Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə254/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   250   251   252   253   254   255   256   257   ...   306

Müasir  beynəlxalq  təşkilatlar  sırasında  iki  əsas  tip  fərqlənir: 

hökumətlərarası  və  qeyri-hökumət.  Onların  hər  ikisinin  rolu  əhəmiyyətlidir: 

dövlətlərin  həyatın  müxtəlif  sahələrində  ünsiyyətinə,  yaxınlaşmasıma  və 

əməkdaşlığına şərait yaradırlar. 

Beynəlxalq  hökumətlərarası  təşkilat  beynəlxalq  hüquqa  müvafiq  olaraq 

yaradılır  və  hər  hansı  dövlətin,  beynəlxalq  ictimaiyyətin  maraqlarına 

toxunmamalıdır.  Onun  yaradılmasının  əsasında  beynəlxalq  müqavilə 

(konvensiya,  saziş,  protokol  və  s.)  durur.  Bu  müqavilənin  tərəfləri  qismində 

suveren dövlətlər, son vaxtlar isə, həmçinin, hökumətlərarası təşkilatlar çıxış edir. 

İstənilən  beynəlxalq  təşkilatın  yaradılmasının  məqsədi  dövlətlərin 

müəyyən sahədə səylərini birləşdirməkdir. BMT, demək olar ki, bütün sahələrdə 

dövlətlərin fəaliyyətini əlaqələndirir və onların arasında vasitəçi kimi çixiş edir. 

Bəzi  hallarda  dövlətlər  beynəlxalq  münasibətlərin  ən  çətin  məsələlərinin 

müzakirəsini  və  barəsində  qərar  qəbul  olunmasını  onlara  həvalə  edir.  Hər  bir 

beynəlxalq  təşkilatın  müvafiq  təşkilati  strukturunun  mövcudluğu  onun  daimi 

xarakterdə  olmasını  təsdiqləyir  və  bununla  da,  beynəlxalq  əməkdaşlığın  digər 

fonnalarından fərqlənir. Beynəlxalq təşkilatın mühüm əlaməti, onun təsis aktında 

təsbit  edilən  hüquq  və  vəzifələrinin  olmasıdır.  Beynəlxalq  təşkilat  öz 

səlahiyyətlərini aşa bilməz. 

Beynəlxalq  təşkilatların  digər  tipi  hökumətlərarası  müqavilələr  əsasında 

təsis olunmayan BQHT-dir. Bu təşkilatlar ən azı bir dövlət tərəfindən tanınmalı, 

amma  fəaliyyətini  ən  azı  iki  dövlətdə  həyata  keçirməlidir.  Bu  cür  təşkilatlar 

təsisat aktı əsasında yaradılır və hazırda onların sayı 8000-dən çoxdur. BQHT-lər 

müasir beynəl-xalq  münasibətlərin  bütün  sahələrində fəal  rol oynayır, çoxsaylı 

ölkələrdə işləyir. 

İstənilən  tip  beynəlxalq  təşkilat  fəaliyyət  göstərdiyi  sahədə  müxtəlif 

problemlərin həlli məqsədilə yaradılır. İqtisadi və başqa problemlərin həlli üçün 

hazırda  hər  il  1000-dən  çox  konfrans  keçirilir.  Bu  konfranslarda  beynəlxalq 

müqavilələr  işlənib  hazırlanır  və  qəbul  edilir,  sazişlər  bağlanır,  beynəlxalq 

münasibətlərin konkret sahəsində əməkdaşlıq prinsipləri müəyyənləşdirilir. 

653 



22.4.

 

BMT və onun qurumları, 

əsas funksiyaları və vəzifələri 

Həm üzvlük üzrə universallığı, həm də səlahiyyətinə aid olan problemlərə 

görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) dövlətlərarası tənzimləmə sistemində 

ən mühüm rol oynayır. 

Nizamnaməsinə  uyğun  olaraq,  BMT-nin  qarşısındakı  məqsədlər 

bunlardır: 

 

beynəlxalq  sülhü  və  təhlükəsizliyi  dəstəkləmək;  sülhün  pozulmasına 



səbəb  ola  biləcək  mübahisələri  yaxud  vəziyyətləri  ədalətlilik  və  be3məlxalq 

hüquq prinsiplərinə müvafiq surətdə qaydaya salmaq yaxud həll etmək

 

millətlərin  bərabərliyi  və  müqəddəratını  həll  etmək  prinsipinə  hörmət 



əsasında xalqlar arasında dostluq münasibətlərini inkişaf etdinnək

 



hərtərəfli  əməkdaşlığı  həyata  keçinnək,  insan  hüquqlarına  hörmət  və 

hamı  üçün  əsas  azadlıqlar  prinsipləri  əsasında  iqtisadi,  sosial,  mədəni  və 

humanitar xarakterli beynəlxalq problemlərin həllinə yardım göstərmək

 



millətlərin  qarşıya  qoyduğu  məqsədlərə  nail  olunması  üçün  etdiyi 

hərəkətlərin əlaqələndirilməsi mərkəzinə çevrilmək. 

BMT-nin ixtisaslaşmış qurumları olan BVF və Dünya Bankı qrupu, habelə 

ÜTT  ümumdünya  əhəmiyyətli  təşkilatlara  aiddir.  BMT-nin  beynəlxalq 

valyuta-kredit və maliyyə münasibətlərində birbaşa rolu məhduddur. 

BMT-nin  strukturunda  regional  iqtisadi  komissiyalar  (Avropa  İqtisadi 

Komissiyası, Afrika üçün iqtisadi Komissiya, Latın Amerikası və Karib dənizi 

hövzəsi ölkələri üzrə İqtisadi Komissiya, Asiya və Sakit Okean regionu ölkələri 

üçün İqtisadi Komissiya və s.), habelə funksional və xüsusi komissiyalar ayrıca 

blok  şəklində  təmsil  olunmuşdur.  Bu  təşkilatlardan  hər  birinin  konkret 

məqsədləri  və  vəzifələri  var  və  onlar  beynəlxalq  iqtisadi  münasibətlərin 

tənzimlənməsinə real töhfə verir. 2005-ci ilin mayında dünya ictimaiyyəti qlobal 

inkişaf problemlərinin həllində aparıcı beynəlxalq forum olan BMT-nin 60 illik 

yubileyini  qeyd  etmişdir.  BMT  müasir  dünyada  əmin-  amanlığın  bərqərar 

olmasında böyük rol oynayır. İndi mövcud olan beynəlxalq hüquq normaları ilk 

dəfə onun Nizamnaməsində təsbit olunmuşdu. 



654 


22.5.

 

BMT-nIn yaradılması 

12  iyun  1941-ci  ildə  Londonda  imzalanmış  Bəyannamə  Birləşmiş 

Millətlər  Təşkilatının  yaradılmasına  doğru  ilk  addım  olmuşdur.  Bəyannamədə 

antihitler  koalisiyası  üzrə  müttəfiqlər  «həm  müharibə,  həm  də  sülh  dövründə 

başqa  azad  xalqlarla  birgə  işləmək»  öhdəliyini  qəbul  edirdi.  Həmin  ilin 

avqustunda  ABŞ  Prezidenti  F.D.Ruzvelt  və  Böyük  Britaniyanın  Baş  naziri 

U.Çörçil Atlantik Xartiyası kimi məşhur olan sənəddə sülhün və təhlükəsizliyin 

qorunması  məqsədilə  beynəlxalq  əməkdaşlıq  prinsiplərinin  məcmusunu  təklif 

etdilər. Əlbəttə ki, bu zaman İkinci Dünya müharibəsinin qarşısını ala bilməmiş 

Millətlər  Liqasının  təcrübəsi  nəzərə  alınmışdı.  1942-ci  ilin  yanvarında  «Ox» 

dövlətlərinə (Almaniya - İtaliya - Yaponiya) qarşı müharibə aparan 26 müttəfiq 

ölkənin nümayəndəsi Atlantik Xartiyanı dəstəklədiklərini bildirərək, 26 dövlətin 

Bəyannaməsini  imzaladı.  Bu  sənəddə  ilk  dəfə  rəsmi  olaraq.  Prezident  Ruzvelt 

tərəfindən  təklif  edilmiş  «Birləşmiş  Millətlər»  adından  istifadə  olunmuşdur. 

Sonra  30  oktyabr  1943-cü  ildə  Moskvada  imzalanmış  Bəyannamədə  Sovet 

İttifaqı,  Böyük  Britaniya,  Amerika  Birləşmiş  Ştatları  və  Çinin  hökumətləri 

sülhün  və  təhlükəsizliyin  qorunması  üçün  tezliklə  beynəlxalq  təşkilatın 

yaradılmasına çağırdı. Bu məqsəd Amerika  Birləşmiş Ştatları,  SSRİ və Böyük 

Britaniyanın rəhbərlərinin 1 dekabr 1943-cü ildə Tehranda keçirilən görüşündə 

bir daha təsdiqlənmişdi. 

BMT-nin ilk konkret cizgiləri Vaşinqtondakı Dumbarton-Oks (Dumbarton 

Oaks)  malikanəsində  keçirilən  konfransda  müəyyənləşdirilmişdi.  Məhz  bu 

konfransda  BMT-nm  fəaliyyətinin  əsas  prinsipləri  ifadə  edilmiş,  strukturu  və 

funksiyaları müəyyən olunmuşdu. Yalta (Krım) konfransında Ruzvelt və Çörçil 

Ukrayna SSR-in və Belarusiya SSR-in BMT-də təsisçi dövlət qismində iştirakına 

razılıq  vermişdi  (bu  addım  1944-cü  ildə  ikinci  cəbhə  açılanadək  Almaniya  ilə 

təkbətək müharibə apanmş SSRİ-yə hörmət əlaməti idi). Antihitler koalisiyasının 

rəhbərləri BMT-nin Nizamnaməsinin işlənib hazırlanması üçün 25 aprel 1945-ci 

ildə  San-Fransiskoda  Birləşmiş  Millətlərin  Konfransını  çağınnaq  qərarına 

gəldilər. 

BMT-nin  yaradılması  üzrə  təsis  konfransı  25  aprel  -  26  iyun  1945-ci  il 

tarixində  ABŞ-da  keçirilmişdi.  Bu  konfransın  İkinci  Dünya  müharibəsi  başa 

çatanadək  çağırılması.  Yerdə  sülhü  təmin  edə  bilən  universal  dövlətlərarası 

təşkilatın yaradılması məsələsi üzrə müttəfiqlər arasında qarşılıqlı anlaşma əldə 



655 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə