Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 428,2 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix17.10.2017
ölçüsü428,2 Kb.
#5253
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

 

 

31 

 

Rəqəm tipli ayrılmış xətlərdə fiziki səviyyənin protokolu G.703 standartı ilə təyin 



olunub. 

Analoq  və  rəqəm  tipli  ayrılmış  kanalların  kanal  səviyyəsində  HDLG(High-level 

Data  Link  Control  –kanal  səviyyəsində  verilənlərin  ötürülməsinin  idarə  edilməsi 

protokolu)  ailəsindən  olan  PPP(Point  to  Point  Protokol)    protokolundan  istifadə 

edilir. 

Ayrılmış analoq tipli kanallar istifadəçiyə 4-naqilli və ya 2-naqilli çıxışlarla təqdim 

olunur. 4-naqilli kanallarda dupleks əlaqənin təşkili daha sadə üsulla yerinə yetirilir. 

Verilənlərin  saniyədə  bir  neçə  qiqabit  analoq  xətləri  vasitəsilə  ötürülməsi  üçün 

siqnalların  analoq  modulyasiyası  metodu  əsasında  işləyən  modemlərdən  istifadə 

olunur. 


Kanalların  kommutasiyası  ilə  işləyən  qlobal  şəbəkələr.  Korperativ  şəbəkədə 

qlobal  əlaqələrin  qurulması  üçün  2  növ  xətlərdən  –  ənənəvi  analoq  tipli  telefon 

şəbəkələri  və  İSDN  xidmətlərini  yerinə  yetirən  rəqəm  tipli  şəbəkələrdən  istifadə 

etmək mümkündür. Kanalların kommutasiyası şəbəkələrinin üstünlüyü onların geniş 

yayılmasıdır, bu da əsasən analoq telefon xətləri üçün xarakterikdir. Son zamanlar 

İSDN şəbəkələrindən bir çox ölkələrdə korporativ istifadəçilərin də istifadə etməsi 

mümkün  olmuşdur.  Analoq  telefon  şəbəkələrinin    çatışmamazlığı  tərkibindəki 

kanalın aşağı keyfiyyətli olmasıdır. 



Paket  kommutasiyalı  qlobal  şəbəkələr.  Bu  şəbəkələr  paketlərin  kommutasiyası 

şəbəkələrində  siqnal  və  verilənlərin  ötürülməsi  protokolunu  təyin  edən  X.25 

standartı ilə işləyən şəbəkələrdir. Burada hər bir paket verilənləri ötürən və qəbul 

edən kompüterlər haqqında informasiyanı özündə cəmləşdirir. Bu interfeys OSİ-nin 

üç səviyyəsini- fiziki, kanal və şəbəkə səviyyələrini əhatə edir. 

Paket  şəbəkə  vasitəsilə  ötürülməzdən  əvvəl  şəbəkənin  abonentləri  –  terminalları, 

marşrutizatorları və ya komputerləri arasında virtual əlaqə qurmaq lazımdır. 

Qlobal şəbəkələrdə məlumatın ötürülməsi zamanı onun çatacağı son ünvanın 

əvvəlcədən məlum olması gərəkdir. Bu şəbəkənin mürəkkəb struktura malik olması 

və çoxlü sayda ötürümə marşrutlasrının mövcudluğu ilə izah edilir. Bu səbəbdən də 




 

 

32 

 

qlobal  şəbəkələrdə  informasiya  mübadiləsində  informasiya  paketlərinin  ötürən 



sistemdən, onun  ünvanlandığı  sonuncu  sistemə  qədərki  marşrutunu  izləyə  biləcək 

şəbəkə protokollarından istifadə edilməsi tələb olunur. 

Şəbəkə  səviyyəsi  protokolu  verilənləri  nəqliyyat  səviyyəsindən  alaraq  

deytaqramlara  yığır  və  öz  məxsusi  başlığını  oraya  əlavə  edir.  Kanal  səviyyəsi 

protokolunun  başlığında  olduğu  kimi  şəbəkə  səviyyəsi  protokolunun  başlığı  da 

özündə  alıcı  sisteminin  ünvanını  saxlayır,  lakin  bu  ünvan  informasiya  paketinin 

göndərildiyi son  yeri identifikasiya edir.  Şəbəkə səviyyəsi protokolları verilənlər 

paketinin  göndərildiyi  son  ünvanı  göstərmək  üçün  müxtəlif  tipli  ünvanlar 

sistemindən istifadə edir. Lakin şəbəkə protokolları içərisində ən çox istifadə ediləni 

TCP/İP  protokollar  stekinə  aid  İP  (İnternet  Protocol-  şəbəkələrarası  protokol) 

protokoludur.  O,  birində  alıcı  sistemi,  digərində  göndərən  sistem  yerləşən  iki 

şəbəkəni identifikasiya edən 32-dərəcəli ünvanlar fəzasını təmin edir. 

Ayrıca  şəbəkəni  müəyyənləşdirməyə  imkan  verən  və  şəbəkə  protokolunun 

əsas funksiyasının yerinə yetirilməsi üçün vacib olan ünvan marşrutlaşdırma adlanır. 

İnformasiya paketi qlobal şəbəkədə hərəkət edərkən, alıcı sistemə çatana gədər bir 

marşrutlaşdırıcıdan digərinə ötürülür. 

Etibarlılıq  baxımından  qlobal  şəbəkələr  elə  qurulur  ki,  ünvanlanmış  yerə 

hərəkət üçün həmişə birdən artıq marşrut olsun. Hər bir marşrutlayıcı informasiya 

paketinin təyin olunmuş yerə məqsədəuyğun olaraq çatmasını təmin edəcək növbəti 

marşrutlaşdırıcını müəyyənləşdirir. Aydın olur ki, kanal səviyyəsi protokolu lokal 

şəbəkə xaricində olan heç bir şeyi nəzərə almır və beləliklə də informasiya paketinin 

keçəcəyi marşrut bütövlüklə şəbəkə protokolu tərəfindən müəyyənləşdirilir. 



Şəbəkə  səviyyəsi  informasiya  paketlərinin  göndərilməsi  prosesinə  cəlb 

edilmiş  iki  tip  kompüterləri  müəyyənləşdirir:  aralıq  sistemlər  və  sonuncu 

sistemlər. Aralıq sistemlər iki və ya daha çox şəbəkəni birləşdirən paketləri təyinatı 

üzrə  istiqamətləndirən  marşrutlayıcı  və  ya  kommutatordur.  Sonuncu  sistem  ya 

paketi  yaradan  və  göndərən,  ya  da  paketi  alan  kompüterdir.  Sonuncu  sistemlərdə 

protokollar stekinin bütün yeddi səviyyəsi paketlərin yaradılması və alınmasına cəlb 




 

 

33 

 

edilirlər. Aralıq sistemlər paketləri emal edərək, stek üzrə şəbəkə səviyyəsinə qədər 



özündən yuxarıdakı səviyyələrə ötürürlər 

Hazırki dövrdə ən geniş istifadə olunan və daha geniş istifadəçi kütləsinə malik olan 

qlobal şəbəkə İnternet şəbəkəsidir. 

 

 



 

 

 



15.

 

İNTERNETİN YARANMA TARİXİ 

İnternet - əlaqələrin qlobal sistemi olub, şəbəkəyə qoşulmaq üçün proqram və 

apatar vasitələrinə malik istifadəçilərin daxil ola biləcəkləri iri həcmli informasiyanı 

özündə  saxlayan  çoxlu  sayda  yüksəksürətli  kompüter  şəbəkələrini  birləşdirir. 

İnternet birsincli sistem deyil, əksinə yer kürəsinin istənilən nöqtəsinə informasiya 

axımlarını ötürmə imkanına malik olan müxtəlif şəbəkələr qrupudur. Bu səbəbdən 

də İnterneti çox vaxt “şəbəkələr şəbəkəsi” adlandırırlar. 

İnternet  Standarts,  RFC  1310.2  İnterneti  avtonom,  bir-biri  ilə  qarşılıqlı  fəaliyyət 

göstərən beynəlxalq informasiya əməkdaşlığı kimi müəyyənləşdirir. Bu əməkdaşlıq 

aşıq  protokol  və  prosedurlara  könüllü  riayət  olunması  əsasında  maşınlararası 

qarşılıqlı əlaqələri təmin edir. 

İnternetin  yaranması  ABŞ-nın  Perspektiv  Planlaşdırma  İdarəsi-ARPA 

(Advanced  Research    Procejects  Agency)  tərəfindən  paket  komutasiyalı  şəbəkə 

vasitələrinin dözümlülüyünuün sınağı layihəsi kimi başlanmışdır. ARPA-nın fikrinə 

görə  bu  sınaq  şəbəkəsi  komutasiya  qovşaqları  arasında  icarəyə  götürülmüş  əlaqə 

xətlərindən  ibarət  olmalı  idi.  Şəbəkə  ARPANET  adlandırılmış,  onda  olan 

komutatorlar  isə  şəbəkələrarası  məlumatlar  prosessoru  adını  almışdır.  Əvvəlcə 

ARPANET-də  dörd  komutator  olmuşdur:  Los-Anceles  və  Santa-Barbaradakı 

kaliforniya universitetlərində, Stenford elmi-tədqiqat institunda və Yuta ştatınındakı 

universitetdə. Kommutator kimi Honeywell-316 mini kompüterləri istifadə edilirdi. 




Yüklə 428,2 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə