58
Lakin tələbələrin ümumilikdə aldıqları icbari fənlər də vardır:
cəmiyyətdə informasiya, informasiya strukturları, kitabxana-informasiya
xidmətləri
layihələri, ictimai xidmət. Bundan başqa, tələbələr maraq-
landıqları ayrı-ayrı kitabxana tiplərinin fəaliyyətinə uyğun istiqamətlərdə
dərslər götürüb ixtisaslaşa bilərlər. Universitetdə tələbələr həmçinin
aşağıdakı istiqamətlər üzrə ixtisaslaşa bilərlər:
-
Müxtəlif mədəniyyətlərə aid cəmiyyətlərdə uşaqlara və gənclərə
xidmət;
-
Bütün formatlarda kitabxana materiallarının saxlanması;
-
Etik və hüquqi problemlər, müəlliflik hüququ, intellektual
azadlıq;
-
Kitab
və biblioqrafiya tarixi;
-
İnsanların informasiya ehtiyacı və informasiya-axtarış qaydaları;
-
Kitabxana şirkətləri və əməkdaşlıqları;
-
Kitabxana binalarının
layihələşdirilməsi;
-
Elektron ticarət strategiyaları;
-
İnformasiya arxitekturası;
-
Verilənlər bazası layihələri, idarəetmə və qiymətləndirmə.
Ümumiyyətlə, ABŞ universitetlərinin əksəriyyətində tələbələr hər
kursda üç semestr təhsi alırlar: 1) payız semestri; 2) yaz semestri; 3) yay
semestri. Əgər tələbələr payız və yaz semestrində yalnız nəzəri biliklər
əldə edirlərsə, yay semestrində təcrübi biliklər qazanırlar. Bunun üçün
universitet tərəfindən Yay məktəbləri (Summer school) təşkil edilir ki,
burada tələbələr həm işləyərək təcrübə toplayır, həm də məvacib alırlar.
Qeyd edək ki, universitet yay məktəblərini ölkənin ayrı-ayrı
şəhərlərində, əsasən mərkəzdən uzaq yerlərdə təşkil edir ki, bu da
tələbələri daha çox həvəsləndirir və həm də onlar bir növ istirahət etmiş
olurlar. Alabama Universiteti də bu cür yay məktəbləri təşkil etməklə
tələbələrin daha yüksək səviyyədə ixtisasa yiyələnmələrinə şərait yaradır.
Sirakuza Universiteti. Bu universitet ABŞ-da az saylı univer-
sitetlərdən biridir ki, orada kitabxana-informasiya elmləri üzrə bakalavr,
informasiya menecmenti və texnologiyası üzrə bakalavr dərəcəsi almaq
mümkündür. Tələbə il ərzində 120 kredit toplamalıdır ki, bunun da 40-ı
informasiya elmləri məktəbində toplanmalıdır. Universitetdə tələbələr
üçün Media mərkəzləri fəaliyyət göstərir ki, burada sırf kitabxana ixtisası
üzrə təhsil alan və bilik səviyyəsi daha yüksək olan tələbələr işləmək
imkanı əldə edirlər. Bu Media mərkəzlərinin əsas özəllikləri nədir?
Media mərkəzləri fəaliyyət və quruluş etibarı ilə kitabxanaları xatırladır,
lakin bir fərq vardır ki, bu mərkəzlər gündəlik olaraq dünyada baş verən
siyasi, iqtisadi, sosial, mədəni, informasiyanın toplanması və yayımı ilə
də məşğul olurlar. Beləliklə, burada oxucular onlara lazım olan kitabları,