Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə249/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   245   246   247   248   249   250   251   252   ...   306

21.9.

 

London Fond Birjası (LFB) 

London Fond Birjası (LSE - London Stock Exchange) 1773-cü ildə təşkil 

olunmuşdur. 1802-ci ildə qəbul olunan qaydalar 1986-cı ilədək, demək olar ki 

dəyişiklik  aparılmadan  qüvvədə  olmuşdur.  1986-cı  ilin  noyabrında  əvvəllər 

assosiasiya olmuş LFB özəl şirkətə çevrilmişdir. Onun səhmdarları hərəsinin 1 

səsi  olan  broker-diler  firmalarıdır.  1990-cı  illərin  sonunda  birjanın  üzvlərinin 

sayı  1270-dən  artıq  olmuşdu.  İkinci  Dünya  müharibəsindən  sonra  ingilis  fond 

birjalarının  inteqrasiyası  prosesində  onların  hamısı  LFB-nin  regional 

bölmələrinə çevrilmişdir. 1986-cı ilədək London birjasının üzvləri qəti surətdə 

brokerlərə  və  cobberlərə  bölünürdü.  Birincilər  əməliyyatları  yalnız  komissiya 

haqqı  müqabilində  yerinə  yetirir,  ikincilər  isə  müştərilərin  agent  tapşırıqlarını 

yerinə  yetirmək  hüququ  olmayan  diler  idi.  Birjanın  üzvü  ortaqhq  şəklində 

birləşən fiziki şəxslər ola bilər. Komissiya haqları təsbit olunmuşdu, səhmlərlə 

ticarət «səslə», ticarət zalında aparılırdı. 

Son  2  onillikdə  baş  verən,  «böyük  silkələnmə»  adını  almış  mühüm 

dəyişikliklər  nəticəsində  qiymətli  kağızlarla  bağlanılan  əqdlər  üzrə  komissiya 

haqlarının  təsbit  olunması,  birja  üzvlərinin  broker  və  cobberlərə  bölgüsü  ləğv 

edilmişdir.  Elektron  sistem  əsasında  yeni  ticarət  sisteminə  keçid  son  dərəcə 

mühüm hadisə olmuşdur. Bu dəyişikliklər birjada səs hüququnun təkamül yolu 

ilə  fiziki  şəxslərdən  korporasiyalara  keçməsini  möhkəmləndirmişdir.  London 

Fond Birjasının tərkibinə firma və təşkilatların aşağıdakı qrupları daxildir: 

 



broker-diler fımraları. Onlar əqdləri öz hesabına icra etsələr də, qiymətli 

kağızların  alqı-satqısı  üzrə  investorların  tapşırıqlarını  yerinə  yetirirlər.  Bu 

firmaların bəzisi yalnız bir, broker yaxud diler rolunda çıxış edir; 

 



market-meyker  firmaları.  Bu  firmalar  birjanın  üzvüdür  və  iş  günü 

ərzində  müəyyən  qiymətli  kağızları  kotirovka  etməlidir;  onlar  birjada  yerinə 

yetirilən bütün əməliyyatlarda mərkəzi yer tuturlar

 



broker-dilerlər. Onlar «giltlər» üzrə vasitəçi rolunda çıxış edir; 

 



fond  birjasının  pul  brokerləri.  Bunlar  birjanın  başqa  üzvlərinə  pul 

vəsaitlərini  borca  vennək  hüququ  olan  birja  üzvləridir.  Fond  birjasında  öz 

«taxçasına» malik olmaqla, onlar burada mühüm rol oynayır. 

Qiymətli  kağızlar  üzrə  beynəlxalq  birja  dövriyyəsinin  Ya  hissəsinin,  o 

cümlədən Avropada səhmlərlə aparılan beynəlxalq əməliyyatların 90%-dən 

638 



çoxunun London Fond Birjasının payına düşməsi faktı burada həyata keçirilən 

maliyyə əməliyyatlarının miqyası haqqında təsəvvür yaradır. 



21.10.

 

London Beynəlxalq Maliyyə 

Fyuçersləri Birjası (LBMFB) 

London  Beynəlxalq  Maliyyə  Fyuçersləri  Birjası  (LIFFE  -  London 

International  Financial Futures and Options Exchange) 1982-ci ildə  yaradılmış 

və  ABŞ  ərazisində  yerləşməyən  ilk  maliyyə  fyuçersləri  birjası  olmuşdur. 

LBMFB-nin  215  üzvü  arasında  maliyyə  qurumlarının,  sənaye  qruplarının 

nümayəndələri,  habelə  fiziki  şəxslər  -  öz  hesabına  ticarət  edən  təcrübəli 

treyderlər vardır. Bu birja tipik beynəlxalq birjadır: onun üzvlərinin 30%-i ingilis 

firmalarıdır,  1990-cı  illərin  ortasında  isə  təqribən  60%-i  Avropanın,  ABŞ-m, 

yapon şirkətlərinin payına düşürdü. Hazırda Qərbi Avropa firmalarının payı xeyli 

artmış,  ABŞ  fınnalarınm  payı  isə  əvvəlki  səviyyədə  qalmışdır.  1998-ci  ildə 

birjada hər gün təqribən 850 min müqavilə satılır, əsrimizin ilk onilliyində isə 

ticarətin həcmi hər il təxminən 50% artırdı. 

Birjada  ticarətin  əsas  metodu  treyderlər  və  market-meykerlər  arasında 

xüsusi  «birja  çalalarında»  «səs»  və  əllə  verilən  standart  işarələr  vasitəsilə 

əqdlərin  bağlanmasıdır.  Hər  bir  «çalanın»  yanında  nizam-intizama  riayət 

olunmasına nəzarət edən və mübahisə  yarandığı  halda münsif  rolunu oynayan 

birja nümayəndəsi var. Opsionlarla ticarətdə market-meykerlər də iştirak edir və 

onlar cavabdeh olduqları opsionlara daimi nəzarət öhdəliyi götürürlər. Onlar bu 

opsionlar  üzrə  broker  qismində,  yəni  komissiya  haqqı  əsasında  iştirak  edə 

bilməz.  Başqa  opsionlar  üzrə  isə  onlar  üçün  qadağan  yoxdur.  Birjanın  digər 

iştirakçıları  əqdləri  broker,  diler  qismində  yerinə  yetirə,  opsionları  müstəqil 

qiymətləndirə bilər. 

Bütün  əqdlər  üzrə  hesablaşmaların  London  Klirinq  Palatası  (LCH  - 

London  Clearing  House)  vasitəsilə  aparılması  iştirakçılara  əks-müqavilə 

bağlamaqla, real  göndəriş həyata keçirmədən və aldığı maliyyə alətlərinə görə 

tam  məbləği  ödəmədən  oyundan  çıxmaq  imkanı  yaradır.  Başqa  sözlə, 

müqavilənin  iştirakçısı  istənilən  anda  özünün  uzun  yaxud  qısa  mövqeyini 

bağlaya bilər. 



639 


21.11.

 

Birja fəaliyyətini tənzimləyən beynəlxalq təşkilatlar 

Bu sahədə fəaliyyət göstərən əsas təşkilatlar aşağıdakılar aiddir: 

 

Fond  Birjalarının  Beynəlxalq  Federasiyası  (FIBV  -  International 



Federation  of  Stock  Exchanges).  Təşkilat  əlaqələndirmə  və  vahid  standartların 

hazırlanması ilə məşğul olur. Dünya üzrə kapitallaşdırılmış maliyyə vəsaitlərinin 

98%-i Federasiya üzvlərinin payına düşür; 

 



Qiymətli  Kağızlar  üzrə  Komissiyalann  Beynəlxalq  Təşkilatı  (lOSCO  - 

International  Organization of Securities Commissions). Təşkilatın üzvləri  fond 

bazarlarının  iştirakçısı  olan  ölkələrin  müvafiq  (tənzimləmə)  orqanlarıdır.  Bu 

təşkilat əlaqələndimıə, əməkdaşlıq və qarşılıqlı təcrübənin öyrənilməsi əsasında 

işin təkmilləşdirilməsi imkanlarını da öyrənir; 

 



Beynəlxalq  Fond  Bazarları  İştirakçılarının  Assosiasiyası  (ISMA  - 

International  Securities  Market  Association).  Bu  Assosiasiya  beynəlxalq 

avroistiqrazlar  bazarını  tənzimləyən  demək  olar  ki,  yeganə  təşkilatdır;  peşəkar 

iştirakçılardan,  ilk  növbədə,  ən  iri  transmilli  bankların  nümayəndələrindən 

ibarətdir. 

 



Fyuçers Bazarlarının Beynəlxalq Assosiasiyası (FIA - Futures Industry 

Association).  Bu  təşkilat  da  müvafiq  milli,  regional  və  qlobal  bazarlarda  birja 

fəaliyyətinin tənzimlənməsində mühüm rol oynayır. 

Tənzimləmə  barədə  danışılarkən  nəzərə  alınmalıdır  ki,  beynəlxalq 

təşkilatların  fəaliyyəti  əsasən  tövsiyə  və  məsləhətvermə  xarakteri  daşıyır. 

Məsələn, onlar tərəfın-dən birjaların cari fəaliyyəti barədə kompleks hesabatlar 

və beynəlxalq standartlar hazırlanır, nəzəri tədqiqatlar aparılır. Milli, xüsusilə də 

dövlət  tənzimləmə  orqanları-nm  rolunun  nisbətən  zəifləməsi,  maliyyə 

tənzimləməsi  sahəsindən  «dövlətin  getməsini»  ifadə  etməsə  də,  beynəlxalq 

birjaların rolunun güclənməsinin sübutudur. Burada əsasən tənzimləmənin yeni 

formaları  və  dövlətin  funksiyalarının  optimallaş-ması,  onun  birbaşa  təsir 

formalarının  millətüstü  və  qlobal  tənzimləmə  elementlərinin  gücləndirilməsi 

yönümündə dolayı formalannm universallaşması nəzərdə tutulur. 

21.12.

 

Birja indeksləri 

Səhmlərin məzənnələrinin dinamikasının operativ qiymətləndirilməsi və 

proqnozlaşdırılması, çoxsaylı emitenti olan qiymətli kağızlar bazarları üzrə 

640 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə