KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə18/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   14   15   16   17   18   19   20   21   ...   112
k x 2017 n 1

20


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
- sitat gətirilən mətnin dəqiqliyinin aydınlaşdırılması (çünki istənilən 
dəyişiklik və ya ixtisar əsərin mənasını təhrif edə bilər).
S itatların tərtib i q ay d aları b u n la rd ır:
- m üəllif sitat gətirən zaman mənbənin bütün xüsusiyyətlərini 
(orfoqrafiyalar, 
punktuasiyalar, 
abzaslar, 
şrift 
ayırmaları) 
saxlamağa 
məcburdur. Sitatlarda müəllifin fikirini təhrif edən çıxarışlara yol vermək 
olmaz. Bunun üçün sitatın kontekstini çox diqqətlə öyrənmək lazımdır ki, o, 
müəllifin ifadə etdiyi fikri dəqiq verə bilsin);
- sitatın orfoqrafiyası və punktuasiyası cümlənin tərkib hissəsi kimi və 
ya birbaşa nitq (danışıq) kimi tərtib oluna bilər, bu zaman o, dırnaq arasında 
verilir və ya başqa (fərqləndirici) şriftlə seçilir. Bu, nadir hallarda, əsasən 
tədris fənlərinin tərtibi zamanı tətbiq olunur.
- m üəllif misal göstərdiyi yad sitatda hər hansı sözü (və ya sözləri) 
fərqləndirən zaman mütləq mötərizə içərisində öz şərtini nəzərə çarpdırmalı 
və öz inisiallarını yazmalıdır 
(məsələn: Kursiv mənimdir — K.A.);
- sitat zamanı isnadların verilməsi məcburidir. İsnadlar m üxtəlif cür 
tərtib edilə bilər (səhifənin aşağısında, kitabın və ya fəslin sonunda, mətnin 
arasında). Lakin isnadlar mütləq biblioqrafik təsvir qaydalarına uyğun olaraq 
verilməlidir.
Beləliklə, fakt rəqəmlərdən, tarixi hadisələrdən, coğrafi adlardan və s. 
daha geniş anlayışdır. Ona görə də əsəri faktlar baxımından araşdıran redaktor 
işi olduqca mürəkkəbdir. Redaktor faktla bağlı iş apararkən təhlil və 
müqayisələrin nəticəsi kimi irəli sürülən faktların metodolojo tələblərə cavab 
verib-vermədiyini yoxlamalı, müəllifin göstərdiyi hər bir faktın dəqiqliyini və 
etibarlılığını araşdırmalıdır. Redaktor eyni zamanda əsərdə faktların 
həddindən az və ya həddindən çox olmasına da xüsusi diqqət yetirməlidir.
ƏDƏBİYYAT
Azərbaycan dilində
1. “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanunu: 30
may 2000-ci ildə qəbul olunmuşdur; №887-İQ / / “Azərbaycan” qəzeti, 2000,
21 iyun.
2. Nəşriyyat işi (İdarəetmə. Marketinq. Müəlliflik hüququ. Redaktə.
Tərtibat. İstehsal). Bakı: Yeni Nəsil, 2001, 218 s.
3. Rüstəmov T. Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi: Dərs vəsaiti.
Bakı: Maarif, 1981, 168 s.

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə