«Kitabi-Dədə Qorqud» bir müqəddimə və 12 boydan ibarət dastandı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/37
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34153
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

Beyrәyin ata-anasına xәbər çatdı. Baybörәnin böyük düşәrgәsinә şivәn 
duşdü. Ağ çıxardılar, qara geydilәr. Qalın Oğuz bәylәri Beyrәkdәn 
bütün ümidlәrini üzdülәr.
Yalançı oğlu kiçik nişanını eylәdi. Böyük toy günü üçün vaxt qoydu. 
Beyrәyin atası da tacirlәri çağırdı, yanına gәtirib dedi: «Ay tacirlər, 
gedin iqlim-iqlim arayın, Beyrəyin xə-bərini gәtirib deyin, görum, 
doğrudanmı ölmüşdür?»    
Tacirlәr һazırlıq gördulәr. Gecə-gündüz demәyib yol getdilәr. Tәsadüfən 
Parasarın Bayburd һasarına gәlib çatdılar. Kafirlәrin şadlıq künlәri idi. 
Hәr biri yemәkdә-içmәk-dә idi. Beyrәyi dә gәtirib qopuz çaldırırdılar. 
Beyrәk uca çardağdan baxdı, tacirlәri gördü. Bunları gördükdə 
soraqlaşdı. Görәk, xanım, necә soraqlaşdı, nә dedi: 
  һündür-alçaq yerlәrdən gәlәn karvan!
Bәy atamın, xanım anamın sovqatı karvan! Ayağı uzunşaһ atına minәn 
sarvan2! 
Sәsimi anla, sözümü dinlə, sarvan. 
Qalın Oğuz diyarında Ulaş oğlu Salur Qazanı 
                                   Mәn soruşsam, sağmı, sarvan?
Qıyan Sәlcik oğlu Dәli Dondazı
                                   Mәn soruşsam, sağmı, sarvan?
Ağ saqqallı atamı, ağ birçәkli anamı
                                   Mən soruşsam, sağmı, sarvan?
Göz açaraq gördüyüm, könüllücә sevdiyim
Baybican qızı Banıçiçәk evdәmi, sarvan,
                                              yoxsa kordamı*. sarvan?
De mәnә,
Dәrdli başım qurban olsun, sarvan, sәnә!  
 
 Tacir dedi: 
Sağ-salamatsanmı, canım Bamsı!
Qıyan Sәlcik oğlu Dəli Dondazı soruşursan,
                                                          sağdır, Bamsı!
Qaragünә oğlu Budağı soruşursan,
                                                         sağdır, Bamsı!
46


O bәylәr ağ çıxarıb qara geydi sәninçin, Bamsı! 
Ağ saqqallı atanı, ağ birçәkli ananı soruşursan,
                                                           sağdır, Bamsı!
Ağ çıxarıb qara geydilәr sәninçin, Bamsı 
Yeddi bacını yeddi yol ayrıcında
                                                         ağlar gördüm, Bamsı! 
Payız almasıtәk al yanaqlarını
                                                         yırtar gördüm, Bamsı!
«Gedib gәlmәyәn qardaş!»—deyә
                                                       inlәyәn gördüm, Bamsı!
Göz açaraq gördüyün, könül verib sevdiyin 
Baybican qızı Banıçiçәk
                                                           kiçik nişanını eylәdi,
                                                   böyük toyu üçün vaxt qoydu. 
Yalançı oğlu Yalancığa gedәn gördüm,
                                                     xan Beyrәk! 
Parasarın Bayburd һasarından sıçrayıb aş, 
Ap-alaca gәlin otağına yetiş, gәl! 
Gәlmәzsәnsә, öz sevgilin Banıçiçәyi 
һәmişәlik itirәrsәn, yәqin bil!    
 
Beyrәk qalxdı, ağlaya-ağlaya qırx igid yoldaşının yanına gәldi. İri 
çalmasını götürüb yerә çırpdı. Dedi: «һey, mәnim qırx yoldaşım! 
Bilirsizmi nәlәr olub? Yalançı oğlu Yalancıq mәnim ölüm xәbәrimi 
aparmışdır. Atamın qızıl tağlı һündür evinә şivәn düşüb. Qaza bәnzәr 
qızı-gәlini ağ çıxarıb qara geymişdir. Göz açaraq gördüyüm, könül verib 
sevdiyim Banıçiçәk Yalançı oğlu Yalancığa getmәli olmuşdur.
Bunu eşitdikdә qırx igid böyük çalmalarını götürüb yerә vurdu, һıçqıra-
һıçqıra ağlaşdı, inlәdi.  
Deyirlәr ki, kafir bәyinin bir bakirә qızı vardı. һәr gün Beyrәyi görmәyә 
gәlirdi. 0 gün yenә gәldi. Baxdı gördü Beyrәk pәrtdir. Qız dedi: «Niyә 
pәrtsәn, xan igidim? һәmişә gәlәndә sәni şәn görürdüm. Gülәrdin, 
oynardın. İndi nә oldu sәnә?». Beyrәk dedi: «Necә pәrt olmayım? 
On altı ildir ki, sәnin atanın dustağıyam. Ata-anaya, qoһum-qardaşa 
һәsrәtәm; bir dә bir qara közlü ssvgilim vardı; Yalançı oğlu Yalancıq 
47


deyilәn bir kişi var, gedib yalandan mәnim öldüyümü demiş, sevdiyim 
qız da ona getmәli olmuşdur».
Qız Beyrәyә aşiq olmuşdu, ona görә dә dedi: «Әgәr sәni һasardan 
örkәnlә aşağı sallasam, sağ-salamat ata-ananın yanına getsәn, mәni 
burda gәlib һalallıqla alarsanmı?» Beyrәk and içdi: «Oğuz yurduna 
salamat çatsam, gәlib sәni һalallıqla almasam, qılıncımla doğranım! 
Oxuma sancılım! Yer kimi çatlayım, torpaq kimi sovrulum!» Qız da 
örkәn gәtirib, Beyrәyi
һasardan aşağı sallandırdı. Beyrәk aşağı baxdı. Özünü yer üzündә 
gördü. Allaһa şükr etdi. Yola düşdü. Gedәndә kafirin ilxısına gәldi. «Bir 
at tapa bilsәm, tutum minim!»—dedi. Baxdı gördü öz dәniz qulunu Boz 
ayğır burada otlamaqdadır. Boz ayğır da Beyrәyi görüb dayandı, şaһә 
qalxıb iki ayağının üstündә durdu, kişnәdi. Beyrәk dә atını öyüb-
tәriflәmiş, görәk, xanım, necә öymüş, nә demişdir: 
Açıq-açıq meydanlara bәnzәr sәnin alnın. İki gecә çırağıdır sәnin 
gözlәrin. Yumşaq ipәyә bәnzәyir sәnin yalın. Qoşa qardaşa bәnzәr sәnin 
qulaqların. Mərdi muradına çatdırar sәnin belin. Mәn sәnә at demәrəm
qardaş deyәrəm,
qardaşımdan artıq! Başıma iş gәlәndә yoldaş deyәrәm,
yoldaşımdan artıq! 
 
 At başını yuxarı tutub bir qulağını qaldırdı. Beyrәyin qabağına gәldi. 
Beyrәk atın köksünü qucaqladı. İki gözündәn öpdü. Sıçrayıb mindi. 
Qala һasarın qapısına gәldi. Otuz doqquz yoldaşını tapşırdı, görәk, 
xanım, necә tapşırdı: 
Ey murdar dinli kafir!
Mәnim ağzıma söyüb durdun, anlamadım.
Qara donuz әtindәn xörәk yedirtdin, dözә bilmәdim.
Allaһ mәnә yol verdi, gedәsi oldum, ay kafir!
Otuz doqquz igidim әmanәt qalsın, ay kafir!
Birini әskik görsәm, yerinә onunu öldürәrәm,
Onunu әskik görsәm, yerinә yüzünü öldürәrәm,
ay kafir! Otuz doqquz igidim әmanәt olsun, ay kafir!—
 
48


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə