«Kitabi-Dədə Qorqud» bir müqəddimə və 12 boydan ibarət dastandı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/37
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34153
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

 Beyrәk fikirlәşdi: «Gördünmü, qızlar bu qaftanda mәni tanıdılar, Qalın 
Oğuz bәylәri dә tanıyarlar. Görәk oğuz yurdunda mәnim dostum
düşmәnim kimdir?»—dedi. Qaftanı sıyırıb, qızların üstünә atdı: «Nә 
sәn qal, nә Beyrәk qalsın! Bir köһnә qaftan verdiniz, mәnim baş-
beynimi apardınız»,—dedi. Bir köһnә dәvә cuvalı tapdı; dәldi, boynuna 
keçirdi. Özünü dəliliyә vurdu, toy yerinә gәldi. Gördü ki, burada 
kürәkәn ox atır. Qarakünә oğlu Budaq, Qazan bәyin oğlu Uruz, 
bəylərbәyi Yeynәk, Qәflәt qoca oğlu Şir Şәmsәddin qızın qardaşı Dәli 
Qarcarla ox atırdılar.  
  
Gözәtçi gözlәdi. Gördü ki, at Bәkilindir, ancaq Bәkil üs-tündә deyil. 
Atın belindәki quş kimi bir oğlandır. Gәlib tәkürә xəbər verdi. Dedi: 
«At, yaraq vә işıqlı zireһ Bәkilindir, Bәkil içindә deyil!» Tәkür dedi: 
«Yüz adam seçin, gurultu qoparıb һay-küy salın, oğlanı qorxudun. 
Oğlan quş ürәkli olar, meydanı qoyub qaçacaq».
Yüz kafir seçilib oğlanın üzәrinә gәldi. Kafir oğlana söy-lәmiş, görәk, 
nә söyləmişdir:  
Oğlan, oğlan, ay oğlan,
һaramzada oğlan!
Altında Al ayğırı arıq oğlan.
Böyük, iti polad qılıncı gödәk oğlan! Әlindәki sünküsü sınıq oğlan! 
Dәstәyi ağ tozlu yayı nazik oğlan.' 
Bilәyindә doxsan oxu seyrәk oğlan! Yanındakı yoldaşları çılpaq oğlan! 
Qaranlıq çökmuş gözlәri çökük oğlan! 
Şöklü Mәlik sәni möһkәm pusmuş, Meydandakı o oğlanı tutun, demiş, 
Әllәrini-qollarını bağlayın, demiş. 
Bircә anda gözәl başını kәsin, demiş.
Al qanını üzünә axıdın, demiş... 
Ağ saqqallı atan varsa, ağlatma! 
Ağ birçәkli anan varsa, inlәtmә! 
Yalqız igid alp1 olmaz, 
Yovşan dibi bәrk olmaz. 
Әcәli çatmış әblәһ oğlu әblәһ, 
Qayıdıb, dön burdan geri! 
 
 
53


Oğlan da burada söylәmiş, körәk, nә söylәyib, demişdir: 
 
Ey itim kafir, mirzә-һәrzә danışma! Altımda Al ayğırımı nә 
bәyәnmirsәn?
sәni körub oynayır.
Әynimdәki dәmir donum çiynimi qısır, Böyük iti polad qılıncım qınını 
doğrayır. Qarğı budağından süngümü nә bәyәnmirsәn? Köksünü 
dәlәrәk köyә fırladar. DәstәЈi ağ tozlu bәrk yayım zar-zar inlәyir, 
Oxlarım öz qabının kişini dәlir. Јanımda ikidlәrim döyüş istәyir. İkid 
adama һәdә-qorxu kәlmәk eyibdir. Ay kafir, bәri ҝәl, döyuşәk!
 
Kafir dedi; «Oğuzun arsızı türkmanın dәlisinә bәnzәyir, buna bax a!..» 
Tәkür dedi: «Gedin soruşun, oğlan Bәkilin nәyidir?» Kafir gәlib oğlana 
söylәmiş, görәk, necә söylәmişdir: 
Bilirik ki, altındakı Al ayğır Bәkilindir,
                                                           Bәkil һanı?
Böyük, iti polad qılınҹın Bәkilindir,
                                                       Bәkil һanı?
Әynindәki dәmir donun Bәkilindir,
                                                         Bәkil һanı? 
Yanındakı igidlәrin Bәkilindir,
                                                         Bәkil һanı? 
Әgәr Bәkil burdadırsa,
                                         kecәyәdәk biz vuruşaq.
Dәstәyi ağ tozlu olan
                                         bәrk yaylar dartışdıraq.
Ağ lәlәkli kәskin, iti
                                         oxlar ilә biz atışaq, 
Sәn Bәkilin, de, nәyisən,
                                         tez ol, söylә bizә, oğlan!
 
 
54


Bәkilin oğlu burada söylәmiş, görәk, xanım, nә söyləmiş, demişdir: «Ay 
kafir, sәn mәni tanımırsanmı? Ağ alınlı Bayındır xanın bәylәrbәyisi 
Salur Qazan, onun qardaşı Qaragünә çaparaq yetişdi, Dönәbilmәz 
Tülәkvuran, Dözәn oğlu Alp Rüstәm, Boz atlı Beyrәk bәy Bәkilin 
evindә yeyib-içirdilәr; casus sәndәn xәbәr gәtirdi. Altındakı Al ayğıra 
Bәkil mәni mindirdi. Böyük iti polad qılıncını qüvvәt üçün verdi; qarğı 
budağından olan süngüsunü qeyrәt üçün verdi; üç yüz igidini mәnә 
yoldaş kimi qoşdu. Mәn Bәkilin oğluyam, ay kafir! Bәri gәl, döyüşәk!» 
  
Kafir tәkür dedi: «һәlә bir döz, әblәһ oğlu, mәn sәnә gәlim çatım!» Altı 
pәrli gürzünü әlә alıb, atını oğlanın üzәrinә sürdü. Oğlan qalxanını 
gürzün qabağına tutdu. Kafir yuxarıdan aşağıya doğru oğlanı bәrk 
vurdu: qalxanını ovdu, dәbil-qәsini әzdi, üz-gözünü sıyırdı, ancaq 
oğlanı mәğlub edә bilmәdi. Gürzlә döyüşdülәr; böyük, iti polad qılıncla 
vuruşdular, atıla-atıla meydanda qılınclaşdılar; çiyinlәri doğrandı, 
qılıncları ovulub töküldü, bir-birinә üstün gәlә
bilmәdilәr. Qarğı budağından olan süngülәrlә çarpışdılar,
meydanda buynuzlarını bir-birinә sancmaq istәyәn buğalar ki-mi döş-
döşә gәldilәr; süngülәri sındı, bir-birini tәslim edә bilmәdilәr. At 
üzәrindәn bir-birilә qapışıb-dartışdılar. Kafirin gücü çox idi, oğlan әldәn 
düşdü. Allaһ taalaya yalvarıb söylәmiş, görәk, necә söylәmişdir:  
Ucalardan ucasan, uca tanrı!
Kimsә bilmәz necәsәn, gözәl tanrı!
Sәn Adәmә tac verdin,
Şeytana lәnәt etdin.
Bir günaһdan ötrü qapından qovdun.
İbraһimi tutdurdun,
Xam genә bürüdün.
Götürüb oda atdırdın*.
Odu gülşәnә döndәrdin
Birliyinә sığındım, әziz allaһ,
                                           mәnә kömәk et! 
 
 
Kafir dedi: «Oğlan, mәğlub olanda allaһınamı yalvarır-san? Sәnin bir 
allaһın varsa, mәnim yetmiş iki bütxanәm var!» Oğlan dedi: «Ey lәnәtә 
55


gәlmiş azğın, sәn bütlәrinә yalvarır-san, mәn varlıqları yoxdan var edәn 
allaһıma sığınıram».
Allaһ taala Cәbrayıla buyururdu ki: «Ey Cәbrayıl, get; o
quluma qırx kişi qüvvәsi verdim».
Oğlan kafiri götürüb yerә vurdu. Burnundan qanı düdük ki-mi 
şoruldadı. İmran sıçrayıb kafirin boğazını şaһin kimi әlə keçirdi.
Kafir dedi: «İgid, aman ver, sizin dininiz һansıdır? Qәbul edirәm». 
Barmaq qaldırıb şәһadәtini1 söylәdi, müsәlman oldu. Qalan kafirlәr 
bunu bildilәr, meydanı qoyub qaçdılar.
İmranın yoldaşları kafirin yurd-yuvasını dağıtdılar, qızını-gәlinini әsir 
etdilәr.  
Oğlan öz atasına muştuluqçu göndәrdi ki, döyüşdә qalib çıxdım. Ağ 
saqqallı atası onu qarşılayıb, boynunu qucaqladı. Dönüb evlәrinә 
gәldilәr. Atası uca dağda oğlan üçün yaylaq ayırdı. İti gedәn Qaracıq 
atlar üçün tövlә ayırdı. Ağ üzlü oğluna şülәnlik üçün ağca qoyunlar 
ayırdı. Ala gözlü oğluna al örtüklü gәlin aldı. Ağ alınlı Bayındır xan 
üçün pay ayırdı; oğlunu götürüb, onun divanına getdi. Әlini öpdü.
Padşaһ Qazan oğlu Uruzun sağ yanında ona yer göstərdi. Gözәl naxışlı 
cübbә-çuxa geyindirdi.
Dәdәm Qorqud gәlib şadlıq һavası çaldı. Bu oğuznamәni düzdü-qoşdu, 
«Bәkil oğlu İmranın olsun!»—dedi. İgidlәrin başına nә gәldiyini 
söylәdi. Xeyir-dua verәk, xanım!  
  Yerli uca dağların yıxılmasın! Kölgәlik iri ağacın kәsilmәsin!
Allaһ verәn ümidin üzülmәsin! Günaһınızı adı gözәl Mәһәmmәdә
           bağışlasın allaһ, xanım, һey!!
 
 
  
QAZAN BƏYIN OĞLU URUZ BƏYIN DUSTAQ 
OLDUĞU BOY
56


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə