KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə21/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   17   18   19   20   21   22   23   24   ...   112
k x 2017 n 1

24


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
sənədləri, normativ-texniki sənədlər, sənaye məmulatı kataloqları, informasiya 
nəşrləri, dərc edilməyən sənədlər, mikroformalar, elektron nəşrlər. Hər növ 
sənədin uçot vahidi vardır ki, bu da hələ də qüvvədə olan 7. 20-80 nömrəli 
dövlət standartı ilə müəyyən edilir. Məlum olduğu kimi, sənədlər ad və nüsxə 
etibarilə uçota alınır. Əgər hər hansı sənəd ad etibarilə təkrar nəşr edilmişdirsə
o, yeni ad hesab edilir. Sənədin surəti də nüsxə kimi uçota alınır. Çoxcildli 
əsərlər, seçilmiş əsərlər bir ad hesab edilir. Jurnalın hər nömrəsi bir nüsxə, 
davam edən nəşrin hər müstəqil seriyası isə bir ad kimi uçota alınır. 
Standartlar və sənaye kataloqları üzlüklə, cildlə buraxılmışdırsa, onun satış 
qiyməti və buraxılış məlumatları vardırsa, bir nüsxə və bir ad kimi uçota 
alınır. Ayrıca vərəq kimi buraxılan standartlar və sənaye kataloqları, hətta 
müəyyən bir qovluqda birləşdirilmiş halda buraxıldıqda da, hər birinin 
buraxılış məlumatları, qiyməti və tirajı olduqda ayrıca bir ad və bir nüsxə 
hesab edilir. Dərc edilməyən sənədlər (dərc edilməyən tərcümələr, xarici 
ezamiyyət hesabatları, depotizə edilən əsərlər və s) bir kitabça, yaxud qovluq 
içərisində buraxılmışdırsa, sayından və adından asılı olmayaraq bir ad və bir 
nüsxə kimi uçota alınır. Konstruktor sənədlərində hər nüsxə çertyoj, yaxud 
çertyoj komplekti və digər sənədlər bir məmulata aiddirsə, çertyojun hər 
nüsxəsi uçot vahidi hesab edilir. Patent sənədlərinin hər biri ad və nüsxə 
hesabilə qeydə alınır. Elektron nəşr ad, forma (SD-ROM, SD-R, DVD və s.) 
və tutuma (bayt, kilobayt, meqobayt, terabayt və s.) görə uçota alınır.
Qeyd edək ki, aşağıdakı növ sənədlər inventar kitabına yazılmır: 
kitabçalar, informasiya nəşrləri, normativ texniki sənədlər və onların 
məcmuələri, 
patentlər, 
sənaye 
kataloqları, 
tərcümələr, 
elmi-tədqiqat 
hesabatları, konfrans, seminar, simozium. Onlar ümumi uçota alınır.
Əsas fondun təşkili. ETK-ların eləcə də bir sıra digər tip 
kitabxanaların fondlarının təşkili dedikdə 7.26.80-ə (Библиотечное дело, 
основные термины и определения) uyğun olaraq çap əsərlərinin və digər 
növ sənədlərin qəbulu, işlənməsi, yerləşdirilməsi və mühafizəsi nəzərdə 
tutulur. Fondun təşkili onun struktur hissələrə ayrılmasıdır. Burada əsas 
məqsəd çevik və operativ xidməti təmin etmək, uçot, işləmə və mühafizəni 
diferensial formada həll etmək, fondu daha dərindən və məqsədyönlü şəkildə 
öyrənməkdir. Fond təyinatından asılı olaraq əsas, depozitar və mübadilə 
fondlarına bölünür. ETK ədəbiyyat və sənəd fondları xidmət növündən (oxu 
zalı, filial fondları, abonoment fondu və s.), nəşrin dilindən (Azərbaycan, rus, 
uzaq xarici ölkə dilləri), sənəd növündən (kitab fondu, mikroforma fondu, 
patent fondu və s.) daşıyıcıdan (mikrofiş, mikrofilm, elektron sənədlər və s.) 
asılı olaraq nisbi müstəqil hissələrə ayrılır.
Əsas fond müəssisənin və idarənin profilinə, ETK-nın işlərinin 
tələbatına uyğun olaraq formalaşdırılır. Əgər ETK müəssisənindirsə, əsas

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə