Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə250/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   246   247   248   249   250   251   252   253   ...   306

məlumatlardan  istifadənin  sadələşdirilməsi  məqsədilə,  fond  birjalarında 

qiymətlərin  hərəkətinin  ümumiləşdirici  göstəriciləri  olan  fond  indekslərindən 

istifadə  edilir.  Məsələn,  Nyu-York  Fond  Biıjasmda  5000-dən  çox  emitentin, 

London Fond Birjasında 4000-dən çox milli səhmdar cəmiyyətinin, Tokio Fond 

Birjasında 3000-dən çox milli şirkətin, Frankfurt Fond Birjasında 2500- dən çox 

emitentin  qiymətli  kağızları  dövriyyədədir.  İndeks  müəyyən  sayda  səhmin 

qarışıq  məzənnəsini  göstərməklə  yanaşı,  iqtisadiyyatın  vəziyyətini  əks  etdirir. 

İndeksin  artım  meylinin  dayanıqlı  olması  ölkə  iqtisadiyyatının  yüksəlişini 

bildirir,  indeksin  aşağı  düşməsi  isə  iqtisadiyyatda  yaxud  onun  hər  hansı 

sektorunda  mənfi  təzahürlərin  baş  verməsinin  əlamətidir.  İndekslər  müəyyən 

şirkətlərin  bazardakı  vəziyyəti  daha  dəqiq  əks  etdirən  səhmlərinin  məzənnə 

dəyərinin orta kəmiyyətini ifadə edir. 

Ən qocaman, nüfuzlu və geniş yayılmış fond indeksi Dou-Cons indeksidir 

(DJl  -  Dow  Jones  Index).

 

Bu  indeks  Nyu-York  Fond  Birjasının  səhmlərinin 

qiymətlərini  əks  etdirir.  Onun  bir  neçə  növü  var.  Sənaye  Dou-Cons  indeksi

 

səhmləri  Nyu-York  Fond  Birjasında  kotirovka  olunan  30  ən  böyük  sənaye 

şirkətinin  səhmlərinin  məzənnəsinin  hərəkətinin  sadə  orta  göstəricisi  kimi 

hesablanır  (qiymətli  kağızların  məzənnə  dəyərinin  20%-i).  Bu  indeks  bazar 

fəallığının  göstəricisidir,  onun  tərkib  hissələri  isə'  ən  böyük  korporasiyaların 

ABŞ  iqtisadiyyatında  və  onun  bazarlarında  tutduğu  mövqedən  asılı  olaraq 

dəyişir.  İndeks  birjanın  bağlandığı  anda  şirkətlərin  listinqə  daxil  edilmiş 

səhmlərinin  qiymətlərinin  toplanılması  nəticəsində  alman  rəqəmin  bazar 

dövriyyəsində  olan  səhmlərin  sayma  bölünməsi  yolu  ilə  hesablanır.  Nəqliyyat 

Dou-Cons  indeksi

 

20  nəqliyyat  şirkətinin  (hava,  dəmir  yolu,  avtomobil 

nəqliyyatı)  səhmləri  üzrə  qiymətlərin  hərəkətini  xarakterizə  edir.  Kommunal 

Dou-Cons  indeksi

 

qaz  və  elektrik  təchizatı  sahəsində  fəaliyyət  göstərən  15 

şirkətin  səhmləri  əsasında  hesablanır.  Mürəkkəb  Dou-Cons  indeksi  65 

(30+20+15)  sənaye,  nəqliyyat  və  kommunal  sahələri  şirkətlərinin  indeksləri 

əsasında müəyyən olunur. Bütün digər indekslər Dou-Cons göstərieisinə cavab 

reaksiyası  verdiyinə  görə  dünya  və  regional  birjalardakı  səhmdarlar  onun 

hərəkətini diqqətlə izləyir. 

NASDAQ

 

(National Association of Securities Dealers Automated Quota- 

tion) elektron birjasının indeksi də sürətlə genişlənir. 

«Financial  Times»  qəzetinin  fond  indeksi  (FT-SE  100)  -  London  Fond 

birjasında kotirovka olunan 100 ən mühüm səhmin qiymətlərinin indeksidir. 



641 


indeks 1984-cü ildən, sənaye müəssisələrinin sadə səhmlərinin  fond indeksinin 

emal sənayesi tərəfə həddən artıq yönəldiyinə görə 1000 bazası əsasında tətbiq 

olunmağa  başlamışdır.  «Financial  Times»  qəzeti  tərəfindən  dərc  olunan  bu 

indeks,  hazırda  səhmlərin  qiymətlərinin  ən  çox  sadalanan  göstəricisinə 

çevrilmişdir. 

Xülasə 

 



Dünya iqtisadi sisteminin fəaliyyətini təmin edən ümumdünya maliyyə 

sistemi  onun  qloballaşmaya  daha  çox  məruz  qalan  seqmentidir.  Meqa  və 

makroiqtisadi sabitlik maliyyə bazarlarının genişlənməsi, kapitalların beynəlxalq 

hərəkəti, milli korporasiyaların və maliyyə qurumlarının ölkə xaricinə çıxması və 

s.  üçün  zəmin  yaradır.  Eyni  zamanda  dünya  maliyyə  sisteminin  və  onun 

sektorlarının  dayanıqlı  inkişafı  dünya  iqtisadiyyatının  uzunmüddətli  və  sabit 

artımının  baza  amili  qismində  çıxış  edir.  Beynəlxalq  banklar  və  maliyyə 

mərkəzləri bu sistemin «aparıcı konstruksiyalarıdır». Əvvəl belə hesab olunurdu 

ki,  mühitin  dəyişməsinə  adekvat  reaksiya  vermək  imkanı  yaradan  qiymətli 

kağızlar  bazarına  -  törəmə  maliyyə  alətlərinin  birja  bazarına  xüsusi  çeviklik 

məxsusdur. Derivativlərin nəhəng kütləsi dünyada maliyyə sabitliyinin təməlinin 

dağılmasına  və  2008-2010-cu  illərin  qlobal  böhranının  geniş  miqyasda 

yayılmasına  təsir  göstərdiyinə  görə,  bu  rəy  neqativ  istiqamətdə  sürətlə 

dəyişmişdir.  Müasir  informasiya  vasitələrinin  birjaların  fəaliyyətinə  tətbiq 

olunması onların ənənəvi strukturlarına keyfiyyət dəyişiklikləri gətirir, birjalar və 

müştərilər  arasındakı  münasibətləri  təkmilləşdirir.  NASDAQ  tipli  elektron 

birjadankənar  təşkilatlar  qocaman  ənənəvi  birjaların  üzərinə  hücuma  keçərək, 

onların texnoloji və təşkilati cəhətdən müasirləşməsini sürətləndirir. 

 

Böyük  həcmdə  maliyyə  resurslarını  cəmləşdirərək  (xüsusilə  maliyyə 



mərkəzlərində), kreditləşmə məqsədlərinə yönəldən iri milli və beynəlxalq fond 

bazarlarının  rolu  əhəmiyyətli  dərəcədə  artır.  Bir  tərəfdən,  fond  bazarlarının 

ixtisaslaşması,  digər  tərəfdən  isə  maliyyə  bazarlarının  beynəlmiləlləşməsinin, 

müasir  kompüter  və  telekommunikasiya  texnologiyalarının  inkişafının  təbii 

nəticəsi  kimi,  onların  unifikasiyası  meyliləri  güclənir.  Bu,  fond  birjalarından 

rəqabət mübarizəsinin yeni şərait nəzərə alınmaqla gücləndirilməsini tələb edir 

və müvafiq olaraq, onların fəaliyyətinin formaları və metodları arasındakı fərqləri 

hamarlayır. 

642 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə