Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə252/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   248   249   250   251   252   253   254   255   ...   306

V

 

Bölmə 

BİM SİSTEMİNDƏ 

BEYNƏLXALQ TƏŞKİLATLAR 


Fəsil 22 

BEYNƏLXALQ TƏŞKİLATLARIN 

FƏALİYYƏTİNİN XÜSUSİYYƏTLƏRİ 

22.1.

 

Beynəlxalq əməkdaşlıq və iqtisadi münasibətlərin 

beynəlxalq-hüquqi tənzimlənməsi 

ölkələr  bir-biri  ilə  ticarət  edir,  müqavilələr  bağlayır,  müxtəlif  işlərin  - 

mallar  və  xidmətlərlə  ticarətin,  obyektlərin  inşası  yaxud  müəssisələrin  satın 

alınması,  borclar,  kreditlər  və  s.  yerinə  yetirilməsinin  ümumi  qaydaları  barədə 

razılaşmalar  əldə  edir.  Bu  hərəkətlərin  hamısında  -  ən  sadəsindən  başlayaraq, 

çoxsaylı ölkələrin və şirkətlərin iştirak etdiyi ən mürəkkəbinədək ikitərəfli yaxud 



çoxtərəfli beynəlxalq iqtisadi əməkdaşlığın mahiyyəti

 

və məzmunu



 

ifadə olunur. 

Bu cür əməkdaşlıq prosesində çox zaman əsrlər bo}aı təşəkkül tapmış adətlərə

 

və 


ənənələrə

 

istinad  edən  müvafiq  qaydalar



 

işlənib  hazırlanır.  Bu  qaydalar 

beynəlxalq  hüquq  subyektləri  arasında  bağlanılan  müqavilələrlə  birlikdə 

beynəlxalq  hüququn  mənbələrindən  biri  kimi  çıxış  edir  və  beynəlxalq 



konvensiyalar

 

adlandırılır. 



iqtisadi hüquq anlayışı. Beynəlxalq iqtisadi hüquq

 

dövlətlər və beynəlxalq 

hüququn  başqa  subyektləri  arasında  iqtisadi  münasibətlər  sahəsində  yaranan 

əlaqələri tənzimləyən prinsiplərin, nonualarm, ümumi qəbul olunmuş qaydaların 

məcmusudur.  Mənbəyi  dövlətlərin  hökumətləri  arasındakı  müqavilə  bazası  ilə 

yanaşı, BMT və onun təşkilatları tərəfindən işlənib hazırlanmış sənədlər, adət və 

ənənələr  (hərçənd,  onlar  məhdud  rol  oynayır  və  nadir  təsadüf  edilir)  olduğuna 

görə, iqtisadi hüquq rəngarəng özəllikləri ilə fərqlənir. Məsələn,  BMT-nin Baş 

Məelisinin yaxud onun idarələrinin (UNCTAD) dövlətlər tərəfindən ratifikasiya 

olunan  tövsiyələri  beynəlxalq  hüququn  adi  nonuasma  çevrilir;  qeyd  edək  ki, 

ratifikasiya etmədikdə belə, dövlətlər bunları nəzərə almağı üstün tutur. BVF (və 

Dünya Bankının) malİ3^ə-iqtisadi siyasət sahəsində 1990-cı illərdə qəbul etdiyi 

tövsiyələr tam mübahisəsiz xarakter daşımasa da, ölkələrin əksəriyyəti tərəfindən 

milli  qanunvericilikdən  üstün  tutulurdu.  Buna  görə  də  müasir  BİM  sisteminə 

müəyyən  dərəcə  təsir  göstərən  beynəlxalq  iqtisadi  təşkilatların  fəalİ3^ət 

mexanizmi  və  xüsusiyyətləri,  habelə  onların  hazırladığı  və  dövlətlərə  ümumi 

qaydalar kimi təklif etdiyi hüquqi 

647 



normalar barədə dəqiq təsəvvürlərə malik olmaq zəruridir. 

Bütün 


ölkələr 

arasındakı 

iqtisadi 

münasibətlərin 

beynəlxalq 

tənzimlənməsi iqtisadi hüququn bazasında həyata keçirilir. Beynəlxalq normadan 

asılı olaraq, bu tənzimləmənin müxtəlif səviyyələri var; 

1)

 



ümumi (universal); 

2)

 



regional; 

3)

 



ikitərəfli. 

Universal  nonnalar  bütün  subyektlərin  münasibətlərini  tənzimləyərək, 



ümumi beynəlxalq hüququ

 

təşkil edir. Beynəlxalq hüquq normalan dispozitiv və 



imperativ

 

hissələrə bölünür. Birinci halda beynəlxalq norma ölkənin davranışının 

ümumu  qaydalarını  təyin  edir,  konkret  hərəkətlər  isə  onun  özü  tərəfindən 

müəyyənləşdirilir; ikinci halda, yəni imperativ normada dövlət onun tələblərini 

qeyd-şərtsiz  yerinə  yetirməlidir.  BMT  Baş  Məclisinin,  BMT  Təhlükəsizlik 

Şurasının, BMT-nin  Nizamnaməsindən irəli gələn müqavilələri və qətnamələri 

bunlara  aiddir.  Dövlətlərin  BMT-nin  Nizamnaməsinə  zidd  olan  istənilən 

müqaviləyə  istinad  etməsinin  yaxud  imtiyazlarından  bəhrələnməsinin 

qeyri-qanuniliyi ümumi qəbul olunmuşdur. Bu tənzimləmədə beynəlxalq iqtisadi 

təşkilatların böyük qrupu mühüm rol oynayır. 



BİM-in  beynəlxalq  tənzimlənməsinin  vəzifələri.  Beynəlxalq  iqtisadi 

münasibətlərin tənzimlənməsinin əsas vəzifələri bunlardır: 

 

dünyanın bütün regionlarında iqtisadi artımın, xüsusilə də konyunktura 



və xarici siyasi amillərin təsirinə qarşı xüsusi həssaslığını nəzərə alaraq, maliyyə 

sahəsində sabitliyin və dayanıqlığın təmin edilməsi; 

 

əməkdaşlığın  müxtəlif  formaları  vasitəsilə  ölkələr  arasında  iqtisadi 



əməkdaşlığın dəstəklənməsi

 



ticari-iqtisadi  əməkdaşlıqda  ayrı-seçkiliyin  tam  aradan  qaldırılmasına 

səy göstərilməsi (məsələn, YTT-nin Dohada (Qətər, 2001-ci il) keçirilən Ticarət 

raundunun ilkin mərhələsində nəzərdə tutulduğu kimi); 

 



inkişaf  etməkdə  olan  ölkələrdə  və  yeni  kapitalist  ölkələrində  özəl 

sahibkarlığın inkişafına hərtərəfli yardım edilməsi; 

 

onlara  böhranlı  vəziyyətlərdən  çıxmaq  üçün  etibarlı  hesab  edilən 



metodlarla kömək göstərilməsi

 



ümumdünya  iqtisadi  əməkdaşlıqda  iştirak  edən  dövlətlərin 

makroiqtisadi siyasətinin əlaqələndirilməsi. Əvvəlkilər kimi, sonuncu vəzifənin 

də, sözsüz ki, pozitiv məramı olsa da, real təcrübəyə deyil, sadəlövh-romantik 

648 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə