55
müttəfiq respublikalar üçün eyni tərzdə qurulmuşdur. Müstəqillik əldə
etdikdən sonra da, mütəqilliyimizin ilk illərində Azərbaycan kitab-
xanaçılıq təhsilində Rusiya təcrübəsinə böyük yer vermişdir. Buna bariz
nümunə kimi, 1992-1993-cü illərdə tədris planlarının Rusiya tədris
planları ilə eyni olduğunu göstərmək olar.
Rusiya Federasiyasında 130 min kitabxana vardır. Onlardan
47 400-ü kütləvi kitabxana, 65 minə yaxını məktəb kitabxanaları, yerdə
qalanları isə xüsusi – tibb kitabxanaları, Rusiya Elmlər Akademiyasının
kitabxanaları, universitet, kənd təsərrüfatı, elmi-texniki, iqtisadiyyatın
ayrı-ayrı sahələrinə dair kitabxanalardır. Rusiyada peşəkar kitabxanaçı
kadr hazırlayan 40 kollec, 17 universitet vardır ki, onlar da hər il 1800
orta, 1600 ali təhsilli kitabxanaçı kadr hazırlayırlar.
Rusiyada kitabxanaçılıq təhsilinin yaranması XX əsrin 30-cu
illərinə təsadüf edir. İlk dəfə olaraq ölkədə 1930-cu ildə Moskva
Kitabxanaçılıq İnstitutu təsis edilmişdir. Bu illərdən başlayaraq orta
ixtisas müəsssisələri təsis olunmağa başlandı ki, burada da kitabxanaçı
mütəxəssislər ayrı-ayrı sahələr üzrə hazırlanırdı. 1970-ci illərdə vahid bir
ixtisas – “Kitabxanaşünaslıq-biblioqrafiyaşünaslıq” ixtisası üzrə kadr
hazırlığına başlandı. XX əsrin son 15 ilində Rusiyada kitabxanaçılıq
təhsili sahəsində əldə olunan ən böyük nailiyyətlərdən biri o oldu ki,
çoxsəviyyəli təhsil sistemi yaradıldı. Bu, 1990-cı illərin əvvəllərində tam
formalaşdı. Bu çoxsəviyyəli təhsil sisteminin əsas tərkib hissələrini
aşağıdakılar təşkil edirdi:
-
orta təhsil: kollec,
texnikum;
-
ali təhsil: ayrı-ayrı institutların, akademiyaların kitabxanaçılıq
fakültələri;
-
əlavə təhsil: ixtisasartırma kursları, institutların aspirantura və
doktorantura şöbələri.
Yuxarıda sadaladığımız ilk iki istiqamət kitabxanaşünas-biblioqraf
baza təhsili verirdi: orta təhsil – 3 il, ali təhsil – 4 il. Bu sistem bir
məntiqi qanunauyğunluğu meydana çıxarırdı ki, burada da dərsliklər və
tədris planlarına uyğun olaraq hazırlanan tələbələr öz bilik və
bacarıqlarını çoxsəviyyəli təhsil sisteminə uyğunlaşdıra bilirdilər. 2000-ci
ildə Rusiyada kitabxanaçılıq təhsili üzrə birinci dövlət standartı qüvvəyə
mindi. İkinci nəsil (2003) standartı kitabxanaçılıq təhsili üzrə yeni
ixtisasın – kitabxanaçılıq-informasiya ixtisasının yaranmasına səbəb
oldu. Bu standart kitabxanaşünaslıq-biblioqrafiya ali təhsili almış
mütəxəssislərə informasiya mütəxəssisi, informasiya resurslarından
istifadə edən referent, informasiya meneceri kimi adlar verirdi ki, bu da
müasir dövrlə uyğunluq təşkil edir. Lakin baş verən bu uğurlarla yanaşı,
Rusiya kitabxanaçılıq-informasiya təhsilində çatışmayan bir böyük cəhət
56
var idi. Bu da genişlənməkdə olan dünya praktikasından geri qalmaq idi.
Məzunlara
informasiya-kommunikasiya
texnologiyaları sahəsində
biliklər, menecment-marketinq fəaliyyəti ilə bağlı biliklər lazımi
səviyyədə tədris olunmurdu ki, bütün bunları da bilmək sosial mədəniy-
yət sahəsində mühüm əhəmiyyət kəsb edirdi.
Sadalanan bütün bu faktorlar Rusiya kitabxanaçılıq təcrübəsinin
Bolonya prosesinə qədər olan dövrünə aiddir. İndi isə Rusiyada
kitabxanaçılıq təhsilinin Bolonya prosesi kontekstində islahatlarına nəzər
salaq.
Rusiya Bolonya Bəyannaməsinə 2003-cü ildə qoşulmuşdur. Məhz
bu dövrdən başlayaraq kitabxanaçılıq-informasiya təhsili sahəsində
ölkədə yeni mərhələnin başlanğıcı qoyuldu. Təhsil sistemində bu
islahatların əsas hədəfi kitabxanaçı kadrların peşə səviyyəsini
artırmaqdan ibarət idi ki, bu zaman da Avropa modeli və mümkün bütün
təcrübədən istifadə olunmalı idi. Bu sahədə yenidənqurma 2005-ci ildə
başladı. Gələcək təhsil strategiyasını özündə birləşdirən yeni kitab-
xanaçılıq-informasiya təhsili üzrə dövlət standartı qəbul edildi (2008). Bu
standartda Bolonya prosesinin tələbləri öz əksini tapırdı.
Müasir kitabxanaçı informasiya axtarışını, analizini nəinki
kitabxana sferasında, bütün informasiya-kommunikasiya sahəsində
həyata keçirə bilən mütəxəssis olmalıdır. Qəbul olunmuş yeni standart
ixtisas proqramları və dərsliklərinin geniş səviyyədə tədrisini tələb edirdi.
Təhsil səviyyəsinin yüksəldilməsi Rusiya Federasiyasının təhsil
sistemində həyata keçirilən ən böyük islahatlardan biridir. Kitab-
xanaçılıq-informasiya təhsilinin keyfiyyətini daha da yüksəltmək onun
digər fənlərlə, onun ayrı-ayrı kriteriyaları ilə əlaqələrinin kompleks
təhlilindən ibarətdir. Kitabxanaçılıq-informasiya təhslinə marketinq-
menecment fəaliyyətinin bağlanılması bu peşənin sosial nüfuzunun
artmasına səbəb olacaqdır. Məhz bu islahatlar kitabxanaçılıq təhsili üzrə
qəbul olunmuş dövlət standartında önə çəkilmişdir. Lakin bütün bunlar
da bu sahədə olan problemlərin tam həllini məqbul görmür. Aşağı
səviyyədə olan əməkhaqqı gənc və bacarıqlı mütəxəssislərin yetişməsinə
öz mənfi təsirini göstərir. Bu faktor aradan qaldırılmasa Rusiyada
gələcək kitabxanaçı mütəxəssislərin yetişməsi sual altına düşə bilər. Bu
gün öz peşəsini tərk edib ayrı-ayrı fəaliyyət sahələrində çalışan Rusiya
kitabxanaçılarının sayı 80 faizə yaxındır. Sözsüz ki, qəbul olunmuş yeni
təhsil standartı kitabxanaçılıq-informasiya təhsilinin ölkədə keyfiyyətinin
artırılmasına xidmət edir. Lakin
unutmaq olmaz ki, yaranmış
bu vəziyyəti
aradan qaldırmaq üçün çoxillik fədakar əmək fəaliyyəti lazımdır.
Rusiyada ikipilləli təhsil sisteminin yerinə qəbul edilmiş üçpilləli
təhsil sistemi (bakalavr, magistr, doktor) bir çox Şərqi Avropa