Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə262/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   258   259   260   261   262   263   264   265   ...   306

konvensiyalar, sazişlər, məcəllələr qəbul edilir. Qəbul olunan qərarlar tövsiyə 

xarakteri 

daşısa 

da, 


təşkilatın 

analitik 

hesabatları 

layiqincə 

qiymətləndirilməlidir.  Bu  hesabatlar  fundamental  tədqiqat  bazasına  istinad 

etməklə,  müxtəlif  ölkələrə  və  onlann  təşkilatlarına  dünyadakı  ümumi 

ticari-iqtisadi  vəziyyəti  nəzarətdə  saxlamağa,  dərc  olunan  məlumatlardan  öz 

xarici iqtisadi əlaqələrinin inkişafı planlarında istifadə etməyə imkan verir. 

Beləliklə,  UNCTAD-m  yaradılması  ilk  dövrdə  müstəmləkə  sisteminin 

dağılması və siyasi müstəqillik qazanan gənc dövlətlərin dünya ticarətinə yeni

bərabərlik  əsasında  inteqrasiya  olunmaq  cəhdləri  ilə  şərtləndirilmişdi. 

UNCTAD bu məsələlərin həllində onlara kömək göstəmıəli idi. Müasir dövrdə 

UNCTAD-m  əsas  məqsədlərindən  biri,  inkişaf  etməkdə  olan  ölkələrin 

beynəlxalq  ticarəti  onlar  üçün  daha  əlverişli  olan  şərtlərlə  apannaq  səylərini 

cəmləşdirməkdir. Bu, onların iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və 

milli təsərrüfatlarının inkişafı üçün lazımi baza yaratmağa imkan verəcəkdir. 

Konfransın  maliyyələşdirilməsi  BMT-nin  büdcə-sindən  və  büdcədənkənar 

resurslar hesabına həyata keçirilir. UNCTAD-ın fəaliyyəti-nin 2 əsas istiqaməti 

var;  1)  inkişaf  etməkdə  olan  ölkələrin  dünyanın  xammal  və  kənd  təsərrüfatı 

məhsulları bazarlarında mövqelərini möhkəmlətmək; 2) inkişaf etməkdə olan 

ölkələrin ixracının əmtəə strukturundakı disproporsiyanın dərin emal olunmuş 

mallar qmpunun genişləndirilməsi hesabına tədricən aradan qaldırılması. 

UNCTAD-m strukturu 22.4-cü şəkildə təsvir olunmuşdur. 

UNCTAD-m fəaliyyəti nəticəsində bir sıra mühüm beynəlxalq sazişlər, o 

cümlədən prefercnsial, xüsusilə də xammalla ticarət rejimləri; zəif inkişaf etmiş 

ölkələrin  borclarının  azaldılması;  dəniz  daşımalarının  tənzimlənməsi  və  s. 

bağlanmışdır. 

Fəaliyyətdə olan təşkilatlar - hüquqi şəxslər (hüquq subyektləri). İndi 

ayrıca götürülmüş dövlət inkişafın yeganə subyekti olmasa da, əvvəlki kimi, öz 

tərəqqisinə  görə  əsas  cavabdehlik  daşıyır.  Dövlətin  vəzifəsi  yaxud  xalqlann 

hüququ kimi nəzərdən keçirilməsindən asılı olmayaraq, inkişaf səriştəli dövlət 

idarəçiliyi,  ardıcıl  milli  siyasət  və  xalqın  bu  məqsədə  sadiqliyini  tələb  edir. 

Hərtərəfli  inkişaf  məsələlərini  xaricdən  kömək  olmadan  həll  edə  bilməyən 

cəmiyyətlər  məlum  olsa  da,  onların  sayı  azdır.  İnkişaf  beynəlxalq 

əməkdaşlığın,  o  cümlədən  dövlətin  səylərinə  başqa  təşkilatlar  tərəfindən 

yardım göstərilməsini tələb edir. 

676 



 

Şəkil 22.4. UNCTAD-ın fəaliyyətinin təşkili strukturu 

Hər bir dövlətin inkişafa öz yanaşması vardır. Hətta bir ölkədə inkişafın 

bir-biri  ilə  bağlı  olan  məsələləri  çox  zaman  müxtəlif  dövlət  idarələrinin 

fəaliyyət  dairəsinə  daxildir.  Hazırda  ölkənin  hökuməti  inkişaf  sahəsində 

fəaliyyət  göstərən  müəyyən  beynəlxalq  təşkilatda  növbə  ilə  müxtəlif  -  kənd 

təsərrüfatı,  ətraf  mühit,  maliyyə,  iqtisadiyyat  və  xarici  işlər  nazirlikləri  ilə 

təmsil oluna bilər. 

İndi ideyaların diapazonu, vəsaitlərin məbləği, layihələrin və cəlb olunan 

qrupların  dairəsi  baxımından,  inkişaf  həqiqətən  də  qlobal  fəaliyyət  sahəsinə 

çevrilmişdir. İnkişaf subyektlərinin - dövlət və özəl, milli və beynəlxalq sayı da 

getdikcə  artır.  İnkişaf  subyektlərinin  və  iştirakçılarının  çoxsaylı  olması 

nəticəsində  isə  bəzi  cəmiyyətlərdə  bu  sahədəki  səylərin  nizamlanması  üçün 

təhlükə  yarana  bilər.  İnkişaf  sahəsində  aparılan  iş  daha  yüksək  səviyyədə 

əlaqələndirilmə  tələb  edir.  Bundan  başqa,  resursların  inkişafın  müxtəlif 

parametrləri arasında bölgüsü, əvvəlki kimi, qeyri-mütənasibliklə səciyyələnir 

və buna görə də fəaliyyətin bir çox növləri (xüsusilə də sosial sahədə) kifayət 

qədər maliyyələşdirilmir. İnkişafa cəlb olunmuş hər bir strukturun öz konkret 

vəzifələri, proqramı, maraq göstərən qrupları və hərəkət üslubu olduğuna görə 



677 


paritetlərin  müəyyənləşdirilməsi  və  əlaqələndirilməsi  həlledici  əhəmij^ət  kəsb 

etməyə başlayır. Beynəlxalq əməkdaşlığın yaradılan sistemi daxili resursların və 

xarici köməyin (həm texniki, həm də maliyyə) sülh, iqtisadiyyat, ətraf mühit və 

demokratiya naminə səfərbərliyini təmin etməlidir. 

Nizamnaməyə  əsasən  BMT-nin  orqanlarına  inkişaf  sahəsində  həvalə 

olunan funksiyalar əlaqələndinnənin yeni səviyyəsini tələb edir. Nizamnamənin 

IV, IX və X fəsillərinə müvafiq olaraq. Baş Assambleya beynəlxalq iqtisadi və 

sosial  əməkdaşlıq  sahəsində  əsas  məsuliyyəti  daşıyır.  Fəaliyyətinin  ilk  50  ili 

ərzində Assambleya bütün dövlətlərə aid olan inkişaf məsələlərinin müzakirəsi 

və  müvafiq  qərarların  qəbul  edilməsi  üçün  universal  foruma  çevrilmişdir. 

İqtisadi  və  İctimai  Şura  Nizamnamənin  X  fəslində  nəzərdə  tutulan 

funksiyalarına  və  səlahiyyətlərinə  görə,  inkişafa  aid  olan  məsələlərin 

öyrənilməsində və əlaqələndirilməsində geniş vəzifələr dairəsinə malikdir. VII 

fəslin  müddəalarına  görə  Təhlükəsizlik  Şurası  sanksiyaların  tətbiqi  obyektinə 

çevrilən  dövlətlərdə,  habelə  onunla  qonşu  və  başqa  ölkələrdə  inkişafın  gedişi 

prosesinə  müdaxilə  etmək  hüququna  malikdir.  Katiblik  məsələlərin  mahiyyəti 

üzrə  yardım  göstərilməsinin,  o  cümlədən  inkişafın  planlaşdırılması  və  inkişaf 

siyasətinin  işlənib  hazırlanması,  statistika,  energetika,  təbii  resurslar,  dövlət- 

inzibati fəaliyyət sahələrində inkişafın ehtiyaclarının müəyyənləşdirilməsi üçün 

texniki  kömək  göstərilməsinin  və  məsləhətlər  verilməsinin  mənbəyidir. 

Vəzifələrin 

müxtəlif 

orqanlar 

arasında 

səpələnməsi, 

hərəkətlərin 

əlaqələndirilməsinin vacibliyini aydın göstərir. Katiblik regional komissiyaların 

vasitəsilə  sektorlararası  proqramların  və  texniki  əməkdaşlıq  planlarının  üzv- 

dövlətlərin mənafeyi naminə əlaqələndirilməsinə xidmət edir. 

BMT-nin proqramları və fondları hər il operativ fəaliyyətə külli məbləğdə 

vəsait yönəldir. Onların işi irəlilədikcə, yeni təzahürlər meydana çıxır. Mövzular 

və  məqsədlər  üzrə  maliyyələşdirməyə  doğru  meyil,  BMT-nin  İnkişaf 

Proqramının (UNDP) qarşısında yeni vəzifələr qoyur və resipiyent- dövlətlərin 

insanların  rifahı  naminə  dayanıqlı  inkişaf  proqramlarının  ardıcıllıqla  həyata 

keçirilməsini  dəstəkləyir.  Digər  meyil  əsas  istinad  nöqtəsinin  inkişafdan, 

fövqəladə  yardım  göstərilməsi  üzərinə  keçirilməsidir.  Məsələn,  Dünya  Ərzaq 

Proqramının  işi  barədə  danışıldıqda,  görürük  ki,  onun  göndərişlərinin  ümumi 

həcmi  rekord  səviyyəyə  çatsa  da,  uzunmüddətli  inkişaf  məqsədlərinə  deyil, 

təqribən  3/5  hissəsi  zərurət  üzündən  fövqəladə  yardım  göstərilməsinə 

yönəldilmişdir. Zorakılıq, sosial sarsıntılar yaxud ehtiyacla 



678 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə