KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə15/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   11   12   13   14   15   16   17   18   ...   112
k x 2017 n 1

17


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
Ona görə də redaktor bütün bu incə məqamları əlyazma materialı 
üzərində ədəbi redaktə işi apararkən mütləq nəzərə almalıdır.
Statistik m əlu m atların yoxlanılm ası
Redaktor əlyazmanın fakt materialını yoxlayarkən statistik məlumatların 
düzgün ifadə olunması üçün də məsuliyyət daşıyır. Bəs statistik məlumat 
nədir?
Statistika - kütləvi statistik məlumatların (kəmiyyət və ya keyfiyyət) 
toplanması, hesablanması və təhlilinin ümumi məsələlərini izah edən bilik 
sahəsidir; Başqa sözlə, statistika kütləvi ictimai hadisələrin kəmiyyət tərəfinin 
rəqəm formasında öyrənilməsidir.
“ S tatistik a” termini latın dilindəki “status” sözündən alınmışdır, mənası 
“işlərin durumu, hadisələrin vəziyyəti” deməkdir. Bu sözün kökündən “stato” 
(dövlət), “statista” (statistik - dövlət işlərinin bilicisi) və “statistica” (statistika
- dövlət haqqında müəyyən biliklərin, 
məlumatların cəmi) 
sözləri 
yaranmışdır.
“ Statistika” terminini elmə ilk dəfə 1746-cı ildə alman alimi, filosof, 
iqtisadçı, hüquqşünas, pedaqoq Qotfrid Axenvall 
(alm. Gottfried Achenwall;
1719-1772)
daxil etmişdir. O, Almaniya universitetlərində tədris edilən 
"Dövlətşünaslıq" kursunun adının dəyişdirilərək “ Statistika” ilə əvəz 
olunmasını təklif edirdi. Statistikanın əsasın qoyan alimlərdən biri olan 
Qotfrid Axenvallın fikrincə, bununla elm və tədris fənni kimi statistikanın 
inkişafının başlanğıcının qoyulması mümkün ola bilər. O, yeni tədris olunacaq 
fənnin məzmununda dövlətlərin siyasi vəziyyətinin və ölkənin görməli 
yerlərin təsvirinin əks etdiriləcəyini bildirirdi.Bununla belə, statistik uçot daha 
əvvəllər də mövcud idi: Qədim Çində əhalinin siyahıya alınmaları aparılırdı, 
dövlətlərin hərbi potensialının müqayisəsi həyata keçirilirdi, Qədim Romada 
vətəndaşların əmlakı qeydə alınırdı və s.
Redaktor bilməlidir ki, hazırda statistik tədqiqatların və materialların 
işlənməsinin xüsusi metodologiyasını hazırlayır. Buraya daxildir: kütləvi 
statistik müşahidələr, qruplaşdırmalar metodu, orta göstəricilər, indekslər, 
balans metodu, qrafik təsvirlər metodu və statistik məlumatların təhlilinin 
başqa metodları.
Statistik metodlar statistik məlumatların təhlili metodlarıdır. Tətbiqi 
statistika metodları elmi araşdırmaların və xalq təsərrüfatının bütün 
sahələrində tətbiq edilə bilər. Digər statistik metodların tətbiqi isə bu və ya 
digər sahələrlə məhdudlaşdırılmışdır. Belə metodlara statistik qəbul nəzarəti
texnoloji proseslərin statistik nizama salınması, etibarlılıq və sınaqlar, 
eksperimentlərin planlaşdırılması kimi statistik metodlar daxildir.

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə