53
Ümumiyyətlə, kitabxanaçılıq təhsilində kitabxanaşünaslıq elm-
lərinin tədrisi iyerarxik qaydada, sadədən mürəkkəbə doğru for-
malaşmışdır. İndi isə kitabxanaçılıq təhsilində birinci yerdə dayanan
kitabxanaşünaslıq fənlərinin tədrisi metodikasına nəzər yetirək.
Məsələn, “Kataloqlar”: kadr hazırlığında istifadə olunan dövlət
standartında sırf belə bir ixtisas yoxdur, lakin peşəkar kadr hazırlığı üçün
bu fənnin tədrisi böyük əhəmiyyət kəsb edir. Burada kitabxana
kataloqlarının əsas xüsusiyyətləri, kataloq sistemi, onun növləri,
biblioqrafik təsvir və təsnifləşdirmə və predmetləşdirmə məsələləri tədris
olunur. Həmçinin, ənənəvi informasiya-axtarış sistemləri ilə müasir
informasiya-axtarış sistemləri arasında olan fərqlər bu fənnin tədrisində
öz əksini tapır. Kitabxana kataloqları kursu kitabxanalarda işləyən
kadrların ixtisaslaşmasında böyük əhəmiyyətə malikdir. Məlum olduğu
kimi, kitabxanalarda ənənəvi və avtomatlaşdırılmış kataloqlar mövcud-
dur. Bunlar arasındakı fərqlər də bu fənnin tədrisində öytənilir.
Elmi, tərbiyəvi fikirləri özündə birləşdirən və bu sahənin baza
fənlərindən biri sayılan “Kitabxana xidməti” fənninə dövlət standartında
mühüm yer verilmişdir. “Kitabxana xidməti”: burada oxuculara xidmət
işinin məqsədi, məzmunu və vəzifələri elmi cəhətdən izah olunur,
şəxsiyyətin formalaşmasında, cəmiyyətin intellektual səviyyəsinin inkişa-
fında mütaliənin və bu işə xidmət edən kitabxanaların rolu əsaslandırılır.
Burada, həmçinin, oxucu marağı, oxucu tipologiyası, mütaliə psixo-
logiyası, mütaliə sosiologiyası və mütaliə pedaqogikası kimi mühüm
probləmlərin şərhi verilmişdir. Həmçinin, kitabxana ünsiyyəti, kitabxana
etikası, kitabxana xidmətində effektivlik, eləcə də kitabxanaçılıq peşəsi
və kitabxanaçının şəxsiyyəti üçün vacib sayılan əlamət və keyfiyyətlər
izah olunur. Sırf bu fənlə əlaqədar olduğu üçün bir müqayisəni aparmaq
yerinə düşərdi. 1998-ci ildə Rusiyada kitabxanaşünas-biblioqraf kadr
hazırlayan təhsil müəssisələrində kitabxanaçılıq psixologiyası adlı fənnin
tədrisinə başlanılmışdır. Haşiyə çıxaraq qeyd etmək istərdik ki,
kitabxanaşünaslıq elmi bir fəndən, bir predmetdən ibarət deyil. Bura bu
sahənin əsas prioritet istiqamətlərini özündə birləşdirən və geniş elmi
izahını vermək bacarığında olan fənlər toplusu aiddir.
Qeyd etdiyimiz kimi, hər bir fənni tədris edərkən, ilk növbədə,
onun tarixinə nəzər yetirmək lazımdır. “Azərbaycanda kitabxana işinin
tarixi” fənni ən qədim zamanlardan müasir dövrə qədər kitabxanaların
inkişafının xronoloji ardıcıllığını öyrənir. Kitabxanaşünas-biblioqraf
ixtisasına yiyələnən kadrlar üçün bu fənnin əhəmiyyəti böyükdür.
“Ümumi kitab tarixi”: burada Misir, Şumer, Çin, Hind, Yəhudi,
Türk, Slavyan xalqlarının ən qədim yazı tipləri, sistemləri, əlifbaları, yazı
materialları, əlyazma kitabları, onların meydana gəlməsi, təşəkkülü,
54
inkişafı, istifadəsi və yayılması problemləri şərh edilir. Ümumiyyətlə,
kitab tarixi kursunun öyrənilməsi, elmi şəkildə işlənməsi, oxucu qrupları
arasında kitabın təbliği və yayılmasının səmərəliliyinin yüksəldilməsi
böyük aktuallıq və əhəmiyyət kəsb edir.
“Ümumi biblioqrafiyaşünaslıq”: burada biblioqrafik fəaliyyətin
nəzəri əsaslarından, biblioqrafik informasiyanın mahiyyətindən, əsas
ictimai funksiyalarından, biblioqrafik informasiyanın yaranma tarixindən,
inkişaf qanunauyğunluqlarından bəhs olunur.
“Kitabxanaşünaslığa giriş”: cəmiyyətin malik olduğu sosial sistem-
lər arasında kitabxanaşünaslığın keçdiyi yol, əldə etdiyi nailiyyətlər, inki-
şaf perspektivləri və ən əsası, bu sahə fənlərinin başlanğıcı hesab olunur
və bu sahədə açar rolunu oynayır.
“Kitabxana işinin təşkili və idarə edilməsi”: burada əhaliyə
kitabxana xidmətinin səmərəliliyi və keyfiyyətini yüksəltmək, elmi ida-
rəetmənin əsaslarını öyrətmək, onun inkişaf perspektivlərini, qanuna-
uyğunluqlarını açıb göstərməkdən, həmçinin mütəxəssisləri ilkin təşkilati
işlərə yönəltməkdən ibarətdir.
“Kitabxana-informasiya texnologiyaları”: burada kitabxana-
informasiya texnologiyalarının nəzəri əsasları, tarixi, strukturu, fəaliyyət
prinsipləri ətraflı şərh edilir, informasiya proseslərinin nomenklaturası,
toplanması, işlənməsi, informasiya resurslarının təsnifatı, reqlamentləri,
eləcə də texnoloji layihələşdirmənin mərhələləri haqqında geniş təsəvvür
yaradılmışdır.
Göründüyü kimi, kitabxanaşünas-biblioqraf kadr hazırlığında,
kitabxanaçılıq təhslinin inkişafında baza fənlərinin tədrisi mühüm əhə-
miyyətə malikdir. Kitabxanaçılıq təhsilinin inkişafında kitabxanaşünaslıq
elmləri ilə yanaşı, kitabxanaçılıq təcrübəsinin də böyük yeri vardır.
Məlum faktdır ki, müasir dövrdə orta və ali kitabxanaçılıq təhsili
cəmiyyətdə baş verən mürəkkəb kitabxana-informasiya proseslərindən
təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Təsadüfi deyil ki, dünya
kitabxanaşünaslıq nəzəriyyəsi və təcrübəsi qarşılıqlı əlaqədə tədris edilir.
Buna görə də müasir kitabxanaçılıq təhsili sistemində heç bir nəzəri fənni
təcrübədən kənarda təsəvvür etmək mümkün deyildir. Bütün bunlar aydın
göstərir ki, kitabxanaçılıq təhsili müəssisələrində tədris prosesinin
mütərəqqi təcrübi yeniliklərlə zənginləşdirilməsi ilk növbədə tədris
planları və proqramlarının tərtib edilməsinə metodik mərkəz statusuna
malik olan elmi kitabxanaların cəlb edilməsi zərurətini irəli sürür.
İndi isə Azərbaycan kitabxanaçılıq təhsilinə örnək ola biləcək
Rusiya və ABŞ kitabxanaçılıq təcrübəsinə müraciət edək.
Məlumdur ki, Azərbaycan 70 ildən artıqdır ki, SSRİ məkanında
yaşamışdır. Təkpartiyalı sistem olan SSRİ-də kitabxanaçılıq təhsili bütün
Dostları ilə paylaş: |