Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA


    •  Fiber-optik  kabel  [fiber-optic  cable]



Yüklə 428,2 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix17.10.2017
ölçüsü428,2 Kb.
#5253
1   2   3   4   5   6   7   8   9   ...   18

 

 

 

•  Fiber-optik  kabel  [fiber-optic  cable].  Fiber-optik kabel  (optik  lif kabeli) nazik, 



elastik şuşə borucuqlardan hazırlanır. Bu kabellərin ənənəvi metal rabitə xətlərindən 

bir sıra ustunlukləri var. Buraxılış zolağının eni çox böyük olduğundan, o, daha çox 

verilənləri daşıya bilir; o, metal naqillərə nisbətən daha 

yüngüldür və maneələrə daha az həssasdır. Fiber-optik kabellərin əsas çatışmazlığı 

onların kövrək və baha 

olmasıdır. 



Simsiz  vasitələr.  Hal-hazırda  verilənləri  daşımaq  üçün  fiziki  vasitələr  ilə 

yanaşı, simsiz vasitələrdən də geniş istifadə olunur. 

• Radiosiqnallar [radio signals]. Radiosiqnallar vasitəsilə ötürülmə zamanı ötürücü 

və qəbuledici arasında görünüş xəttinin olması vacibdir; belə ki, siqnal bir mənbədən 

o  birisinə  düz  xətt  boyunca  ötürülür.  Radioveriliş  üçün  siqnalları  göndərən 

radioötürücü aparatın və siqnalları qəbul edən radioqəbuledicinin olması lazımdır. 

•  Mikrodalğalar  [microwaves].  Mikrodalğalı  siqnallar  fəzada  elektromaqnit 

dalğaları  formasında  yayılır.  Radiosiqnallar  kimi,  onlar  da  bir  mikrodalğa 

stansiyasından  digərinə  düz  xətt  üzrə  göndərilir.  Maneələrdən  qaçmaq  üçün 

mikrodalğa  stansiyalarının  əksəriyyəti  yuksəkliklərdə,  yaxud  hündür  binaların 

başında quraşdırılır. 

•  Peyk  rabitəsi  vasitələri  [satellite  transmissions].  Rabitə  peykləri  orbitdə  Yerin 

səthindən on minlərlə kilometr məsafədə hərəkət edir. Belə yüksəklik peykə Yerlə 

eyni sürətlə fırlanmaqla Yer səthindəki bir nöqtə üzərində sabit mövqe saxlamağa 

imkan  verir.  Peykdəki  avadanlıqlar  Yerdən  göndərilən  siqnalları  gücləndirir  və 

onları yenidən Yerə qaytarır.  

Şəbəkə qurarkən bu kommunikasiya vasitələrindən hər hansı birini seçmək üçün bir 

neçə amili – şəbəkənin növünü, ölçüsünü (miqyasını) və onun maya dəyərini nəzərə 

almaq lazımdır. 

 

 



 


 

 

 

 

3.



 

ŞƏBƏKƏ AVADANLIQLARI 

Şəbəkələrin  əksəriyyətində  server  və  müştəri  komputerləri  olur.  Bunlardan 

başqa, şəbəkədə şəbəkə kabellərini birləşdirən və siqnalları gücləndirən qurğuların 

da olması lazımdır. Belə qurğuları iki qrupa ayırmaq olar:    

1.

 

kommunikasiya qurğuları  



2.

 

transmissiya qurğuları



Kommunikasiya avadanlıqları verilənlərin göndərilməsinə və alınmasına kömək 

edir.  Kommunikasiya  avadanlıqları  dedikdə,  ilk  növbədə,  fikrimizə  masaüstü 

kompyuterlər  və  modem  gəlir.  Lakin  verilənləri  göndərən  və  alan  başqa  növ 

qurğular  da  var.  Bunlara  misal  olaraq  iri  komputerləri  –  superkomputerləri, 

meynfreymləri  və  minikomputerləri  və  hətta  faks  maşınlarını,  rəqəmli  kameraları 

göstərmək  olar.  Fərdi  istifadə  üçün  ən  geniş  istifadə  olunan  ötürücü  qurğu 

modemdir.  

Transmissiya avadanlıqları.  Modemlər fərdi komputerlər, yaxud bir-iki nəfərlik 

kiçik ofislər üçün yararlıdır. Lakin yerli və geniş şə bə kələrdə verilənləri ötürmək 

üçün  istifadə  olunan  qurğular  fərqlidir.  Onlardan  geniş  istifadə  olunanları 

aşağıdakılardır: 

•  Şəbəkə  interfeys  kartı

Komputer  şəbəkəsi  üçün  aparat  təminatının  ən  vacib 



hissəsi  NIC  (network  interface  card)  şəbəkə  adapteridir.  Ona  bəzən  Ethernet-

adapter,  yaxud  şəbəkə  kartı

 

da  deyilir.  O,  ayrıca  kart  kimi  də,  komputerin  ana 



lövhəsinin bir hissəsi kimi də ola bilər. 

• Qovşaq [hub]

Telefon qovşaqları telefon stansiyalarını bir-birinə bağlayır. Başqa 



sözlə, müəyyən sayda telefon stansiyası bir nöqtədə – qovşaqda

 

birləşdirilir və onlar 



arasında  informasiya  mübadiləsi  həmin  qovşaq  vasitəsilə  aparılır.  Verilənlərin 

ötürülməsində də qovşaq bənzər vəzifəni icra edir. Bu tip qurğu ona daxil olan bütün 

informasiyanı, sadəcə olaraq ötürür. Yəni, qovşağın portuna qoşulmuş qurğuların 

hamısı eyni informasiyanı alır. 




 

 

 

Korpu  [bridge]

Körpü  şəbəkəni  altşəbəkələrə  ayırmaq  (və  ya  yerli  şəbəkələri 



birləşdirmək) üçün nəzərdə tutulmuş xüsusi qurğu, yaxud uyğun proqram təminatı 

olan komputerdir. 

•  Şəbəkə  kecidi  [gateway]

Şəbəkə  keçidi,  yaxud  şlüz



 

müxtəlif  tipli  şəbəkələr 

arasında  informasiya  mübadiləsini  gerçəkləşdirmək  üçün  birləşdirici  qurğudur. 

Eynitipli şəbəkələr arasında mübadilə zamanı informasiyanı çevirən körpüdən fərqli 

olaraq,  şlüz  verilənləri  ötürməklə  yanaşı,  həm  də  onların  formatını  təyinat 

şəbəkəsinin protokoluna uyğunlaşdırır. 



 

Yonləndirici [router]

Yönləndirici yol polisinə bənzəyir: bu ağıllı qurğu şəbəkə 



trafikinə  yol  göstərir  (istiqamətləndirir).  Şəbəkədə  göndərilən  verilənlər  kiçik 

paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin 

biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda 

ilkin  formada  birləşdirilir.  Mürəkkəb,  yəni  çoxlu  hissəsi  olan  şəbəkələrdə 

yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən 

səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq 

olarsa, yol polisi kimi, yönləndirici də paketləri alternativ yollara istiqamətləndirə 

bilər. 


 

 

 



 

 

 



4.

 

TELEKOMMUNİKASİYA VASİTƏLƏRİ 

Telekommunikasiya  vasitələri-  uzaq  məsafəyə  informasiya  ötürülməsini  və 

qəbulunu təşkil edən texniki vəzifələrdir. Dünyada olan ixtiyari informasiyanı əldə 

etmək  üçün  kompüter,  tələb  olunan  informasiya  bazasına  daxil  olmaq  imkanına 

malik  olmalıdır.  Bu  da,öz  növbəsində,  bütün  kompüterləri  nəhəng  bir  hesablama 

şəbəkəsi şəklində birləşdirməyi tələb edir. 




Yüklə 428,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə