KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə17/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   13   14   15   16   17   18   19   20   ...   112
k x 2017 n 1

19


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017

materialın 
verilməsində 
cədvəl 
formasından 
istifadənin 
məqsədəuyğunluğunun yoxlanılması;
- cədvəlin məzmununun yoxlanılması;
- hazırlanılma asanlığı və istifadə rahatlığı baxımından cədvəlin 
qurulmasının (tərtibinin) yoxlanılması;
- mətnlə cədvəlin əlaqəsinin yoxlanılması, mətndə cədvəlin təhlilinin 
verilib-verilməməsinin aşkara çıxarılması;
- cədvəlin redaksiya-texniki işlənməsinin yoxlanılması.
C ədvəllərin red ak tə q ay d aları b u n lard ır:
- başlıq və köməkçi (yan) yazılar dəqiq, aydın, yığcam ifadə 
olunmalıdır;
- onlar verilən məlumatlarla uyğunlaşdırılmalıdır;
- başlıqda və yanlarda sözlər mətndə qəbul edilmiş şərti işarələrlə əvəz 
olunmalıdır;
- ixtisarlar və işarələr vahid şəklə salınmalıdır (unifikasiya edilməlidir);
- cədvəlin ümumi və təkrarlanan elementləri 
onun başlığına 
çıxarılmalıdır;
- yalnız bir qeyd olduğu halda, onun üçün xüsusi qrafa ayrılmamalı, o, 
isnad kimi cədvəlin altında verilməlidir;
- cədvəlin müəyyən hissəsi bir səhifədən növbəti səhifəyə keçərsə, 
cədvəlin başlığı təkrarlanmalıdır (yalnız hərfi işarələrlə deyil, təkcə rəqəmlərlə 
verilsə, daha yaxşı olar);
- cədvəlin müəyyən xanasında məsələ yoxdursa, tire işarəsi, əgər 
məlumat yoxdursa, onda nöqtələr qoyulmalıdır.
S itatlar fa k t m aterialın ın növü kim i
Sitat latın dilindəki “cito” sözündən alınmışdır, azərbaycanca mənası 
“şahidliyə çağırıram” deməkdir. Heç bir dəyişikliklərsiz başqa bir nəşrdən 
(kitabdan, jurnaldan, qəzetdən və s.), yaxud əsərdən götürülmüş mətn hissəsi 
sitat adlanır.
S itatlard an istifadənin səbəbləri b u n la rd ır:
- öz fikrini möhkəmləndirmək üçün nüfuzlu mənbəyə istinad olunması;
- özgə əsərin praktik təhlili zamanı illüstrasiya şəklində (nümunə) 
verilməsi;
- sitat gətirilən müəllifin fikri ilə öz fikrinin müqayisəsi zamanı onun 
mövqeyinin yanlışlığını sübut etmək məqsədinin gerçəkləşdirilməsi.
S itatların üzərində iş zam an ı re d a k to ru n vəzifələri b u n la rd ır:
- sitatdan istifadəyə ehtiyacın olub-olmamasının müəyyənləşdirilməsi 
(sitatlardan sui-istifadə işin keyfiyyətini aşağı salır, həcmini artırır, müəllifin 
müstəqil olmamasının sübutu kimi nəzərə çarpır);

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə