Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə3/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   2   3   4   5   6   7   8   9   ...   41

10
ral Resources “young foresters’” groups operating in Shamakha,
Guba, Ismailli, Gakh, Lankaran, Shaki and other regions are ac­
tively participating in the forest planting and forest rehabilitation
activities.
Nowadays we all have to take care of increasing and preserva­
tion of our forestland. Healthy and prosperous future of the next
generations  depends  on  a  degree  of  protection  of  the  country’s
forests. We have to apply forest­related ecological knowledge in
daily life and to protect them from the thoughtless steps.
What we have to do to attain this?
Together with your fellow school students you can set up “young
foresters” groups. Being the most dedicated guardians of the for­
ests these groups s are able to assist in realization of our unbe­
lievable dreams. To plant the forest is not as hard as it might be
initially seen. The most important is to know when, how and where
to plant the forest plants. This book can be your guide in conquer­
ing of the forests.
It provides interesting information on protection and rehabilita­
tion of the forests. We do hope that this information will assist you
in joining the young foresters’ movement and make contribution in
increasing of the “green wealth”. In name of ecological sustainable
development of our country we wish you success in preservation
and increasing of the forest resources.
Authors


11
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
IFƏSİL
I Fəsil
Meşə nədir?
Meşə ­ tərkibində ağac, kol, ot bitkiləri, mamır, şibyə, göbələklər,
heyvanlar,  müxtəlif  mikroorqanizmlərdən  ibarət  mürəkkəb
ekosistemdir.  Canlıların  yaşadığı  torpaq,  çaylar,  bulaqlar  da
meşənin bir hissəsidir. Meşənin əsas xüsusiyyətləri bitki örtüyünün
altında  formalaşan  mikroiqlimdir.  Meşənin  mikroiqlimi  ətraf
mühitin iqlimindən fərqlidir. Açıq ərazilərdən fərqli olaraq meşədə
qış  mövsümündə  havanın  temperaturu  3­5°  C  yüksək  olur.  İsti
yay günlərində isə əksinə, temperatur bir neçə dərəcə aşağı enir.
Meşədə  rütubətlilik  də  yüksək  səviyyədə  olur.  Ağacların  çətiri
günəş şüalarının qarşısını kəsərək kölgəlik əmələ gətirir və güclü
küləklərin qarşısını alır. Bütün bu amillər müxtəlif meşə bitkiləri və
heyvanların həyatı üçün əlverişlı yaşayış mühutu yaradır. Ağacların
çətiri altında toxumlar da inkişaf edir.
Meşə ekosistemi özü­özünü tənzim edir. Meşədəki ağaclar, kol,
ot  bitkiləri  ömrünü  başa  vurduqda  onların  əvəzində  yeni  bitkilər
inkişaf  edir  və  yaranan  boşluqlar  bərpa  olunur.  Toxunulmamaış
qədim meşələrə Yer kürəsinin yalnız ən ucqar guşələrində təsadüf
olunur.  Planetdəki  meşələrin  əksər  hissəsi  çox  zaman  insan
fəaliyyətinin təsiri altında olduğuna görə sonradan bərpa olunmuş
meşə sahələri hesab edilir.
Meşə  ekosisteminə  daxil  olan  bütün  komponentlər  bir­biri  ilə
sıx əlaqədə olur. Məsələn, quşlar meyvə və toxumlarla qidalanaraq
toxumların  uzaq  məsafəyə  yayılmasında  iştirak  edirlər.  Ağac
göbələklərinin  inkişafı  ağaclardan  asılıdır.  Məhv  olmuş  ağacların
budaqlarının  və  gövdəsinin  çürüməsində  iştirak  edən  göbələklər
mineral maddələrin torpağa qayıtmasına kömək edirlər.
Meşə ekosistemini süni şəkildə yaratmaq çox çətindir. Meşənin
müxtəlif tərkib hissələri arasında qarşılıqlı əlaqə uzun illər ərzində
formalaşır. Sıx bitki örtüyü əmələ gəldikdən və heyvanların yaşayış
şəraiti formalaşdıqdan sonra mikroiqlim yaranır. Daha sonra meşənin
özünü  tənzimləmə  qabiliyyəti  bütün  təbii  prosesləri  nizamlayır.
Qocaman ağaclar məhv olduqca yerini cavan ağaclar tutur.
İnsan  tərəfindən  salınan  süni  meşənin  formalaşması  prosesi
təbii  yolla  davam  edir.  İnsanların  əsas  vəzifəsi  belə  meşədəki
ağacların sayını artırmaq və möhkəmlənməsinə şərait yaratmaqdır.


12
I FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Yeni salınan meşənin uğurla inkişaf etməsi üçün bitkiləri düzgün
seçmək və ətraf mühitin əlverişsiz təsirlərindən qorumaq vacibdir.
Kitabın  bu  bölməsində  siz  məktəb  meşəçiliyinin  təşkili  barədə
lazımi məlumatları öyrənə bilərsiniz.
Məktəb meşəçiliyinin yaradılması
Məktəb  meşəçiliyi  nədir?  Məktəb  meşəçiliyi­vahid  məqsəd
ətrafında  birləşən  məktəblilərin  könüllü  ictimai  birliyidir.  Burada
əsas  məqsəd  meşələrin  inkişaf  qanunauyğunluqlarının,  meşə
bitkilərinin  əkilib  becərilməsi  qaydalarının  öyrənilməsindən,  yaşıl
sərvətin  qorunması  və  artırılmasında  böyüklərə  yaxından  kömək
etməkdən ibarətdir. Məktəb meşəçiliyi həm də ekologiya, biologiya,
kimya, coğrafiya, fizika və digər elmlər üzrə biliklərinizi artırmaq
üçün  bir  vasitədir.  Ola  bilsin  ki,  buradakı  fəaliyyətiniz  gələcəkdə
sizin ixtisas seçiminizə də təsir göstərəcəkdir.
Məktəb  meşəçiliyinin  təşkilinin  əsas  prinsipləri:  könüllülük,
məsuliyyətlilik və özünü idarəetmədir. “Gənc meşəçilər” dəstəsinin
hər  bir  üzvü  tapşırılan  işə  görə  şəxsi  məsuliyyət  daşıyır.  Eyni
zamanda  öz  mövqeyini  müdafiə  etməklə  yoldaşlarının  rəyinə
hörmətlə  yanaşır.  Fəaliyyət  zamanı  canlı  diskussiyalar  məntiq
və təkzib edilməz faktlar üzərində qurulmalıdır. Bütün işləri eyni
vaxtda  görmək  mümkün  deyil.  Buna  görə  də  dəstənin  fəaliyyəti
öncədən planlaşdırılmalıdır.
Şəkil 1. İsmayıllı rayonu Təzəkənd kənd orta məktəbinin gənc meşəçiləri


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə