KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə16/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   12   13   14   15   16   17   18   19   ...   112
k x 2017 n 1

18


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
Statistik məlumatların yoxlanılması zamanı redaktorun qarşısında duran 
vəzifələr bunlardır:
- yazdığı qeydlərin və göstərdiyi səhvlərin m üəllif tərəfindən nəzərə 
alınıb-almmamasmm yoxlanılması;
- mənbə üzrə məlumatların dəqiqliyinin yoxlanılması;
- orijinal hesablamalar olduqda mütəxəssisə müraciət edilməsi;
- rəqəmli məlumatların həcminin və onların mətnə əlavə edilməsinin 
məqsədəuyğunluğunun öyrənilməsi;
- statistik materialın verilməsi üsulunun seçilməsi (dinamik, yəni 
bilavasitə mətndə və ya statik, yəni cədvəl şəklində verilməsi).
Statistik materialın yoxlanılması zamanı əksər hallarda növbəti üsullar 
tətbiq edilir:
- rəqəmin (hesablamanın) dəqiqliyinin yoxlanılması;
- tutuşdurma (xüsusilə mətndə təkrarlanan rəqəmlərin tutuşdurulması);
- rəqəmin dəqiqləşdirilməsi (konkretləşdirilməsi; oxucuya təqdim edilən 
rəqəmin real kəmiyyət nümunələrinin seçimi. Bu üsul xüsusilə publisistikada 
tətbiq edilir, çünki orada rəqəmin özünün kəmiyyəti deyil, onun real 
kəmiyyəti haqqında ümumi təsəvvürlər əhəmiyyətlidir).
C ədvəllərin redaktəsi
Cədvəllərin redaktəsi redaktordan böyük diqqət tələb edir və böyük 
əhəmiyyətə malikdir. Poliqrafiya tərtibatının üsuluna görə cədvəl materialının 
iki növü mövcuddur: cədvəllər və nəticələr (çıxarışlar). Nəticə (çıxarış) -
cədvəl materialının bir növüdür. O, ayrıca ada malik olmur, köndələn və uzun 
xətlər olmadan yığılır. Həm cədvəllər, həm də nəticələr (çıxarışlar) mətndə 
sistemləşdirmə vasitəsidir, daha böyük əyaniliyə malikdir. Statistik materialın 
həcmindən asılı olaraq redaktor cədvəl materialının hansı növünü seçmək 
haqqında qərar verir.
Cədvəllər təyinatına görə iki yerə ayrılır: analitik cədvəllər və işçi 
cədvəllər.
İşçi cədvəllər yalnız bu və ya digər verilənlər (dərs cədvəli, qatarların 
hərəkət cədvəli, preyskurant (malların qiymət siyahısı) və s.) haqqında 
məlumat üçün nəzərdə tutulur.
A n alitik cədvəllər xəbərləri (mesajları) hadisənin və ya tendensiyanın 
dəyişikliyinin tədqiqatı üçün nəzərdə tutulur ki, onların da əsasında hər hansı 
nəticəyə gəlmək olar.
Cədvəllər nömrə başlığından, tematik başlıqdan, yan (köndələn) 
yazıdan, qrafalardan, axırıncı (quyruq) yazıdan və başlıqdan (bax: praktikum) 
ibarətdir.
C ədvəllərin red ak təsi zam anı re d a k to r bu tələblərə xüsusi diqqət 
yetirməlidir:

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə