Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə248/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   244   245   246   247   248   249   250   251   ...   306

üçün ayrılmış yerdə müvafiq ticarət postunda icazə verilir. Ümumilikdə 16 belə 

post  mövcuddur.  Hər  bir  ticarət  postunda  bir  neçə  onluq  səhm  təhkim 

olunmuşdur. 

21.6.

 

Amerika Fond Birjası (AFB) 

Amerika  Fond  Birjası  (AMEX  -  American  Stock  Exchange)  -  həcminə 

görə ABŞ-m ikinci fond birjasıdır və bu ölkədə satılan səhmlərin təqribən 1/10 

hissəsi  burada  dövriyyədədir.  AFB-nin  qədim  ənənələri  mövcuddur:  o,  açılan 

zaman brokerlər səhmləri almaq yaxud satmaq üçün küçədə toplaşırdılar. Onun 

«curb exchange»' adı da buradan yaranmışdır. Əqdin bağlanılması barədə klerkə 

məlumat vennək üçün əl ilə işarə verilirdi. AFB qapalı məkana yalnız XX əsrin 

əvvəlində köçmüşdür. 

Birja  əməliyyatları  yalnız  birjada  kotirovka  olunan  və  onun  direktorlar 

şurasının  tələblərinə  cavab  verən  şirkətlərin  səhmləri  ilə  aparılır.  Səhmləri 

AFB-də  kotirovka  olunan  şirkətlərin  əksəriyyəti  kiçik  müəssisələrdən  ibarət 

olduğuna görə, Amerika Fond Birjasının tələbləri Nyu-Yorkdakı ilə müqayisədə 

mötədildir.  AFB-də  səhmlərinin  birja  dövriyyəsi  kifayət  qədər  olan,  maraq 

göstərən investorlara infonuasiya verən şirkətlər qeydiyyatdan keçir. Şirkətlər hər 

il maliyyə hesabatlarını, hər rüb mənfəət və ziyanları barədə hesabatlarını birjaya 

təqdim etməli, öz əməkdaşlarının fmuanın səhmləri ilə apardıqları əməliyyatları 

məhdudlaşdırmalıdır. Bəzi şirkətlərin səhmləri bir neçə birjada qiymətləndirilir. 

Müəyyən səhmlərə maraq zəifləyirsə, onlar birja kotirovkasmdan çıxarılır. 

Fond birjasının ərazisində yalnız onun üzvü olan fınuaların səhm almaq 

yaxud  satmaq  ixtiyarı  var.  Birja  üzvü  olan  firmalar  qiymətli  kağızları  özünə 

yaxud  müştərilərisi  üçün  alır  yaxud  satır.  Birja  üzvlərinin  əksəriyyəti  broker 

firmalarıdır.  Birja  üzvləri  müxtəlif  rol  oynayırlar.  Birincisi,  onlar  səhmləri 

özlərinin qiymətli kağızlar portfeli üçün alan yaxud satan birja dilerləri ola bilər. 

İkincisi, onlar müştəridən yaxud fond birjasında işləməyən başqa brokerlərdən 

aldığı  komissiya  mükafatı  müqabilində  müqavilələr  bağlayan  brokerləri 

səhmlərlə  təchiz  edirlər.  Birja  üzvlərinin  bəzisi  müəyyən  növ  səhmlər  üzrə, 

digərləri isə qiymətli kağızların kiçik partiyaları üzrə ixtisaslaşır. 

^ ingilis dilində "curb exchange» 

фондовые рынки. M., 1996). 

"səki qırağında birja» deməkdir (Рубцов Б.В. Зарубежные 



635 


21.7.

 

Beynəlxalq fond birjaları 

Qeyd  edək  ki,  NFB  və  AFB  beynəlxalq  fond  birjalarıdır.  Milli  fond 

birjaları  ilə  müqayisədə,  beynəlxalq  fond  birjaları  daha  mühüm  rol  oynayır. 

Onlar, yerləşdikləri ölkənin milli maliyyə bazarlarını tənzimləyən orqan olmaqla 

yanaşı, beynəlxalq təsərrüfat əlaqələrinin inkişafının fonnalarım, istiqamətlərini 

və  xarakterini  müəyyənləşdirən  təşkilatlardır.  Biz  1990-cı  ildə  dünya  üzrə 

kapitalın  hərəkət  miqyasının  əmtəə  dövriyyəsi  həcmindən  on  dəfələrlə  çox 

olduğunu  qeyd  etmişik.  Bu  vəsaitlərin  böyük  hissəsi  beynəlxalq  fond 

birjalanndan  keçir.  Belə  ki,  sonuncu  onillikdə  ÜDM-də  qiymətli  kağızlarla 

aparılan  əməliyyatların  payı  ABŞ-da  9%-dən  93%-dək,  Almaniyada  8%-dən 

58%-dək,  Yaponiyada  7%-dən  119%-dək  artmışdır.  Son  bir  neçə  il  ərzində  bu 

meyil  ümumdünya  böhranmadək  yalnız  güclənmiş,  həmin  vaxt  isə  bir  qədər 

səngimişdir.  Maliyyə  mərkəzlərinin  qloballaşmasının  sürətləndiyi  şəraitdə  bir 

be3məlxalq  fond  birjasında  kotirovkanm  hətta  cüzi  dəyişməsi  belə,  dərhal 

başqalarında  öz  əks-sədasını  tapır,  müvafiq  təlatümlər  doğurur.  Xatırladaq  ki, 

qlobal böhran da ilk növbədə 2008-ci ildə Nyu-York Fond Birjasında başlamışdı. 

Mütəxəssislər  ümumilikdə  götürüldükdə,  beynəlxalq  fond  birjalarında  milli 

birjaların  bütün  xüsusiyyətlərinin  ehtiva  olunduğunu  qeyd  edirlər.  Buna 

baxmayaraq,  milli  birjanın  beynəlxalq  birja  qismində  təsnifləşdirilməsi  üçün 

onun 3 əsas şərtə uyğun olması zəruridir: 

 

xarici kapital üçün əlçatanhğınm təmin edilməsi



 

birja  əməliyyatları  nəticəsində  əldə  olunan  mənfəətin  ölkədən 



çıxarılmasına təminat verilməsi

 



 çox  zaman  ehtikarçıhq  xarakteri  daşıyan  arbitraj  əqdlərinin 

bağlanması. 

Aparıcı ölkələrdə fəaliyyət göstərən əsas milli birjalar bu meyarlara cavab 

verir. 


21.8.

 

Tokio Fond Birjası (TFB) 

Tokio Fond Birjasının (TSE - Tokyo Stock Exchange) əsası 1878-ci ildə 

qoyulmuş və İkinci Dünya müharibəsinədək mənfəət əldə etmək məqsədi güdən 

kommersiya təşkilatı olmuşdur. Yalnız 1949-cu ildə dünya ticarətinin vəziyyəti 

və  dünya  iqtisadiyyatında  Yaponiyanın  mövqeyi  nəzərə  alınmaqla,  fəaliyyət 

şəraiti və ticarət prosedurları əhəmiyyətli dərəcədə dəyişməyə 



636 


başlamışdır. 

Birjanın  nizamnaməsinə  uyğun  olaraq,  hazırda  yalnız  124  hüquqi  şəxs: 

broker-diler firmaları TFB-nin üzvüdür. Bunlardan 123 fınna birjanın müntəzəm 

üzvü,  biri  isə  saytoridir.  Bütün  fınualar  birjada  öz  əməkdaşı  ilə  təmsil  olunur. 

«Müntəzəm» üzvlər broker-diler əməliyyatlarını, saytori isə «müntəzəm üzvlər» 

arasında  vasitəçilik  əməliyyatlarını  həyata  keçirir.  Saytoriyə  öz  hesabına 

əməliyyat  apannaq  qadağan  olunmuşdur.  Ölkədə  qiymətli  kağızlarla  aparılan 

əməliyyatların  80%-dən  çoxu  TFB-nin  payına  düşür.  Məsələn,  2008-ci  ildə 

burada 3000-dən artıq müxtəlif emitentin səhmi listinqə daxil edilmişdi. 

TFB-də  tiearətin  əsas  metodu  açıq  ikiqat  hərrae  -  «birja  izdihamından» 

«səs vasitəsilə» ticarətdir. Açılış məzənnəsi saytori tərəfindən kağızların alınması 

və  satışı  üçün  toplanmış  sifarişlər  əsasında  «yaylım  atəşi»  metodu  ilə 

müəyyənləşdirilir.  Sifarişlər  birjaya  onun  üzvü  olan  formaların  kontorlarından 

telefon yaxud kompüterlərin terminalları vasitəsilə daxil olur və sonra fınnalarm 

ticarət  zalında  işləyən  əməkdaşlarına  ötürülür.  1990-cı  ildən  TFB-də  saytori 

tərəfindən  icra  olunan  xırda  sifarişlərin  (2001-ci  ilin  əvvəlində  6000  səhmə 

qədər) avtomatik ötürülməsi sistemi fəaliyyət göstərir. 

TFB təsbit olunmuş komissiya haqlan prinsipini qoruyub saxlamış azsaylı 

iri  fond  birjalarından  biridir.  Komissiya  haqqının  dərəcəsi  əqdin  məbləğindən 

asılıdır və 10 növə bölünür. 1,15% maksimum dərəcə əqdin məbləği 1 milyon 

iyenadan  az  olduqda,  minimum  0,075%  +  785  min  iyena  isə  əqdin  məbləği  1 

milyard iyenadan çox olduqda, tətbiq edilir. Ancaq bu sahədə də dəyişikliklər baş 

verir.  1994-cü  ildə  iri  əqdlər  üzrə  təsbit  olunmuş  komissiya  haqları  ləğv 

edilmişdir; 1998-2007-ci illərdə komissiya haqları sistemi yaranan konyunktura 

müvafiq olaraq əhəmiyyətli dərəcədə dəyişdirilmişdi. 

1980-1990-cı  illərdə  qəbul  olunan  qərarlar  nəticəsində  TFB  xarici 

broker-diler  finnalannm  fəaliyyətinə  qadağaları  aradan  qaldırsa  da,  1990-cı 

illərin  ortasında  onun  ümumi  dövriyyəsində  həmin  fınnalarm  payı  6%-dən 

yüksək  olmamışdı.  Buna  baxmayaraq,  qlobal  maliyyə  şəbəkələrinin  kanalları 

vasitəsilə  dünyanın  müxtəlif  ölkələrinə  istiqamətlənən  nəhəng  həcmdə 

kapitalların  burada  cəmləşməsinə  görə,  TFB-nin  beynəlxalq  fəaliyyətinin 

miqyası əhəmiyyətlidir. Ehtimal ki, dünya iqtisadiyyatında depressiyanın aradan 

qaldırılması  müddətinin  uzanması  nəzərə  alınmaqla,  gələcəkdə  TFB-nin 

əhəmiyyəti xeyli güclənəcəkdir. 



637 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə