Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə27/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   23   24   25   26   27   28   29   30   ...   78

61 
 
dəstəyi  ilə  həyata  keçirilmiş  "Qafqaz  "  Treninq  mərkəzinin  böyük 
əhəmiyyəti  olmuşdur.  Cənubi  Qafqaz  Respublikalarında  kitabxana 
işinin kitabxanaçı təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə yönəlmiş 
bu  layihədə  sahə  mütəxəssisləri  üçün  yeni  tipli  interaktiv  məşğələlər 
keçirilmişdir ki, bu işdə də fakültənin əməkdaşlarına amerikalı və gürcü 
mütəxəssisləri  yardım  göstərmişlər.  Layihə  çərçivəsində  fakültənin 
nümayəndəsi,  AKİİA-nın  prezidenti  prof.  X.İsmayılov  bir  neçə  dəfə 
Tbilisi şəhərində olmuş gürcu həmkarlar ilə faydalı görüşlər keçirmişdir. 
Fakültənin  beynəlxaq  əlaqələrinin  genişləndirilməsində  Avropa 
Şurasının  TASİS  proqramı  çərçivəsində  həyata  keçirilən  "Universitet-
lərin  modernləşməsi"  proqramının  da  böyük  əhəmiyyəti  olmuşdur.  Bu 
uzunmüddətli  proqram  Avropanın  İnkişaf  etmiş  ölkələrinin  ilk  növbədə 
Fransa və Belçikanın ali təhsil sahəsində təcrübəsinin öyrənilməsində və 
MDB  ölkələrində,  o  cümlədən  Azərbaycanda  tətbiq  edilməsini  nəzərdə 
tuturdu.  Bu  layihə  çərçivəsində  fakültənin  dekanı  prof.  X.Ismayılov 
2001-ci ilin iyulunda Belçikanın Namur şəhərində, 2003-cü ilin mayında 
isə  Fransanın müxtəlif  şəhərlərində  yerləşən  ali  məktəblərdə  olaraq  orada 
təhsil işinin təşkili ilə yaxından tanış olmuşlar. Bu proqram çərçivəsində 
fakültənin  müəllimi  Ə.M.Məmmədov  da  2002-ci  ilin  noyabrında  Lion 
şəhərində  yerləşən  Milli  Ali  Kitabxanaçılıq  Informasiya  mərkəzində 
keçirilən təlimlərdə iştirak etmişdir. 
Fakültənin yaxından iştirak etdiyi digər bir beynəlxalq layihə ABŞ 
Dövlət  Departamentinin  yardımı  ilə  həyata  keçirilmiş  BDU  və  İndiana 
Universitetləri  (ABŞ)  arasında  əlaqə  proqramı  olmuşdur.  Hər  iki 
universitetin  pedaqoji  kollektivi  arasında  əlaqələrin  yaradılması, 
təcrübənin  qarşılıqlı  öyrənilməsinə  yönəlmiş  bu  layihədə  əsasən  BDU-
nun  Tarix,  Hüqüq,  Jurnalistika  və  o  cümlədən  Kitabxanaçılıq-infor-
masiya  fakültəsinin  əməkdaşları  yaxından  iştirak  etmişdir.  Bu  layihə 
çərçivəsində  fakültənin  müəllimi  Ə.M.Məmmədov  2003-cü  ilin  yanvar-
may aylarında İndiana Universieti (KİEA Bliminqton) Kitabxana-infor-
masiya  Elmləri  məktəbində  ixtisasartırma  kurslarında  olmuşdur.  Bu 
ezamiyyət  ərzində  o  dörd  konfransda  iştirak  etmiş  və  tezis  dərc 
etdirmişdir.  Bu  proqramın  tərkib  hissəsi  kimi  2003-cü  ildə  İndiana 
Universiteti  və  (Bliminqton)  əsas  kitabxana  işinin  biblioqrafı  Bob 
Qollart  BDU-ya  gələrək  universitetin  və  Kitabxanaçıhq-informasiya 
fakültəsinin  işi  ilə  yaxından  tanış  olmuşdur.  Bundan  əlavə  yenə  həmin 
universitetin Kiev-m magistri Meqan Mok Kril də 3 ay ərzində BDU-da 
olmuş, Amerikaşünaslıq mərkəzində çalışmış, Kitabxanaçılıq-informasiya 
fakültəsinin tələbələri ilə təlim keçmişdir. 
Fakültənin  beynəlxalq  əlaqələrinin  genişlənməsində  yuxarıda  adı 
qeyd  edilmiş  AKİİA-nın  böyük  xidmətləri  olmuşdur.  Bu  təşkilat 


62 
 
dünyanın  Kitabxana-informasiya  fəaliyyəti  sahəsində  ən  böyük 
beynəlxalq  təşkilatına-IFLA-ya  Azərbaycandan  üzv  kimi  qəbul  edilmiş 
ilk  təşkilat  olmuşdur.  AKİİA-nın  prezidenti  prof.  X.İsmayılov  iki  dəfə 
(2001-ci  il  Boston  və  2005-ci  il  Oslo)  IFLA-nın  illik  konfranslarında 
iştirak etmiş Azərbaycan nümayəndə heyətinə başçılıq etmişdir. 2001-ci il 
konfransının  işində  prof.  X.İ.İsmayılovla  yanaşı,  fakültənin  müəl -
limi Ə.M.Məmmədov da iştirak etmişdir. 
Fakültənin Baltikyanı ölkələrdəki həmkarları ilə də sıx beynəlxalq 
əlaqələri  mövcuddur.  Belə  ki,  bu  ölkələrin  nümayəndələri  dəfələrlə 
Azərbaycanda və fakültənin nümayəndələri ilə də həmin ölkələrdə olmuş 
faydalı əməkdaşlıq quraraq inkişaf etdirmişdir. 2004-cü il 4-11 noyabrda 
Açıq Cəmiyyət İnstitutunun yardımı ilə prof. X.İ.İsmayılovun başçılığı ilə 
Azərbaycanı  təmsil  edən  nümayəndə  heyəti  Litvaya  səfər  etmişdir. 
Həmin  ölkədə  kitabxanaçıhq  işi,  kitabxana-informasiya  təhsili,  peşə 
təşkilatlarının fəaliyyəti ilə tanış olmuşlar. Səfər çərçivəsində onlar Vilnüs 
Universitetinin  işi,  oranın  elmi  kitabxanasının  fəliyyəti  və  kitabxanaçılıq 
fakültəsinin işi ilə yaxından tanış olmuşlar. 
Beləliklə,  kitabxanaçılıq  təhsilinin  inkişafında  kitabxanaşünaslıq 
elminin,  kitabxanaçılıq  təcrübəsinin  rolundan  danışarkən,  bu  sahədə 
tədris  olunan  fənlərin  elmi  xarakteristikasına  və  mövcud  təcrübənin 
tətbiqi keyfiyyətinə diqqət yetirmək lazımdır. 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Xələfov.A.  Kitabxanaçılıq  fikirlərinin  meydana  gəlməsi, 
təşəkkülü və inkişafı // Kitabxanaşünaslıq və informasiya:-Elmi-nəzəri və 
praktiki jurnal.- 2010 № 2.S. 7-20 
2.
 
Xələfov.A.  İnformasiya  cəmiyyəti  və  kitabxanaşünaslıgın 
müasir  problemləri//  Kitabxanaşünaslıq  və  informasiya.-Elmi-nəzəri  və 
praktiki jurnal .-2010 № 1.S. 9-14 
3.
 
Xələfov.A  Azərbaycanda  kitabxanaçılıq  təhsilinin  inkşafı.- 
Bakı: Maarif,1987.-130s 
4.
 
Xələfov.A Azərbaycanda ali kitabxanaçılıq təhsili:-Bakı: BDU, 
1998.-126 s. 
5.
 
İsmayilov.X.  Kitabxana  İnformasiya  texnologiyaları.-Bakı: 
Nurlar, 2009.-311 s 
6.
 
İsmayilov.X.  Kitabxanaşünasliq  texnoloji  biliyin  təkamülü 
kimi// Kitabxanaşünasliq və biblioqrafiya.-2009.- № 2.S.48-55 
7.
 
Rüstəmov.Ə.,Mustafayeva.N.  Avtomatlaşdirilmiş  kitabxana-
informasiya sistemləri və şəbəkələri.-Bakı,2007.-235 s 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə