59
dövri nəşrləri əldə etməklə yanaşı, gündəlik dünyada baş verən hadisələr
haqqında məlumat ala bilirlər. Sirakuza universitetində kitabxana
informasiya elmləri üzrə geniş magistr proqramı vardır. Burada aşağıdakı
magistr dərəcələri verilə bilər:
1. Kitabxana və informasiya üzrə magistr;
2. Məktəb-media mütəxəssisi;
3. İnformasiya menecmenti üzrə magistr;
4. Telekommunikasiya və şəbəkə menecmenti üzrə magistr;
5. İnformasiya menecmenti üzrə icraçı magistr.
-
Burada doktor dərəcəsi də almaq olar ki, o da informasiya elmi və
texnologiyası üzrə fəlsəfə doktoru adlanır.
Simmons Kolleci. Bu kollec kitabxanaçılıq təhsili verən
universitetlərdən heç də geri qalmır və burada yüksək ixtisasa malik
peşəkar kitabxanaçılar yetişdirilir. Kollecdə həm bakalavr, həm də
magistr dərəcəsində təhsil almaq mümkündür. Simmons Kollecindəki
tədris proqramı ABŞ Kitabxanaçılıq Assosiasiyasının təsdiqi ilə qəbul
edilmişdir. Çünki ABŞ Kitabxanaçılıq Assosiasiyası Amerikada və
onlarla əməkdaşlıq edən ölkələrdə kitabxanaçılıq təhsilinin inkişaf
etdirilməsi üçün 2005-ci ildə proqram hazırlamış və bu proqramı bir çox
universitetlərə, həmçinin Simmons kollecinə təqdim etmişdir. Doğrudan
da proqramın kitabxanaçılıq təhsilinin inkişafına çox böyük dəstəyi
olmuşdur.
Simmons Kollecindəki tədris proqramına uyğun olaraq təhsil alan
tələbələr istənilən semestrdə dərsə başlaya bilərlər. İl ərzində üç semestr
olmaqla dərslər, adətən, gündüzlər, axşamlar hərdən həftə sonları olur.
Xüsusilə qeyd etmək lazımdır ki, kitabxanaçılıq təhsilinin
inkişafında kitabxanaçılıq təcrübəsindən danışarkən bu sahədə beynəl-
xalq əməkdaşlığı önə çəkmək vacibdir. Kitabxanaşünas-biblioqraf kadr
hazırlığında yeganə ali təhsil müəssisəsi olan BDU-nun Kitabxanaçılıq-
informasiya fakültəsinin beynəlxalq təcrübəsinə nəzər salaq.
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi
beynəlxalq əlaqələr sahəsində zəngin təcrübəyə malikdir. Fakültə
fəaliyyətə başladığı ilk vaxtlardan etibarən keçmiş SSRİ-nin nüfuzlu elm,
təhsil mərkəzləri ilə əlaqələr yaratmağa başlamış və bu əlaqələr tədrisin
keyfiyyətini və mütəxəssis hazırlığınının səviyyəsinin yüksəldilməsinə
müsbət təsir göstərmişdir. Fakültənin Moskva Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin, Sankt-Peterburq Dövlət Mədəniyyət və
İncəsənət Universiteti, Daşkənd Dövlət Mədəniyyət və İncəsənət
Universiteti, Vilnüs Dövlət Universiteti, Tbilisi Dövlət Pedaqoji İnstitunun
Kitabxanaçılıq fakültələri ilə sıx elmi əlaqələri və əməkdaşlığı olmuşdur.
Bu elmi əlaqələrin yaradılmasında, inkişafında böyük rolu və müstəsna
60
xidmətləri olmuş alimlər arasında professor Abuzər Xələfovun, professor
Zöhrab Əliyevin, professor Xəlil İsmayılovun, professor Bayram
Allahverdiyevin, dosent Rasim Kazımovun və başqalarının xüsusi rolu
olmuşdur.
Kitabxanaçılıq-informasiya fakültəsi respublika daxilində də
müvafiq elm, təhsil və mədəniyyət ocaqları ilə sıx elmi əməkdaşlıq
şəraitində fəaliyyət göstərmişdir. Bu baxımdan fakültənin M.F.Axundov
adına Milli Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Prezident
Kitabxanası və digər respublika əhəmiyyətli kitabxanalarla əlaqələri daim
inkişaf etmişdir. Fakültənin bu əlaqələri, xüsusən də respublikamız dövlət
müstəqilliyini bərpa etdikdən sonra daha da intensivləşmişdir.
Fakültənin bu sahədə göstərdiyi fəaliyyətdən bəhs edərkən 1999-cu
ildə fakültənin dekanı prof. X.İ.İsmayılov, fakültənin bir sıra əməkdaşları
və respublikanın kitabxana ictimaiyyətinin nümayəndələri ilə birgə təsis
edilmiş Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyasının (AKİİA)
böyük rolu olmuşdur.
Təsis olunduğu vaxtdan dərhal sonra AKİİA dünyanın bir çox
ölkələrində fəaliyyət göstərən kitabxana təşkilatları, beynəlxalq təşkilatlar
ilə sıx işgüzar əlaqələr qurmağa başlamışdır. Bunların arasında ilk
növbədə ABŞ-ın Azərbaycandakı səfirliyi, Açıq Cəmiyyət İnstitutunun
Bakı ofisi, Amerika Kitabxana Assosiasiyasını qeyd etmək olar.
Fakültənin bir çox beynəlxalq proqramlarda və layihələrdə yaxından
iştirakı məhz AKİİA-nın təşkilati dəstəyi ilə mümkün olmuşdur. Bu
layihə və tədbirlər təkcə universitetə deyil, bütün respublikada kitabxana
işinə fayda gətirmişdir. Belə tədbirlər içərisində 1999-cu ildə ABŞ-ın
Azərbaycandakı səfirliyinin təşkilati və maliyyə yardımı ilə keçirilmiş
seminarı qeyd etmək olar. Respublikamızda kitabxana fəaliyyəti ilə bağlı
ilk beynəlxaq tədbir olan bu seminara ABŞ-dan, Litvadan və Rusiya
Federasiyasından gəlmiş kitabxanaçı mütəxəssislər qatılmışdı. Buraya
müasir kitabxana-bibilioqrafik fəaliyyətdə geniş istifadə edilən maşınla
oxunan kataloqlaşdırma (MARC) texnologiyaları müzakirə edilmişdir.
Xaricdən gələn qonaqlar fakültədə olan tədris prosesi ilə tanış olmuşlar.
Yenə həmin ildə fakültənin alimlərinin və AKİİA-nın təklifi və
ABŞ səfirliyinin dəstəyi ilə Bakıda Kitabxanaçılar üçün İnformasiya-
resurs və təlim mərkəzi (KİRTM) təsis edilmişdir ki, burada kitabxana
işçiləri ilə yanaşı fakültənin əməkdaşları da yeni kitabxana-informasiya
texnologiyalarına dair məşğələlərdə iştirak etmişdir. Bu mərkəzin
rəhbərləri amerikalı Kitabxana mütəxəssisi Pol Miller və digər
mütəxəssislər fakültənin beynəlxalq nüfuz və əlaqələrinin genişlənməsinə
öz yardımını göstərmişlər.
Fakültənin beynəlxalq əlaqələrinin inkişafında Avrasiya fondunun
Dostları ilə paylaş: |