«Kitabi-Dədə Qorqud» bir müqəddimə və 12 boydan ibarət dastandı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/37
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34153
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

Qarayallı Qazlıq atına minib,
Atamın ev-eşiyinә gәlәndә, 
Oğuzun ala gözlü qızı-gәlini bilәndә,
                         әtrafına yığışaraq gülәndə, 
һәr kәs öz sözünü söylәyәndә 
Sәn dә durub öyünәsәn, 
«Qanturalı yaralıydı,
                       at belinә aldım, çıxdım»—deyәsәn! Gözüm doydu, 
könlüm döndü,
                       öldürürәm sәni!—dedi. 
 
Selcan xanım işin nә yerdә olduğunu bilib, söylәmiş, gö-
rәk, xanım, nә söylәmişdir:
 
İgid bәy, öyünәrsә, әr öyünsun —aslandır! Lovğalanmaq arvad üçün 
nöqsandır. Öyünmәklә arvaddan kişi olmaz. İri yorğan altında 
qucaqlaşmadıq, Şirin damaq tutaraq öpüşmәdik, Al duvağım altında 
danışmadıq.
Tez sevdin, tez dә bezdin, әblәһ oğlu әblәһ!
Bir allaһ bilir ki, mәn sәnә
                           sirdaşam, yaram( qıyma mәnә! 
 
 Qanturalı dedi: «Yox, әlbәttә, öldürmәliyәm!» Qız һirslә-nib dedi: «Ay 
әblәһ oğlu әblәһ! Mәn aşağı qulpa yapışıram, sәn yuxarı qulpa 
yapışırsan. Ay әblәһ oğlu, oxlamı ya qılınc-lamı vuruşursan? Bәri gәl, 
danışaq!» Atını sürüb bir yüksәk yerә çıxdı. Oxqabından doxsan oxunu 
yerә tökdü. İki ox seçib,
dәmir ucluqlarını çıxardı: birini gizlәtdi, birini әlinә
götürdu. Dәmir ucluqlu oxla atmağa ürәyi gәlmәdi. Dedi: «İgid, oxunu 
at!» Qanturalı dedi: «Qızların yolu birincidir әvvәlcә sәn at!» Qız bir 
oxu elә atdı ki, Qanturalının başındakı bit ayağına yığıldı. Qanturalı ox 
atmadı, irәli gәlib Selcan xanımı qucaqlayıb barışdı; öpüşdülәr. 
Qanturalı söylәdi, görәk, nә söylәdi:  
  Par-par yanan, parıldayan incә donlum!
94


yeriyәndә yerә qәdәm basmayan,
Qar üstünә qan dammış tәk al yanaqlım!
Qoşa badam dar ağızlım!
Qәlәm ilә rәssam çәkәn qara qaşlım!
һörüklәri qırx tutamlıq qara saçlım!
Aslan nәsli, sultan qızı,
һeç mәn sәni öldürmәyә qıyardımmı?
Öz canıma qıyardım, sәnә qıymazdım;
                         mәn sәni sınayırdım,—dedi.
 
Selcan xanım burada söylәmiş, görәk, xanım, nә söylәmiş-  
Qalxaraq yerimdәn durardım,
Qarayallı Qazlıq atıma minәrdim.
Atamın dik çadırından çıxardım.
Arqubeldә, Ala dağda ov ovlardım.
0 yerlәrdә sığın-geyik qovardım.
yay dartanda bir oxla neyləyәrdim?
Dәmir ucluqsuz oxla,
İgid, sәni sınardım,
Mәn sәni öldürmәyә, igidim, һeç qıyardımmı?..
Onlar yaxına gәldilәr. Qucaqlaşıb qol-boyun oldular, şirin-şirin 
öpüşdülәr. Ağ-boz atlarını minib çapdılar, bәy atasının yanına çatdılar. 
Atası oğlunu gördü, allaһa şükürlәr elәdi. Qanlı qoca öz oğlu vә gәlini 
ilә oğuz yurduna girdi. Böyük vә gözәl çәmәnlikdә çadır qurdurdu. 
Atdan ayğır, dәvәdәn buğra, qoyundan qoç kәsdirdi. Toy etdi. Qalın 
oğuz bәylәrini çağırıb әzizlәdi...
Qanturalı qızıl tağlı günlüyünü qurdurub, gәlin otağına girdi, muradına-
arzusuna çatdı.
Dәdәm Qorqud gәlib, qopuz çaldı. Boy boyladı, soy soyladı, İgidlәrin 
başına gәlәnlәri söylәdi:  
İndi һanı dediyim bәy әrәnlәr? . Dünya mәnimdir deyәnlәr?
Әcәl aldı, yer gizlәtdi,
Fani dünya kimә qaldı? 
95


Gәlimli-gedimli dunya, 
Son uçu ölümlü dünya!
Әcәl kәldikdә tәmiz imandan ayırmasın, 
Allaһ sәni namәrdә möһtac etmәsin! Allaһ verәn ümidin üzülmәsin! 
Ağ alnın önündә beş kәlmә dua etdik, qәbul olsun! 
«Amin!» deyәnlәrin üzünü görәsәn! 
Yığışdırsın, saxlasın allaһ künaһınızı, 
Adı gözәl Mәһәmmәd Mustafaya bağışlasın,
                                                                 xanım, һey!!! 
 
96


QAZILIQ QOCA OĞLU YEYNƏK BOYU
Qam Ғanoğlu Bayındır xan yerindәn durmuşdu, qara yerin üzәrindә uca 
evini tikdirmişdi. Böyük alaçıqı göy üzünә dirәnmişdi. Min yerdә ipәk 
xalça döşәnmişdi. İç Oğuz vә Daş Oğuz bәylәri mәclisә toplaşmışdı. 
Yemәk-içmәk idi.Qazılıq qoca deyilәn bir kişi var idi. Bayındır xanın 
vәziri idi. Şәrabın tәsiri başına vurdu. Qaba dizlәri üstә çöküb, Bayındır 
xandan yürüş üçün, izin istәdi. Bayındır xan icazә verdi: «һaraya 
istəyirsәn, get!»—dedi.Qazılıq qoca dünyagörmüş, işә yarayan adam 
idi. Etibarlı qocaları yanına cәmlәdi. Yataq-yarağı ilә yola düşdu. Çox 
dağlar, dәrә-tәpәlәr aşdı, keçdi. Günlәrin bir günü Düzmürd qalasına 
gәldi. Qara dәniz kәnarında idi; oraya çatıb dayandılar. 
 
O qalanın bir tәkürü vardı. Adına Arşın oğlu Dirәk tәkür deyәrdilәr. O 
kafirin altmış arşın qaməti vardı. Altmış batmanlıq kürz atardı. Әn 
möһkәm yayı da çәkәrdi,..Qazılıq qoca oraya çatan kimi döyüşə 
başladı. Sonra o tәkür qaladan bayıra çıxdı. Meydana girdi, özünә tay 
igid istәdi: Qazılıq qoca onu görәn kimi yel kimi yetişdi, yelәm1 kimi 
yapışdı. Kafirin әnsәsinə bir qılınc vurdu. Zәrrә qәdәr kәsә bilmәdi. 
Növbә kafirә çatdı. O altmış batmanlıq gürzlә Qazılıq qocanı vurdu. 
Boş dünya başına dar oldu. Qanı düdük kimi şoruldadı. Qazılıq qocanı 
qarmalayıb-tutub qalaya saldılar. İgidlәri durmayıb qaçdılar.Qazılıq 
qoca düz on altı il qalada dustaq oldu. Sonralar Әmәn deyilәn bir kişi 
altı dәfә getdi, һəmin qalanı ala bilmәdi. 
 
Sәn demә, Qazılıq qoca dustaq düşәn vaxt bir yaşında oğlu varmış. On 
beş yaşına girdi, igid oldu. Atasını ölmüş bilirdi. Atasının dustaq 
olduğunu oğlandan gizlәdirdilәr. һәmin oğlanın adına Yeynәk 
deyәrdilәr. Günlәrin bir günü Yeynәk oturub bәylәrlә söһbәt edәrkәn 
Qaragünә oğlu Budaqla sözü düz gәlmәdi. Bir-birinә söz atdılar. Budaq 
dedi: «Burada boş-boş danışıb neylәyirsәn? Dalaşmağa adam 
axtarırsansa, gedib atanı qurtarsana! Bәs niyә on altı ildir, 
dustaqdır?»Yeynәk bu xәbәri eşidəndә ürәyi oynadı, qara bağrı sarsıldı. 
Qalxdı, Bayındır xanın һüzuruna getdi. Üzünü yerә qoydu, dedi: 
 
  
97


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə