Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 428,2 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix17.10.2017
ölçüsü428,2 Kb.
#5253
1   2   3   4   5   6   7   8   9   ...   18

 

 

 

Keçən  əsrin 60-80-ci  illərində böyük  universal  kompüterlər  uzaq  məsafədə 



yerləşən terminal qruplarına malik idilər. Bu terminallar bir neçə istifadəçiyə eyni 

zamanda kompüterlə işləmək imkanını verirdi. Terminalların kompüterlə birləşmə 

texnologiyası ilk hesablama şəbəkələrinin yaranma əsaslarını qoydu. Daha sonralar 

qlobal  şəbəkələr  meydana  gəlir  ki,  bunlar  vasitəsilə  daha  uzaq  məsafələrdə  olan 

kompüterlər  bir-birilə  birləşə  bilirlər.  Qlobal  şəbəkəyə  misal  olaraq,  İnternet 

şəbəkəsini göstərmək olar. Lokal şəbəkələrdə yerləşən kompüterlər arasında məsafə 

kiçik  olduğuna  görə,  onlar  arasında  informasiya  mübadiləsini  çox  asan  həyata 

keçirmək mümkündür. Uzaq məsafədə yerləşən kompüterlər arasında informasiya 

mübadiləsini təşkil etmək üçün şəbəkə ünvanını vermək və lazımi rabitə əlaqəsini 

qurmaq lazımdır. Bu da müəyyən vaxt sərf olunmasını tələb edirdi. Digər kanallar 

istismar üçün bir qədər bahalı olduğundan və qlobal şəbəkəyə yalnız məhdud sayda 

kliyentlər  daxil  ola  bildikləri  üçün  informasiya  mübadiləsinin  əsas  kanalı  kimi 

telefon xəttindən istifadə edilirdi. Bunu modem təmin edir. Modem kompüterə 

qoşulur  və  telefon  kanalı  vasitəsilə  verilənləri  ötürmək  və  qəbul  etmək  imkanına 

malik olur. Hal-hazırda müxtəlif funksiyaları yerinə yetirən küllü miqdarda müxtəlif 

modemlər  mövcuddur.  Bu  modemlər  vasitəsilə  sifariş  olunan  telefon  nömrəsini 

yığmaq,  xətt  məşğul  olduqda  bir  daha  yenidən  zəng  etmək,  telefon  dəstəyini 

“qaldırmaq”, avtocavab rejimində işləmək, qəbul edilmiş səs informasiyasını fayl 

şəklində  diskə  yazmaq  mümkündür.  Bütün  dünya  şəbəkələrinin  əksər  hissəsi 

modemlərin köməyilə təşkil olunmuşdur. 

Son  zamanlar  inteqrasiya  xidmətlərinə  malik  telefon  şəbəkəsindən  (ISDN-

İntegrated  Services  Digital  Network)  istifadə  edilir.  Bunun  yaradılmasında  əsas 

məqsəd, verilənlərin  ötürülmə  sürətinə  olan  məhdudiyyətləri  aradan  qaldırmaq  və 

eyni zamanda mövcud olan telefon xətləri ilə işləmək imkanına malik olmaqdır. Bu 

cür şəbəkənin əsas iş prinsipi siqnalların rəqəmli emalıdır. Ondan əlavə, bu şəbəkələr 

çoxkanallı  olurlar.  Belə  şəbəkəyə  qoşulmaq  üçün  baza  və  genişləndirilmiş 

interfeyslərdən istifadə etmək lazımdır. 



 

 

 

Baza  interfeysində  avadanlıqların sayı  minimum  olur və  o kliyentə  2  kanal 

təklif edir:  

1.

 

səs üçün və ya 64 Kbit/san sürətlə verilənlərin ötürülməsi üçün,  



2.

 

xidməti kanal.  



Xidməti  kanal  vasitəsilə  abonent  avadanlığının  telefon  şəbəkəsi  ilə  informasiya 

mübadiləsini təşkil etmək mümkündür.  



Genişləndirilmiş interfeys baza interfeysinin genişlənmiş variantı olub, əlavə 

olaraq  burada  30  informasiya  kanalı  ayrılır.  Bu  informasiya  kanallarında  telefon 

nömrələri  heç  də  kanala  birdəfəlik  bağlanmır.  Yüsək  sürətlə  verilənləri  ötürmək 

üçün “invers multipleksləşdirmə” kimi xüsusi proqramdan istifadə edilir. Bu halda 

bir neçə informasiya kanalından eyni zamanda istifadə etmək mümkün olur. Kanalın 

buraxma qabiliyyətini artırmaq üçün peyk rabitə kanallarından istifadə olunur. Bu 

məqsədlə  kliyent  kiçik  ölçülü  parabolik  peyk  antenasına  malik  olmalıdır.  Belə 

şəbəkəyə  yenə  də  əvvəldə  olduğu  kimi,  telefon  kanalı  ilə  sorğu  göndərilir, 

informasiya  isə  peyk  rabitə  kanalı  ilə  qəbul  edilir.  Belə  rabitə  kanalında  hər  bir 

istifadəçi göndərdiyi sorğuya nəzərən, daha çox informasiya almaq imkanına malik 

olur.  Təbii  olaraq,  belə  hallarda,  siqnalın  qəbul  olunma  sürəti  şəbəkəyə  verilən 

sorğunun  sürətindən  qat-qat  çox  olmalıdır.  Bundan  əlavə,  belə  kanallarda 

verilənlərin  ötürülmə  etibarlılığı  da  artır.  Fərdi  kompüterlərin  meydana  gəlməsi 

qlobal  şəbəkələrə  böyük  təsir  göstərərək,  onların  kəmiyyət  və  keyfiyyət  cəhətcə 

yaxınlaşmasına  səbəb  olmuşdur.  Bu  artımın  çox  hissəsini  isə  istifadəçidə  olan 

kompüter  və  modemlər  təşkil  etmişdir.  Bütün  qlobal  şəbəkələr  bir-birilə 

əlaqədardırlar,  lakin  onlardan  bəziləri  adi  rabitə  vasitələri  kimi  teleqraf,  telefaks, 

teleks, adi poçt xidmətləri də göstərə bilirlər. Bunun üçün şəbəkəni xüsusi qovşağı 

olur  ki,  onlar  elektron  poçtu  ilə  məktub  və  digər  materialları  qəbul  edir  və  sonra 

onları  faksla  lazımi  telefon  nömrəsinə  göndərirlər.  Belə  şəbəkə  ilə  həmçinin  adi 

məktub  və  teleqramları  da  göndərmək  mümkündür.  Belə  halda  elektron  poçtu  ilə 

şəbəkənin xüsusi qovşağına mətn göndərilir. Orada o aydınlaşdırılır, zərfin daxilinə 

qoyulur  və  adi  poçtla  məktubu  alacaq  şəxsə  göndərilir.  Şəbəkənin  bu  cür  böyük 



 

 

 

imkanları  lokal  və  qlobal  şəbəkələr  arasında  olan  prinsipial  fərqi  aradan  qaldırır. 



Şəbəkələrin  belə  sürətlə  inkişaf  etməsi  telekommunikasiya  şəbəkə  və  vasitələrin 

geniş inkişafı nəticəsində mümkün olmuşdur.  

Müasir  qlobal  kompüter  şəbəkələri  mövcud  olan  rabitə  vasitələrinin  üstün 

xüsusiyyətlərini özündə birləşdirir və böyük həcmli müxtəlif informasiyaların böyük 

sürətlə və etbarlılıqla ötürülməsini təmin edir. 

 

 



 

 

 



5.

 

MODEM. MODEMLƏRİN XARAKTERİSTİKASI, İŞ REJİMLƏRİ 

1960-cı  ildə  "AT&T"  firması  kompüterlər  arasında  verilənlərin  ötürülməsi 

üçün  ilk  modem  qurğusunu  yaratdı.  Modemlər  terminalların  ana  kompüterlərə 

telefon xətti üzərindən başlanması məqsədiylə istifadə edilməyə başlamışdır. 

İlk  çıxan  modemlər  300  bps-lik  (bits  per  second  –  1  saniyədəki  bitlər) 

modemlərdir.  Bu   modemlər  ədədi  məlumatı  telefon  xətti  üzərindən  göndərmək 

üçün  Frequency  Shıft  Keying  (FSK)  yəni  tezlik  sürüşməli  açarlama  texnikası 

istifadə  edər.  Bu  metodda  hər  bir  biti  təmsil  etmək  üçün   fərqli  tezliklər  istifadə 

edilmişdir. 

Modem  kompyuterə  verilənləri  telefon  xətti  ilə  ötürməyə  imkan  verir. 

Komputerdə informasiya rəqəmli formada, yəni sıfır (0) və birlərdən (1) ibarət ikilik 

kod şəklində saxlanılır. Bu kodlar telefon xətti ilə ötürülmək üçün analoq siqnallara 

çevrilməlidir.  Bu  işi  məhz  modem  görür.  Başqa  sözlə,  modem  komputerdəki 

informasiyanı  telefon  xətləri,  televiziya  kabelləri  ilə  ötürmək  və  ya  açıq  fəzaya 

göndərmək üçün yararlı formaya salır. Xəttin o biri ucunda isə ikinci modem həmin 

siqnalları komputerin başa düşdüyü dilə çevirir və beləliklə, bu iki kompyuter bir-

biri ilə ünsiyyətdə olur. “Modem” sözü bu qurğunun iş prinsipindən yaranmışdır: 

rəqəmli  verilənlərin  analoq  verilənlərə  çevrilməsinə  modulyasiya,  əks  prosesə  isə 




Yüklə 428,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə