və ağaclardan
asılması
“Yazın müjdəçiləri”
Mart­aprel
Erkən yazda çiçəkləyən nadir
çiçəkli bitkilərin qorunması
Körpə balıqların xilas
edilməsi
Aprel­may
Çayların sahillərinə reydlərin
təşkili
Meşəçilik tingliyi
Aprel­oktyabr
Məktəb tingliyində meşə
bitkilərinin artırılması
“Qarışqa” əməliyyatı
Aprel­avqust
Qarışqa yuvalarının qorunması
“Yanğından mühafizə”
Aprel­sentyabr
Meşədə istirahət yerlərinin
seçilməsi, yanğın təhlükəsizliyi
qaydalarına riayət
Meşəsalma işləri
Mart­oktyabr
Yeni meşə zolaqlarının
salınmasında və meşənin bərpa
olunmasında iştirak etmək
Dərman bitkiləri
May­sentyabr
Yabanı dərman bitkilərinin
toxumla artırılması, tədarükü
Ekoturizm
İyun­avqust
Ekoloji yürüşlər, ekskursiyalar
Ekoloji təbliğat və
maarifləndirmə
İl boyu
Dəyirmi masaların,
mütəxəssislərlə görüşlərin,
məktəb konfransının təşkili,
əhaliyə müraciətnamələrin
hazırlanması.
Tədqiqat  işləri  müxtəlif  mövzular  üzrə  aparılır:  Məsələn;
“Meşə  bitkilərinin  inkişafına  müxtəlif  aqrotexniki  üsulların  təsiri”,
“Müxtəlif torpaq şəraitində bitkilərin becərilməsi üsulları”, “Ağac və


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə