Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 428,2 Kb.
Pdf görüntüsü
səhifə18/18
tarix17.10.2017
ölçüsü428,2 Kb.
#5253
1   ...   10   11   12   13   14   15   16   17   18

 

 

52 

 

YAHOO  sisteminin  informasiya-axtarış  dili  kifayət  qədər  sadədir.  Daxil 



edilən  sözlər  boşluqla  (probellə)  ayrılır.  Onlar  arasında  AND  və  OR  operatorlan 

yazmaq olar. Çıxışda sənədlərin sorğuya uyğunluq dərəcəsi göstərilmir, lakin tapılan 

sənədlərdə  sorğuya  uyğun  sözlərin  altından  xətt  çəkilir.  Bu  zaman  leksikanın 

normallaşdırılması və ümumi sözlərin təhlili aparılmır. Çıxış siyahısında sənədlərin 

relevantlığa görə nizamlanması tapılan sənədlərdə sorğunun sözlərinin sayına görə 

aparılır.  YAHOO-nu  məhdud  axtarış  imkanlı  sadə  ənənəvi  sistemlər  sinfinə  aid 

etmək olar. SNAP sistemində olduğu kimi, burada da sorğuda sözün əvvəlində «+» 

və  «-»  işarələrindən  istifadə  etmək  olar. YAHOO-nun  fərqli cəhətlərindən biri də 

ondan ibarətdir ki, sorğuda   göstərilən   sözlər   və   ya   frazalar   tapılmadıqda,   o, 

GOOGLE  sisteminin  indeksinə  müraciət  edir  və  lazımi  sözləri  və  ya  frazaları 

sənədlərin  özlərində  axtarır.  Daha  məzmunlu  axtarış  üçün  sorğuda  «t:»  və  «u:» 

işarələrindən istifadə etmək olar. Sözün əvvəlində göstərilmiş «t:» işarəsi axtarışın 

yalnız  səhifəinin  və  saytın  başlığında,  «u:»  işarəsi  isə  axtarışın  yalnız  saytların 

ünvanlannda apanlmasını göstərir.  

Məsələn, «u: eko» sorğusuna görə URL ünvamnda «eko» sözü olan sənədlər 

tapılacaq, məsələn: 

www.business-marketinq.az/html/eko.html



OİNGO (

www.oingo.com

) sistemi sözü adi simvollar ardıcıllığı kimi qəbul 

edən bir çox axtarış sistemlərindən fərqli olaraq, sözlərin mənalarını «başa düşür». 

İlkin  axtarışda  sorğunun  sözlərinə  digər  sistemlərdə  olduğu  kimi,  simvollar 

ardıcıllığı kimi baxılır. Axtarış nəticələri iki siyahı ilə ekrana çıxarılır: tapılan WEB-

saytların   siyahısı  və   kataloqun  bölmələrinin   siyahısı. Uyğun düyməni basmaqla 

açılan  üçünçü  siyahıda  isə  sorğudakı  sözün  bütün  mənaları  əks  etdirilir.  Əgər 

seçilmiş  mənaya  görə  axtarış  nəticələri  istifadəçini  qane  etmirsə,  o,  sorğunu 

dəqiqləşdirən bir neçə sözdən istifadə etməklə, yenidən axtarış apara bilər. 

OINGO-da sorğu dili demək olar ki, yoxdur. Təkcə «+» işarəsindən istifadə 

etmək olar. Bu halda həmin sözün sənəddə mütləq olması tələb edilir. Əgər OINGO 

verilmiş sorğuya görə öz kataloqunda heç bir şey tapa bilmirsə, o, ALTAVİSTA 

sisteminin indeksinə müraciət edir. 



 

 

53 

 

NORTHERNLIGHT 

(

www.northernlight.com



sistemi 


mahiyyətcə 

ALTAVISTA sistemindən az fərqlənir. Burada da həcmi ALTAVISTA-dakından 

az  olmayan  avtomatik  indeksdən  istifadə  edilir.  Bəs  onda  niyə  müxtəlif  axtarış 

sistemləri yaradılmışdır? Bəlkə bir güclü sistem yaradılaydı və hamı ondan istifadə 

edərdi? 

Təəssüf ki, bu cür güclü və hamını qane edən edən sistem yoxdur. Mövcud 

olan hər bir axtarış sisteminin üstünlüklərin və çatışmazlıqları var. Bundan əlavə, 

heç  bir  axtarış  sistemi  INTERNET-lə  ayaqlaşmır.  INTERNET-də  yerləşdirilən 

informasiya resurslarının həcmi hər ildə azı iki dəfə artır və hətta ən güclü axtarış 

sistemlərinin indekslərindəki sənədlərin sayını INTERNET-dəki sənədlərin ümumi 

sayına nisbəti get-gedə azalır. Maraqalı cəhət ondan ibarətdir ki, ən böyük axtarış 

sistemlərinin indeksləri çox az kəsişirlər. Yəni bir axtarış sistemi vasitəsilə tapıla 

bilməyən informasiyanı digər sistemlərin köməyilə tapmaq olar. 

Axtarış sistemləri arasında NORTHERNLIGHT sisteminin də özünə məxsus 

yeri  var.  Onu  digər  sistemlərdən  fərqləndirən  faydalı  cəhətlərindən  biri  ondan 

ibarətdir  ki,  o,  sorğuya  cavab  kimi  seçilən  sənədlərin  siyahısını  verməklə  yanaşı, 

tapılan  sənədləri  sorğu  çərçivəsində  mövzulara  (qovluqlara)  ayırır  və  həmin 

mövzuların  siyahısını  ekrana  çaxarır.  Əgər  seçilən  sənədlər  istifadəçini  qane 

etmirsə, o, təqdim edilən mövzular siyahısından lazımi mövzunu seçməklə sorğunu 

dəqiqləşdirib, təkrar axtarış apara bilər. Təkrar axtarışın nəticələri də mövzulara görə 

qovluqlara  aynlır.  NORTHERNLIGHT  sisteminin  sorğu  dili  ALTAVISTA-nın 

dilinə  oxşardır.  Burada  da  sorğudakı  sözün  əvvəlində  «+»  (söz  sənəddə  mütləq 

olmalıdır), «-» (söz sənəddə mütləq olmamalıdır) və frazalarm axtarışı üçün dırnaq 

işarələrindən istifadə olunur. Sözün ilk dörd hərfindən sonra istənilən hərfləri əvəz 

edən «*» işərəsindən və yalnız bir hərfı əvəz edən «?» işərəsindən istifadə edilə bilər. 

Sorğuda AND, OR, NOT məntiqi operatorlar da istifadə edilə bilər. ALTAVISTA-

da olduğu kimi, sorğunun yazılmasında mötərizələrdən istifadə etmək olar, məsələn: 

(Pascal OR Basic) AND (Java OR C++). Axtarılan sözün sənəddə yerləşdiyi sahənin 




 

 

54 

 

adını da göstərmək olar, məsələn: url, title və s. «SORT: date» operatoru ilə tapılan 



sənədləri yaranma tarixlərinə görə nizamlamaq olar.

 

APORT  (

www.aport.ru

)  Rusiyanın  «Runet»  adlanan  3  axtarış  serverindən 

biridir. Onun indeks bazası o qədər də böyük deyil və operativliyi də yüksək deyil. 

Lakin  APORT  sistemi  bəzən  digər  sistemlər  tərəfındən  tapılmayan  sənədləri  tapa 

bilir. Bu sistemin digər üstün cəhəti ondan ibarətdir ki, o, sənədin indeksinə görə 

onun  ilkin  mətnini  bərpa  edə  bilir  (hətta  sənəd  İnternetdən  kənarlaşdırılsa  da). 

Sistem  axtarış  üçün  daxil  edilən  sözdəki  səhvləri  düzəldir  və  müxtəlif 

sözformalarına görə axtarış apara bilir. AND (&), OR ( | ), NOT məntiqi operatorları, 

mötərizəyə  alınmış  məntiqi  qrupları,  frazalara  görə  axtarışı  dəstəkləyir,  sözlər 

arasındakı məsafənin məhdudluğunu, sözlərin və frazaların sayını nəzərə ala bilir. 

URL-ə görə axtarış apara bilir və sənədin yaranma tarixinin qəbul edilən qiymətini 

nəzərə ala bilir.

 

Bütün  bunlarla  yanaşı,  APORT  həm  sorğunu,  həm  də  sorğuya  görə  alınan 



nəticələri  ingilis  dilindən  rus  dilinə  və  əksinə  çevirə  bilir.  Bu  sistemdə  də  sözün 

sənəddə yerləşdiyi sahənin adına görə axtarış aparmaq imkanı var.  



RAMBLER (

www.rambler.ru

) -çoxlu sayda axtarış servislərinə, o cümlədən: 

«Rambler  Top  100»  reytinqi,  müxtəlif  mövzulara  (məsələn,  şəbəkə  mağazaları, 

hədiyyələr,  iş,  hüquq,  kompüter  və  s.)  aid  kataloqlar,  fayllarm  axtarışı,  müxtəlif 

suallar üzrə arayış sistemi və s. malik olan çoxfunksiyalı sistemdir. RAMBLER-in 

bir çox serverləri ayrıca axtarış serverləri kimi də istifadə edilir. 

Axtarış kefiyyətinə görə RAMBLER digər tanınmış sistemlərdən geri qalmır. 

Burada da AND, OR, NOT məntiqi operatorlar, məntiqi qruplar, bir simvolu əvəz 

edən «?» və bir neçə simvolu əvəz edən «*» metasimvollar dəstəklənir. Axtarış üçün 

sorğu formasında axtarışın harada (sənəddə, sənədin əvvəlində, başlığında, adında, 

URL-də)  aparılmasını,  axtarılan  sənədin  dilini  (rus,  ingilis  və  digər),  sözlər 

arasındakı  məsafəni,  sənədlərin  yaranma  tarixlərinin  intervalını  (nə  vaxtdan  nə 

vaxtadək) göstərmək olar.  




 

 

55 

 

YANDEX  (

www.yandex.ru

)  -rus  axtarış  sistemləri  arasmda  ən  populyar, 

indeks bazası ən böyük və axtarış imkanları ən yaxşı olan sistem hesab olunur. Onun 

indeks bazasında təkcə Rusiya saytlan deyil, MDB ölkələrinin və digər ölkələrin də 

saytlan əhatə olunur. 

YANDEX-in  əsas  üstünlüyü  sorğudakı  sözlərin  bütün  formalarına  görə 

axtarış  apara  bilməsidər.  Hətta  lüğətdə  olmayan  sözlər  üçün  də  onlann 

sözformalarını tərtib edə bilir. Sistem AND, OR, NOT məntiqi operatorları, məntiqi 

qruplan, frazalara görə axtarışı dəstəkləyir. Axtarışı açar sözlərin bütün formalarına 

görə  və  ya  konkret  verilmiş  formaya  görə  aparmaq  olar.  Sözlərin  arasındakı 

məsafəni onların ardıcıllığım nəzərə almaqla təyin etmək mümkündür. Sənədlərin 

başlıqlarına  və  onlardakı  istinadlara  (linklərə)  görə  xüsusi  axtarış  da  aparmaq 

imkanı  var.  Bandan  əlavə,  əvvəlki  sorğuda  tapılmış  sənədlərə  oxşar  sənədlərin 

axtarışını  da  aparmaq  olar.  Axtarış  üçün  kataloqun  konkret  bölməsini  secməklə, 

axtarış  fəzasım  daraltmaq  mümkündür.  Axtarışın  nəticələri  istifadəçini  qane 

etmirsə,  axtarışı  ALTA  VISTA  sistemində  davam  etdirmək  olar.  Bu  halda 

YANDEX-də emal olunmuş sorğu hazır şəkildə ALTA VISTA-ya ötürülür. 

YANDEX ailəsinə axtarış sistemindən əlavə istifadəçilərə öz WEB-

saytlarını yerləşdirmək üçün pulsuz disk yaddaşı və əlavə elektron poçt qutusu 

təqdim edən «Narod.Ru» adlı «virtual şəhər»də daxildir. 

 

 



 

 

26.

 

IP-telefoniya 

İnternet  şəbəkəsində  xüsusi  İnternet  protokolları  (İnternet  Protokol  –  İP) 

əsasında hazırlanmış  yeni texnologiyalar tətbiq edilir. İP-protokolu  təkcə İnternet 

şəbəkəsində deyil, digər şəbəkələrdə də (lokal, korporativ, regional və s.) istifadə 

olunur. Bu şəbəkələrdə informasiyalar müxtəlif şəkildə (qrafik, mətn, musiqi, rəqəm 

və  s.)  ötürülür.  Prinsip  etibarilə  diskret  paket  ötürülməsi  üsulu  ilə  səs  (danışıq) 




 

 

56 

 

məlumatlarının  ötürülməsi  də  mümkündür.  Danışığın  (səsin)  bu  üsulla  –  internet 



protokolları (paketləri) vasitəsi ilə ötürülməsi “İP-telefon” adını almışdır. 

Beləliklə: IP-telefoniya – danışıq siqnallarının ötürülməsi üçün İnternetdən istifadə 

edilən texnologiyadır. Danışıq zamanı səs siqnalları (ifadə etdiyimiz sözlər) sıxılmış 

verilənlər  paketinə  çevrilir  və  bu  verilənlər  paketi  İnternet  vasitəsilə  adresanta 

göndərilir.  Ünvanına  çatan  verilənlər  paketi  yenidən  orijinal  səs  siqnalına 

dekodlaşır. İP-telefoniya iki cür işləyir: 

1.

 

Kompyuterdən kompyuterə. 



2.

 

Kompyuterdən telefona. 



İnternet-telefoniyada  ötürücü  xətt  kimi  İnternet  kanallarından,  IP-Telefoniya-da 

İnternet  kanallarından  və  ya  informasiyanın  ötürülməsi  üçün  xüsusi  ayrılmış 

rəqəmsal kanallardan istifadə edilir. 

Xarici ölkələrdə isə İP telefonun digər abbreviaturalarından: VoİP-Voice over İP və 

“İnternet-telefon” terminlərindən istifadə edilir. 

Son  illər  ərzində  respublikamızın  telekommunikasiya  şəbəkəsində  də  İP  telefon 

rabitəsindən istifadə edilir. Bütün bu amillər ondan xəbər verir ki, İP texnologiyası 

olduqca perspektivli bir informasiya verilişi sahəsidir. Əgər İP telefon rabitəsinin 

tarixinə nəzər salsaq görərik ki, onu tətbiq etmək üçün ilk cəhd 1983-cü ildə ABŞ-

ın  Massaçusets  ştatının  Kembric  Universiteti  tərəfindən  göstərilmişdir.  Həmin 

layihədə kompyuterlərin tərkibinə analoq səs siqnalına çevirərək paket şəklinə salan 

xüsusi avadanlıqlar daxil edilməsi nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində Bolt 

Berankand  Newman  şirkətinin  ABŞ-ın qərb və  şərq  hissələrində  yerləşən ofisləri 

arasında  İnternet  şəbəkəsindən  istifadə  etməklə  səs  siqnal  verilişinin  təşkil 

olunmasına  baxmayaraq,  rabitə  zamanı  paketlərin  itkisi  və  gecikməsi  nəticəsində 

fasilələr yaranaraq səsin keyfiyyətini həddindən artıq aşağı salmışdır. 

Mütərəqqi texnologiya olan İP telefonun kəşfi İsrailin Vokatel şirkətinə məxsusdur. 

1995-ci ildə Vokatel şirkəti siqnalların rəqəm formasına çevrilməsində mövcud elmi 

nailiyyətlərin  tətbiqi  ilə  kodek,  kompyuter  və  İP  protokolundan  istifadə  edərək 

internet şəbəkəsi ilə danışıq siqnallarının verilməsinə nail olmuşdur.1995-ci ildən 




 

 

57 

 

başlayaraq  İP  telefon  üçün  səsin  sıxılması  prosesində  iki  -  GSM  və  TrueSpeech 



(DSP Group İnc. Şirkəti), daha sonra isə SİP (Session İnitiation Protocol) protokolu 

təkmilləşdirildi. 

 

 



 

 

58 



 

MÜNDƏRİCAT 

1.

 

Komputer şəbəkələri...................................................................................1 

2.

 

Kommunikasiya vasitələri..........................................................................3 

3.

 

Şəbəkə avadanlıqları...................................................................................5 

4.

 

Telekommunikasiya vasitələri...................................................................7 

5.

 

Modem. Modemlərin xarakteristikasi, iş rejimləri..................................9 

6.

 

İnformasiyanın sıxlaşdırılması. səhvlərin tapılması və təshihi..............12 

7.

 

OSI  etalon modelinin səviyyələri.............................................................14 

8.

 

CLİENT – SERVER texologiyası.............................................................17 

9.

 

Şəbəkənin növləri.......................................................................................18 

10.

 

Komputer şəbəkələrinin arxitekturası.....................................................20 

11.

 

Lokal şəbəkələrin birləşdirilməsində istifadə edilən qurğu və 

avadanlıqlar................................................................................................22 

12.

 

Lokal komputer şəbəkəsi və topologiyaları.............................................23 

13.

 

TCP/IP protokolu.......................................................................................27 

14.

 

Qlobal şəbəkələr.........................................................................................30 

15.

 

İnternetin yaranma tarixi..........................................................................33 

16.

 

WWW - World Wide Web (Ümumdünya hörümçək toru)....................36 

17.

 

E-mail (elektron poçt).................................................................................40 

18.

 

FTP-File Transfer Protocol (Faylların ötürülməsi protokolu)...............42 

19.

 

USENET xidməti.........................................................................................42 

20.

 

İnteraktiv söhbət, audio və videokonfrans................................................43 

21.

 

Elektron elanlar lövhələri...........................................................................45 

22.

 

İntemet vasitəsilə şəkillərin, insanların və təşkilatların axtarışı.............47 

23.

 

TELNET xidməti.........................................................................................47 

24.

 

«Gopher» informasiya-axtanş xidməti......................................................48 

25.

 

İNTERNET-də informasiya axtarış sistemləri.........................................49 

26.

 

IP-telefoniya.................................................................................................56 

Yüklə 428,2 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə