Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə31/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   27   28   29   30   31   32   33   34   ...   78

70 
 
kitabxana  informasiya  sistemi  Müstəqil  Dövlətlər  Birliyi  məkanında 
Elmi-Texniki və Kütləvi Kitabxanalar tərəfindən daha geniş tətbiq edilən 
ilklərdən biri kimi daha ciddi əhəmiyyətə malik olsa da digər alternativlər 
kimi  MİLLENİUM,  VTLS,  FOLLET,  ALEPH  və  s.  tətbiqi  də  mühüm 
əhəmiyyət kəsb etməkdədir [7]. 
Yuxarıda  qeyd  etdiyimiz  tendensiyalar  ilə  yanaşı  bu  gün  elmi 
kitabxanalarda  innovasiyaların  tətbiqinin  təkcə  ayrı-ayrı  milli  kitab-
xanalar  vasitəsilə  deyil,  dünyanın  əsas  aktorları  kimi  qəbul  edilən 
transmilli  və  həmçinin  çoxmilli  korporasiyalar  və  digər  iri  biznes 
strukturları tərəfindən də  reallaşdırıldığını müşahidə edə bilərik.  Bu  gün 
informasiya-kommunikasiya texnologiyaları sferasında fəaliyyət gostərən 
Microsoft  və  Apple  kimi  texnologiya  dövlərinin  yaratdıqları  e-
kitabxanalar  və  virtual  məkanda  müxtəlif  konfiqurasiyalara  malik 
innovativ  axtarış  sistemlərinin  müasir  planşetlərə  inteqrasiyası  ənənəvi 
kitabxanaçılıq  dairələri  ilə  sözügedən  biznes  dairələr  arasında  rəqabətin 
daha da dərinləşməsinə səbəb olacaqdır [8]. Texnoloji proqresin yaratdığı 
müxtəlif avadanlıqlar ilə e-book daha sürətli trendlər qət etmiş və müasir 
texnologiyaların  ənənəvi  kitabxanaçılıq  infrastrukturuna  inteqrasiyasını 
labüdləşdirmişdir. 
  Elə  bu  baxımdan  da  Milli  kitabxanaçılıqda  daha  mütərəqqi 
informasiya  axtarış  sistemlərinin  tətbiqi  olduqca  ciddi  əhəmiyyət  kəsb 
etməklə  yanaşı,  sözügedən  sferanın  elmi  dairələr  tərəfindən  daima 
tədqiqinin aktuallığı ilə xarakterizə edilməkdədir. 
 
ƏDƏBĠYYAT  
 
1.
 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı // 
Azərbaycan qəzeti.-1995.-6 iyun. 
2.
 
 “Azərbaycanda  kitabхanaların  fəaliyyətinin  yaхşılaşdırılması 
haqqında”  Azərbaycan  Rеspublikası  Prеzidеntinin  sərəncamı  // 
Azərbaycan qəz. – 2007. - 21 aprеl. 
3.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkdilli 
Ölkələrin  Milli  Kitabхana  Direktorlarının  Konfransı  və  «Avrasiya 
Kitabхanalar  Assambleyası»  Əməkdaşlıq  Təşkilatının  ümumi  iclasının 
iştirakçılarına  məktubu:  17  noyabr  2008-ci  il  //  Хalq  qəzeti,  2008,  18 
noyabr. 
4.
 
Azərbaycan  Respublikasında  kitabxana-informasiya  sahəsinin 
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı // Kitabхanaşünaslıq 
və biblioqrafiya.- 2008.-№2, S.7-30. 
5.
 
Хələfоv  A.  Azərbaycanda  kitabхana  işinin  tariхi:  Dərslik  (3 
hissədə. H.1.). - Bakı, 2004 


71 
 
6.
 
Хələfov  A.  Azərbaycanda  kitabхana  işinin  tariхi:  Dərslik  (3 
hissədə. H.2.). - Bakı: Bakı Universiteti Nəşriyyatı, 2007 
7.
 
Məmmədov  E.,  Gülağayev  S.  İrbis  64  AKİS-də  elektron 
kataloqun yaradılması / metodik vəsait – B.2011. 
8.
 
H.Baş,  M.Selim.  Modern  informasyon  ötürücüleri.  İstanbul  – 
2009. 
9.
 
İsmayılov  Х.  Azərbaycanda  kitabхanaların  metodik  təminat 
sisteminin  formalaşması  tariхindən  //  Tariх  və  onun  problemləri,  1999, 
№ 3-4  
  
З. РЗАЕВА 
ИНФОРМАЦИОННО-ПОИСКОВЫЕ СИСТЕМЫ В 
СИСТЕМЕ НАЦИОНАЛЬНОЙ БИБЛИОТЕКИ 
РЕЗЮМЕ  
 
Быстрый  и  эффектовая  передача  информации  и  знаний  пот-
ребителям является важным приоритетом национальных библиотеч-
ных  систем  в  период  современном  глобалиризованном  инфор-
мационном обществе. Обратив внимание на мировой опыт убедимся 
о  быстром  развитии  отрасли.  Интегрирующий  в  мировой  общину 
Азербайджанская Республика активна, притворяет современные тех-
нологии в информационные просесы. 
 
Z. RZAYEVA 
INFORMATION SEARCH SYSTEMS IN NATIONAL 
LIBRARY SYSTEM  
SUMMARY 
 
The relevant  information and the transfer of knowledge and  faster 
and  more  effective  delivery  information  to  their  consumers  of  the 
national library system, measured as one of the most important priorities 
in today's global information society. Such a national library system, the 
application  of  modern  information  retrieval  systems  such  as  the 
measurement  is  very  estimable,  as  well  as  strategic  issues  in  the 
implementation of more effective as a priorities technology. 
 


72 
 
Mitra DADAġĠ NƏSRĠN 
 doktorant 
TƏBRĠZ UNĠVERSĠTETĠNĠN MƏRKƏZĠ 
KĠTABXANASININ RFĠD TEXNOLOGYASI 
 
 Açar  sözlər:  RFİD  texnologiyası,  Radio  Dalğaları  ilə  İdentifika-
siya,Təbriz Universitetinin mərkəzi kitabxanası. 
 Ключевые 
слова:  технологии  RFID,  Радиочастотная 
идентификация, центральные библиотеки университета Тебриза. 
 Key  words:  RFID  technology,  Radio  Frequency  Identification, 
Central Libraries of Tabriz University. 
  
   XX əsrin sonlarında kitabxana işində iki elektron xidmət meydana 
gəlmişdir.  Əvvəllər  ştrix  kodlarından  istifadə  olunurdı.  Hazırda  RFİD 
(Radio  Dalğaları  ilə  İdentifikasiya)  texnologiyasından  istifadə  olunur. 
1990-ci  ildən  sonra  RFİD  etiketləri  ştrix  kodları  yerinə  işlənir.  RFİD 
qurğusu  ştrix  kodu  kimi  eyni  məqsədə  xidmət  edir  və  hər  obyekt  üçün 
unikal identifikatoru təmin edir [9, 10].  
RFİD  radio  dalğalarından  istifadə  edərək  üzərindəki  bir  obyektin 
şəxsiyyət  məlumatını  ədədi  ardıcıl  nömrə  olaraq  çatdıran  sistemlərin 
ümumi  adıdır.  Bu  kabelsız  sistemlərə  təmas  etmədən  və  hətta  görünən 
belə olmadan oxunma imkanı verir ki, bu xüsusiyyəti ilə istehsal və ştrix 
kodu  kimi  ənənəvi  texnologiyalarının  istifadə  edilə  bilmədiyi  çətin 
mühitlərdə də böyük asanlıqla təmin edilir. 
 RFİD  etiketlər,  eyni  zamanda  elektronik  məlumat  daşıyıcıları 
olaraq  da  istifadə  edilə  bilər  və  tapıldıqları  dəyişik  nöqtələrdə  fərqli 
məlumatlar  yazılıb  oxuna  bilər.  RFİD  ümumi  kateqoriya  olaraq  avto-ID 
(identifikasiya)  texnologiyası  altında  qruplaşır;  avto-ID  texnologiya-
larının  ortaq  xüsusiyyəti  əl  ilə  edilən  məlumat  girişlərindəki  müddəti 
qısaltmaq və səhvləri önləməkdir.  
   RFİD  etiketi  bir  mikroçip,  bir  antena  və  bunların  üzərini  örtən 
qoruyucu  film  təbəqəsindən  meydana  gələ  bilər.  RFİD  etiketlər 
İngiliscədə  “tag”  yəni  etiket,  transponder  adlandırılar.  Bir  çox  şəkil  və 
ölçüyə  sahib  etiketlər  vardır.  RFİD  etiketlər  passiv  (batareyasız)  və  ya 
aktiv (batareyalı) ola bilər. Bu mikroçip 64 bitdən 2 KB-ə qədər məlumat 
yığma  xüsusiyyətinə  malikdir  ki,  bu  da  üzərində  tapıldığı  məhsulun 
istehsal-istehlak  tarixi,  sifariş  nömrəsi,  müştəri  məlumatları,  ardıcıllıq 
nömrəsi  kimi  əhəmiyyətli  məlumatları  asanca  daşıya  biləcəyi  mənanı 
verir. 
 RFİD  etiketlərinə  məlumat  yazılması  və  bu  məlumatların  lazım 
olduqda  oxunması  radio  dalğaları  ilə  edilir.  Ən  geniş  şəkildə  istifadə 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə